Azərbaycan dilinin lüğət tərkibindəki sözlərin böyük çoxluğu (özəlliklə say, əvəzlik və feillərin, demək olar ki, hamısı) milli mənşəli sözlərdir. Başqa xalqlarla müəyyən əlaqələr nəticəsində Azərbaycan dilinə çoxlu alınma sözlər keçmişdir.
Mənşə dillər
Azərbaycan dilində alınma sözlər mənşəyinə görə iki qrupa bölünür:
- Ərəb və fars dillərindən alınma sözlər.
- Avropa dillərindən alınma sözlər.
Ərəb və fars dillərindən alınma sözlərin çoxu fəal ümumişlək sözlərdir və onları əsl Azərbaycan sözlərindən fərqləndirmək çətindir. Məsələn, kitab, alim, dünya, məktəb, tələbə, şagird və s.
- Rus dilindən keçmiş sözlər: samovar, paraxod, zavod, vedrə və s.
- Latın dilindən keçən sözlər: direktor, respublika, konstitusiya və s.
- Alman dilindən keçən sözlər: veksel, kurort, qalstuk, şayba və s.
- İngilis dilindən keçən sözlər: klub, mitinq, trolleybus, keks, futbol, rels, basketbol və s.
Xüsusiyyətlər
Azərbaycan dilindəki alınma sözlər əsl Azərbaycan sözləri üçün səciyyəvi olmayan aşağıdakı xüsusiyyətlərə malikdir:
- Sözdə iki saitin yanaşı işlənməsi: ailə, zəif, səadət, müəllim, sual, maaş, bədii, mətbəə və s.
- Sözdə uzun tələffüz olunan saitin işlənməsi (Avropa mənşəli sözlərdə uzun tələffüz olunan sait olmur): aləm, məna, elan, xüsusi, səliqə və s.
- Sözün "r" samiti ilə başlanması: rezin, rayon, rəng, rəsm, rəssam, rəf, rəndə və s.
- Sözdə j samitinin işlənməsi (istər sözün əvvəlində, sonunda, istərsə də ortasında): janr, müjdə, əjdaha, Əjdər, qaraj, jurnal, jurnalist, montaj və s. Qıjı, qıjıltı kimi sözlər istisnadır.
- Vurğusu son hecaya düşməyən sözlərin çoxu: kabel, kompüter, kalkulyator, biologiya və s. Bayaq, bildir, dünən, necə, ancaq, yalnız, sanki sözləri istisnadır.
- Sözdə ahəng qanununun pozulması: məktub, vəfa, ticarət və s. İlıq, işıq, inam, ilxı, ildırım, işartı, islanmaq, tikan, elat, gedişat kimi sözlər və bəzi iki sözün birləşməsindən yaranan sözlər istisnadır.
- Təkhecalı sözlərin sonunda eyni samitlərin işlənməsi: sirr, həll, hiss, xətt, tibb, hədd və s.
- Qoşa "y" samitli sözlərin hamısı.
- Tərkibində "q" samitinin kar qarşılığı "k" səsi olan sözlərin çoxu: kolxoz, klub, tank, xalq, şəfəq, əxlaq və s.
- Fleksiyaya uğrayan sözlər: nəsr − nasir − mənsur; şəkil − təşkil − mütəşəkkil; eşq − aşiq − məşuq − məşuqə və s.
- Sonu -at şəkilçisi ilə bitən sözlər: məlumat, hesabat, mühasibat, tələbat və s.
- "O" kimi yazılıb "a" kimi oxunan sözlər: kompüter, kompot və s.
- Ərəb və fars dillərindən alınma sözlər isə "la-, na-, bi-, ba-" ön şəkilçiləri ilə birlikdə Azərbaycan dilinə daxil olmuşdur: laməkan, laqeyd, naşükür, naməlum və s. Nadinc və nakişi sözləri istisna hal olaraq milli mənşəlidir.
- Məktəb, təhsil, din və ilahiyyatla bağlı sözlərin çoxu da ərəb və fars dillərindən alınma sözlərdir: məktəb, məktub, kitab, katib, dərs, tədris, mədrəsə, sinif, elm, Allah, rəbb, islam, peyğəmbər, məscid, müsəlman, inam, namaz, səcdə, ilahi, oruc, həcc, molla, axirət, cənnət, şeytan, Əkbər, Zəhra, Ömər, Cəfər, Həsən, Əli, Fatma və s.
- Sözün əvvəlində iki samitin yanaşı gəlməsi də əsl Azərbaycan sözləri üçün səciyyəvi özəllik deyil. Belə sözlər, əsasən, Avropa mənşəli alınma sözlərdir: plan, prospekt, şkaf, tramplin və s.
- Azərbaycan dilinə fars dilindən keçən sözlərin əksəriyyəti poetik ifadələr və sözlərdir: gül, bülbül, bahar, payız, dilbər və başqa.
Mənbə
- AzGrammar 2018-02-23 at the Wayback Machine
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Azerbaycan dilinin luget terkibindeki sozlerin boyuk coxlugu ozellikle say evezlik ve feillerin demek olar ki hamisi milli menseli sozlerdir Basqa xalqlarla mueyyen elaqeler neticesinde Azerbaycan diline coxlu alinma sozler kecmisdir Mense dillerAzerbaycan dilinde alinma sozler menseyine gore iki qrupa bolunur Ereb ve fars dillerinden alinma sozler Avropa dillerinden alinma sozler Ereb ve fars dillerinden alinma sozlerin coxu feal umumislek sozlerdir ve onlari esl Azerbaycan sozlerinden ferqlendirmek cetindir Meselen kitab alim dunya mekteb telebe sagird ve s Rus dilinden kecmis sozler samovar paraxod zavod vedre ve s Latin dilinden kecen sozler direktor respublika konstitusiya ve s Alman dilinden kecen sozler veksel kurort qalstuk sayba ve s Ingilis dilinden kecen sozler klub mitinq trolleybus keks futbol rels basketbol ve s XususiyyetlerAzerbaycan dilindeki alinma sozler esl Azerbaycan sozleri ucun seciyyevi olmayan asagidaki xususiyyetlere malikdir Sozde iki saitin yanasi islenmesi aile zeif seadet muellim sual maas bedii metbee ve s Sozde uzun teleffuz olunan saitin islenmesi Avropa menseli sozlerde uzun teleffuz olunan sait olmur alem mena elan xususi seliqe ve s Sozun r samiti ile baslanmasi rezin rayon reng resm ressam ref rende ve s Sozde j samitinin islenmesi ister sozun evvelinde sonunda isterse de ortasinda janr mujde ejdaha Ejder qaraj jurnal jurnalist montaj ve s Qiji qijilti kimi sozler istisnadir Vurgusu son hecaya dusmeyen sozlerin coxu kabel komputer kalkulyator biologiya ve s Bayaq bildir dunen nece ancaq yalniz sanki sozleri istisnadir Sozde aheng qanununun pozulmasi mektub vefa ticaret ve s Iliq isiq inam ilxi ildirim isarti islanmaq tikan elat gedisat kimi sozler ve bezi iki sozun birlesmesinden yaranan sozler istisnadir Tekhecali sozlerin sonunda eyni samitlerin islenmesi sirr hell hiss xett tibb hedd ve s Qosa y samitli sozlerin hamisi Terkibinde q samitinin kar qarsiligi k sesi olan sozlerin coxu kolxoz klub tank xalq sefeq exlaq ve s Fleksiyaya ugrayan sozler nesr nasir mensur sekil teskil mutesekkil esq asiq mesuq mesuqe ve s Sonu at sekilcisi ile biten sozler melumat hesabat muhasibat telebat ve s O kimi yazilib a kimi oxunan sozler komputer kompot ve s Ereb ve fars dillerinden alinma sozler ise la na bi ba on sekilcileri ile birlikde Azerbaycan diline daxil olmusdur lamekan laqeyd nasukur namelum ve s Nadinc ve nakisi sozleri istisna hal olaraq milli menselidir Mekteb tehsil din ve ilahiyyatla bagli sozlerin coxu da ereb ve fars dillerinden alinma sozlerdir mekteb mektub kitab katib ders tedris medrese sinif elm Allah rebb islam peygember mescid muselman inam namaz secde ilahi oruc hecc molla axiret cennet seytan Ekber Zehra Omer Cefer Hesen Eli Fatma ve s Sozun evvelinde iki samitin yanasi gelmesi de esl Azerbaycan sozleri ucun seciyyevi ozellik deyil Bele sozler esasen Avropa menseli alinma sozlerdir plan prospekt skaf tramplin ve s Azerbaycan diline fars dilinden kecen sozlerin ekseriyyeti poetik ifadeler ve sozlerdir gul bulbul bahar payiz dilber ve basqa MenbeAzGrammar 2018 02 23 at the Wayback Machine