Bədii gimnastika — gimnastika və rəqs hərəkətlərinin musiqi müşayiəti ilə alətsiz və alətlərlə (ip, halqa, top, gürzlər, lent) icra olunduğu bir idman növüdür. İsveçdə yaranan idman növüdür. Aktyorluq, balet, musiqi və Pantomim ilə birlikdə edilir. Bədii gimnastika turnirlərində yalnız qadın idmançılar iştirak edirlər. 1984-cü il Yay Olimpiya Oyunlarıda Olimpiya Oyunlarına daxil edilən bədii gimnastikanın özünə xas qaydaları və qiymətləndirmə sistemi var.
Bədii gimnastika | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |
Bütün çıxışlar ölçüsü 13x13 m olan gimnastika xalçası üzərində yerinə yetirilir. Musiqi kompoziyasının seçimi gimnast və məşqçinin istəyindən asılıdır. Fərdi proqramda hər bir çıxış bir dəqiqə yarımdan, qrup hərəkətlərində isə iki dəqiqə otuz saniyədən artıq olmamalıdır. Klassik çoxnövçülük (fərdi proqramda 4, qrup hərəkətləri proqramında 2 çıxış) – Olimpiya proqramına daxildir. Çoxnövçülükdən əlavə fərdi birincilikdə və qrup hərəkətləri komandalarının tərkibində çıxış edən gimnastlar ənənəvi olaraq ayrı-ayrı alətlər üzrə final yarışlarında da medallar uğrunda mübarizə aparırlar (Olimpiya Oyunlarından başqa). Bundan əlavə, komanda hesabında da yarışlar mövcuddur və burada bir neçə gimnastın, bəzən də eyni zamanda fərdi gimnastlar və qrup hərəkətləri komandalarının da göstərdikləri toplam nəticələr nəzərə alınır (nəticələr müxtəlif yaş qruplarına da aid ola bilər).
Tarixi
Bədii gimnastika bir idman növü kimi XIX əsrdə formalaşmağa başlayıb.
Fransız fizioloqu və pedaqoqu Corc Deneni (1850-1917) qızların fiziki tərbiyəsinin elmi əsaslandırılmasında görkəmli rol oynayıb. O, sübut edib ki, dinamik təmrinlərin, əzələ dartılması və boşalması təmrinlərinin, rəqs addımlarının, müxtəlif əşyalarla (top, halqa, toppuz, lent) tapşırıqların yerinə yetirilməsi məqsədəmüvafiqdir. Çünki, bu təmrinlər elastiklik, çeviklik, gözəl bədən quruluşu, cəzbediji və əsrarəngiz hərəkətlərin meydana gəlməsinə imkan yaradır.
Fransız pedaqoqu Fransua Delsart (1811-71) isə ifadəli hərəkət vərdişləri nəzəriyyəsinin hazırlanmasında böyük rol oynayıb. Dramatik sənəti təhlil edərkən o, belə bir nəticəyə gəlmişdir ki, insanın hər bir hiss və həyəcanı bədənin müəyyən hərəkəti ilə müşaiyyət olunur, deməli, hərəkəti ifadə etməklə tamaşaçıda həyəcan, təşviş təəssüratı yaratmaq olar. Delsartın yaratdığı "Bədii hərəkət qrammatikası" əsəri fiziki tərbiyə prossesində, xüsusilə musiqinin müşayiəti ilə ifa olunan kütləvi gimnastika çıxışlarının hazırlanmasında tətbiq olunmağa başlayıb. Delsartın işləyib hazırladığı ideya və prinsiplər məşhur rəqqasə Aysedora Dunkanın (1878-1927) sənətində də öz əksini tapıb. Onun sərbəst plastika hərəkətlərinin üzərində qurulmuş rəqsləri və improvizasiyaları bir çox cəhətdən müasir bədii gimnastikanı xatırladırdı.
1911-ci ildə Dalkroz məktəbinin alman pedaqoqu Rudolf Bode bədii gimnastika üzrə Bode məktəbini təsis etdi və tez bir zamanda yüzlərlə müəllim yetişdirdi. Bu gün də fəaliyyət göstərən məktəb bədii gimnastikanın texniki inkişafına böyük töhfəsini vermişdir.
1963-cü ildə bədii gimnastika rəsmi olaraq Beynəlxalq Gimnastika Federasiyasının idman növü kimi tanınmışdır. Elə həmin ildə bu növ üzrə ilk Dünya Çempionatı keçirilmişdir. 1984-cü ildə isə bədii gimnastika yalnız fərdi çıxış proqramında təmsil olunmaqla Olimpiya Oyunlarına daxil edildi. 12 il sonra, 1996-cı ildə qrup hərəkətləri komandaları da dünyanın ən böyük çoxnövlü idman yarışlarına qoşuldu.
Bədii gimnastika Azərbaycanda
Azərbaycanda bədii gimnastikanın yaranma və inkişaf tarixi XX əsrin 40-cı illərinə təsadüf edir. Ölkədə bu idman növünün formalaşması Nadejda Merkulovanın adı ilə bağlıdır. Azərbaycan gimnastları beynəlxalq arenada SSRİ yığmasının tərkibində çıxış edirdilər. Bu gimnastlar arasında ilk olaraq Lina Vinnikova 1961-ci ildə Almaniyada keçirilən 1-ci Ümumdünya gimnastika turnirində iştirak etmişdir.
2002-ci ilin oktyabrında ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilməsi ilə Azərbaycanda gimnastika növlərinin, xüsusilə də bədii gimnastikanın dirçəliş dövrü başlandı.
2003-cü ildə Azərbaycan gimnastı Dinarə Gimatova Budapeştdə (Macarıstan) keçirilən Dünya Çempionatında çıxış edərək, milli gimnastika tarixində ilk dəfə olaraq Afina-2004 Olimpiya Oyunlarına lisenziya qazandı. Bu yarışda Azərbaycanı Anna Qurbanova təmsil edərək, zədə səbəbindən Olimpiadada iştirak edə bilməyən komanda yoldaşı Dinarə Gimatovanı əvəz etdi.
2008-ci ildə təşkil olunan Olimpiya Oyunlarında Azərbaycan tam heyətlə təmsil olundu – yarışlarda fərdi proqram üzrə iki gimnast (Aliyə Qarayeva və Dinarə Gimatova), həmçinin müstəqil Azərbaycanın gimnastika tarixində ilk dəfə olaraq qrup hərəkətləri komandası (Vəfa Hüseynova, Anna Bitiyeva, Valeriya Yeqay, Alina Tryopina, Anastasiya Prasolova və Dina Qorina) iştirak etdi. Çoxnövçülük finalında Aliyə 6-cı, qrup isə 7-ci yerdə qərarlaşdı.
4 il sonra, 2012-ci ildə Londonda baş tutan Olimpiya Oyunlarında Aliyə Qarayeva yenidən çoxnövçülük finalında mübarizə apardı və nəticədə 4-cü yeri tutdu.
Rio-2016 Olimpiya Oyunlarında isə ölkəmizi Marina Durunda təmsil edərək 10 ən güclü idmançılar arasında finalda çıxış etdi.
2019-cu ildə Bakıda keçirilmiş Dünya Çempionatının nəticələrinə əsasən Azərbaycan yığma komandası Tokio-2020 Olimpiadasına iki lisenziya əldə etdi. Fərdi proqramda ölkə üçün lisenziyanı Zöhrə Ağamirova qazandı. Aliyə Paşayeva, Diana Əhmədbəyli, Darya Sorokina, Ayşən Bayramova, Zeynəb Hümmətovadan ibarət qrup hərəkətləri komandası da Olimpiya Oyunlarında iştirak etmək hüququnu təmin etdi.
Azərbaycan gimnastları Dünya Çempionatlarının komanda hesabında (2007, 2009, 2010), ayrı-ayrı alətlər üzrə final mərhələlərində (Aliyə Qarayeva/2009, 2010) və çoxnövçülüyündə (Aliyə Qarayeva/2011) mükafatçılar sırasında olmuşlar.
2007-ci ildə Aliyə Qarayeva ölkənin gimnastika tarixində ilk dəfə olaraq iplə hərəkətlərdə Avropa çempionu adına layiq görülmüşdür. Bu uğurun ardınca gimnastlar Avropa Çempionatlarının komanda hesabında (2007, 2009), ayrı-ayrı alətlər üzrə finallarında (Anna Qurbanova/2009; Marina Durunda/2015) və çoxnövçülüyündə (Aliyə Qarayeva/2010, 2012) fəxri kürsüyə yüksəlmişlər.
2014-cü ilin Bakıda keçirilmiş Avropa Çempionatında Bakı tamaşaçısının gurultulu alqışları ilə Siyana Vasileva, Aliyə Paşayeva, Diana Doman, Aleksandra Platonova, Aynur Mustafayeva və Səbinə Abbasovadan ibarət qrup hərəkətləri komandası Azərbaycan gimnastika tarixində ilk dəfə olaraq, böyüklər proqramı üzrə 3 top və 2 lentlə hərəkətlərin finalında gümüş medal qazanmışdır.
2018-ci ildə İspaniyada (Quadalaxara) keçirilən Avropa Çempionatında qrup hərəkətləri komandası(Siyana Vasileva, Aliyə Paşayeva, Diana Doman, Ayşən Bayramova və Zeynəb Hümmətova/3 top və 2 ip) bürünc medala layiq görülmüşdür.
Elə həmin tərkibli qrup hərəkətləri komandamız 2018-ci ilin “Challenge” seriyasına aid Dünya Kuboku mərhələlərində topladıqları ümumi xala əsasən 3 top və 2 iplə qalib oldu.
Həmçinin bax
İstinadlar
- "Bədii gimnastika". agf.az. 2022-07-03 tarixində .
Xarici keçidlər
- Bədii gimnastika
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bedii gimnastika gimnastika ve reqs hereketlerinin musiqi musayieti ile aletsiz ve aletlerle ip halqa top gurzler lent icra olundugu bir idman novudur Isvecde yaranan idman novudur Aktyorluq balet musiqi ve Pantomim ile birlikde edilir Bedii gimnastika turnirlerinde yalniz qadin idmancilar istirak edirler 1984 cu il Yay Olimpiya Oyunlarida Olimpiya Oyunlarina daxil edilen bedii gimnastikanin ozune xas qaydalari ve qiymetlendirme sistemi var Bedii gimnastika Vikianbarda elaqeli mediafayllar Butun cixislar olcusu 13x13 m olan gimnastika xalcasi uzerinde yerine yetirilir Musiqi kompoziyasinin secimi gimnast ve mesqcinin isteyinden asilidir Ferdi proqramda her bir cixis bir deqiqe yarimdan qrup hereketlerinde ise iki deqiqe otuz saniyeden artiq olmamalidir Klassik coxnovculuk ferdi proqramda 4 qrup hereketleri proqraminda 2 cixis Olimpiya proqramina daxildir Coxnovculukden elave ferdi birincilikde ve qrup hereketleri komandalarinin terkibinde cixis eden gimnastlar enenevi olaraq ayri ayri aletler uzre final yarislarinda da medallar ugrunda mubarize aparirlar Olimpiya Oyunlarindan basqa Bundan elave komanda hesabinda da yarislar movcuddur ve burada bir nece gimnastin bezen de eyni zamanda ferdi gimnastlar ve qrup hereketleri komandalarinin da gosterdikleri toplam neticeler nezere alinir neticeler muxtelif yas qruplarina da aid ola biler TarixiBedii gimnastika bir idman novu kimi XIX esrde formalasmaga baslayib Fransiz fizioloqu ve pedaqoqu Corc Deneni 1850 1917 qizlarin fiziki terbiyesinin elmi esaslandirilmasinda gorkemli rol oynayib O subut edib ki dinamik temrinlerin ezele dartilmasi ve bosalmasi temrinlerinin reqs addimlarinin muxtelif esyalarla top halqa toppuz lent tapsiriqlarin yerine yetirilmesi meqsedemuvafiqdir Cunki bu temrinler elastiklik ceviklik gozel beden qurulusu cezbediji ve esrarengiz hereketlerin meydana gelmesine imkan yaradir Fransiz pedaqoqu Fransua Delsart 1811 71 ise ifadeli hereket verdisleri nezeriyyesinin hazirlanmasinda boyuk rol oynayib Dramatik seneti tehlil ederken o bele bir neticeye gelmisdir ki insanin her bir hiss ve heyecani bedenin mueyyen hereketi ile musaiyyet olunur demeli hereketi ifade etmekle tamasacida heyecan tesvis teessurati yaratmaq olar Delsartin yaratdigi Bedii hereket qrammatikasi eseri fiziki terbiye prossesinde xususile musiqinin musayieti ile ifa olunan kutlevi gimnastika cixislarinin hazirlanmasinda tetbiq olunmaga baslayib Delsartin isleyib hazirladigi ideya ve prinsipler meshur reqqase Aysedora Dunkanin 1878 1927 senetinde de oz eksini tapib Onun serbest plastika hereketlerinin uzerinde qurulmus reqsleri ve improvizasiyalari bir cox cehetden muasir bedii gimnastikani xatirladirdi 1911 ci ilde Dalkroz mektebinin alman pedaqoqu Rudolf Bode bedii gimnastika uzre Bode mektebini tesis etdi ve tez bir zamanda yuzlerle muellim yetisdirdi Bu gun de fealiyyet gosteren mekteb bedii gimnastikanin texniki inkisafina boyuk tohfesini vermisdir 1963 cu ilde bedii gimnastika resmi olaraq Beynelxalq Gimnastika Federasiyasinin idman novu kimi taninmisdir Ele hemin ilde bu nov uzre ilk Dunya Cempionati kecirilmisdir 1984 cu ilde ise bedii gimnastika yalniz ferdi cixis proqraminda temsil olunmaqla Olimpiya Oyunlarina daxil edildi 12 il sonra 1996 ci ilde qrup hereketleri komandalari da dunyanin en boyuk coxnovlu idman yarislarina qosuldu Bedii gimnastika AzerbaycandaAzerbaycanda bedii gimnastikanin yaranma ve inkisaf tarixi XX esrin 40 ci illerine tesaduf edir Olkede bu idman novunun formalasmasi Nadejda Merkulovanin adi ile baglidir Azerbaycan gimnastlari beynelxalq arenada SSRI yigmasinin terkibinde cixis edirdiler Bu gimnastlar arasinda ilk olaraq Lina Vinnikova 1961 ci ilde Almaniyada kecirilen 1 ci Umumdunya gimnastika turnirinde istirak etmisdir 2002 ci ilin oktyabrinda olkenin Birinci vitse prezidenti Mehriban Eliyevanin Azerbaycan Gimnastika Federasiyasinin prezidenti secilmesi ile Azerbaycanda gimnastika novlerinin xususile de bedii gimnastikanin dircelis dovru baslandi 2003 cu ilde Azerbaycan gimnasti Dinare Gimatova Budapestde Macaristan kecirilen Dunya Cempionatinda cixis ederek milli gimnastika tarixinde ilk defe olaraq Afina 2004 Olimpiya Oyunlarina lisenziya qazandi Bu yarisda Azerbaycani Anna Qurbanova temsil ederek zede sebebinden Olimpiadada istirak ede bilmeyen komanda yoldasi Dinare Gimatovani evez etdi Aliye Qarayeva 2012 Yay Olimpiya Oyunlarinda 2008 ci ilde teskil olunan Olimpiya Oyunlarinda Azerbaycan tam heyetle temsil olundu yarislarda ferdi proqram uzre iki gimnast Aliye Qarayeva ve Dinare Gimatova hemcinin musteqil Azerbaycanin gimnastika tarixinde ilk defe olaraq qrup hereketleri komandasi Vefa Huseynova Anna Bitiyeva Valeriya Yeqay Alina Tryopina Anastasiya Prasolova ve Dina Qorina istirak etdi Coxnovculuk finalinda Aliye 6 ci qrup ise 7 ci yerde qerarlasdi 4 il sonra 2012 ci ilde Londonda bas tutan Olimpiya Oyunlarinda Aliye Qarayeva yeniden coxnovculuk finalinda mubarize apardi ve neticede 4 cu yeri tutdu Rio 2016 Olimpiya Oyunlarinda ise olkemizi Marina Durunda temsil ederek 10 en guclu idmancilar arasinda finalda cixis etdi 2019 cu ilde Bakida kecirilmis Dunya Cempionatinin neticelerine esasen Azerbaycan yigma komandasi Tokio 2020 Olimpiadasina iki lisenziya elde etdi Ferdi proqramda olke ucun lisenziyani Zohre Agamirova qazandi Aliye Pasayeva Diana Ehmedbeyli Darya Sorokina Aysen Bayramova Zeyneb Hummetovadan ibaret qrup hereketleri komandasi da Olimpiya Oyunlarinda istirak etmek huququnu temin etdi Azerbaycan gimnastlari Dunya Cempionatlarinin komanda hesabinda 2007 2009 2010 ayri ayri aletler uzre final merhelelerinde Aliye Qarayeva 2009 2010 ve coxnovculuyunde Aliye Qarayeva 2011 mukafatcilar sirasinda olmuslar 2007 ci ilde Aliye Qarayeva olkenin gimnastika tarixinde ilk defe olaraq iple hereketlerde Avropa cempionu adina layiq gorulmusdur Bu ugurun ardinca gimnastlar Avropa Cempionatlarinin komanda hesabinda 2007 2009 ayri ayri aletler uzre finallarinda Anna Qurbanova 2009 Marina Durunda 2015 ve coxnovculuyunde Aliye Qarayeva 2010 2012 fexri kursuye yukselmisler 2014 cu ilin Bakida kecirilmis Avropa Cempionatinda Baki tamasacisinin gurultulu alqislari ile Siyana Vasileva Aliye Pasayeva Diana Doman Aleksandra Platonova Aynur Mustafayeva ve Sebine Abbasovadan ibaret qrup hereketleri komandasi Azerbaycan gimnastika tarixinde ilk defe olaraq boyukler proqrami uzre 3 top ve 2 lentle hereketlerin finalinda gumus medal qazanmisdir 2018 ci ilde Ispaniyada Quadalaxara kecirilen Avropa Cempionatinda qrup hereketleri komandasi Siyana Vasileva Aliye Pasayeva Diana Doman Aysen Bayramova ve Zeyneb Hummetova 3 top ve 2 ip burunc medala layiq gorulmusdur Ele hemin terkibli qrup hereketleri komandamiz 2018 ci ilin Challenge seriyasina aid Dunya Kuboku merhelelerinde topladiqlari umumi xala esasen 3 top ve 2 iple qalib oldu Hemcinin baxBedii gimnastika uzre Dunya CempionatiIstinadlar Bedii gimnastika agf az 2022 07 03 tarixinde Xarici kecidlerBedii gimnastika