Bayandur bəy — Bayandur tayfasından olan Ağqoyunlu sərkərdəsi və siyasi xadim.
Həyatı
Bayandur bəyin haqqında məlumat dövr mənbələrində ya azdır, ya da demək olarki yoxdur. Bayandur bəy 1469-cu ildəki Mahmudabad döyüşünün, 1471-ci ildəki Ağqoyunluların Gürcüstan yürüşünün və 1473-cü ildəki Otluqbeli döyüşünün fəal iştirakçılardan olmuşdur.
Uzun Həsənin əmri ilə qiyam qaldırmış olan oğlu Bayandur bəyin əli ilə Ərzincanda öldürülmüşdür. Bayandur bəy Uğurlu Məhəmmədin ailəsini də əsir almaq istəsə də bunu bacara bilmədi. Belə ki, Ərzincanda bir şəxs onları qaçıraraq Osmanlı sarayına təhvil vermişdi
Uzun Həsənin 1478-ci ildə ölümündən sonra Yaqub bəyin başçılığı altında Ağqoyunlu sərkərdələri, Bayandur bəy, Süleyman bəy və böyük din adamı Qazi İsa bəy birləşərək Sultan Xəlilə qarşı cəbhə əmələ gətirdilər. Belə vəziyyətdən narahatlıq keçirən Sultan Xəlil, Yaqub bəyə qarşı hərəkətə başladı. İki ordu Xoy çayı yaxınlığında üz-üzə gəldilər. Döyüşdə Sultan Xəlil qüvvələrinin üstünlüyünə baxmayaraq məğlub oldu
Sultan Yaqub dövründə Ağqoyunluların ən böyük xarici təhlükələrindən biri də Məmlük dövləti idi. Məmlük sultanı Qayıtbəy Uzun Həsənin ölümündən istifadə edərək, Əmir Yaşbəyin başçılığı ilə 100 minlik ordunu Urfanı tutmaq üçün göndərdi. Əmir Yaşbəy 1580-ci ildə Fəratı keçərək Urfanın mühasirəsinə başladı. Bu xəbər Sultan Yaquba çatdıqda. Bayandur bəy, Süleyman bəy Bicanoğlu və Xəlil bəy Bektaşın başçılığı ilə Urfanın müdafiəsi üçün qoşun göndərdi. Qoşunlar Ruha qalası ətrafında üz-üzə gəldilər. Yaşbəy məğlub oldu və öldürüldü.
Sultan Yaqub bəy bu qələbənin şərəfinə İsfahan əyalətini Bayandur bəyə verdi. Lakin o, bundan daha böyük mükafat gözləyirdi və buna görə də 1482-ci ilin əvvəllərində qiyam qaldırdı. Sultan Yaqub onun üsyanını yatırtmaq üçün Sufi Xəlilin başçılığı ilə qoşun göndərdi. Savə yaxınlığındakı Zahir kəndində baş vermiş döyüşdə Bayandur bəy məğlub edildi və öldürüldü.
Həmçinin bax
Ədəbiyyat
- Həsən bəy Rumlu. "Əhsənüt-təvarix (Tarixlərin ən yaxşısı)". Kastamonu: Uzanlar, 2017, 661 s.
- Nəcəfli T.H. "Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında". Bakı: Çaşıoğlu, 2000. - 198 s.
- Həsən bəy Rumlu."Qızılbaşlar tarixi". Tərcümə və şərhlər M.Ə. Məhəmmədinindir. — Bakı: «Azərbaycan» nəşriyyatı. 1993 —48 s.
- J. E. Woods. 300 Yıllık Türk İmparatorluğu Akkoyunlular: aşiret, konfederasyon, imparatorluk. (tərc. Sibel Özbudun), Milliyet yay, İstanbul, 1993.
İstinadlar
- Həsən bəy Rumlu.Qızılbaşlar tarixi.s.10.
- Həsən bəy Rumlu.Əhsənüt-təvarix.s.263;280.
- J. E. Woods, Akkoyunlular, s. 234
- Həsən bəy Rumlu.Qızılbaşlar tarixi.s.8.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bayandur bey Bayandur tayfasindan olan Agqoyunlu serkerdesi ve siyasi xadim HeyatiBayandur beyin haqqinda melumat dovr menbelerinde ya azdir ya da demek olarki yoxdur Bayandur bey 1469 cu ildeki Mahmudabad doyusunun 1471 ci ildeki Agqoyunlularin Gurcustan yurusunun ve 1473 cu ildeki Otluqbeli doyusunun feal istirakcilardan olmusdur Uzun Hesenin emri ile qiyam qaldirmis olan oglu Bayandur beyin eli ile Erzincanda oldurulmusdur Bayandur bey Ugurlu Mehemmedin ailesini de esir almaq istese de bunu bacara bilmedi Bele ki Erzincanda bir sexs onlari qaciraraq Osmanli sarayina tehvil vermisdi Uzun Hesenin 1478 ci ilde olumunden sonra Yaqub beyin basciligi altinda Agqoyunlu serkerdeleri Bayandur bey Suleyman bey ve boyuk din adami Qazi Isa bey birleserek Sultan Xelile qarsi cebhe emele getirdiler Bele veziyyetden narahatliq keciren Sultan Xelil Yaqub beye qarsi herekete basladi Iki ordu Xoy cayi yaxinliginda uz uze geldiler Doyusde Sultan Xelil quvvelerinin ustunluyune baxmayaraq meglub oldu Sultan Yaqub dovrunde Agqoyunlularin en boyuk xarici tehlukelerinden biri de Memluk dovleti idi Memluk sultani Qayitbey Uzun Hesenin olumunden istifade ederek Emir Yasbeyin basciligi ile 100 minlik ordunu Urfani tutmaq ucun gonderdi Emir Yasbey 1580 ci ilde Ferati kecerek Urfanin muhasiresine basladi Bu xeber Sultan Yaquba catdiqda Bayandur bey Suleyman bey Bicanoglu ve Xelil bey Bektasin basciligi ile Urfanin mudafiesi ucun qosun gonderdi Qosunlar Ruha qalasi etrafinda uz uze geldiler Yasbey meglub oldu ve olduruldu Sultan Yaqub bey bu qelebenin serefine Isfahan eyaletini Bayandur beye verdi Lakin o bundan daha boyuk mukafat gozleyirdi ve buna gore de 1482 ci ilin evvellerinde qiyam qaldirdi Sultan Yaqub onun usyanini yatirtmaq ucun Sufi Xelilin basciligi ile qosun gonderdi Save yaxinligindaki Zahir kendinde bas vermis doyusde Bayandur bey meglub edildi ve olduruldu Hemcinin baxAgqoyunlularEdebiyyatHesen bey Rumlu Ehsenut tevarix Tarixlerin en yaxsisi Kastamonu Uzanlar 2017 661 s Necefli T H Qaraqoyunlu ve Agqoyunlu dovletlerinin tarixi muasir turk tarixsunasliginda Baki Casioglu 2000 198 s Hesen bey Rumlu Qizilbaslar tarixi Tercume ve serhler M E Mehemmedinindir Baki Azerbaycan nesriyyati 1993 48 s J E Woods 300 Yillik Turk Imparatorlugu Akkoyunlular asiret konfederasyon imparatorluk terc Sibel Ozbudun Milliyet yay Istanbul 1993 IstinadlarHesen bey Rumlu Qizilbaslar tarixi s 10 Hesen bey Rumlu Ehsenut tevarix s 263 280 J E Woods Akkoyunlular s 234 Hesen bey Rumlu Qizilbaslar tarixi s 8