Bəhmənli xalçaları — Qarabağ tipinin Cəbrayıl qrupuna daxil olan xovlu xalça.
Xalça | |
Bəhmənli xalçaları | |
---|---|
Toxunması haqqında məlumatlar | |
Üslubu | Qarabağ xalçaçılıq məktəbi |
Ümumi məlumat
Qarabağ tipinin Cəbrayıl qrupuna daxil olan bu xalçaların adlanması indiki Füzuli rayonun Böyük Bəhmənli kəndinin adı ilə bağlıdır. Son zamanlar "Bəhmənli" xalçalarına yeni ad verilmişdir – "Xan Qarabağ" və ya "Xanlıq", lakin "Bəhmənli"yə bu adları xalçaçılar deyil, bu sahədə daha az biliyə malik olan xalça tacirləri vermişlər. Qarabağın bütün xalçaçılıq müəssisələrində toxunan "Bəhmənli xalçası" Lənkəranda və hətta Qazax rayonunda da istehsal olunurdu. Lakin Qarabağ tipinin xalçaları Lənkəranda toxunan xalçalardan həm texniki, həm də bədii nöqteyi – nəzərdən çox fərqlənir. Avropa xalçaçılarının təsvirlərində "Bəhmənli" xalçasının müxtəlif ad və ünvanlarda göstərilməsi heç də təsadüfi deyil. Tamamilə aydındır ki, avropalı xalçaçılar xalçanın bədii analizini deyil, onun istehsal olunduğu yeri əsas kimi götürürlər.
Bədii analiz
"Bəhmənli" xalçalarının orta sahəsinin kompozisiyasını bir – birinin ardınca eyni sırada yerləşdirilmiş orijinal formalı fiqurlar təşkil edir. Bu xalçanın əsas düyünləri haqda müxtəlif fərziyyə və fikirlər irəli sürülürdü, qeyd olunan fiqurların mənşəyi və mənası haqda fikirlər daha böyük maraq kəsb edirdi. Bəziləri israr edirdi ki, bu fiqurlar "heykəl", "manqal" və ya "çanq" (pəncə) təsvir edir, digərləri isə fiqurların tısbağa təsviri yaratdığını bildirirdilər. Lənkəranın xalçaçıları isə bu fiqurlarda xərçəngin təsvirini görürlər. Belə bir nəticəyə gəlmək olar ki, heyvan təsvirinə bənzəyən bu fiqurlar müəyyən tayfanın totemi olan tısbağanın təsviri ilə əlaqədar olmuşdur. "Bəhmənli"nin orta sahəsində bir fiqur yerləşir. Lakin Lənkəranda və bütün Muğanda toxunan "Bəhmənli" xalçalarının orta sahəsində iki fiqur vardır.
Texniki xüsusiyyətlər
"Bəhmənli"nin ölçüsü, təxminən 100X150-dən 125X180 sm-dək olur. XVIII əsrdən etibarən bir qədər uzadılmış "Bəhmənli" kompozisiyalı gəvələr istehsal olunmağa başladı. Düyünlərin sıxlığı: hər kvadrat desimetrdə 35X35-dən 40X40-dək düyün yerləşdirilir (hər kvadrat metrdə 12 000 – 16 000 düyün). Xovun uzunluğu 6 – 8 mm-dir. XIX əsrin sonlarınadək toxunan "Bəhmənli" xalçaları yüksək keyfiyyət malik idi, daha sonralar isə tənəzzül edərək, o, bədii dəyərini itirməyə başladı.
Həmçinin bax
Mənbə
- Qarabağ xalçaları [ölü keçid]
- rstml Karabakh Carpets – Designs and Patterns (ing.). 2010.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Behmenli xalcalari Qarabag tipinin Cebrayil qrupuna daxil olan xovlu xalca XalcaBehmenli xalcalariToxunmasi haqqinda melumatlarUslubu Qarabag xalcaciliq mektebiUmumi melumatQarabag tipinin Cebrayil qrupuna daxil olan bu xalcalarin adlanmasi indiki Fuzuli rayonun Boyuk Behmenli kendinin adi ile baglidir Son zamanlar Behmenli xalcalarina yeni ad verilmisdir Xan Qarabag ve ya Xanliq lakin Behmenli ye bu adlari xalcacilar deyil bu sahede daha az biliye malik olan xalca tacirleri vermisler Qarabagin butun xalcaciliq muessiselerinde toxunan Behmenli xalcasi Lenkeranda ve hetta Qazax rayonunda da istehsal olunurdu Lakin Qarabag tipinin xalcalari Lenkeranda toxunan xalcalardan hem texniki hem de bedii noqteyi nezerden cox ferqlenir Avropa xalcacilarinin tesvirlerinde Behmenli xalcasinin muxtelif ad ve unvanlarda gosterilmesi hec de tesadufi deyil Tamamile aydindir ki avropali xalcacilar xalcanin bedii analizini deyil onun istehsal olundugu yeri esas kimi gotururler Bedii analiz Behmenli xalcalarinin orta sahesinin kompozisiyasini bir birinin ardinca eyni sirada yerlesdirilmis orijinal formali fiqurlar teskil edir Bu xalcanin esas duyunleri haqda muxtelif ferziyye ve fikirler ireli surulurdu qeyd olunan fiqurlarin menseyi ve menasi haqda fikirler daha boyuk maraq kesb edirdi Bezileri israr edirdi ki bu fiqurlar heykel manqal ve ya canq pence tesvir edir digerleri ise fiqurlarin tisbaga tesviri yaratdigini bildirirdiler Lenkeranin xalcacilari ise bu fiqurlarda xercengin tesvirini gorurler Bele bir neticeye gelmek olar ki heyvan tesvirine benzeyen bu fiqurlar mueyyen tayfanin totemi olan tisbaganin tesviri ile elaqedar olmusdur Behmenli nin orta sahesinde bir fiqur yerlesir Lakin Lenkeranda ve butun Muganda toxunan Behmenli xalcalarinin orta sahesinde iki fiqur vardir Texniki xususiyyetler Behmenli nin olcusu texminen 100X150 den 125X180 sm dek olur XVIII esrden etibaren bir qeder uzadilmis Behmenli kompozisiyali geveler istehsal olunmaga basladi Duyunlerin sixligi her kvadrat desimetrde 35X35 den 40X40 dek duyun yerlesdirilir her kvadrat metrde 12 000 16 000 duyun Xovun uzunlugu 6 8 mm dir XIX esrin sonlarinadek toxunan Behmenli xalcalari yuksek keyfiyyet malik idi daha sonralar ise tenezzul ederek o bedii deyerini itirmeye basladi Hemcinin baxBoyuk Behmenli Behmenli oymagiMenbeQarabag xalcalari olu kecid rstml Karabakh Carpets Designs and Patterns ing 2010