Bu məqalənin və ya alt başlığın həbslər mövzusunda məlumat əskikliyi olduğuna inanılır. |
Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı həbslər (2023–2024) — 2023-cü ilin noyabrında Azərbaycanın Birləşmiş Ştatlar və qərblə münasibətlərinin pisləşməsi fonunda vətəndaş cəmiyyəti nümayəndələrinə və azad medialara qarşı aparılan total həbslər dalğasıdır. Həbslərə 2023-cü ilin noyabrın 20-də araşdırmaları ilə tanınan "AbzasMedia" nəşrinin təsisçisi Ülvi Həsənlinin və baş redaktoru Sevinc Vaqifqızının həbs edilməsi ilə başlanılmışdır. Ümumi olaraq noyabr-yanvar ayları ərzində "AbzasMedia"nın rəhbəri Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, jurnalistləri Nərgiz Absalamova və Elnarə Qasımova, həmçinin araşdırmaçı jurnalist Hafiz Babalı həbs edilmişdir. Onların hər birinə qarşı "qaçaqmalçılıq" ittihamı ilə cinayət işi açılmışdır. İstintaq müddəti ərzində "Abzas Media işi" ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) şahid qismində çağırılanların sayı 15-dən çox olmuşdur.
Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı həbslər (2023—2024) | |
---|---|
Tarix | 20 noyabr 2023 — |
Yeri | Azərbaycan |
Səbəbi | • Azərbaycan hökuməti tərəfindən Azərbaycanda vətəndaş cəmiyyəti nümayəndələrinə, azad mediaya qarşı aparılan total həbslər (iddia) • Qaçaqmalçılıq (rəsmi) |
Nəticəsi | • AbzasMedianın ofisi bağlandı, rəhbərləri və işçiləri həbs edildi • Toplum TV-nin ofisi bağlandı, təsisçisi və işçiləri həbs edildi • Demokratik Təşəbbüslər İnstitutunun (IDI) ofisi bağlandı, rəhbəri və işçiləri həbs edildi • III Respublika Platformasının ofisi bağlandı, rəhbəri və üzvləri həbs edildi |
Qurbanlar | |
Həbs olunanlar | 17 nəfər |
Jurnalistlərə qarşı həbslər 2024-cü ilin mart ayında da davam etmiş, martın 6-da Toplum TV ofisinə basqın edilmiş, nəticədə media orqanının üç işçisinə qarşı eyni maddələr üzrə cinayət işi açılmışdır. Həmçinin həmin ofisdə yerləşən Demokratik Təşəbbüslər İnstitutunun (IDI) təsisçisi və rəhbəri Akif Qurbanov və institutun işçiləri Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev barəsində isə "qaçaqmalçılq" maddəsi ilə cinayət işi açılmışdır. Hadisədən 2 gün sonra Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli də eyni iş üzrə həbs edilmişdir.
Aprel ayında Azərbaycan parlamentinin fəaliyyətini monitorinq edən "Meclis.info" nəşrinin təsisçisi İmran Əliyev, bir həftə sonra isə insan haqları fəalı Anar Məmmədli də "qaçaqmalçılq" maddəsi üzrə həbs edilmişdirlər.
Bu dönəm ərzində həm də Milli Şuranın üzvü Tofiq Yaqublu, Vətəndaş Hüquqları İnstitutunun işçisi, hüquq müdafiəçisi İlhamiz Quliyev də daxil olmaqla ona yaxın ictimai fəal və partiya fəalı da müxtəlif ittihamlar üzrə həbs edilmişdir.
Ümumi olaraq 2023-cü ilin noyabrından 2024-cü ilin aprelinə qədər Azərbaycanda vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı aparılan təqiblər zamanı azı 17 nəfər həbs edilmişdir.
Xronologiya
2024
Mart
2024-cü il martın 6-da, saat 16:00 radələrində sosial mediada Toplum TV-nin və III Respublika Platformasının ofislərinə polis basqınının olması ilə bağlı xəbərlər yayılmışdır.Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin məlumatına əsasən paytaxtın Nərimanov rayonu Y. V. Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polislər tərəfindən əməliyyat-axtarış tədbirləri aparılmışdır. Toplum TV-nin ofisə baqsın zamanı 16 nəfər saxlanılaraq Bakı şəhər Baş Polis İdarəsinə (BŞBPİ) aparılmışdır. Saat 22:00 radələrində on nəfər Alya Ağayeva, Cavid Ramazanov, Ceyhunə Həsənli, Cəmilə Əzimova, Fidan Əlicanova, Gülyetər Mahmudova, Pərvanə Qurbanlı, Sadiq Məmmədov, Samir Ağazadə və Taleh Bədəlov sərbəst buraxılmışdır. Toplum TV-nin redaktoru Müşfiq Cabbar, texniki işçisi Elmir Abbasov və müxbiri Fərid İsmayılov, həmçinin həmin ofisdə yerləşən Demokratik Təşəbbüslər İnstitutunun (IDI) işçiləri Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev barəsində isə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi açılmışdır. III Respublika Platformasının ofisində aparılan əməliyyat-axtarış tədbirləri zamanı isə platformanın qurucuları Akif Qurbanov, Araz Əliyev və Ruslan İzzətli saxlanılmışdır. Əliyev və İzzətli axşam saatlarında sərbəst buraxılsa da, Akif Qurbanov barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi açılmışdır. Şəhla Hümbətovanın sözlərinə görə axtarış zamanı Qurbanovun evindən sənədlər götürülüb, daha sonra isə platformanın ofisinə 30 min avro yerləşdiriblər və sonra götürüblər.
İstinadlar
- Qafqazinfo. "Toplum TV-nin ofisində və digər ünvanlarda axtarış aparılıb". www.qafqazinfo.az (az.). 2024-05-14. 2024-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.05.2024.
- Səlcuq Elçin / Azəri Press Agentliyi. "Toplum TV-nin ofisində axtarış aparılıb". www.apa.az (az.). 2024-05-14. 2024-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.05.2024.
- Tapdıq Fərhadoğlu və Türkan Bəşir / The Voice of America. "Toplum TV-nin ofisi möhürlənib, cinayət işi açılıb". www.amerikaninsesi.org (az.). 2024-05-14. 2024-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.05.2024.
- Toplum TV. "Toplum TV — BİZ KİMİK?". www.toplum.tv (az.). 2024-05-14. 2024-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.05.2024.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqalenin ve ya alt basligin hebsler movzusunda melumat eskikliyi olduguna inanilir Lutfen bu movzuda melumatlari elave ederek meqaleni genislendirin Elave melumat muzakire sehifesinde qeyd olunmus ola biler Azerbaycanda vetendas cemiyyetine qarsi hebsler 2023 2024 2023 cu ilin noyabrinda Azerbaycanin Birlesmis Statlar ve qerble munasibetlerinin pislesmesi fonunda vetendas cemiyyeti numayendelerine ve azad medialara qarsi aparilan total hebsler dalgasidir Hebslere 2023 cu ilin noyabrin 20 de arasdirmalari ile taninan AbzasMedia nesrinin tesiscisi Ulvi Hesenlinin ve bas redaktoru Sevinc Vaqifqizinin hebs edilmesi ile baslanilmisdir Umumi olaraq noyabr yanvar aylari erzinde AbzasMedia nin rehberi Ulvi Hesenli bas redaktoru Sevinc Vaqifqizi jurnalistleri Nergiz Absalamova ve Elnare Qasimova hemcinin arasdirmaci jurnalist Hafiz Babali hebs edilmisdir Onlarin her birine qarsi qacaqmalciliq ittihami ile cinayet isi acilmisdir Istintaq muddeti erzinde Abzas Media isi ile bagli Baki Seher Bas Polis Idaresine BSBPI sahid qisminde cagirilanlarin sayi 15 den cox olmusdur Azerbaycanda vetendas cemiyyetine qarsi hebsler 2023 2024 Tarix 20 noyabr 2023 Yeri AzerbaycanSebebi Azerbaycan hokumeti terefinden Azerbaycanda vetendas cemiyyeti numayendelerine azad mediaya qarsi aparilan total hebsler iddia Qacaqmalciliq resmi Neticesi AbzasMedianin ofisi baglandi rehberleri ve iscileri hebs edildi Toplum TV nin ofisi baglandi tesiscisi ve iscileri hebs edildi Demokratik Tesebbusler Institutunun IDI ofisi baglandi rehberi ve iscileri hebs edildi III Respublika Platformasinin ofisi baglandi rehberi ve uzvleri hebs edildiQurbanlarHebs olunanlar 17 nefer Jurnalistlere qarsi hebsler 2024 cu ilin mart ayinda da davam etmis martin 6 da Toplum TV ofisine basqin edilmis neticede media orqaninin uc iscisine qarsi eyni maddeler uzre cinayet isi acilmisdir Hemcinin hemin ofisde yerlesen Demokratik Tesebbusler Institutunun IDI tesiscisi ve rehberi Akif Qurbanov ve institutun iscileri Eli Zeynal Ilkin Emrahov ve Ramil Babayev baresinde ise qacaqmalcilq maddesi ile cinayet isi acilmisdir Hadiseden 2 gun sonra Toplum TV nin tesiscisi Elesger Memmedli ve III Respublika Platformasinin qurucu uzvu Ruslan Izzetli de eyni is uzre hebs edilmisdir Aprel ayinda Azerbaycan parlamentinin fealiyyetini monitorinq eden Meclis info nesrinin tesiscisi Imran Eliyev bir hefte sonra ise insan haqlari feali Anar Memmedli de qacaqmalcilq maddesi uzre hebs edilmisdirler Bu donem erzinde hem de Milli Suranin uzvu Tofiq Yaqublu Vetendas Huquqlari Institutunun iscisi huquq mudafiecisi Ilhamiz Quliyev de daxil olmaqla ona yaxin ictimai feal ve partiya feali da muxtelif ittihamlar uzre hebs edilmisdir Umumi olaraq 2023 cu ilin noyabrindan 2024 cu ilin apreline qeder Azerbaycanda vetendas cemiyyeti numayendelerine qarsi aparilan teqibler zamani azi 17 nefer hebs edilmisdir Xronologiya2024 Mart 2024 cu il martin 6 da saat 16 00 radelerinde sosial mediada Toplum TV nin ve III Respublika Platformasinin ofislerine polis basqininin olmasi ile bagli xeberler yayilmisdir Daxili Isler Nazirliyi Metbuat xidmetinin melumatina esasen paytaxtin Nerimanov rayonu Y V Cemenzeminli ev 98 B unvaninda yerlesen ofisde ve elave diger unvanlarda bir qrup sexsin fealiyyeti ile bagli daxil olan melumat uzre polisler terefinden emeliyyat axtaris tedbirleri aparilmisdir Toplum TV nin ofise baqsin zamani 16 nefer saxlanilaraq Baki seher Bas Polis Idaresine BSBPI aparilmisdir Saat 22 00 radelerinde on nefer Alya Agayeva Cavid Ramazanov Ceyhune Hesenli Cemile Ezimova Fidan Elicanova Gulyeter Mahmudova Pervane Qurbanli Sadiq Memmedov Samir Agazade ve Taleh Bedelov serbest buraxilmisdir Toplum TV nin redaktoru Musfiq Cabbar texniki iscisi Elmir Abbasov ve muxbiri Ferid Ismayilov hemcinin hemin ofisde yerlesen Demokratik Tesebbusler Institutunun IDI iscileri Eli Zeynal Ilkin Emrahov ve Ramil Babayev baresinde ise Cinayet Mecellesinin 206 3 2 ci qacaqmalciliq maddesi ile cinayet isi acilmisdir III Respublika Platformasinin ofisinde aparilan emeliyyat axtaris tedbirleri zamani ise platformanin quruculari Akif Qurbanov Araz Eliyev ve Ruslan Izzetli saxlanilmisdir Eliyev ve Izzetli axsam saatlarinda serbest buraxilsa da Akif Qurbanov baresinde Cinayet Mecellesinin 206 3 2 ci qacaqmalciliq maddesi ile cinayet isi acilmisdir Sehla Humbetovanin sozlerine gore axtaris zamani Qurbanovun evinden senedler goturulub daha sonra ise platformanin ofisine 30 min avro yerlesdiribler ve sonra goturubler IstinadlarQafqazinfo Toplum TV nin ofisinde ve diger unvanlarda axtaris aparilib www qafqazinfo az az 2024 05 14 2024 03 08 tarixinde arxivlesdirilib Istifade tarixi 14 05 2024 Selcuq Elcin Azeri Press Agentliyi Toplum TV nin ofisinde axtaris aparilib www apa az az 2024 05 14 2024 05 14 tarixinde arxivlesdirilib Istifade tarixi 14 05 2024 Tapdiq Ferhadoglu ve Turkan Besir The Voice of America Toplum TV nin ofisi mohurlenib cinayet isi acilib www amerikaninsesi org az 2024 05 14 2024 03 08 tarixinde arxivlesdirilib Istifade tarixi 14 05 2024 Toplum TV Toplum TV BIZ KIMIK www toplum tv az 2024 05 14 2024 05 14 tarixinde arxivlesdirilib Istifade tarixi 14 05 2024