BƏƏ-də təhsil — Ərəbistan yarımadasının şərq hissəsində, Fars və Oman körfəzləri sahilində yerləşən Birləşmiş Ərəb Əmirliklərində mövcud olan çoxşaxəli təhsil sistemi.
Tarixi
BƏƏ tarixinə nəzər saldıqda burada təhsillə bağlı bir sıra mühüm hadisələrə rast gəlmək olar.
BƏƏ-nin müasir təhsil sistemi əsasən XX əsrin ikinci yarısından sonra formalaşıb. 1952-ci ildə ölkədə çox az sayda formal məktəblər fəaliyyət göstərirdi. 1960-1970-ci illərdə məktəblərin yaradılması proqramının tətbiqi təhsil sisteminin nisbətən genişlənməsinə səbəb oldu.
BƏƏ-də neft yataqlarının işlənilməsinə başlandıqdan sonra təhsilin inkişafına daha böyük diqqət yetirilmişdir. Ölkədə təhsil ən prioritet sahələrdən biri kimi önə çəkilib. İxtisaslı mütəxəssislərin yetişdirilməsi üçün investisiya qoyuluşunun ölkənin gələcəyi baxımından əhəmiyyətini qəbul edən BƏƏ federal hökumətin ümumi xərclərinin 25 faizini təhsilə sərf edir.
Ölkə üzrə savadlılığın ümumi səviyyəsi 91 faiz təşkil edir. Bu ölkədə əhalinin savadlılıq səviyyəsinin yüksəlməsinə nail olmaq üçün bir sıra davamlı tədbirlər həyata keçirilir.
BƏƏ-də dövlət təhsili məktəbəqədər təhsil pilləsindən ali təhsil pilləsinə qədər ölkənin bütün vətəndaşları üçün pulsuzdur. Buraya məktəbli formaları, kitablar, zəruri avadanlıqlar, əlavə vəsait və nəqliyyat vasitəsi ilə təminat da daxildir. Təhsil IX sinfə, yəni 6 yaşdan 15 yaşa qədər icbaridir.
2006-2007-ci tədris ilindən etibarən əcnəbi şagirdlərə də təhsil haqqı ödəməklə dövlət məktəblərində oxumağa icazə verilir. BƏƏ-də müəllim tələbə nisbəti 15:1-ə bərabərdir.
Ölkədə təhsilə dövlət büdcəsindən ayrılan vəsait davamlı olaraq artırılsa da, tədris metodları və kurikulum yeni tələblərə cavab vermirdi. Ümumilikdə təhsil sistemi zəif idi. 2006-cı ilin fevral ayında hökumət tərəfindən təhsilin keyfiyyətinin yüksəldilməsi, o cümlədən daimi sinif otaqlarının, kompüter laboratoriyalarının müasir avadanlıqlarla təmin olunması istiqamətində konkret addımlar atılmağa başlandı.
BƏƏ-nin Təhsil Nazirliyi təhsildə texnologiyaları tətbiq etmək, yeni bacarıqları təkmilləşdirmək üçün hazırlanmış və şagirdlərin təhsil imkanlarının artırılmasına yönəlmiş "Təhsil-2020" adlı beşillik silsilə proqramlar qəbul edib. Bu proqramın bir hissəsi kimi, 2003-2004-cü tədris ilindən başlayaraq bütün dövlət məktəblərinin I siniflərində yeni riyaziyyat və inteqrativ təbiət elmləri kurikulumu tətbiq edilir. Yeni kurikulumlarda ingilis dilinin tədrisi digər fənlərin, o cümlədən riyaziyyat və təbiət elmlərinin tədrisinə inteqrasiya edilir.
Birləşmiş Ərəb Əmirlikləri qadınların təhsilə cəlb olunması və onların təhsil imkanlarının artırılması istiqamətində mühüm irəliləyiş əldə edərək BMT-nin Minilliyin Məqsədlərinə çatmaq üçün müəyyən etdiyi tələbləri yerinə yetirib.
Ölkədə təhsilin bütün pillələrində yeni təşəbbüslər dəstəklənir və müvafiq islahatlar həyata keçirilir. Bunlardan biri də "K-12" proqramlarının tətbiq edilməsidir. Bu proqramın əsas məqsədi orta məktəb məzunlarının dünya universitetlərində oxumasına tam hazırlıqlı olmasını və qlobal əmək bazarında rəqabət apara bilməsini təmin etməkdir.
Təhsil sahəsində həyata keçirilən mütərəqqi islahatlarla yanaşı, BƏƏ hökuməti 2020-ci ilə qədər təhsili milliləşdirməklə təhsil sektorunda çalışan vətəndaşlarının sayının 90 faizə çatdırılmasını əsas hədəf kimi müəyyənləşdirib. Orta təhsil pilləsində reallaşdırılan bütün bu islahatlar ölkənin Təhsil Nazirliyi, Abu-Dabi Təhsil Şurası və Dubay Təhsil Şurası tərəfindən həyata keçirilir.
BƏƏ-də ali təhsil sisteminin idarə olunması ilə Ali Təhsil və Elmi Tədqiqat Nazirliyi məşğul olur. Bu qurum həm də ali təhsil müəssisələrinə qəbul aparılmasını və tələbələrin seçdikləri ixtisaslar üzrə yerləşdirilməsini həyata keçirir.
Məktəbəqədər təhsil
Birləşmiş Ərəb Əmirliklərində uşaqlar 4-5 yaşlarında məktəbəqədər təhsilə cəlb olunurlar. 2005-ci ilin statistikasına görə, ibtidai məktəblərin birinci sinfinə qəbul edilən uşaqların 80 faizini məktəbəqədər təhsil müəssisələrindən gələn uşaqlar təşkil edir.
Ölkədə həm dövlət, həm də müstəqil məktəbəqədər təhsil müəssisələri fəaliyyət göstərir. Müstəqil bağçalarda tətbiq olunan kurikulum dövlət bağçalarında tətbiq olunan kurikulum ilə eynidir. Həmçinin müstəqil bağçalar üçün inzibati, texniki və tədris heyətinə olan ehtiyacı BƏƏ Təhsil Nazirliyi müəyyənləşdirir.
Məktəbəqədər təhsil pilləsində son illər aparılmış islahatlar nəticəsində Bağçaların İnkişaf Mərkəzləri yaradılıb. Bu mərkəzlər Körfəz regionunda tədris və inzibati heyətin hazırlanması, eləcə də onların ixtisasının artırılması üçün daimi elmi-tədris bazası hesab edilir.
İbtidai təhsil
Ölkədə ibtidai təhsil 6 yaşdan başlanır və 6 il davam edir. Dövlət ibtidai təhsil müəssisələrində oğlanlar ayrı, qızlar ayrı məktəblərdə oxuyurlar. 2006-cı ilin statistikasına görə, oğlanların 85, qızların isə 82 faizi ibtidai təhsil pilləsinə cəlb olunur.
İngilis dilinin tədrisi səviyyəsini yüksəltmək üçün Abu-Dabi Təhsil Şurası Zayed Universiteti ilə birgə ibtidai təhsil üzrə pilot proqram hazırlayıb. Ölkədə ingilis dilində səlis danışmağı bacarmayanların işlə təmin olunması xeyli çətindir. Bu proqramın genişləndirilərək ölkənin bütün məktəblərində tətbiq olunması planlaşdırılır.
BƏƏ-də ibtidai təhsildən sonra şagirdlər 3 illik hazırlıq (əsas) təhsili pilləsində oxuyurlar. İbtidai təhsil pilləsini başa vurduqdan sonra şagirdlər öz təhsillərini texniki profilli orta məktəblərdə də davam etdirə bilərlər. Həmin məktəblərdə təhsil 6 il davam edir və məzunlara orta texniki təhsil haqqında diplom verilir.
Orta təhsil
3 illik hazırlıq təhsilini başa vurduqdan sonra şagirdlər növbəti 3 il müddətində orta təhsil pilləsində oxuyurlar. Əhalinin orta təhsil pilləsinə cəlb olunmasının səviyyəsi ibtidai təhsil pilləsi ilə müqayisədə nisbətən aşağıdır. Belə ki, bu təhsil pilləsinə kişilərin 62, qadınların isə 66 faizi cəlb olunur.
Ölkədə orta təhsilin idarə olunmasına Təhsil Nazirliyi cavabdehlik daşıyır. Dövlət məktəbləri hökumətin ayırdığı vəsait hesabına maliyyələşir və belə məktəblərdə kurikulum BƏƏ-nin inkişaf məqsədlərinə və dəyərlərinə uyğun olaraq tərtib olunur. Dövlət məktəblərində tədris ərəb dilində həyata keçirilir. İngilis dili isə ikinci dil kimi tədris olunur. Həmçinin beynəlxalq səviyyədə akkreditasiyadan keçmiş çoxlu sayda özəl məktəblər də fəaliyyət göstərir.
2006-2007-ci tədris ilinin statistik məlumatlarına görə, ölkənin 1256 dövlət və özəl orta məktəbində 650000 nəfər şagird təhsil almışdır. Bu şagirdlərin 60 faizi dövlət məktəblərində oxumuşdur.
Son illərdə özəl təhsil sektorunda da ciddi inkişaf meyilləri müşahidə olunmaqdadır. Bu isə özəl məktəblərdə təhsil almaq istəyənlərin sayının kəskin artmasına səbəb olub. Dubay Əmirliyində şagirdlərin 50 faizi, Abu-Dabi Əmirliyində isə 40 faizi özəl məktəblərdə təhsil alır.
Ölkədə xüsusi təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində də islahatlar həyata keçirilməkdədir. 2006-cı ildə fiziki və əqli qüsuru olanlar üçün təhsil imkanlarının yaxşılaşdırılması məqsədilə xüsusi akt qəbul edilib. Bu sənədə görə xüsusi qayğıya ehtiyacı olan uşaqlar dövlət və özəl məktəblərdə digər şagirdlərlə bərabərhüquqlu təhsil almaq imkanı qazanıblar. Bununla yanaşı, bütün ölkədə müvafiq peşə və reabilitasiya mərkəzləri də fəaliyyət göstərir.
Ali təhsil
BƏƏ-də fəaliyyət göstərən çoxsaylı ali təhsil müəssisələrinə Ali Təhsil və Elmi Tədqiqat Nazirliyinin tabeliyində olan Akademik Akkreditasiya Komissiyası lisenziya verir. Ali məktəblərin tədris proqramlarının akkreditasiyasını da bu qurum həyata keçirir.
Ölkə vətəndaşları dövlət ali təhsil müəssisələrində pulsuz oxuya bilərlər. Orta təhsil pilləsinin sonuncu sinfini bitirən qızların 95, oğlanların isə 80 faizi ali təhsil müəssisələrinə qəbul olunurlar.
Elmi tədqiqatlar
BƏƏ-də təhsil və elmi-tədqiqatların keyfiyyətinin yüksəldilməsinə xüsusi diqqət göstərilir. Təcili Kompüter Yardımı üzrə Tədqiqat Mərkəzinin, Məsdər Elm və Texnologiya İnstitutunun səmərəli fəaliyyətinin təşkilini buna nümunə kimi göstərmək olar.
Məsdər Elm və Texnologiya İnstitutu Orta Şərqin ilk elmi-tədqiqat yönümlü universiteti hesab edilir. 2009-cu ilin payızında universitetdə ilk dəfə magistratura proqramları həyata keçirilməyə başlanıb. Bu universitetin yaradılmasının əsas məqsədi dünyada təbii yanacaqdan asılılığın azaldılması problemi ilə məşğul olan gənc kadrlar və tədqiqatçılar hazırlamaqdır.
Tədqiqat və təlim müəssisəsi olan Dubay İdarəçilik Məktəbi də elmi-tədqiqatlara geniş yer verir, müvafiq sahədə yüksək səviyyəli mütəxəssislər yetişdirir. Bu təhsil müəssisəsində 2009-cu ildən idarəetmə və dövlət siyasəti üzrə magistratura proqramları tədris olunur.
Beynəlxalq əməkdaşlıq
BƏƏ-də xarici ölkələrin beynəlxalq səviyyədə tanınmış universitetlərinin filialları da fəaliyyət göstərir. Onların bəziləri xüsusi təhsil zonalarında, 2003-cü ildə yaradılmış və yerləşir.
Ölkənin beynəlxalq səviyyədə tanınmış universitetlərində xaricdə oxumaq imkanı olmayan yerli tələbələr də biznes, təbiət elmləri, mühəndislik və kompüter proqramları ixtisası üzrə təhsil alırlar.
Əlavə təhsil
BƏƏ-də daimi inkişafa nail olmağın vacibliyini nəzərə alaraq yeni strategiyalar, proqramlar icra edilir və yeni təşəbbüslər dəstəklənir, yüksək keyfiyyətli təhsil standartlarının həyata keçirilməsinə səy göstərilir. Bütün Orta Şərqdə təhsilin inkişafına maneə yaradan əsas faktorlar ingilis dilinin tədrisinə münasib diqqətin verilməməsi, müasir tədris vasitələri, texnologiyaları və metodları ilə qeyri-adekvat təmin olunmaq hesab edilir. Müasir kurikulumun vacibliyini qəbul edən BƏƏ bu sahənin inkişaf etdirilməsi üçün böyük təhsil kampaniyasına başlayıb. Əlbəttə ki, bu kampaniyanın əsasını təhsilin maliyyələşməsi təşkil edir. Odur ki, BƏƏ-də 2009-cu ildə təhsilin və müəllim hazırlığının keyfiyyətinin yüksəldilməsi üçün 7,4 milyard dirhəm (2 milyard ABŞ dolları) vəsait ayrılmışdır ki, bu vəsaitin bir hissəsi növbəti 5 il ərzində dövlət məktəblərində çalışan 10000 müəllimin ixtisasının artırılmasına yönəldilmişdir.
2008-ci ildən Təhsil Nazirliyi Mentorluq Proqramının tətbiqinə başlayıb. Proqrama əsasən 735 dövlət məktəbinin 50-nə Qərb ölkələrində təhsil almış savadlı və ixtisaslı məktəb direktorları təyin edildi. Bu, tədris strategiyasının müasirləşdirilməsi və Qərb ölkələrində tətbiq olunan təlim üsullarının, şagirdyönümlü fəal təlim metodlarının ölkə məktəblərində tətbiqi istiqamətində mühüm bir addım oldu.
Aparılmış son tədqiqatlar deməyə əsas verir ki, ölkədə savadsızlığın hazırkı səviyyəsi 7 faizdən də aşağıdır. Hökumətin həyata keçirdiyi stimullaşdırıcı təhsil layihələri sayəsində bu göstərici getdikcə daha da aşağı düşür. Əhalinin yaşlı təbəqələri arasında savadsızlığın ləğvi üzrə müvafiq proqramlar həyata keçirilir və onların müsbət nəticələri cəmiyyətin ümumi inkişafına əlavə təkan verir. Hazırda minlərlə ölkə vətəndaşı bütün regionlarda təsis olunmuş yaşlıların təhsili üzrə 86 mərkəzdə formal təhsil almaqdadır.
XX əsrin ikinci yarısından əldə etdiyi sosial-iqtisadi uğurlarla bütün dünyanı təəccübləndirən Birləşmiş Ərəb Əmirlikləri təhsil sektorunda da kifayət qədər nailiyyətlər qazanıb. Təsadüfi deyil ki, ölkə əhalisinin ümumi artım dinamikasında miqrasiya hesabına artım üstünlük təşkil edir. Digər səbəblərlə yanaşı, təhsil almaq üçün ölkəyə gələn əcnəbilərin əksər hissəsinin Birləşmiş Ərəb Əmirliklərində daimi qalmağa üstünlük verməsi də bu məsələdə mühüm rol oynayır.
Həmçinin bax
Mənbə
- Bəşarət Məmmədov, Ramil Hüseynov, Dünya təhsili: Birləşmiş Ərəb Əmirliklərinin təhsil sistemi 2014-09-09 at the Wayback Machine (Yazının hazırlanmasında Birləşmiş Ərəb Əmirliklərinin Təhsil Nazirliyinin, həmçinin Ali Təhsil və Elmi Tədqiqat Nazirliyinin rəsmi materiallarından istifadə olunub.), "Azərbaycan müəllimi" qəzeti, 30.09.2011, № 38. (az.)
Xarici keçidlər
- UAE's Education Network
- Public School Insights interview with UAE Education Minister Dr Hanif Hassan Arxivləşdirilib 2013-04-15 at Archive.today Posted October 6, 2008
- ADEC education system in Abu Dhabi 2016-01-01 at the Wayback Machine - mostly applies to the UAE also
- UAE Commission for Academic Accreditation licensed institutions data 2019-09-27 at the Wayback Machine
- UAE MOE education in the UAE 2015-06-22 at the Wayback Machine
- UAE MOHESR Higher Education summary 2014-06-06 at the Wayback Machine
- UNESCO education in the UAE
- Acceptance of Online Education in Middle East 2015-10-21 at the Wayback Machine
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
BEE de tehsil Erebistan yarimadasinin serq hissesinde Fars ve Oman korfezleri sahilinde yerlesen Birlesmis Ereb Emirliklerinde movcud olan coxsaxeli tehsil sistemi TarixiBEE tarixine nezer saldiqda burada tehsille bagli bir sira muhum hadiselere rast gelmek olar BEE nin muasir tehsil sistemi esasen XX esrin ikinci yarisindan sonra formalasib 1952 ci ilde olkede cox az sayda formal mektebler fealiyyet gosterirdi 1960 1970 ci illerde mekteblerin yaradilmasi proqraminin tetbiqi tehsil sisteminin nisbeten genislenmesine sebeb oldu BEE de neft yataqlarinin islenilmesine baslandiqdan sonra tehsilin inkisafina daha boyuk diqqet yetirilmisdir Olkede tehsil en prioritet sahelerden biri kimi one cekilib Ixtisasli mutexessislerin yetisdirilmesi ucun investisiya qoyulusunun olkenin geleceyi baximindan ehemiyyetini qebul eden BEE federal hokumetin umumi xerclerinin 25 faizini tehsile serf edir Olke uzre savadliligin umumi seviyyesi 91 faiz teskil edir Bu olkede ehalinin savadliliq seviyyesinin yukselmesine nail olmaq ucun bir sira davamli tedbirler heyata kecirilir BEE de dovlet tehsili mektebeqeder tehsil pillesinden ali tehsil pillesine qeder olkenin butun vetendaslari ucun pulsuzdur Buraya mektebli formalari kitablar zeruri avadanliqlar elave vesait ve neqliyyat vasitesi ile teminat da daxildir Tehsil IX sinfe yeni 6 yasdan 15 yasa qeder icbaridir 2006 2007 ci tedris ilinden etibaren ecnebi sagirdlere de tehsil haqqi odemekle dovlet mekteblerinde oxumaga icaze verilir BEE de muellim telebe nisbeti 15 1 e beraberdir Olkede tehsile dovlet budcesinden ayrilan vesait davamli olaraq artirilsa da tedris metodlari ve kurikulum yeni teleblere cavab vermirdi Umumilikde tehsil sistemi zeif idi 2006 ci ilin fevral ayinda hokumet terefinden tehsilin keyfiyyetinin yukseldilmesi o cumleden daimi sinif otaqlarinin komputer laboratoriyalarinin muasir avadanliqlarla temin olunmasi istiqametinde konkret addimlar atilmaga baslandi BEE nin Tehsil Nazirliyi tehsilde texnologiyalari tetbiq etmek yeni bacariqlari tekmillesdirmek ucun hazirlanmis ve sagirdlerin tehsil imkanlarinin artirilmasina yonelmis Tehsil 2020 adli besillik silsile proqramlar qebul edib Bu proqramin bir hissesi kimi 2003 2004 cu tedris ilinden baslayaraq butun dovlet mekteblerinin I siniflerinde yeni riyaziyyat ve inteqrativ tebiet elmleri kurikulumu tetbiq edilir Yeni kurikulumlarda ingilis dilinin tedrisi diger fenlerin o cumleden riyaziyyat ve tebiet elmlerinin tedrisine inteqrasiya edilir Birlesmis Ereb Emirlikleri qadinlarin tehsile celb olunmasi ve onlarin tehsil imkanlarinin artirilmasi istiqametinde muhum irelileyis elde ederek BMT nin Minilliyin Meqsedlerine catmaq ucun mueyyen etdiyi telebleri yerine yetirib Olkede tehsilin butun pillelerinde yeni tesebbusler desteklenir ve muvafiq islahatlar heyata kecirilir Bunlardan biri de K 12 proqramlarinin tetbiq edilmesidir Bu proqramin esas meqsedi orta mekteb mezunlarinin dunya universitetlerinde oxumasina tam hazirliqli olmasini ve qlobal emek bazarinda reqabet apara bilmesini temin etmekdir Tehsil sahesinde heyata kecirilen mutereqqi islahatlarla yanasi BEE hokumeti 2020 ci ile qeder tehsili millilesdirmekle tehsil sektorunda calisan vetendaslarinin sayinin 90 faize catdirilmasini esas hedef kimi mueyyenlesdirib Orta tehsil pillesinde reallasdirilan butun bu islahatlar olkenin Tehsil Nazirliyi Abu Dabi Tehsil Surasi ve Dubay Tehsil Surasi terefinden heyata kecirilir BEE de ali tehsil sisteminin idare olunmasi ile Ali Tehsil ve Elmi Tedqiqat Nazirliyi mesgul olur Bu qurum hem de ali tehsil muessiselerine qebul aparilmasini ve telebelerin secdikleri ixtisaslar uzre yerlesdirilmesini heyata kecirir Mektebeqeder tehsilBirlesmis Ereb Emirliklerinde usaqlar 4 5 yaslarinda mektebeqeder tehsile celb olunurlar 2005 ci ilin statistikasina gore ibtidai mekteblerin birinci sinfine qebul edilen usaqlarin 80 faizini mektebeqeder tehsil muessiselerinden gelen usaqlar teskil edir Olkede hem dovlet hem de musteqil mektebeqeder tehsil muessiseleri fealiyyet gosterir Musteqil bagcalarda tetbiq olunan kurikulum dovlet bagcalarinda tetbiq olunan kurikulum ile eynidir Hemcinin musteqil bagcalar ucun inzibati texniki ve tedris heyetine olan ehtiyaci BEE Tehsil Nazirliyi mueyyenlesdirir Mektebeqeder tehsil pillesinde son iller aparilmis islahatlar neticesinde Bagcalarin Inkisaf Merkezleri yaradilib Bu merkezler Korfez regionunda tedris ve inzibati heyetin hazirlanmasi elece de onlarin ixtisasinin artirilmasi ucun daimi elmi tedris bazasi hesab edilir Ibtidai tehsilOlkede ibtidai tehsil 6 yasdan baslanir ve 6 il davam edir Dovlet ibtidai tehsil muessiselerinde oglanlar ayri qizlar ayri mekteblerde oxuyurlar 2006 ci ilin statistikasina gore oglanlarin 85 qizlarin ise 82 faizi ibtidai tehsil pillesine celb olunur Ingilis dilinin tedrisi seviyyesini yukseltmek ucun Abu Dabi Tehsil Surasi Zayed Universiteti ile birge ibtidai tehsil uzre pilot proqram hazirlayib Olkede ingilis dilinde selis danismagi bacarmayanlarin isle temin olunmasi xeyli cetindir Bu proqramin genislendirilerek olkenin butun mekteblerinde tetbiq olunmasi planlasdirilir BEE de ibtidai tehsilden sonra sagirdler 3 illik hazirliq esas tehsili pillesinde oxuyurlar Ibtidai tehsil pillesini basa vurduqdan sonra sagirdler oz tehsillerini texniki profilli orta mekteblerde de davam etdire bilerler Hemin mekteblerde tehsil 6 il davam edir ve mezunlara orta texniki tehsil haqqinda diplom verilir Orta tehsil3 illik hazirliq tehsilini basa vurduqdan sonra sagirdler novbeti 3 il muddetinde orta tehsil pillesinde oxuyurlar Ehalinin orta tehsil pillesine celb olunmasinin seviyyesi ibtidai tehsil pillesi ile muqayisede nisbeten asagidir Bele ki bu tehsil pillesine kisilerin 62 qadinlarin ise 66 faizi celb olunur Olkede orta tehsilin idare olunmasina Tehsil Nazirliyi cavabdehlik dasiyir Dovlet mektebleri hokumetin ayirdigi vesait hesabina maliyyelesir ve bele mekteblerde kurikulum BEE nin inkisaf meqsedlerine ve deyerlerine uygun olaraq tertib olunur Dovlet mekteblerinde tedris ereb dilinde heyata kecirilir Ingilis dili ise ikinci dil kimi tedris olunur Hemcinin beynelxalq seviyyede akkreditasiyadan kecmis coxlu sayda ozel mektebler de fealiyyet gosterir 2006 2007 ci tedris ilinin statistik melumatlarina gore olkenin 1256 dovlet ve ozel orta mektebinde 650000 nefer sagird tehsil almisdir Bu sagirdlerin 60 faizi dovlet mekteblerinde oxumusdur Son illerde ozel tehsil sektorunda da ciddi inkisaf meyilleri musahide olunmaqdadir Bu ise ozel mekteblerde tehsil almaq isteyenlerin sayinin keskin artmasina sebeb olub Dubay Emirliyinde sagirdlerin 50 faizi Abu Dabi Emirliyinde ise 40 faizi ozel mekteblerde tehsil alir Olkede xususi tehsilin keyfiyyetinin yukseldilmesi istiqametinde de islahatlar heyata kecirilmekdedir 2006 ci ilde fiziki ve eqli qusuru olanlar ucun tehsil imkanlarinin yaxsilasdirilmasi meqsedile xususi akt qebul edilib Bu senede gore xususi qaygiya ehtiyaci olan usaqlar dovlet ve ozel mekteblerde diger sagirdlerle beraberhuquqlu tehsil almaq imkani qazaniblar Bununla yanasi butun olkede muvafiq pese ve reabilitasiya merkezleri de fealiyyet gosterir Ali tehsilEsas meqale BEE de ali tehsil BEE de fealiyyet gosteren coxsayli ali tehsil muessiselerine Ali Tehsil ve Elmi Tedqiqat Nazirliyinin tabeliyinde olan Akademik Akkreditasiya Komissiyasi lisenziya verir Ali mekteblerin tedris proqramlarinin akkreditasiyasini da bu qurum heyata kecirir Olke vetendaslari dovlet ali tehsil muessiselerinde pulsuz oxuya bilerler Orta tehsil pillesinin sonuncu sinfini bitiren qizlarin 95 oglanlarin ise 80 faizi ali tehsil muessiselerine qebul olunurlar Elmi tedqiqatlarBEE de tehsil ve elmi tedqiqatlarin keyfiyyetinin yukseldilmesine xususi diqqet gosterilir Tecili Komputer Yardimi uzre Tedqiqat Merkezinin Mesder Elm ve Texnologiya Institutunun semereli fealiyyetinin teskilini buna numune kimi gostermek olar Mesder Elm ve Texnologiya Institutu Orta Serqin ilk elmi tedqiqat yonumlu universiteti hesab edilir 2009 cu ilin payizinda universitetde ilk defe magistratura proqramlari heyata kecirilmeye baslanib Bu universitetin yaradilmasinin esas meqsedi dunyada tebii yanacaqdan asililigin azaldilmasi problemi ile mesgul olan genc kadrlar ve tedqiqatcilar hazirlamaqdir Tedqiqat ve telim muessisesi olan Dubay Idarecilik Mektebi de elmi tedqiqatlara genis yer verir muvafiq sahede yuksek seviyyeli mutexessisler yetisdirir Bu tehsil muessisesinde 2009 cu ilden idareetme ve dovlet siyaseti uzre magistratura proqramlari tedris olunur Beynelxalq emekdasliqBEE de xarici olkelerin beynelxalq seviyyede taninmis universitetlerinin filiallari da fealiyyet gosterir Onlarin bezileri xususi tehsil zonalarinda 2003 cu ilde yaradilmis ve yerlesir Olkenin beynelxalq seviyyede taninmis universitetlerinde xaricde oxumaq imkani olmayan yerli telebeler de biznes tebiet elmleri muhendislik ve komputer proqramlari ixtisasi uzre tehsil alirlar Elave tehsilBEE de daimi inkisafa nail olmagin vacibliyini nezere alaraq yeni strategiyalar proqramlar icra edilir ve yeni tesebbusler desteklenir yuksek keyfiyyetli tehsil standartlarinin heyata kecirilmesine sey gosterilir Butun Orta Serqde tehsilin inkisafina manee yaradan esas faktorlar ingilis dilinin tedrisine munasib diqqetin verilmemesi muasir tedris vasiteleri texnologiyalari ve metodlari ile qeyri adekvat temin olunmaq hesab edilir Muasir kurikulumun vacibliyini qebul eden BEE bu sahenin inkisaf etdirilmesi ucun boyuk tehsil kampaniyasina baslayib Elbette ki bu kampaniyanin esasini tehsilin maliyyelesmesi teskil edir Odur ki BEE de 2009 cu ilde tehsilin ve muellim hazirliginin keyfiyyetinin yukseldilmesi ucun 7 4 milyard dirhem 2 milyard ABS dollari vesait ayrilmisdir ki bu vesaitin bir hissesi novbeti 5 il erzinde dovlet mekteblerinde calisan 10000 muellimin ixtisasinin artirilmasina yoneldilmisdir 2008 ci ilden Tehsil Nazirliyi Mentorluq Proqraminin tetbiqine baslayib Proqrama esasen 735 dovlet mektebinin 50 ne Qerb olkelerinde tehsil almis savadli ve ixtisasli mekteb direktorlari teyin edildi Bu tedris strategiyasinin muasirlesdirilmesi ve Qerb olkelerinde tetbiq olunan telim usullarinin sagirdyonumlu feal telim metodlarinin olke mekteblerinde tetbiqi istiqametinde muhum bir addim oldu Aparilmis son tedqiqatlar demeye esas verir ki olkede savadsizligin hazirki seviyyesi 7 faizden de asagidir Hokumetin heyata kecirdiyi stimullasdirici tehsil layiheleri sayesinde bu gosterici getdikce daha da asagi dusur Ehalinin yasli tebeqeleri arasinda savadsizligin legvi uzre muvafiq proqramlar heyata kecirilir ve onlarin musbet neticeleri cemiyyetin umumi inkisafina elave tekan verir Hazirda minlerle olke vetendasi butun regionlarda tesis olunmus yaslilarin tehsili uzre 86 merkezde formal tehsil almaqdadir XX esrin ikinci yarisindan elde etdiyi sosial iqtisadi ugurlarla butun dunyani teeccublendiren Birlesmis Ereb Emirlikleri tehsil sektorunda da kifayet qeder nailiyyetler qazanib Tesadufi deyil ki olke ehalisinin umumi artim dinamikasinda miqrasiya hesabina artim ustunluk teskil edir Diger sebeblerle yanasi tehsil almaq ucun olkeye gelen ecnebilerin ekser hissesinin Birlesmis Ereb Emirliklerinde daimi qalmaga ustunluk vermesi de bu meselede muhum rol oynayir Hemcinin baxBEE de ali tehsilMenbeBesaret Memmedov Ramil Huseynov Dunya tehsili Birlesmis Ereb Emirliklerinin tehsil sistemi 2014 09 09 at the Wayback Machine Yazinin hazirlanmasinda Birlesmis Ereb Emirliklerinin Tehsil Nazirliyinin hemcinin Ali Tehsil ve Elmi Tedqiqat Nazirliyinin resmi materiallarindan istifade olunub Azerbaycan muellimi qezeti 30 09 2011 38 az Xarici kecidlerVikianbarda BEE de tehsil ile elaqeli mediafayllar var UAE s Education Network Public School Insights interview with UAE Education Minister Dr Hanif Hassan Arxivlesdirilib 2013 04 15 at Archive today Posted October 6 2008 ADEC education system in Abu Dhabi 2016 01 01 at the Wayback Machine mostly applies to the UAE also UAE Commission for Academic Accreditation licensed institutions data 2019 09 27 at the Wayback Machine UAE MOE education in the UAE 2015 06 22 at the Wayback Machine UAE MOHESR Higher Education summary 2014 06 06 at the Wayback Machine UNESCO education in the UAE Acceptance of Online Education in Middle East 2015 10 21 at the Wayback Machine