Azərbaycan İdman Akademiyası (AİA) — Azərbaycanda ali təhsil müəssisəsi. Azərbaycan İdman Akademiyasının 90 illik tarixi var. Əsası 1930-cu ildə qoyulmuşdur. İlk illər institutda 11 kafedra yaradılmışdır. Tədris Azərbaycan, rus, gürcü və erməni dillərində aparılmış, əvvəlcə 3 illik, sonra isə 4 illik təhsil sistemi qəbul edilmişdir. 1936-cı ildən bu ali məktəb Zaqafqaziyada Dövlət Bədən Tərbiyəsi İnstitutu kimi fəaliyyətini davam etdirmişdir. Bu dövrdə institutda ictimai elmlər, anatomiya, biologiya, kimya, gigiyena, fizika, fiziologiya, riyaziyyat, bədən tərbiyəsinin texnikası və metodikası kafedraları açılmışdır.
Azərbaycan İdman Akademiyası | |
---|---|
Əsası qoyulub | 1930 |
Rektor | |
Şəhər | Bakı |
Ölkə | |
Ünvan | Bakı ş., Fətəli xan Xoyski prospekti, 98, AZ 1072 |
Sayt | sport.edu.az |
Vikianbarda əlaqəli mediafayllar |
1941-ci ildə başlayan İkinci Dünya müharibəsi dövründə institutun yüzlərlə müəllim və tələbəsi ölkəni müdafiə etmək üçün müharibəyə qoşuldu, arxa cəbhədə müalicə bədən tərbiyəsi vasitəsilə yaralı əsgərləri yenidən həyata qaytarmaq üçün çalışdılar.
1969-cu ildə institut üçün yeni binanın tikintisinə başlamış və 1972-ci ildə onun açılışı olmuşdur.
1998-ci ildə institutun bazasında Milli Olimpiya Akademiyası yaradılmışdır və o, Azərbaycanda Olimpiya ideyalarını, sağlam həyat tərzini, ədalətli oyun və davranış qaydalarını gənclər arasında, ümumiyyətlə, əhali arasında təbliğ etməyi öz üzərinə götürmüşdür. 1999-cu ildə Milli Olimpiya Akademiyası "Olimpizmin tarixi və fəlsəfəsi" üzrə I konfransını keçirmiş, bu konfransda Rusiyanın və Gürcüstanın Milli Olimpiya Akademiyalarının nümayəndələri də iştirak etmişlər.
Tarixi
SSRİ dövrü (1930–1991)
Zaqafqaziya Dövlət Cismani Mədəniyyət İnstitutu (1930 – 1936) — Zaqafqaziyanın ilk idman ali məktəbi olaraq Bakı şəhərində fəaliyyətə başlamışdır. Həmin il noyabrın 8-də M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının binasında Zaqafqaziya Dövlət Cismani Mədəniyyət İnstitutunun təntənəli açılış mərasimi olmuşdur. Birinci tədris ilində ali məktəbdə hərbi elmlər, insan morfologiyası, ictimai elmlər, biologiya, kimya, gigiyena, fizika-riyaziyyat, fiziologiya, pedaqogika, bədən tərbiyə texnikası kafedraları və elmi-tədqiqat şöbəsi fəaliyyət göstərirdi. Sonralar fəaliyyətinin yenidənqurulması və genişləndirilməsiməqsəd ilə, 3 illik təhsil müddəti 4 il ilə əvəz olunub. İnstitutun nəzdində Bədən Tərbiyəsi Texnikumu təşkil edilmişdir. İlk illərdə ali məktəbdə azərbaycandilli müəllimlərin sayı az olduğu üçün tədris rus dilində aparılırdı. 1933–34-cü tədris ilində institutun Azərbaycan şöbəsi yaradıldı. Həmin illərdə institutda 265 nəfər təhsil almış və yuxarı kurs tələbələri müəllim kimi çalışmışdır. İnstitut üç respublika üçün idman müəllimləri, məşqçilər, idman mütəxəssisləri hazırlamaqla yanaşı, milli elmi-pedaqoji kadrların yetişdirilməsində də mühüm rol oynayırdı. İlk buraxılışlarda əla qiymətlərlə oxumuş məzunlardan bəziləri ali məktəbdə saxlanıldı və pedaqoji fəaliyyətə cəlb edildi. Zaqafqaziya Dövlət Cismani Mədəniyyət İnstitutunun ilk (1933-cü il) buraxılışında 39 (33 kişi, 6 qadın), ikinci (1935-ci il) buraxılışında 47 (33 kişi, 14 qadın), üçüncü (1936-cı il) buraxılışında isə 24 (12 kişi, 12 qadın) məzun institutun diplomlarını aldı. Onların arasında üç buraxılışda 9 azərbaycanlı, 56 rus, 9 gürcü, 36 başqa millətlərinnümayəndəsi vardı.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu (1936–1999) — 1936-cı ildə ali məktəb fəaliyyətini Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu kimi davam etdirməyə başladı. Bu dəyişiklik institutun işini yenidən qurmağına, milli müəllim kadrlarının artırılmasına, elmi axtarışların istiqamətlərinin müəyyən edilməsinə, daha çox azərbaycanlı gəncin ali idman təhsilinə yiyələnməsinə hesablanmışdı. Yenidən formalaşma dövründə institutda ictimai elmlər, anatomiya, biologiya, kimya, gigiyena, fizika, fiziologiya, riyaziyyat, bədən tərbiyəsinin texnikası və metodikası kafedraları fəaliyyət göstərirdi. Ali məktəbin 1937-ci il buraxılışında məzunların sayı 40 nəfər oldu. Onlardan 15 nəfəri azərbaycanlı idi. Əvvəlki üç buraxılışla müqayisədə milli məzunların sayında kəskin artım aşkar hiss olunurdu.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun fəaliyyətində II Dünya müharibəsinin özünəməxsus təsiri özünü göstərib. Əvvəla, müharibənin nəfəsinin hiss olunması ali məktəbin fəaliyyətində və işində müəyyən əsaslı dəyişmələrə səbəb oldu. Azərbaycan idmançıları kütləvi surətdə müharibəyə yola düşdülər. Müharibə dövründə institutun şəxsi heyətindən 314 nəfər cəbhəyə yollandı. İnstitutun müəllim və tələbələrinin 50 faizdən çoxu orduya səfərbər olundu. Ali məktəbdə qalan ixtisaslı kadrlar orduya hazırlıq üçün xüsusi proqramlar yaratmağa başladılar. İnstitutda təhsil müddəti də azaldıldı. Azərbaycanda idman institutununköməyi sayəsində müharibənin ilk aylarında əlbəyaxa döyüş üzrə 395 nəfər təlimatçı, 120 nəfər müalicə bədən tərbiyəsi metodisti hazırlandı. 10 min nəfərdən çox gənc döyüşçü çağırışçılara təlim verən kurslara cəlb olundu. Bu dövrdə Bədən Tərbiyəsi İnstitutunda təhsil alan tələbələrin sayı kəskin surətdə azaldı. Bununla əlaqədar olaraq, respublikada müəllim kadrlarından düzgün istifadə edilməsi məqsədilə, Bədən Tərbiyəsi İnstitutu Azərbaycan Dövlət Universiteti ilə birləşdirilərək Universitetin bazasında bədən tərbiyəsi fakültəsi kimi təşkil edildi və keçmiş ADBTİ-nin binasında yerləşdirildi.
1943-cü il iyulun 20-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu bərpa edilərək yenidən müstəqil fəaliyyətinə başladı. Üç il sonra – 1946-cı ildə ali məktəb S. M. Kirov adına Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu adlandırıldı. Əllinci illərdən başlayaraq, bədən tərbiyəsi və idman kadrlarının hazırlığında sürətli irəliləyiş özünü göstərir. Bu illərdə Azərbaycan idmançılarının uğurları ilbəil artırdı. Nailiyyətlərin qazanılmasında ADBTİ-nin məzunlarının da böyük əməyi vardı. Onlar müxtəlif idman növləri üzrə SSRİ çempionatlarında yüksək nəticələr göstərirdilər. Azərbaycan güləşçiləri və boksçuları yalnız ümumittifaq miqyasda deyil, beynəlxalq yarışlarda da uğurlar qazanırdılar. 1952-ci ildə SSRİ ilk dəfə olaraq, XV Yay Olimpiya Oyunlarında iştirak etdi. Bu komandanın tərkibinə daxil edilmiş sərbəst güləşçi, institutun IV kursun tələbəsi Rəşid Məmmədbəyov Azərbaycana ilk gümüş medalı gətirdi. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu ölkədə qadınların idmana cəlb olunmasında əhəmiyyətli işlər görüb. 1946–1952-ci illərdə ADBTİ-ni 219 nəfər qız bitirib. SSRİ respublikaları arasında ilk dəfə olaraq, Azərbaycan qadınlarının I Spartakiadası keçirildi. Bu tədbir qadın idmanının inkişafı yolunda atılmış böyük addım idi.1969-cu ildə, xalqımızın ümummilli lideri Heydər Əliyevin respublikaya rəhbər seçildiyi dövrdən Azərbaycanda bütün sahələrdə əsaslı dönüş yaradıldı. Şübhəsiz ki, idman da diqqətdən kənardaqalmadı. Bədən tərbiyəsinə xüsusi önəm verən Heydər Əliyev kütləviliyin artması, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi yönündə ciddi addımlar atdı. Elə həmin il institut üçün yeni binanın tikintisinə başlandı və bina 29 yanvar 1971-ci ildə istifadəyə verildi. Xalqımızın ümummili lideri Heydər Əliyevin qayğısı nəticəsində 1971-ci ildə institut yeni binaya köçdükdən sonra, əyani şöbəyə 350, qiyabi şöbəyə isə 100 nəfər tələbə qəbul edildi. Kafedraların sayı isə 20-yə çatdırıldı. 1971-ci ildə bədən tərbiyəsi və idman sahəsində 4507 nəfər fəaliyyət göstərirdi, onların 70 faizinin xüsusi bədən tərbiyəsi təhsili var idi. 1988-ci ildə institutdan S. M. Kirovun adı götürüldü və bu ali məktəb Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu adlandırıldı. İnstitutda bədən tərbiyəsi kadrları hazırlığı ilə yanaşı, bədən tərbiyəsi və idman sahəsində elmi tədqiqatlar da aparılır, dərsliklər və metodiki vəsaitlər yazılırdı.
Müstəqillik illəri (1991)
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (1999) — Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra, digər ali təhsil müəssisələri kimi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu da öz fəaliyyətini dövrün tələbləri səviyyəsində qurmağa başladı. Müstəqilliyin bərpası dövründə və onun ilk illərində erməni təcavüzünə məruz qalmış Azərbaycan ağır günlərini yaşayırdı. Azərbaycan Respublikası Ali Soveti 1991-ci il oktyabrın 9-da "Azərbaycan milli özünümüdafiə qüvvələri haqqında" qanun qəbul etdi. Bu qüvvələrin ilk hissələri dekabrın 8-də cəbhəyə yola salındı. Cəbhəyə yola düşən ilközünümüdafiə qüvvələri tərkibində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunun tələbələri və məzunları da var idi. Müharibənin ilk günlərindən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunda professor Dilqəm Quliyevin rəhbərliyi altında yaradılmış "Qarabağ" qərargahına 200-dən artıq ərizə daxil oldu. Tələbə döyüşçülərimiz cəbhədə böyük igidlik və şücaət göstərirdilər. Yüzlərlə tələbə müharibə əməliyyatı gedən rayonlarda Vətənin ərazi bütövlüyü uğrunda döyüşlərdə vuruşub. İnstitutun iki məzunu – Əliyar Əliyev və İlqar İsmayılov Qarabağ müharibəsində göstərdikləri şücaətə görə, Milli Qəhrəman adına layiq görülüb, 34 tələbə və məzun isə şəhid olub. ADBTİ-nin yetirməsi olan general-polkovnik Mədət Quliyev də müstəqilliyin və dövlətçiliyin qorunmasında xidmətlərinə görə Milli Qəhrəman adına layiq görülüb. Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş və cəbhə xəttinə yaxın olan rayonlarından olan məcburi köçkünlərin bir hissəsi institutun 9 mərtəbəli yataqxanasında yerləşdirildi. 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə gələn Heydər Əliyev hələ 70-ci illərdə olduğu kimi, bədən tərbiyəsi və idmanı yenidən dövlət qayğısı ilə əhatə etməyi öz üzərinə götürdü. Gənclər və İdman Nazirliyini yaradan Prezident Heydər Əliyev Dövlət Bədən Tərbiyəsi İnstitutunu da nazirliyin tabeliyinə verməklə daha bir uğurlu yolun əsasını qoydu. Prezident Heydər Əliyev bu təhsil ocağının fəaliyyətinə xüsusiönəm verməklə yanaşı, burada çalışan pedaqoji kollektivin fəaliyyətini də həmişə yüksək qiymətləndirib, institutun əməkdaşlarını dəfələrlə təltif edib, fəxri adlara və dövlət mükafatlarına layiq görüb. 1997-ci ildə bu institutun akt zalında toplaşan ölkəmizin idman ictimaiyyəti cənab İlham Əliyevi yekdilliklə Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçdi. Məhz bundan sonra ölkəmizin idman həyatında yeni bir era başlandı. Kütləvilik daha geniş vüsət aldı, Olimpiya Hərəkatı genişləndi, beynəlxalq idman ailəsinə inteqrasiya gücləndi, böyük idman infrastrukturunun yaradılmasına başlanıldı, ölkəmizi tərk etmiş məşhur, perspektivli idmançılar yenidən Azərbaycana qaytarıldılar. 1998-ci ildə institutun bazasında Milli Olimpiya Akademiyası yaradıldı. Dövlətin bu ali təhsil ocağına diqqətinin təzahürü olaraq, 23 mart 1999-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına çevrildi. ADBTİAA-nın yaradılmasının 70 illik yubileyi 2001-ci il aprelin 7-də qeyd olundu. Xalqımızın ümummilli lideri Heydər Əliyev idmana qayğısını bir daha nümayişetdirərək, yubiley münasibətilə Akademiyaya təbrik məktubu göndərdi. Həmin gün Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə Akademiyanın4 əməkdaşına "Şöhrət" ordeni, 9 nəfərə "Tərəqqi" medalı, 20 nəfərə "Əməkdar müəllim" fəxri adı verildi.
Məzunlar
1957-ci ildə voleybol üzrə yarışlarda Azərbaycan idmançıları ilk dəfə SSRİ Kubokunun sahibi oldular. O günlərin qaliblərindən olan professor Oqtay Ağayev (voleybolçu) indi Akademiyanın voleybol kafedrasına rəhbərlik edir. Dörd Olimpiadada iştirak etmiş, 2 qızıl və 2 bürünc medalın sahibi İnna Rıskal, Olimpiya çempionları Rəfiqə Şabanova, Lüdmila Şubina, İlqar Məmmədov (idmançı), İqor Ponomaryov, Boris Koretski, Lüdmila Savkina, Valeri Belenki, Nazim Hüseynov (cüdoçu), 3 qat dünya və Avropa çempionu Məhəddin Allahverdiyev, dünya və Avropa çempionları Xəzər İsayev, Samir İbrahimov, Rövşən Hüseynov, Aydın Niftullayev, Telman Paşayev, Rafiq Hacıyev, Əli Əliyev və başqaları Akademiyanın məzunlarıdır.Namiq Abdullayev, Zemfira Meftahəddinova, Vüqar Ələkbərovda universitetin məzunlarındandır.70 il ərzində Akademiyanı 15000-dən çox ali təhsili mütəxəssis bitirmişdir.
Tərkibi
Tələbə Gənclər Təşkilatı
ADBTİAA Tələbə Gənclər Təşkilatı (TGT) 30 may 2005-ci ildə təsis edilmişdir. Təşkilatın ilk sədri Yusif Babanlı olmuşdur. Təşkilat tələbələrin özlərini idarəetmə orqanı, tələbələrin fərdi və peşəkar inkişafı üçün müxtəlif imkanlar yaradan bir platformadır.
ADBTİAA Tələbə Gənclər Təşkilatının üzvləri TGT-nin imkanlarından yararlanaraq özlərini departament rəhbəri, klub rəhbəri, dizayner, müəllim, fotoqraf və s. peşələrdə sınaya bilərlər. ADBTİAA Tələbə Gənclər Təşkilatının mütəmadi şəkildə tələbələr arasında idman yarışları, intellektual oyun və debat turnirləri, ekskursiyalar və xeyriyyə aksiyaları, görkəmli idmançılarla görüş və s. tədbirlər həyata keçirir.
TGT-nin nəzdində hazırda 11 maraq klubu fəaliyyət göstərir. Bunlar danışıq klubu (ingilis dilini öyrənmək istəyən tələbələr üçün conversation club), musiqi klubu (ödənişsiz gitara dərsləri təşkil olunur), idman klubu (tələbələr arasında müxtəlif idman növləri üzrə yarışlar təşkil olunur), kitab klubu (tələbələr arasında kitablara maraq artırmaq üçün müxtəlif tədbirlər təşkil olunur), rəqs klubu (ödənişsiz rəqs dərsləri təşkil olunur), foto və incəsənət klubu (tələbələrin fotoqrafiya bacarıqlarını artırmaq üçün müxtəlif təcrübə sessiyaları təşkil olunur), debat klubu (tələbələrin müxtəlif debat turnir və təlimlərində iştirakı təmin olunur), gənclik klubu (FAİREX ilə əməkdaşlıq çərçivəsində Heydər Əliyev zirvəsinə və digər rayonlara səfərlər təşkil olunur), KVN klubu (KVN turnirlərində çıxışlar edir, KVN yarışları keçirir), Fan klub (Akademiyanın idman komandalarına çıxışları zamanı dəstək verir) və Qadınlar klubudur (Akademiyada təhsil alan xanımları öz ətrafında birləşdirir).
Rektorlar
- S. Q. Əliyev (1946–1950)
- Ə. C. Babayev (1950–1972)
- V. V. Ananayev (1972–1974)
- R. A. Rəcəbov (1974–1980)
- S. H. Novruzov (1980–1987)
- A. Q. Abıyev (1987–2015)
- F. H. Hacıyev (2015-günümüz)
İstinadlar
- "Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına yeni rektor təyin edilib" (az.). 23 dekabr 2015. 29 iyun 2023 tarixində . İstifadə tarixi: 19 iyul 2018.
- "Arxivlənmiş surət". 2022-03-07 tarixində . İstifadə tarixi: 2021-05-31.
Xarici keçidlər
- Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rəsmi internet səhifəsi
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Azerbaycan Idman Akademiyasi AIA Azerbaycanda ali tehsil muessisesi Azerbaycan Idman Akademiyasinin 90 illik tarixi var Esasi 1930 cu ilde qoyulmusdur Ilk iller institutda 11 kafedra yaradilmisdir Tedris Azerbaycan rus gurcu ve ermeni dillerinde aparilmis evvelce 3 illik sonra ise 4 illik tehsil sistemi qebul edilmisdir 1936 ci ilden bu ali mekteb Zaqafqaziyada Dovlet Beden Terbiyesi Institutu kimi fealiyyetini davam etdirmisdir Bu dovrde institutda ictimai elmler anatomiya biologiya kimya gigiyena fizika fiziologiya riyaziyyat beden terbiyesinin texnikasi ve metodikasi kafedralari acilmisdir Azerbaycan Idman AkademiyasiEsasi qoyulub 1930RektorSeher Baki BakiOlke AzerbaycanUnvan Baki s Feteli xan Xoyski prospekti 98 AZ 1072Sayt sport edu az Vikianbarda elaqeli mediafayllar 1941 ci ilde baslayan Ikinci Dunya muharibesi dovrunde institutun yuzlerle muellim ve telebesi olkeni mudafie etmek ucun muharibeye qosuldu arxa cebhede mualice beden terbiyesi vasitesile yarali esgerleri yeniden heyata qaytarmaq ucun calisdilar 1969 cu ilde institut ucun yeni binanin tikintisine baslamis ve 1972 ci ilde onun acilisi olmusdur 1998 ci ilde institutun bazasinda Milli Olimpiya Akademiyasi yaradilmisdir ve o Azerbaycanda Olimpiya ideyalarini saglam heyat terzini edaletli oyun ve davranis qaydalarini gencler arasinda umumiyyetle ehali arasinda teblig etmeyi oz uzerine goturmusdur 1999 cu ilde Milli Olimpiya Akademiyasi Olimpizmin tarixi ve felsefesi uzre I konfransini kecirmis bu konfransda Rusiyanin ve Gurcustanin Milli Olimpiya Akademiyalarinin numayendeleri de istirak etmisler TarixiSSRI dovru 1930 1991 Zaqafqaziya Dovlet Cismani Medeniyyet Institutu 1930 1936 Zaqafqaziyanin ilk idman ali mektebi olaraq Baki seherinde fealiyyete baslamisdir Hemin il noyabrin 8 de M Maqomayev adina Azerbaycan Dovlet Filarmoniyasinin binasinda Zaqafqaziya Dovlet Cismani Medeniyyet Institutunun tenteneli acilis merasimi olmusdur Birinci tedris ilinde ali mektebde herbi elmler insan morfologiyasi ictimai elmler biologiya kimya gigiyena fizika riyaziyyat fiziologiya pedaqogika beden terbiye texnikasi kafedralari ve elmi tedqiqat sobesi fealiyyet gosterirdi Sonralar fealiyyetinin yenidenqurulmasi ve genislendirilmesimeqsed ile 3 illik tehsil muddeti 4 il ile evez olunub Institutun nezdinde Beden Terbiyesi Texnikumu teskil edilmisdir Ilk illerde ali mektebde azerbaycandilli muellimlerin sayi az oldugu ucun tedris rus dilinde aparilirdi 1933 34 cu tedris ilinde institutun Azerbaycan sobesi yaradildi Hemin illerde institutda 265 nefer tehsil almis ve yuxari kurs telebeleri muellim kimi calismisdir Institut uc respublika ucun idman muellimleri mesqciler idman mutexessisleri hazirlamaqla yanasi milli elmi pedaqoji kadrlarin yetisdirilmesinde de muhum rol oynayirdi Ilk buraxilislarda ela qiymetlerle oxumus mezunlardan bezileri ali mektebde saxlanildi ve pedaqoji fealiyyete celb edildi Zaqafqaziya Dovlet Cismani Medeniyyet Institutunun ilk 1933 cu il buraxilisinda 39 33 kisi 6 qadin ikinci 1935 ci il buraxilisinda 47 33 kisi 14 qadin ucuncu 1936 ci il buraxilisinda ise 24 12 kisi 12 qadin mezun institutun diplomlarini aldi Onlarin arasinda uc buraxilisda 9 azerbaycanli 56 rus 9 gurcu 36 basqa milletlerinnumayendesi vardi Azerbaycan Dovlet Beden Terbiyesi Institutu 1936 1999 1936 ci ilde ali mekteb fealiyyetini Azerbaycan Dovlet Beden Terbiyesi Institutu kimi davam etdirmeye basladi Bu deyisiklik institutun isini yeniden qurmagina milli muellim kadrlarinin artirilmasina elmi axtarislarin istiqametlerinin mueyyen edilmesine daha cox azerbaycanli gencin ali idman tehsiline yiyelenmesine hesablanmisdi Yeniden formalasma dovrunde institutda ictimai elmler anatomiya biologiya kimya gigiyena fizika fiziologiya riyaziyyat beden terbiyesinin texnikasi ve metodikasi kafedralari fealiyyet gosterirdi Ali mektebin 1937 ci il buraxilisinda mezunlarin sayi 40 nefer oldu Onlardan 15 neferi azerbaycanli idi Evvelki uc buraxilisla muqayisede milli mezunlarin sayinda keskin artim askar hiss olunurdu Azerbaycan Dovlet Beden Terbiyesi Institutunun fealiyyetinde II Dunya muharibesinin ozunemexsus tesiri ozunu gosterib Evvela muharibenin nefesinin hiss olunmasi ali mektebin fealiyyetinde ve isinde mueyyen esasli deyismelere sebeb oldu Azerbaycan idmancilari kutlevi suretde muharibeye yola dusduler Muharibe dovrunde institutun sexsi heyetinden 314 nefer cebheye yollandi Institutun muellim ve telebelerinin 50 faizden coxu orduya seferber olundu Ali mektebde qalan ixtisasli kadrlar orduya hazirliq ucun xususi proqramlar yaratmaga basladilar Institutda tehsil muddeti de azaldildi Azerbaycanda idman institutununkomeyi sayesinde muharibenin ilk aylarinda elbeyaxa doyus uzre 395 nefer telimatci 120 nefer mualice beden terbiyesi metodisti hazirlandi 10 min neferden cox genc doyuscu cagiriscilara telim veren kurslara celb olundu Bu dovrde Beden Terbiyesi Institutunda tehsil alan telebelerin sayi keskin suretde azaldi Bununla elaqedar olaraq respublikada muellim kadrlarindan duzgun istifade edilmesi meqsedile Beden Terbiyesi Institutu Azerbaycan Dovlet Universiteti ile birlesdirilerek Universitetin bazasinda beden terbiyesi fakultesi kimi teskil edildi ve kecmis ADBTI nin binasinda yerlesdirildi 1943 cu il iyulun 20 de Azerbaycan Dovlet Beden Terbiyesi Institutu berpa edilerek yeniden musteqil fealiyyetine basladi Uc il sonra 1946 ci ilde ali mekteb S M Kirov adina Azerbaycan Dovlet Beden Terbiyesi Institutu adlandirildi Ellinci illerden baslayaraq beden terbiyesi ve idman kadrlarinin hazirliginda suretli irelileyis ozunu gosterir Bu illerde Azerbaycan idmancilarinin ugurlari ilbeil artirdi Nailiyyetlerin qazanilmasinda ADBTI nin mezunlarinin da boyuk emeyi vardi Onlar muxtelif idman novleri uzre SSRI cempionatlarinda yuksek neticeler gosterirdiler Azerbaycan gulescileri ve boksculari yalniz umumittifaq miqyasda deyil beynelxalq yarislarda da ugurlar qazanirdilar 1952 ci ilde SSRI ilk defe olaraq XV Yay Olimpiya Oyunlarinda istirak etdi Bu komandanin terkibine daxil edilmis serbest gulesci institutun IV kursun telebesi Resid Memmedbeyov Azerbaycana ilk gumus medali getirdi Azerbaycan Dovlet Beden Terbiyesi Institutu olkede qadinlarin idmana celb olunmasinda ehemiyyetli isler gorub 1946 1952 ci illerde ADBTI ni 219 nefer qiz bitirib SSRI respublikalari arasinda ilk defe olaraq Azerbaycan qadinlarinin I Spartakiadasi kecirildi Bu tedbir qadin idmaninin inkisafi yolunda atilmis boyuk addim idi 1969 cu ilde xalqimizin umummilli lideri Heyder Eliyevin respublikaya rehber secildiyi dovrden Azerbaycanda butun sahelerde esasli donus yaradildi Subhesiz ki idman da diqqetden kenardaqalmadi Beden terbiyesine xususi onem veren Heyder Eliyev kutleviliyin artmasi idmanin maddi texniki bazasinin mohkemlendirilmesi yonunde ciddi addimlar atdi Ele hemin il institut ucun yeni binanin tikintisine baslandi ve bina 29 yanvar 1971 ci ilde istifadeye verildi Xalqimizin umummili lideri Heyder Eliyevin qaygisi neticesinde 1971 ci ilde institut yeni binaya kocdukden sonra eyani sobeye 350 qiyabi sobeye ise 100 nefer telebe qebul edildi Kafedralarin sayi ise 20 ye catdirildi 1971 ci ilde beden terbiyesi ve idman sahesinde 4507 nefer fealiyyet gosterirdi onlarin 70 faizinin xususi beden terbiyesi tehsili var idi 1988 ci ilde institutdan S M Kirovun adi goturuldu ve bu ali mekteb Azerbaycan Dovlet Beden Terbiyesi Institutu adlandirildi Institutda beden terbiyesi kadrlari hazirligi ile yanasi beden terbiyesi ve idman sahesinde elmi tedqiqatlar da aparilir derslikler ve metodiki vesaitler yazilirdi Musteqillik illeri 1991 Azerbaycan Dovlet Beden Terbiyesi ve Idman Akademiyasi 1999 Azerbaycan Respublikasi musteqilliyini berpa etdikden sonra diger ali tehsil muessiseleri kimi Azerbaycan Dovlet Beden Terbiyesi Institutu da oz fealiyyetini dovrun telebleri seviyyesinde qurmaga basladi Musteqilliyin berpasi dovrunde ve onun ilk illerinde ermeni tecavuzune meruz qalmis Azerbaycan agir gunlerini yasayirdi Azerbaycan Respublikasi Ali Soveti 1991 ci il oktyabrin 9 da Azerbaycan milli ozunumudafie quvveleri haqqinda qanun qebul etdi Bu quvvelerin ilk hisseleri dekabrin 8 de cebheye yola salindi Cebheye yola dusen ilkozunumudafie quvveleri terkibinde Azerbaycan Dovlet Beden Terbiyesi ve Idman Institutunun telebeleri ve mezunlari da var idi Muharibenin ilk gunlerinden Azerbaycan Dovlet Beden Terbiyesi ve Idman Institutunda professor Dilqem Quliyevin rehberliyi altinda yaradilmis Qarabag qerargahina 200 den artiq erize daxil oldu Telebe doyusculerimiz cebhede boyuk igidlik ve sucaet gosterirdiler Yuzlerle telebe muharibe emeliyyati geden rayonlarda Vetenin erazi butovluyu ugrunda doyuslerde vurusub Institutun iki mezunu Eliyar Eliyev ve Ilqar Ismayilov Qarabag muharibesinde gosterdikleri sucaete gore Milli Qehreman adina layiq gorulub 34 telebe ve mezun ise sehid olub ADBTI nin yetirmesi olan general polkovnik Medet Quliyev de musteqilliyin ve dovletciliyin qorunmasinda xidmetlerine gore Milli Qehreman adina layiq gorulub Azerbaycanin ermeniler terefinden isgal olunmus ve cebhe xettine yaxin olan rayonlarindan olan mecburi kockunlerin bir hissesi institutun 9 mertebeli yataqxanasinda yerlesdirildi 1993 cu ilde xalqin tekidi ile hakimiyyete gelen Heyder Eliyev hele 70 ci illerde oldugu kimi beden terbiyesi ve idmani yeniden dovlet qaygisi ile ehate etmeyi oz uzerine goturdu Gencler ve Idman Nazirliyini yaradan Prezident Heyder Eliyev Dovlet Beden Terbiyesi Institutunu da nazirliyin tabeliyine vermekle daha bir ugurlu yolun esasini qoydu Prezident Heyder Eliyev bu tehsil ocaginin fealiyyetine xususionem vermekle yanasi burada calisan pedaqoji kollektivin fealiyyetini de hemise yuksek qiymetlendirib institutun emekdaslarini defelerle teltif edib fexri adlara ve dovlet mukafatlarina layiq gorub 1997 ci ilde bu institutun akt zalinda toplasan olkemizin idman ictimaiyyeti cenab Ilham Eliyevi yekdillikle Azerbaycan Milli Olimpiya Komitesinin prezidenti secdi Mehz bundan sonra olkemizin idman heyatinda yeni bir era baslandi Kutlevilik daha genis vuset aldi Olimpiya Herekati genislendi beynelxalq idman ailesine inteqrasiya guclendi boyuk idman infrastrukturunun yaradilmasina baslanildi olkemizi terk etmis meshur perspektivli idmancilar yeniden Azerbaycana qaytarildilar 1998 ci ilde institutun bazasinda Milli Olimpiya Akademiyasi yaradildi Dovletin bu ali tehsil ocagina diqqetinin tezahuru olaraq 23 mart 1999 cu ilde Azerbaycan Dovlet Beden Terbiyesi Institutu Azerbaycan Dovlet Beden Terbiyesi ve Idman Akademiyasina cevrildi ADBTIAA nin yaradilmasinin 70 illik yubileyi 2001 ci il aprelin 7 de qeyd olundu Xalqimizin umummilli lideri Heyder Eliyev idmana qaygisini bir daha numayisetdirerek yubiley munasibetile Akademiyaya tebrik mektubu gonderdi Hemin gun Azerbaycan Respublikasinin Prezidenti Heyder Eliyevin fermani ile Akademiyanin4 emekdasina Sohret ordeni 9 nefere Tereqqi medali 20 nefere Emekdar muellim fexri adi verildi Mezunlar1957 ci ilde voleybol uzre yarislarda Azerbaycan idmancilari ilk defe SSRI Kubokunun sahibi oldular O gunlerin qaliblerinden olan professor Oqtay Agayev voleybolcu indi Akademiyanin voleybol kafedrasina rehberlik edir Dord Olimpiadada istirak etmis 2 qizil ve 2 burunc medalin sahibi Inna Riskal Olimpiya cempionlari Refiqe Sabanova Ludmila Subina Ilqar Memmedov idmanci Iqor Ponomaryov Boris Koretski Ludmila Savkina Valeri Belenki Nazim Huseynov cudocu 3 qat dunya ve Avropa cempionu Meheddin Allahverdiyev dunya ve Avropa cempionlari Xezer Isayev Samir Ibrahimov Rovsen Huseynov Aydin Niftullayev Telman Pasayev Rafiq Haciyev Eli Eliyev ve basqalari Akademiyanin mezunlaridir Namiq Abdullayev Zemfira Meftaheddinova Vuqar Elekberovda universitetin mezunlarindandir 70 il erzinde Akademiyani 15000 den cox ali tehsili mutexessis bitirmisdir TerkibiTelebe Gencler Teskilati ADBTIAA TGT nin feallari Heyder Eliyev merkezinde ADBTIAA Telebe Gencler Teskilati TGT 30 may 2005 ci ilde tesis edilmisdir Teskilatin ilk sedri Yusif Babanli olmusdur Teskilat telebelerin ozlerini idareetme orqani telebelerin ferdi ve pesekar inkisafi ucun muxtelif imkanlar yaradan bir platformadir ADBTIAA Telebe Gencler Teskilatinin uzvleri TGT nin imkanlarindan yararlanaraq ozlerini departament rehberi klub rehberi dizayner muellim fotoqraf ve s peselerde sinaya bilerler ADBTIAA Telebe Gencler Teskilatinin mutemadi sekilde telebeler arasinda idman yarislari intellektual oyun ve debat turnirleri ekskursiyalar ve xeyriyye aksiyalari gorkemli idmancilarla gorus ve s tedbirler heyata kecirir TGT nin nezdinde hazirda 11 maraq klubu fealiyyet gosterir Bunlar danisiq klubu ingilis dilini oyrenmek isteyen telebeler ucun conversation club musiqi klubu odenissiz gitara dersleri teskil olunur idman klubu telebeler arasinda muxtelif idman novleri uzre yarislar teskil olunur kitab klubu telebeler arasinda kitablara maraq artirmaq ucun muxtelif tedbirler teskil olunur reqs klubu odenissiz reqs dersleri teskil olunur foto ve incesenet klubu telebelerin fotoqrafiya bacariqlarini artirmaq ucun muxtelif tecrube sessiyalari teskil olunur debat klubu telebelerin muxtelif debat turnir ve telimlerinde istiraki temin olunur genclik klubu FAIREX ile emekdasliq cercivesinde Heyder Eliyev zirvesine ve diger rayonlara seferler teskil olunur KVN klubu KVN turnirlerinde cixislar edir KVN yarislari kecirir Fan klub Akademiyanin idman komandalarina cixislari zamani destek verir ve Qadinlar klubudur Akademiyada tehsil alan xanimlari oz etrafinda birlesdirir RektorlarS Q Eliyev 1946 1950 E C Babayev 1950 1972 V V Ananayev 1972 1974 R A Recebov 1974 1980 S H Novruzov 1980 1987 A Q Abiyev 1987 2015 F H Haciyev 2015 gunumuz Istinadlar Azerbaycan Dovlet Beden Terbiyesi ve Idman Akademiyasina yeni rektor teyin edilib az 23 dekabr 2015 29 iyun 2023 tarixinde Istifade tarixi 19 iyul 2018 Arxivlenmis suret 2022 03 07 tarixinde Istifade tarixi 2021 05 31 Xarici kecidlerVikianbarda Azerbaycan Idman Akademiyasi ile elaqeli mediafayllar var Azerbaycan Dovlet Beden Terbiyesi ve Idman Akademiyasinin resmi internet sehifesi