Başqırdıstan ədəbiyyatı — Rusiya Federasiyasının Başqırdıstan Respublikasında başqırd şair və yazıçıların , eləcə də dünya mədəniyyətinə bəxş etdikləri ədəbi-mədəni fikrin ən yaxşı nümunələri.
Tarixi
1917-ci ilə qədər başqırd ədəbiyyatı tatar, daha sonra başqırd dillərində yaradılmış, folklor əsasında və regionun ümumtürk yazılı ədəbiyyatının təsiri ilə formalaşmışdır. Başqırd xalq ədəbiyyatı qəhrəmanlıq dastanları (kobayır), məişət mahnıları, nağıl və əfsanələrlə zəngindir. XIV əsrdən XX əsrin əvvəllərinə qədər şifahi poeziyanı sesenlər adlanan xalq şair və müğənniləri təmsil edirdilər. XVIII əsr başqırd seseni Salavat Yulayev öz yaradıcılığında folklorla yazılı ədəbiyyatın ənənələrini birləşdirmişdir. XIX əsr başqırd ədəbiyyatına həm sufizmin, həm də Avropa maarifçilik ideyalarının təsiri olmuşdur ki, bunun əsas aparıcıları M. Akmulla, M. Ümetbayev, Ş. Zəki idi.
XX əsrin birinci rübündə başqırd və tatar ədəbiyyatının görkəmli nümayəndəsi M. Qafuri vətənpərvərlik poeziyasının əsasını qoymuşdur. Bu illərdə başqırd nəsri inkişaf etmiş, roman janrı formalaşmış (Xayri Qaynan, “Dönüş”, 1928; İ. Nasıri, “Kudey”, 1936), povest və hekayələr (M. Qafurinin sosial-psixoloji "Ləkələnmişlər" povesti, 1926; S. Agişin satirik povestləri, A. Vali, Q. Qumər, X. Dövlətşina və b.-nın əsərləri) yazılmışdır.
İkinci dünya müharibəsi illərində poeziya daha çox inkişaf etmişdir. B. Bikbay (1909–68), H. Kərim, R. Niqməti (1909–59), S. Kulibay (1910–76), Q. Əmiri (d. 1911), D. Yultı, S. Kudaş, M. Kərim və başqaları oda, ballada, sonet və sairə yazmışlar. Bu dövrdə başqırd poeması (R. Niqməti, “Agidelin gözəl vadiləri”, 1940; M. Kərim, “Dekabr nəğməsi”, 1942 və s.) yarandı. M. Buranqulovun poeziyasında başqırd mahnı-əfsanə motivləri güclü idi. Müharibədən sonrakı dövrdə S. Agişin “Özül”, Ə. Valeyevin “İlk addımlar”, Ə. Bikçentayevin “Durnalar Uralda qalır” romanları, S. Kulibay, M. Kərim, H. Kərim, T. Arslan və başqalarının şeir və poemaları nəşr olundu. İ. Abdullinin “Dərin nəfəs”, M. Kərimin “Tənha qovaq”, “Ay tutulan gecə“, R. Niqmətinin “Belaya çayının sahilində” və s. dram əsərləri yarandı, psixoloji hekayə janrı (Q. Bayburin, A. Bikçentayev, R. Sultanqareyev və b.) şöhrət qazandı. Dramaturgiya (M. Kərim, H. İbrahimov, İ. Abdullin, N. Nəcmi və b.) inkişaf etdi. 1960–1990-cı illərin poeziyasında (M. Qali, R. Bikbayev, Q. Ramazanov, Z. Biişeva, B. Rafiqov və b.) fəlsəfi mövzulara, yeni poetik formalardan istifadəyə meyil yarandı. Satirik və yumoristik poeziya F. Qumərov, X. Tulyakayev və başqalarının yaradıcılığı ilə təmsil olunurdu. Ə. Bikçentayevin “Səfirin qızı”povesti, Mustay Kərimin “Dağlar da insan kimidir” şeir kitabı, M. Qafuri və başqalarının bəzi əsərləri Azərb. dilinə tərcümə edilmişdir.
İstinadlar
- BAŞQIRDISTAN 2022-08-18 at the Wayback Machine. ensiklopediya.gov.az (az.)
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Basqirdistan edebiyyati Rusiya Federasiyasinin Basqirdistan Respublikasinda basqird sair ve yazicilarin elece de dunya medeniyyetine bexs etdikleri edebi medeni fikrin en yaxsi numuneleri Tarixi1917 ci ile qeder basqird edebiyyati tatar daha sonra basqird dillerinde yaradilmis folklor esasinda ve regionun umumturk yazili edebiyyatinin tesiri ile formalasmisdir Basqird xalq edebiyyati qehremanliq dastanlari kobayir meiset mahnilari nagil ve efsanelerle zengindir XIV esrden XX esrin evvellerine qeder sifahi poeziyani sesenler adlanan xalq sair ve mugennileri temsil edirdiler XVIII esr basqird seseni Salavat Yulayev oz yaradiciliginda folklorla yazili edebiyyatin enenelerini birlesdirmisdir XIX esr basqird edebiyyatina hem sufizmin hem de Avropa maarifcilik ideyalarinin tesiri olmusdur ki bunun esas aparicilari M Akmulla M Umetbayev S Zeki idi XX esrin birinci rubunde basqird ve tatar edebiyyatinin gorkemli numayendesi M Qafuri vetenperverlik poeziyasinin esasini qoymusdur Bu illerde basqird nesri inkisaf etmis roman janri formalasmis Xayri Qaynan Donus 1928 I Nasiri Kudey 1936 povest ve hekayeler M Qafurinin sosial psixoloji Lekelenmisler povesti 1926 S Agisin satirik povestleri A Vali Q Qumer X Dovletsina ve b nin eserleri yazilmisdir Ikinci dunya muharibesi illerinde poeziya daha cox inkisaf etmisdir B Bikbay 1909 68 H Kerim R Niqmeti 1909 59 S Kulibay 1910 76 Q Emiri d 1911 D Yulti S Kudas M Kerim ve basqalari oda ballada sonet ve saire yazmislar Bu dovrde basqird poemasi R Niqmeti Agidelin gozel vadileri 1940 M Kerim Dekabr negmesi 1942 ve s yarandi M Buranqulovun poeziyasinda basqird mahni efsane motivleri guclu idi Muharibeden sonraki dovrde S Agisin Ozul E Valeyevin Ilk addimlar E Bikcentayevin Durnalar Uralda qalir romanlari S Kulibay M Kerim H Kerim T Arslan ve basqalarinin seir ve poemalari nesr olundu I Abdullinin Derin nefes M Kerimin Tenha qovaq Ay tutulan gece R Niqmetinin Belaya cayinin sahilinde ve s dram eserleri yarandi psixoloji hekaye janri Q Bayburin A Bikcentayev R Sultanqareyev ve b sohret qazandi Dramaturgiya M Kerim H Ibrahimov I Abdullin N Necmi ve b inkisaf etdi 1960 1990 ci illerin poeziyasinda M Qali R Bikbayev Q Ramazanov Z Biiseva B Rafiqov ve b felsefi movzulara yeni poetik formalardan istifadeye meyil yarandi Satirik ve yumoristik poeziya F Qumerov X Tulyakayev ve basqalarinin yaradiciligi ile temsil olunurdu E Bikcentayevin Sefirin qizi povesti Mustay Kerimin Daglar da insan kimidir seir kitabi M Qafuri ve basqalarinin bezi eserleri Azerb diline tercume edilmisdir IstinadlarBASQIRDISTAN 2022 08 18 at the Wayback Machine ensiklopediya gov az az