Bozqurd — türk mədəniyyət tarixində çox geniş yayılmış obrazıdır.
Bozqurdların xüsusiyyətləri
Türk mifoloji düşüncəsində Boz Qurd başlıca olaraq ulu əcdad, yol göstərici, xilaskar funksiyalarında çıxış edən hami ruh, mədəni qəhrəman statuslu mifik obrazdır. İlk türklərin- əcdadların müasiri kimi Boz Qurd bu mənada türk etnik-mədəni ənənəsində kosmoqonik aktın iştirakçısı olan bir mədəni qəhrəmandır. Oğuznamə motivlərinin ən əski qatında dayanan bu varlığın bütün funksiyaları da onun mədəni qəhrəman, sakral mənşəli"Göy oğlu" olmasından gəlir. Mənşəcə mifoloji ilkin əcdad obrazına bağlanan Boz qurda,məsələn yakutlar etnik-mədəni ənənənin təbiətinə uyğun olaraq "Göy oğlu" deyirdilər ki, bu adı onun məhz sakral təbiətli bir varlıq olduğunu işarələyir. Ona görə də Boz Qurdu "az qala tanrı səviyyəsinə qaldıran"(!) bir obraz və s. olaraq görmək onun etnik-mədəni ənənənin dəyərlər düzümündəki yerini düzgün müəyyən edilməməsindən irəli gəlir. Əslini-kökünü qurda bağlayan əski türklərin Aşına soyu qurdu özlərinin ulu əcdadları elan etmişdilər. Türk dastanlarında qurd üstəlik də yolgöstərən, böhranlı zamanlarda imdada yetişən bir varlıqdır. Uyğurların qutlu dağ əfsanəsində deyilir ki, ölkəyə səadət və bərəkət gətirildiyinə inannılan bir qayanın çinlilərə verilməyindən sonra uğursuzluqlara tuş gələn məmləkətin aclığa məhkum olması üzündən özlərinə yeni yurd axtaran uyğurların önünə düşüb onlara yol göstərmişdi. Qurdun ulu mifik əcdad olduğu düşüncəsi başqurdların mənşə miflərində də öz əksini tapıbdır. Həmin mif mətninə görə, "başqurd" elə göylərdən gələn ilahi mənşəli "qurdun önə düşüb gətirdiyi xalq" deməkdir. Bir çox türk boyları və soylarının öz əcdadlarını legitim hakimiyyətin tək bir qaynağı kimi qurda bağlamaları Turan xalqlarının inanışlarında onun xüsusi sakral semantikasını doğurdu. Arxaik düşüncədə bayraq dövlətin yaradıcısı olan soyun əcdad ruhunun məkanı bilindiyindən göytürklərin və uyğurların əfsanəsində də Boz Qurd yol göstərəndir. Ümumiyyətlə, türk soyunun ağır günündə, bu soyun başı üzərini təhlükə aldığı zaman Boz Qurd (soyun azadlıq ruhunun rəmzi kimi) yenidən meydana çıxır, yol göstərir, bələdçilik edir.
İstinadlar
- Cəlal Bəydili. "İstiqbal xalq ədəbiyyatınındır". Bakı: “Elm və təhsil”. 2015. səh. 312 səh.
Xarici keçidlər
Bozqurd mövzusunda ədəbiyyatlar
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bozqurd turk medeniyyet tarixinde cox genis yayilmis obrazidir Bozqurdlarin xususiyyetleriTurk mifoloji dusuncesinde Boz Qurd baslica olaraq ulu ecdad yol gosterici xilaskar funksiyalarinda cixis eden hami ruh medeni qehreman statuslu mifik obrazdir Ilk turklerin ecdadlarin muasiri kimi Boz Qurd bu menada turk etnik medeni enenesinde kosmoqonik aktin istirakcisi olan bir medeni qehremandir Oguzname motivlerinin en eski qatinda dayanan bu varligin butun funksiyalari da onun medeni qehreman sakral menseli Goy oglu olmasindan gelir Mensece mifoloji ilkin ecdad obrazina baglanan Boz qurda meselen yakutlar etnik medeni enenenin tebietine uygun olaraq Goy oglu deyirdiler ki bu adi onun mehz sakral tebietli bir varliq oldugunu isareleyir Ona gore de Boz Qurdu az qala tanri seviyyesine qaldiran bir obraz ve s olaraq gormek onun etnik medeni enenenin deyerler duzumundeki yerini duzgun mueyyen edilmemesinden ireli gelir Eslini kokunu qurda baglayan eski turklerin Asina soyu qurdu ozlerinin ulu ecdadlari elan etmisdiler Turk dastanlarinda qurd ustelik de yolgosteren bohranli zamanlarda imdada yetisen bir varliqdir Uygurlarin qutlu dag efsanesinde deyilir ki olkeye seadet ve bereket getirildiyine inannilan bir qayanin cinlilere verilmeyinden sonra ugursuzluqlara tus gelen memleketin acliga mehkum olmasi uzunden ozlerine yeni yurd axtaran uygurlarin onune dusub onlara yol gostermisdi Qurdun ulu mifik ecdad oldugu dusuncesi basqurdlarin mense miflerinde de oz eksini tapibdir Hemin mif metnine gore basqurd ele goylerden gelen ilahi menseli qurdun one dusub getirdiyi xalq demekdir Bir cox turk boylari ve soylarinin oz ecdadlarini legitim hakimiyyetin tek bir qaynagi kimi qurda baglamalari Turan xalqlarinin inanislarinda onun xususi sakral semantikasini dogurdu Arxaik dusuncede bayraq dovletin yaradicisi olan soyun ecdad ruhunun mekani bilindiyinden goyturklerin ve uygurlarin efsanesinde de Boz Qurd yol gosterendir Umumiyyetle turk soyunun agir gununde bu soyun basi uzerini tehluke aldigi zaman Boz Qurd soyun azadliq ruhunun remzi kimi yeniden meydana cixir yol gosterir beledcilik edir IstinadlarCelal Beydili Istiqbal xalq edebiyyatinindir Baki Elm ve tehsil 2015 seh 312 seh Xarici kecidlerBozqurd movzusunda edebiyyatlar