Ağacvari fındıq (lat. Corylus colurna) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin fındıq cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir.
Ağacvari fındıq | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Ağacvari fındıq | ||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Təbii yayılması
Rusiya, Gürcüstan, İran, Kiçik Asiya və Balkan ölkələrində təbii arealı vardır. Azərbaycanda Lənkəran (İşхan çayı hövzəsində), Zaqatala rayonlarında və Qarabağda (Xoros çayı hövzəsi) dəniz səviyyəsindən 1200–1400 m yüksəkliklərdə yayılmışdır. Qarışıq meşələrdə karbonatlı torpaqlarda rast gəlinir.
Botaniki təsviri
Təbiətdə 15–25 m hündürlüyə çatan düz gövdəli bitki növüdür. Gövdəsinin qabığı açıq-boz, cavan zoğları açıq-qəhvəyi rəngdədir. Birillik zoğları seyrək tükcüklüdür. Şaxələrində altyarpaqlar qısa, ellipsvarı, iki cür mişardişlidir. Orta və üst yarpaqları enli-tərsinə yumurtavarı olub, dib tərəfləri dərin ürəkvarı, zəif dilimlidir, üst tərəfi yaşıl, alt tərəfi bozumtul-yaşıl, tüklüdür. Yarpaqlar saplaqlar üzərindədir. Bunun cavan zoğları və yarpaq saplaqları qırmızımtıl tüklərlə örtülüdür. Yarpaqları geniş yumurtavarı və neştərşəkillidir. Yarpağın qaidəsi ürək şəklində оlub, ucu sivridir. Kənarları dişlidir və bəzən kiçik dilimlidir. Erkək çiçəkləri sırğaşəkilli çiçək qrupunda yerləşmişdir. Qonur-qırmızı rəngdədir. Qoz meyvəsi kiçikdir, meyvəsinin yan tərəfi azca basıqdır, küncləri vardır. Nadir hallarda meyvəsi yumru olur. Meyvəsinin 2-5 ədədi bir yerdə çanaqcıq içərisində olur, fındığın qabığı qəhvəyi rəngdə olub qalındır, ləpəsi xırdadır. Meyvələri çanaqcıqdan çox çətin ayrılır və bəzən də fındıqla birgə yerə tökülür. Çanaqcıq içərisində olan toxum (fındıq) çox az cücərir. Odur ki, təbii artımı zəif gedir. Ona görə də bu bitkiyə ağacvari fındıq adı verilmişdir. Meyvənin qaidə hissəsi böyükdür, şişkindir. Bitki dəniz səviyyəsindən 600–1700 m yüksəkliklərdə yayılmışdır.
Ekologiyası
Təzə, humusla zəngin, nəmişli, karbonatlı torpaqlara üstünlük verir. Kölgəyədavamlıdır.
Azərbaycanda yayılması
Azərbaycanın nadir, endemik bitki növüdür. Hirkan Milli parkı və Zaqatala Dövlət qoruğunda mühafizə edilir və Azərbaycanın "Qırmızı kitabı"na daxil edilmişdir. Zəruri qoruma tədbiri kimi yeni mühafizə sahələrinin yaradılması tövsiyə edilir.
İstinadlar
- Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 999.
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Agacvari findiq lat Corylus colurna bitkiler aleminin fistiqcicekliler destesinin tozagacikimiler fesilesinin findiq cinsine aid bitki novu IUCN Qirmizi Siyahisina gore novun kateqoriyasi ve statusu Nesli kesilmeye hessas olanlar kateqoriyasina aiddir Agacvari findiqElmi tesnifatDomen EukariotlarKlad DiaphoretickesRanqsiz ArxeplastidlerAlem BitkilerKlad StreptofitlerKlad EmbryophytesKlad Klad Klad Toxumlu bitkilerKlad Cicekli bitkilerKlad Klad Klad Klad RosidsKlad Deste FistiqciceklilerFesile TozagacikimilerYarimfesile FindiqkimilerCins FindiqNov Agacvari findiqBeynelxalq elmi adiCorylus colurna L 1753Sekil axtarisiITIS 506808NCBI 101193EOL 1147596Tebii yayilmasiRusiya Gurcustan Iran Kicik Asiya ve Balkan olkelerinde tebii areali vardir Azerbaycanda Lenkeran Ishan cayi hovzesinde Zaqatala rayonlarinda ve Qarabagda Xoros cayi hovzesi deniz seviyyesinden 1200 1400 m yuksekliklerde yayilmisdir Qarisiq meselerde karbonatli torpaqlarda rast gelinir Botaniki tesviriTebietde 15 25 m hundurluye catan duz govdeli bitki novudur Govdesinin qabigi aciq boz cavan zoglari aciq qehveyi rengdedir Birillik zoglari seyrek tukcukludur Saxelerinde altyarpaqlar qisa ellipsvari iki cur misardislidir Orta ve ust yarpaqlari enli tersine yumurtavari olub dib terefleri derin urekvari zeif dilimlidir ust terefi yasil alt terefi bozumtul yasil tukludur Yarpaqlar saplaqlar uzerindedir Bunun cavan zoglari ve yarpaq saplaqlari qirmizimtil tuklerle ortuludur Yarpaqlari genis yumurtavari ve nestersekillidir Yarpagin qaidesi urek seklinde olub ucu sivridir Kenarlari dislidir ve bezen kicik dilimlidir Erkek cicekleri sirgasekilli cicek qrupunda yerlesmisdir Qonur qirmizi rengdedir Qoz meyvesi kicikdir meyvesinin yan terefi azca basiqdir kuncleri vardir Nadir hallarda meyvesi yumru olur Meyvesinin 2 5 ededi bir yerde canaqciq icerisinde olur findigin qabigi qehveyi rengde olub qalindir lepesi xirdadir Meyveleri canaqciqdan cox cetin ayrilir ve bezen de findiqla birge yere tokulur Canaqciq icerisinde olan toxum findiq cox az cucerir Odur ki tebii artimi zeif gedir Ona gore de bu bitkiye agacvari findiq adi verilmisdir Meyvenin qaide hissesi boyukdur siskindir Bitki deniz seviyyesinden 600 1700 m yuksekliklerde yayilmisdir EkologiyasiTeze humusla zengin nemisli karbonatli torpaqlara ustunluk verir Kolgeyedavamlidir Azerbaycanda yayilmasiAzerbaycanin nadir endemik bitki novudur Hirkan Milli parki ve Zaqatala Dovlet qorugunda muhafize edilir ve Azerbaycanin Qirmizi kitabi na daxil edilmisdir Zeruri qoruma tedbiri kimi yeni muhafize sahelerinin yaradilmasi tovsiye edilir IstinadlarLinnaei C Species Plantarum lat Exhibentes plantas rite cognitas ad genera relatas 1753 C 2 S 999 Hemcinin bax