Batimetriya su hövzələrinin dib relyefinin tədqiq olunmasıdır. Dünya okeanı və qapalı su hövzələri, həmçinin çay və su anbarları üzrə dib relyefinin tədqiq olunması daim aktual olub. Batimetriya termini yunancadan "dərinlik" və "ölçü" sözlərinin birləşməsindən yaranıb (bathus və metron). Topoqrafiya xəritələrində relyefin təsviri üsulu olaraq izohipslər istifadə edilirsə (horizontallar), batimetriya xəritələrində bu anlayış izobat olaraq ifadə olunur. Müasir dövrümüzdə Batimetriya tədqiqatları ilə paralel SONAR çəkilişləri də yerinə yetirilir.
Batimetriya tədqiqatları və SONAR çəkilişlərinin (Side-Scan Sonar) tətbiq sahələri
— Hidrotexniki qurğuların layihələndirilməsi və tikintisi;
— turizm sektoru (çimərlik sahələrin və istirahər zonaların salınması);
— infrastruktur layihələrinin işlənilməsi;
— sahil idarəetmə məsələləri;
— dəniz nəqliyyatı;
— neft-qaz sektoru
— alternativ enerji;
— su təchizatı;
— kənd təsərrüfatı;
— metokean tədqiqatlar və s.
Batimetriya və Sonar ölçmələri layihənin yerləşməsindən asılı olaraq sualtı zonalarda relyefin quruluşunu, layihəndirmədə mane ola biləcək obyektləri, boruların vəziyyəti və kəsişən yerləri təyin etməyə, həmçinin çıxıntıları müəyyən etməyə imkan verir. Sonar vasitəsilə hidroqrafik obyektlərin dib ərazilərinin akustik təsvirini də əldə etmək mümkündür. Çimərliklərin sualtı təhlilində Sonar daha geniş tətbiq edilir. Batimetrik ölçmələr və Sonar çəkilişləri dib dərinləşdirmə işindən əvvəl cari vəziyyəti tədqiq etməyə də xidmət edir. Sualtı obyekt təyin edildikdə onun ölçüsü hesablanır və interpretasiya olunub xəritədə qeyd edilir (uzunluq, en və hündürlük).
Kəmərin alt hissəsində boşluqlar aşkar olunduqda onların uzunluq və yerdən kəmərə qədər hündürlük göstəriciləri qeydə alınır. Bərk süxur çıxıntıları konturla çəkilir. Özüllərin sualtı batmış və sınmış hissələri, tullantı materialları tərtib olunan xəritəyə daxil edilir.
SƏTƏM
Batimetriya tədqiqatları zamanı təhlükəsizlik məsələlərinə diqqət edilməsi olduqca vacibdir. Adətən batimetrik tədqiqatların aparılmasında prosedur olaraq SƏTƏM Tədbirlər Planının və Fövqəladə Hallar Planının hazırlanması nəzərdə tutulur. Risklərin qiymətləndirilməsi aparılır. Risk ehtimalları təyin olunaraq onların minimum həddə çatdırılması təmin edilir. Burada, olduqca çoxsaylı meyarlar var ki, tədqiqat aparılmamışdan əvvəl bütün faktorlar mütləq şəkildə nəzərə alınır. Bunlara əsasən aşağıdakılar daxildir:
— SƏTƏM Tədbirlər Planının və Fövqəladə Hallar Planının hazırlanması;
— Tədqiqat üzrə mövcud və ehtimal olunan risklərin qiymətləndirilməsi;
— avadanlıqların test olunması;
— naviqasiya təminatının yoxlanılması;
— fərdi mühafizə vasitələri;
— yanğınsöndürmə balonlarının yoxlanılması;
— gəmi heyətinin hazırlıq yoxlanışı;
— ilkin tibbi yardımın göstərilməsi üzrə şəxsin heyətdə yer tutması;
— IMO model təlim sertifikatlarının mövcudluğu;
Yuxarıda qeyd olunan bəndlər əməyin təhlükəsizliyi baxımdan bütün tədbirlər daxil olmaqla iş prosesinin təhlükəsizliyinə və işçilərin həyatının, sağlamlığının və səmərəliliyinin qorunmasına xidmət edir.
Batimetriya tədqiqatlarının metodologiyası
Batimetrik tədqiqatların aparılması metodları obyektlərə əsasən fərqli yanaşmaları özündə əks etdirə bilər. Batimetrik ölçmələrin aparılmasında müxtəlif metod və yanaşmalar mövcuddur. Bu əsasən ərazinin dayaz və dərin sahələrdən ibarət olmasından irəli gəlir. Bundan başqa, layihə ərazisinin sahilyanı zonada və ya dəniz hövzəsinin dərin sahələrində yerləşməsindən asılıdır.
Sahilyanı ərazilərdə batimetrik tədqiqatların aparılmasında taxeometrik planalma işləri aparmaqla dərinlik ölçmə işlərini icra etmək olar. Bu yanaşma əsasən, dayaz sahilyanı ərazilərə şamil olunur və mütləq şəkildə geodeziya istinad məntəqəsinə bağlantı edilməklə ölçmələrin geodezik təminatını yerinə yetirmək olar. Eyni zamanda, bu kimi ərazilərdə GPS baza rover sistemi ilə dərinlik ölçmələrini aparmaq mümkündür. Bu metod xüsusilə dayaz sahələrdə keçərlidir.
Dərin su hövzələrində batimetrik tədqiqatların aparılmasında hidroqrafik exolotdan istifadə olunur. Bu zaman, gəminin konfiqurasiya parametrləri nəzərə alınır və batimetrik proqram təminatında bu ölçü parametrləri daxil edilir. Əvvəlcədən qalsların yerləşmə sxemləri tərtib edilir və gəmi sxem üzrə hərəkət etməklə təkşüalı və ya çoxşüalı ölçmə metodları ilə batimetrik tədqiqatlar aparılır. Mətn verilənləri formatında alınmış dib relyefinin göstəriciləri əsasında batimetrik model qurulur. Qurulmuş batimetriya modeli əsasında dib relyefinin profillərinin qrafiki tərtibat işləri icra edilir. Qrafiki tərtibat və xəritələşdirmə işlərini coğrafi informasiya sistemləri texnologiyalarına daxil olan proqram komplekslərində də icra etmək mümkündür. Lakin, kartoqrafik məhsulların hazırlanması və modelləşdirmə işləri üçün hazır batimetriya proqramları mövcuddur. Qeyd edilməlidir ki, xüsusi batimetrik proqramlarda gəminin konfiqurasiya parametrlərinin və qalsların daxil edilməsi, həmçinin relyef göstəriciləri əsasında tədqiqat ərazisinin batimetrik modelləşdirilməsi və xəritələşdirilməsi mümkündür. Burada ən vacib mərhələ GPS naviqasiya sisteminin qurulmasıdır ki, bu da tədqiqatın geodeziya təminatına xidmət edir.
Batimetrik tədqiqatların aparılmasında LIDAR texnologiyalarından da geniş istifadə olunur. LIDAR (Light Detection and Ranging) lazer çəkilişi sistemi olmaqla yerüstü və aeroçəkiliş metodlarından ibarətdir. LIDAR əsasında obyektlərin koordinatlarının və hündürlüklərinin dəqiqləşdirilməsi, həmçinin formaları haqqında dəqiq informasiyaların alınması və s. mümkün olur. Belə ki, LIDAR verilənləri daşqın zamanı obyektlərə dəymiş ziyanın müəyyən edilməsində, su basmış ərazilərin sahələrinin dəqiqləşdirilməsində və çay konturlarının ayırd edilməsində, çay yatağının 3D modelinin qurulmasında, həmçinin çayda dibdərinləşdirmə işlərinin aparılmasında və digər istiqamətlərdə geniş tətbiq olunur.
İstinadlar
- "HİDROQRAFİYA XİDMƏTLƏRİ". CASPIAN GEOMATICS (az.). 2024-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-16.
- "HİDROQRAFİK ÖLÇMƏLƏR". CASPIAN GEOMATICS (az.). 2024-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-16.
- Aliyev, Elvin. "Batimetriya". https://www.academia.edu/. 2014. 2018-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-16.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqale silinmeye namizeddirBu sehifeninsehife silme qaydasinaesasen siline bileceyi guman edilir Eger sehifenin silinmesine dair etiraziniz varsa silinmeye namized sehifelersehifesinde bu barede fikrinizi bildirin Muzakire davam etdiyi muddet erzinde sehifedeki bu xeberdarligi silmeyin Bu meqale sonuncu defe 18 gun evvel Araz Yaquboglu muzakire tohfeler terefinden redakte olunub Yenile Batimetriya su hovzelerinin dib relyefinin tedqiq olunmasidir Dunya okeani ve qapali su hovzeleri hemcinin cay ve su anbarlari uzre dib relyefinin tedqiq olunmasi daim aktual olub Batimetriya termini yunancadan derinlik ve olcu sozlerinin birlesmesinden yaranib bathus ve metron Topoqrafiya xeritelerinde relyefin tesviri usulu olaraq izohipsler istifade edilirse horizontallar batimetriya xeritelerinde bu anlayis izobat olaraq ifade olunur Muasir dovrumuzde Batimetriya tedqiqatlari ile paralel SONAR cekilisleri de yerine yetirilir Batimetriya tedqiqatlari ve SONAR cekilislerinin Side Scan Sonar tetbiq saheleri Hidrotexniki qurgularin layihelendirilmesi ve tikintisi turizm sektoru cimerlik sahelerin ve istiraher zonalarin salinmasi infrastruktur layihelerinin islenilmesi sahil idareetme meseleleri deniz neqliyyati neft qaz sektoru alternativ enerji su techizati kend teserrufati metokean tedqiqatlar ve s Batimetriya ve Sonar olcmeleri layihenin yerlesmesinden asili olaraq sualti zonalarda relyefin qurulusunu layihendirmede mane ola bilecek obyektleri borularin veziyyeti ve kesisen yerleri teyin etmeye hemcinin cixintilari mueyyen etmeye imkan verir Sonar vasitesile hidroqrafik obyektlerin dib erazilerinin akustik tesvirini de elde etmek mumkundur Cimerliklerin sualti tehlilinde Sonar daha genis tetbiq edilir Batimetrik olcmeler ve Sonar cekilisleri dib derinlesdirme isinden evvel cari veziyyeti tedqiq etmeye de xidmet edir Sualti obyekt teyin edildikde onun olcusu hesablanir ve interpretasiya olunub xeritede qeyd edilir uzunluq en ve hundurluk Kemerin alt hissesinde bosluqlar askar olunduqda onlarin uzunluq ve yerden kemere qeder hundurluk gostericileri qeyde alinir Berk suxur cixintilari konturla cekilir Ozullerin sualti batmis ve sinmis hisseleri tullanti materiallari tertib olunan xeriteye daxil edilir SETEMBatimetriya tedqiqatlari zamani tehlukesizlik meselelerine diqqet edilmesi olduqca vacibdir Adeten batimetrik tedqiqatlarin aparilmasinda prosedur olaraq SETEM Tedbirler Planinin ve Fovqelade Hallar Planinin hazirlanmasi nezerde tutulur Risklerin qiymetlendirilmesi aparilir Risk ehtimallari teyin olunaraq onlarin minimum hedde catdirilmasi temin edilir Burada olduqca coxsayli meyarlar var ki tedqiqat aparilmamisdan evvel butun faktorlar mutleq sekilde nezere alinir Bunlara esasen asagidakilar daxildir SETEM Tedbirler Planinin ve Fovqelade Hallar Planinin hazirlanmasi Tedqiqat uzre movcud ve ehtimal olunan risklerin qiymetlendirilmesi avadanliqlarin test olunmasi naviqasiya teminatinin yoxlanilmasi ferdi muhafize vasiteleri yanginsondurme balonlarinin yoxlanilmasi gemi heyetinin hazirliq yoxlanisi ilkin tibbi yardimin gosterilmesi uzre sexsin heyetde yer tutmasi IMO model telim sertifikatlarinin movcudlugu Yuxarida qeyd olunan bendler emeyin tehlukesizliyi baximdan butun tedbirler daxil olmaqla is prosesinin tehlukesizliyine ve iscilerin heyatinin saglamliginin ve semereliliyinin qorunmasina xidmet edir Batimetriya tedqiqatlarinin metodologiyasiBatimetrik tedqiqatlarin aparilmasi metodlari obyektlere esasen ferqli yanasmalari ozunde eks etdire biler Batimetrik olcmelerin aparilmasinda muxtelif metod ve yanasmalar movcuddur Bu esasen erazinin dayaz ve derin sahelerden ibaret olmasindan ireli gelir Bundan basqa layihe erazisinin sahilyani zonada ve ya deniz hovzesinin derin sahelerinde yerlesmesinden asilidir Sahilyani erazilerde batimetrik tedqiqatlarin aparilmasinda taxeometrik planalma isleri aparmaqla derinlik olcme islerini icra etmek olar Bu yanasma esasen dayaz sahilyani erazilere samil olunur ve mutleq sekilde geodeziya istinad menteqesine baglanti edilmekle olcmelerin geodezik teminatini yerine yetirmek olar Eyni zamanda bu kimi erazilerde GPS baza rover sistemi ile derinlik olcmelerini aparmaq mumkundur Bu metod xususile dayaz sahelerde kecerlidir Derin su hovzelerinde batimetrik tedqiqatlarin aparilmasinda hidroqrafik exolotdan istifade olunur Bu zaman geminin konfiqurasiya parametrleri nezere alinir ve batimetrik proqram teminatinda bu olcu parametrleri daxil edilir Evvelceden qalslarin yerlesme sxemleri tertib edilir ve gemi sxem uzre hereket etmekle teksuali ve ya coxsuali olcme metodlari ile batimetrik tedqiqatlar aparilir Metn verilenleri formatinda alinmis dib relyefinin gostericileri esasinda batimetrik model qurulur Qurulmus batimetriya modeli esasinda dib relyefinin profillerinin qrafiki tertibat isleri icra edilir Qrafiki tertibat ve xeritelesdirme islerini cografi informasiya sistemleri texnologiyalarina daxil olan proqram komplekslerinde de icra etmek mumkundur Lakin kartoqrafik mehsullarin hazirlanmasi ve modellesdirme isleri ucun hazir batimetriya proqramlari movcuddur Qeyd edilmelidir ki xususi batimetrik proqramlarda geminin konfiqurasiya parametrlerinin ve qalslarin daxil edilmesi hemcinin relyef gostericileri esasinda tedqiqat erazisinin batimetrik modellesdirilmesi ve xeritelesdirilmesi mumkundur Burada en vacib merhele GPS naviqasiya sisteminin qurulmasidir ki bu da tedqiqatin geodeziya teminatina xidmet edir Batimetrik tedqiqatlarin aparilmasinda LIDAR texnologiyalarindan da genis istifade olunur LIDAR Light Detection and Ranging lazer cekilisi sistemi olmaqla yerustu ve aerocekilis metodlarindan ibaretdir LIDAR esasinda obyektlerin koordinatlarinin ve hundurluklerinin deqiqlesdirilmesi hemcinin formalari haqqinda deqiq informasiyalarin alinmasi ve s mumkun olur Bele ki LIDAR verilenleri dasqin zamani obyektlere deymis ziyanin mueyyen edilmesinde su basmis erazilerin sahelerinin deqiqlesdirilmesinde ve cay konturlarinin ayird edilmesinde cay yataginin 3D modelinin qurulmasinda hemcinin cayda dibderinlesdirme islerinin aparilmasinda ve diger istiqametlerde genis tetbiq olunur Istinadlar HIDROQRAFIYA XIDMETLERI CASPIAN GEOMATICS az 2024 06 15 tarixinde arxivlesdirilib Istifade tarixi 2024 11 16 HIDROQRAFIK OLCMELER CASPIAN GEOMATICS az 2024 05 30 tarixinde arxivlesdirilib Istifade tarixi 2024 11 16 Aliyev Elvin Batimetriya https www academia edu 2014 2018 07 04 tarixinde arxivlesdirilib Istifade tarixi 2024 11 16