Bakı Dövlət Universitetinin Filologiya fakültəsi — Bakı Dövlət Universitetinin fakültələrindən biri.
Filologiya fakültəsi | |
---|---|
Bakı Dövlət Universiteti | |
| |
Yaradılma tarixi | 1919 |
Dekan | Elçin Məmmədov |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Digər məlumatlar | |
Sayt | philology.bsu.edu.az |
Tarixi
1919-cu ildə Bakı Dövlət Darülfünunu təsis edilərkən tarix-filologiya fakültəsinin (tarix və lisanə fakültəsi) dil-ədəbiyyat və Şərq şöbələri şəklində təşkil olunmuşdur. Universitetin fəaliyyət göstərdiyi ilk illərdə dil-ədəbiyyat şöbəsində rus dili və ədəbiyyatı ixtisası, Şərq şöbəsi daxilində isə indiki Azərbaycan dili və ədəbiyyatı ixtisası tədris edilmişdir. Bu sonuncu ixtisas üzrə tələbələr ilk növbədə Azərbaycan dili və ədəbiyyatı üzrə mütəxəssis kimi hazırlansalar da, ərəb, fars, türk dillərini və bu dillərdə danışan xalqların ədəbiyyatını və tarixini də dərindən öyrənmişlər. 1922-1923-cü tədris ilindən Şərq şöbəsi müstəqil fakültəyə çevrilmiş və beləliklə, 1922-ci il martın 30-dan rus dili və ədəbiyyatı ixtisası tarix-filologiya fakültəsinin müstəqil bir şöbəsi, indiki Azərbaycan dili və ədəbiyyatı ixtisası isə Şərq fakültəsinin lisaniyyat şöbəsinin müstəqil bir bölməsi kimi fəalyyət göstərmişdir. 1923-1924-cü tədris ilində tarix-filologiya fakültəsi ictimai elmlər fakültəsinə çevrilir, indiki rus dili və ədəbiyyatı ixtisası həmin fakültənin üç şöbəsindən biri olur. 1924-1925-ci tədris ilində ictimai elmlər fakültəsi pedaqoji fakültə ilə əvəz olunur. 1925-1926-cı tədris ilinin əvvəlində pedaqoji fakültədə dil-ədəbiyyat şöbəsinin fəaliyyəti dayandırılır. İndiki Azərbaycan dili və ədəbiyyatı şöbəsi isə Şərq fakültəsinin lisaniyyat şöbəsinin müstəqil bir bölməsi kimi öz fəaliyyətini Azərbaycan SSR Xalq Komissarları Sovetinin 19 iyun 1930-cu il tarixli qərarınadək-Azərbaycan Dövlət Universitetinin müxtəlif institutlara çevrilməsinədək davam etdirir. Bakı Dövlət Universiteti təşkil olunarkən tarix-filologiya fakültəsinin ilk dekanı Ümumi tarix kafedrasının professoru Nikolay Aleksandroviç Dubrovski olmuşdur. O bu vəzifədə 10 ay işləmiş, sonra bu vəzifəni prof.Leonid Aleksandroviç İşkov tutmuşdur. 1920-ci illərin əvvəllərində filologiyanın tədrisi ilə bilavasitə 10 kafedra məşğul olmuşdur: Ümumi (müqaysəli) dilçilik; Rus ədəbiyyatı; Rus dili; Qərbi Avropa ədəbiyyatı tarixi; Klassik filologiya; Slavyan filologiyası; Gürcü filologiyası; Türkologiya; Türk ədəbiyyatları tarixi; İncəsənət tarixi. Bu kafedralardan bəziləri sonralar bağlanır. Gürcü filologiyası kafedrası 1922-ci ildə, Slavyan filologiyası kafedrası isə 1924-cü ildə ləğv edilir. 1920-ci illərdə ədəbiyyat və dil fənlərindən V.V.Sipovski, V.İ.İvanov, A.V.Baqri, V.B.Tomaşevski, N.İ.Aşmarin, B.Çobanzadə, R.İ.Şor və başqa alimlər mühazirələr oxumuşlar. Azərbaycanın görkəmli yazıçısı Ə.Haqverdiyev 1921-ci ilin oktyabrından Azərbaycan ədəbiyyatı tarixi fənnindən dərs demişdir. Görkəmli türkoloqlar N.İ.Aşmarin 1923-cü ilin oktyabrından, B.Çobanzadə isə 1925-ci ilin martından türkologiya kafedrasında müdir olmuşlar. Məşhur türkoloq akademik A.İ.Samoyloviç bu kafedra üzrə mühazirə oxumuşdur. 1934-1935-ci tədris ilində Azərbaycan Dövlət Universiteti yenidən fəaliyyətə başlasa da, filologiya fakültəsi yalnız 1939-cu ilin avqustundan açılır. Fakültədə mütəxəssis hazırlığı iki ixtisas üzrə - «Azərbaycan dili və ədəbiyyatı», «rus dili və ədəbiyyatı» ixtisasları üzrə aparılır. Müstəqil filologiya fakültəsinin ilk dekanlığı rus ədəbiyyatı kafedrasının professoru Aleksandr Vasilyeviç Baqriyə tapşırılır. 1939-1940-cı tədris ilində fakültənin nəzdində 7 kafedra açılır: Azərbaycan dilçiliyi; Ümumi dilçilik; Azərbaycan ədəbiyyatı; Azərbaycan dilinin praktik kursu; Rus dilçiliyi; Rus dilinin praktik kursu; Klassik filologiya. 1943-cü ilin oktyabrında filologiya fakültəsində Şərq şöbəsi təşkil olunur. Ancaq bu şöbə filologiya fakültəsinin tərkibində çox qalmır, növbəti dərs ilində müstəqil Şərq fakültəsi yaradılır. 1942-1944-cü illərdə fakültənin dekanı vəzifəsində məşhur dilçi alim prof. Məmmədağa Şirəli oğlu Şirəliyev çalışır. 1945-1946-cı tədris ilində filologiya fakültəsində jurnalistika şöbəsi, 1946-1947-ci tədris ilində incəsənət şöbəsi, 1947-1948-ci tədris ilində kitabxanaçılıq, habelə məntiq, psixologiya və Azərbaycan dili şöbələri açılır, fakültədəki kafedraların sayı xeyli artır. Rus ədəbiyyatı, Qərbi Avropa ədəbiyyatı, İncəsənət tarixi və nəzəriyyəsi, Məntiq və psixologiya, Kitabxanaçılıq, Sovet mətbuatının nəzəriyyə və təcrübəsi kafedraları fəaliyyətə başlayır. Jurnalistika və kitabxanaçılıq şöbələri sonralar filologiyadan ayrılıb müstəqil fakültələrə çevrilir. 1951-1952-ci tədris ilində İncəsənət kafedrası ləğv edilir. Fakültənin nəzdində Məntiq və psixologiya kafedrası isə 1947-ci ildən 1956-cı ilə kimi fəaliyyət göstərir. 1945-ci ildən fakültəyə aşağıdakı alimlər rəhbərlik etmişlər: dos. Həbibullah Səmədzadə (1945-1947), dos. Cəfər Xəndan Hacıyev (1947-1949), dos. Məmməd Cəfər Cəfərov (1949-1951), prof. Əli Sultanlı (1951-1953), dos. Muxtar Hüseynzadə (1953-1957), prof. Əli Sultanlı (1957-1959), dos. Seyfulla Əliyev (1959-1962), prof. Əlövsət Abdullayev (1962-1967), prof. Ağamusa Axundov (1967-1974), prof. Əkbər Ağayev (1974-1976), prof. Firudin Hüseynov (1976-1980), prof. Ağamusa Axundov (1980-1990), prof. Aqil Hacıyev (1990-1992), prof. Nizami Cəfərov (1994-2001), prof. Qara Namazov (2002-2006), prof. Elbrus Əzizov (2006-2011), dos. Məhərrəm Vəliyev(2011-2016). 2016-cı il iyun ayının 3-dən fakültənin dekanı BDU-nun Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Elçin Məmmədovdur.
Kafedralar
- Azərbaycan ədəbiyyatı tarixi kafedrası
- Azərbaycan dilçiliyi kafedrası
- Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrası
- Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası
- Azərbaycan dili və nitq mədəniyyəti kafedrası
- Türkologiya kafedrası
- Ümumi dilçilik kafedrası
- Dünya ədəbiyyatı kafedrası
- Rus dilçiliyi kafedrası
- Rus ədəbiyyatı tarixi kafedrası
- Humanitar fakültələr üzrə rus dili kafedrası
- Təbiət fakültələri üzrə rus dili kafedrası
- Humanitar fakültələr üzrə ingilis dili kafedrası
- Təbiət fakültələri üzrə ingilis dili kafedrası
- Alman və fransız dilləri kafedrası
Laboratoriyalar
- "Türkoloji araşdırmalar" elmi tədqiqat laboratoriyası
- "Azərbaycan dilinin tətbiqi məsələləri" elmi tədqiqat laboratoriyası
- "Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə" elmi tədqiqat laboratoriyası
- "Dədə Qorqud" elmi tədqiqat laboratoriyası
İstinadlar
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Baki Dovlet Universitetinin Filologiya fakultesi Baki Dovlet Universitetinin fakultelerinden biri Filologiya fakultesiBaki Dovlet UniversitetiYaradilma tarixi 1919Dekan Elcin MemmedovYerlesmesiOlke AzerbaycanSeher Baki BakiDiger melumatlarSayt philology bsu edu azTarixi1919 cu ilde Baki Dovlet Darulfununu tesis edilerken tarix filologiya fakultesinin tarix ve lisane fakultesi dil edebiyyat ve Serq sobeleri seklinde teskil olunmusdur Universitetin fealiyyet gosterdiyi ilk illerde dil edebiyyat sobesinde rus dili ve edebiyyati ixtisasi Serq sobesi daxilinde ise indiki Azerbaycan dili ve edebiyyati ixtisasi tedris edilmisdir Bu sonuncu ixtisas uzre telebeler ilk novbede Azerbaycan dili ve edebiyyati uzre mutexessis kimi hazirlansalar da ereb fars turk dillerini ve bu dillerde danisan xalqlarin edebiyyatini ve tarixini de derinden oyrenmisler 1922 1923 cu tedris ilinden Serq sobesi musteqil fakulteye cevrilmis ve belelikle 1922 ci il martin 30 dan rus dili ve edebiyyati ixtisasi tarix filologiya fakultesinin musteqil bir sobesi indiki Azerbaycan dili ve edebiyyati ixtisasi ise Serq fakultesinin lisaniyyat sobesinin musteqil bir bolmesi kimi fealyyet gostermisdir 1923 1924 cu tedris ilinde tarix filologiya fakultesi ictimai elmler fakultesine cevrilir indiki rus dili ve edebiyyati ixtisasi hemin fakultenin uc sobesinden biri olur 1924 1925 ci tedris ilinde ictimai elmler fakultesi pedaqoji fakulte ile evez olunur 1925 1926 ci tedris ilinin evvelinde pedaqoji fakultede dil edebiyyat sobesinin fealiyyeti dayandirilir Indiki Azerbaycan dili ve edebiyyati sobesi ise Serq fakultesinin lisaniyyat sobesinin musteqil bir bolmesi kimi oz fealiyyetini Azerbaycan SSR Xalq Komissarlari Sovetinin 19 iyun 1930 cu il tarixli qerarinadek Azerbaycan Dovlet Universitetinin muxtelif institutlara cevrilmesinedek davam etdirir Baki Dovlet Universiteti teskil olunarken tarix filologiya fakultesinin ilk dekani Umumi tarix kafedrasinin professoru Nikolay Aleksandrovic Dubrovski olmusdur O bu vezifede 10 ay islemis sonra bu vezifeni prof Leonid Aleksandrovic Iskov tutmusdur 1920 ci illerin evvellerinde filologiyanin tedrisi ile bilavasite 10 kafedra mesgul olmusdur Umumi muqayseli dilcilik Rus edebiyyati Rus dili Qerbi Avropa edebiyyati tarixi Klassik filologiya Slavyan filologiyasi Gurcu filologiyasi Turkologiya Turk edebiyyatlari tarixi Incesenet tarixi Bu kafedralardan bezileri sonralar baglanir Gurcu filologiyasi kafedrasi 1922 ci ilde Slavyan filologiyasi kafedrasi ise 1924 cu ilde legv edilir 1920 ci illerde edebiyyat ve dil fenlerinden V V Sipovski V I Ivanov A V Baqri V B Tomasevski N I Asmarin B Cobanzade R I Sor ve basqa alimler muhazireler oxumuslar Azerbaycanin gorkemli yazicisi E Haqverdiyev 1921 ci ilin oktyabrindan Azerbaycan edebiyyati tarixi fenninden ders demisdir Gorkemli turkoloqlar N I Asmarin 1923 cu ilin oktyabrindan B Cobanzade ise 1925 ci ilin martindan turkologiya kafedrasinda mudir olmuslar Meshur turkoloq akademik A I Samoylovic bu kafedra uzre muhazire oxumusdur 1934 1935 ci tedris ilinde Azerbaycan Dovlet Universiteti yeniden fealiyyete baslasa da filologiya fakultesi yalniz 1939 cu ilin avqustundan acilir Fakultede mutexessis hazirligi iki ixtisas uzre Azerbaycan dili ve edebiyyati rus dili ve edebiyyati ixtisaslari uzre aparilir Musteqil filologiya fakultesinin ilk dekanligi rus edebiyyati kafedrasinin professoru Aleksandr Vasilyevic Baqriye tapsirilir 1939 1940 ci tedris ilinde fakultenin nezdinde 7 kafedra acilir Azerbaycan dilciliyi Umumi dilcilik Azerbaycan edebiyyati Azerbaycan dilinin praktik kursu Rus dilciliyi Rus dilinin praktik kursu Klassik filologiya 1943 cu ilin oktyabrinda filologiya fakultesinde Serq sobesi teskil olunur Ancaq bu sobe filologiya fakultesinin terkibinde cox qalmir novbeti ders ilinde musteqil Serq fakultesi yaradilir 1942 1944 cu illerde fakultenin dekani vezifesinde meshur dilci alim prof Memmedaga Sireli oglu Sireliyev calisir 1945 1946 ci tedris ilinde filologiya fakultesinde jurnalistika sobesi 1946 1947 ci tedris ilinde incesenet sobesi 1947 1948 ci tedris ilinde kitabxanaciliq habele mentiq psixologiya ve Azerbaycan dili sobeleri acilir fakultedeki kafedralarin sayi xeyli artir Rus edebiyyati Qerbi Avropa edebiyyati Incesenet tarixi ve nezeriyyesi Mentiq ve psixologiya Kitabxanaciliq Sovet metbuatinin nezeriyye ve tecrubesi kafedralari fealiyyete baslayir Jurnalistika ve kitabxanaciliq sobeleri sonralar filologiyadan ayrilib musteqil fakultelere cevrilir 1951 1952 ci tedris ilinde Incesenet kafedrasi legv edilir Fakultenin nezdinde Mentiq ve psixologiya kafedrasi ise 1947 ci ilden 1956 ci ile kimi fealiyyet gosterir 1945 ci ilden fakulteye asagidaki alimler rehberlik etmisler dos Hebibullah Semedzade 1945 1947 dos Cefer Xendan Haciyev 1947 1949 dos Memmed Cefer Ceferov 1949 1951 prof Eli Sultanli 1951 1953 dos Muxtar Huseynzade 1953 1957 prof Eli Sultanli 1957 1959 dos Seyfulla Eliyev 1959 1962 prof Elovset Abdullayev 1962 1967 prof Agamusa Axundov 1967 1974 prof Ekber Agayev 1974 1976 prof Firudin Huseynov 1976 1980 prof Agamusa Axundov 1980 1990 prof Aqil Haciyev 1990 1992 prof Nizami Ceferov 1994 2001 prof Qara Namazov 2002 2006 prof Elbrus Ezizov 2006 2011 dos Meherrem Veliyev 2011 2016 2016 ci il iyun ayinin 3 den fakultenin dekani BDU nun Azerbaycan dili ve edebiyyatinin tedrisi metodikasi kafedrasinin dosenti filologiya uzre felsefe doktoru Elcin Memmedovdur KafedralarAzerbaycan edebiyyati tarixi kafedrasi Azerbaycan dilciliyi kafedrasi Azerbaycan sifahi xalq edebiyyati kafedrasi Azerbaycan dili ve edebiyyatinin tedrisi metodikasi Azerbaycan dili ve nitq medeniyyeti kafedrasi Turkologiya kafedrasi Umumi dilcilik kafedrasi Dunya edebiyyati kafedrasi Rus dilciliyi kafedrasi Rus edebiyyati tarixi kafedrasi Humanitar fakulteler uzre rus dili kafedrasi Tebiet fakulteleri uzre rus dili kafedrasi Humanitar fakulteler uzre ingilis dili kafedrasi Tebiet fakulteleri uzre ingilis dili kafedrasi Alman ve fransiz dilleri kafedrasiLaboratoriyalar Turkoloji arasdirmalar elmi tedqiqat laboratoriyasi Azerbaycan dilinin tetbiqi meseleleri elmi tedqiqat laboratoriyasi Azerbaycan muhaciret edebiyyati ve bedii tercume elmi tedqiqat laboratoriyasi Dede Qorqud elmi tedqiqat laboratoriyasiIstinadlarHemcinin baxBDU