Bu məqaləni lazımdır. |
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Azərbaycan animasiyası
Tarixi
Azərbaycanda cizgi filmlərinin yaranması XX əsrin 30-cu illərinin əvvəllərinə təsadüf edir. Hələ 1933-cü ildə "Azərbaycanfilm" studiyasının işçiləri kinonun bu növünün istehsalı üçün əvvəlcədən hazırlıq işləri aparmış, Moskvadan lazımi materialları alıb gətirmişdilər. Onlar həmin il "Lökbatan" və "Neft simfoniyası" (rej. B. Pumpyanski) sənədli filmlərini çəkərkən texniki animasiyadan istifadə etmişdilər. "Cat" təlimat filmində isə (rəs. Basov) animasiyadan bütünlüklə istifadə olunmuşdur. Film ümumittifaq ekranlarında 1938-ci ilə qədər nümayiş etdirilmişdir.
Məhz bu film ekranlara buraxılandan sonra kinostudiyada bir qrup təşəbbüskar ilk dəfə cizgi filmi yaratmağı qərara aldı. Film üçün mövzu Azərbaycan xalq nağıllarından götürüldü. Ssenarini A. Papov yazdı. "Abbasın bədbəxtliyi" adlanan bu ssenariyə gənc rejissor E. Dikaryov quruluş verdi. Rəsmləri rəssamlardan Q. Xalıqov, C. Zeynalov, M. Maqomayev və Ə. Mirzəyev çəkmişlər. Filmin operatoru Q. Yegiazarov idi.
Bundan başqa Böyük Vətən müharibəsi başlamamışdan bir qədər əvvəl studiyada ikinci cizgi filminin çəkilişlərinə hazırlıq görülmüşdür. Filmin adı belə idi: "Sindbad dəniz səyyahıdır". Bu, səsli film olmalı idi, lakin təəssüf ki, müharibənin başlanması ilə əlaqədar işlər yarımçıq qaldı.
Qeyd etmək lazımdır ki, bundan sonra da kinostudiyada yüzlərlə elmi-kütləvi və sənədli filmlərin çəkilişində cizgi rəsmlərindən istifadə edilmişdir. Bu filmlərin yaradılmasında rəssamlardan C. Zeynalov, M. Rəfiyev, A. Axundov, N. Məmmədov, B. Əliyev, quraşdırma çəkilişləri operatoru A. Milov iştirak etmişlər.
1968-ci ildə C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında cizgi filmləri sexi bərpa olunandan sonra direktor Ə. İsgəndərov sexin istifadəyə verilməsinə və cizgi filmləri üzrə kadrların hazırlanmasına, eyni zamanda cizgi filmlərinin istehsalı prosesinə diqqət yetirirdi.
1968-ci ildə C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında uzun fasilədən sonra yeni milli multiplikasiya filminin çəkilməsi qərara alınmışdı. "60-cı illərin sonlarında kinostudiyada cizgi filmlərinin çəkilişi üçün şərait yaradıldı. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Ə. İsgəndərov qazetə verdiyi "Multifilmlər çəkəcəyik" başlıqlı müsabiqəsində demişdi: "…Bu il multfilmlər çəkilişinə başlamışıq. Multfilmlərin çəkilişi üçün 20 nəfərdən ibarət rəssamlar qrupu yaradılmışdır. Multfilm sənətinin sirlərini öyrənmək üçün studiyamızda xüsusi kurs açılmışdır. "Mosfilm"lə daimi əlaqə saxlayıb onların iş təcrübəsini ətraflı öyrənir."
1969-cu ildə fevralın 28-də Nazim Məmmədovun təklifi ilə "Cırtdan" adlı xalq nağılının motivləri əsasında eyni adlı cizgi filminin istehsalına başlanılır. Bu, birhissəli rəngli cizgi filminin ssenarisini Alla Axundova yazmışdı. Filmin quruluşu əvvəlcə rəssam Ağanağı Axundova tapşırılmışdı. Hətta onun rəhbərliyi altında filmin xeyli hissəsi çəkilib qurtarılmışdı. Sonra kinostudiya rəhbərliyinin təkidi ilə Ağanağı Axundov filmin istehsalı prosesindən kənarlaşdırılmışdı. Bu işi davam etdirmək tanınmış sənədli filmlər rejissoru Yalçın Əfəndiyevə, filmin quruluşçu rəssamı və multiplikatoru Nazim Məmmədova tapşırılmışdı. Əfsuslar olsun ki, filimin çəkilişi başa çatmadı.
Nazim Məmmədovun özüsə bir-neçə il sonra bu mövzuya yenidən qayıdaraq, fərdi qaydada filmə bədii görüntü verəcəkdi və bu filmin taleyi daha uğurlu olacaq (Cirtdanın yeni sərgüzəştləri 1973).
Nəhayət "Cırtdan"-la bağlı bu qalmaqallardan bir il sonra 1970-ci ildə Nazim Məmmdov S. Ə. Şirvaninin əsəri əsasında "Ayı və siçan" adlı filmini çəkir. Bu "Azərbaycanfilm"də cizgi filmlərin sexinin bərpasından sonra çəkilmiş birinci tamamlanmış film idi. 1970-ci ildə ekranlara buraxılan film uşaqlarla yanaşı, həm də böyüklərin duyulası marağına səbəb olur.
Elə bu filmlə Nazim Məmmədov Azərbaycanda multiplikasiyanın əsasını qoydu. "Ayı və siçan"-ın istehsalı ilə Azərbaycanda cizgi filmləri tarixinin ikinci dövrü başlandı. Nazim Məmmədov bu filmin tamhüquqlu müəllifi oldu. O, həm filmin quruluşçu rejissoru və rəssamı, həm də multiplikatoru idi. Filmin ssenarisini görkəmli Azərbaycan şairi Seyid Əzim Şirvaninin eyni adlı təmsili təşkil edirdi. Filmin xeyirxahlığı və yaxşılığın unudulmamasından bəhs edən ana xəttini qabardan rəssam bu yüksək məziyyəti rəsmlərin ovqat doğurucu gücü və obrazların dinamik-ritmlər hərəkətləri ilə göstərməyə nail olmuşdu. Yeri gəlmişkən qeyd edək ki, filmdə Nazim Məmmədovun üç funksiyasını öz üzərinə götürməsi ona düşündüyü yaradıcı eksperimentləri reallaşdırmağa imkan vermişdi. Bu da son nəticədə filmin uğurlu şərtləndirmişdi. Bu cür iş prinsipini rəssamın ürəyincə olduğundan o, növbəti işində də eyni yaradıcı taktikanı seçdi.
"Cırtdanın yeni sərgüzəşti" filmi (1973, rej. N. Məmmədov və B. Əliyev) kiçik yaşlı uşaqlar üçün nəzərdə tutulmuşdur. Filmdə xalq folklorunun fantastik motivləri ilə müasirlik üzvi şəkildə bir-birinə bağlanmışdır. "Şahzadə — qara qızıl" film-nağılı (1974, rej. N. Məmmədov və B. Əliyev) poetik formada insanın yerin altından, dənizin dibindən qara qızıl çıxarmasından söhbət açır.
"Günlərin bir günündə" (1975), "Dınqıl sazım, dınqıl" (1976), "Pəncə…Qulaq…Palaz…Tikan" (1976) cizgi filmlərində (rej. M. Pənahi) ibrətamiz məsələlərə toxunulur.
"Şah və xidmətçi" filminin də (1976, rej. N. Məmmədov) əsasını N. Gəncəvinin əsərinin motivləri təşkil edir. Burada Azərbaycan oxucusuna çox yaxşı məlum olan sədaqətli nökər və amansız, qəddar şahın əhvalatı ekranda canlandırılmışdır.
"Toplan və kölgəsi" (1977), "Sonrakı peşmançılıq" (1978) və "Sehrlənmiş küpə" (1979) cizgi və applikasiya filmlərində də (rej. N. Məmmədov) xeyirxah, nəcib olmağın vacibliyindən, əməksevərlikdən, böyüklərə hörmətdən və digər insani keyfiyyətlərdən danışılır.
"Qız qalası əfsanəsi" cizgi filmi (1978) adından göründüyü kimi Azərbaycan xalq əfsanəsinin motivləri əsasında yaradılmışdır.
80-ci illərdə kinostudiyada 38 adda cizgi filmi istehsal olunmuşdur. Bunlardan "Cücələrim", "Meşəyə insan gəlir", "Sehrli ağac", "Taya", "Dəcəl dovşan", "Sandıq", "Sən belə cumbulusan", "Sehrli ləçək ", "Uçan zürafə", "Qəribə əjdaha", "Təqib", "Yatmaq vaxtıdır", "Balaca çoban", "Humayın yuxusu", "Sakit Yonun macəraları", "Ana ağaca qonub" və s. cizgi, "Xeyir və Şər", "Cırtdan-Pəhləvan", "Uşaq və külək", "Akvarium", "Cırtdan və div", "Yeni il əhvalatı", "Sehrli naxışlar" applikasiya üsulu ilə çəkilmişdir.
N. Gəncəvinin "Xeyir və Şər" əsərinin motivləri əsasında çəkilmiş eyniadlı applikasiya filmi (rej. N. Məmmədov) böyüklər üçün nəzərdə tutulmuşdur. Kinolentdə susuz səhrada Xeyirin ürək genişliyi ilə xeyir iş görməsindən və buna cavab olaraq Şərin göstərdiyi bədxah əməllərdən danışılır.
"Akvarium" applikasiya filmi (rəssam-rejissor F. Qurbanova) poetik filmdir. Burada quraşdırma çəkilişlərindən istifadə edilmişdir. Applikasiya personajları ilə yanaşı filmdə canlı oğlan da fəaliyyət göstərir.
Azərbaycan animasiyasının yaradılması üzərində rəssam – multiplikatorların böyük qrupu işləmişdir. A. Axundov, N. Məmmədov və M. Rəfiyevdən başqa M. Pənahi, B. Əliyev, H. Əkbərov, F. Quliyeva, Ə. Məmmədov da kinostudiyada cizgi filmləri yaratmışlar.
80-ci illərin sonunda ölkədə gedən ictimai-siyasi proseslər, bunların bütün səhələrə, o cümlədən yaradıcı təşkilatlara təsiri, "Azərbaycanfilm"in yeni iş üsuluna keçməsi ilə əlaqədar yollar axtarması kinostudiya nəzdindəki birlik və şöbələrin müstəqil fəaliyyət göstərməsinə təkan verdi. 1990-cı ilin aprel ayında Sovet İttifaqında ilk dəfə olaraq Azərbaycan multiplikatorları təsərrüfatın icarə formasına keçdilər. Multiplikasiya sexinin adı da dəyişdirilib, "Azanfilm" Yaradıcılıq-İstehsalat Birliyi oldu. "Azanfilm" – Azərbaycan animasiya filmləri deməkdir. Nə üçün multiplikasiya yox, məhz animasiya? Ona görə ki, bütün dünyada multiplikasiya (çoxalma) kimi kinematoqraf növü animasiya (canlandırma) adlandırılmışdır.
90-cı illərdə "Azanfilm" markası altında 19 cizgi filmi çəkilmişdir. Bunların arasında "Bir dəfə haradasa…" (rej. V. Talıbov), "İthaf" (rej. Ş. Nəcəfzadə), "Oda" (rej. V. Talıbov, R. İsmayılov), "Sərkəyin dastanı" (rej. A. Məhərrəmov), "Göyçək Fatma" ilk dəfə Azərbaycanda çəkilən cizgi film-opera (rej. N. Məmmədov), "Karvan" (rej. N. Məmmədov), "Güzgü", "Dəniz gəzintisi", "Ümid" (hamısı rej. E. Axundov), "Söhbətül-əsmar " (rej. E. Hami), "Şüəla" (T. Piriyev) maraqlı və baxımlı ekran əsərləridir.
2008-ci ildə Mədəniyyət və Turizm Nazirliyi Heydər Əliyev Fondu ilə birgə Azərbaycan animasiyasının 75 illiyi münasibətilə "Bir nağıl söylə mənə" cizgi filmləri toplusu hazırlayıb. Cizgi filmləri toplusunun 17 sentyabrda Muzey Mərkəzində təqdimat mərasimi keçirilib. DVD şəklində hazırlanmış animasiya toplusunda 80-ci illərin 9 cizgi filmləri yer alıb.
2017-cil ildə "Mr. Alvin Film Studio" tərəfindən "Yeni il nağılı" adlı cizgil filmi hazırlanıb. 2D formatında hazırlanan cizgi filminin ssenarri müəllifi və baş rejissoru Elvin Mütaliboğludur. 15 dəqiqədən ibarət olan və xüsusən az yaşlı uşaqlar üçün nəzərdə tutulan cizgi filmi, "Mr. Alvin Film Studio" şirkətinin ilk ekran əsəridir.
2018-ci ildə "Mr. Alvin Film Studio" şirkəti "Dörd Fəsil" cizgi filmini balaca tamaşaçıların ixtiyarına verib. 2D formatında çəkilən cizgi filminin ssenarri müəllifi və baş rejissoru Elvin Mütaliboğludur. 20 dəqiqədən ibarət olan cizgi filmi 12 yaşa qədər olan taçaşaçılar üçün nəzərdə tutulmuşdur. "Mr. Alvin Film Studio" şirkətinin sayca ikinci ekran əsəridir.
Həmçinin bax
İstinadlar
Bu məqalədəki istinadlar müvafiq ilə göstərilməlidir. |
- Məhərrəmova, T. Mənəvi dünyaya pəncərə: Azərbaycanda cizgi filmlərinin yaranması XX əsrin 30-cu illərinin əvvəllərinə təsadüf edir //Kaspi.- 2011.- 4 mart.- S. 12.
- "Azərbaycan animasiyasının 75 illiyi münasibətilə cizgi filmləri toplusu hazırlanıb". 2023-06-29 tarixində . İstifadə tarixi: 2020-05-22.
- "Milli cizgi filmləri toplusunun təqdimatı keçiriləcəkdir". 2021-06-19 tarixində . İstifadə tarixi: 2020-05-22.
- "Bir nağıl söylə mənə"
- "Azərbaycan animasiyasının 75 illiyi münasibətilə hazırlanan cizgi filmləri toplusunun təqdimatı keçirilib". 2023-06-29 tarixində . İstifadə tarixi: 2020-05-22.
- "Arxivlənmiş surət". 2014-11-13 tarixində . İstifadə tarixi: 2023-06-05.
- "Arxivlənmiş surət". 2023-06-05 tarixində . İstifadə tarixi: 2023-06-05.
Mənbə
- "AZƏRBAYCAN ANİMASİYASININ TARİXİ" ( (az.)). animation.az. 2016-10-12 tarixində . İstifadə tarixi: 2017-02-24.
- Rəşid Ağamalıyev və müəllif kollektivi. "Azərbaycan animasiyası". Bakı: "PERİ FİLM", 2018. 400 səh.
Ədəbiyyat
- Gələcəkdən xəbər verən cizgi filmlərimiz
- Ölkədə ilk dəfə: Müasir Azərbaycan animasiyası
- Azərbaycan cizgi filmləri necə inkişaf edəcək? Çexiyada buna cavab axtarılıb…
- "Azərbaycan Animasiyası" kitabı Praqada təqdim olundu
- Filmə çəkilən nağıl qəhrəmanları… [1]
- Uşaqlığımızın və uşaqlarımızın "canlı nağılları"… [2]
- Uşaqlar "Cırtdan"sız darıxır
- Azərbaycanda cizgi filmləri niyə çəkilmir? — REPORTAJ [ölü keçid]
- Milli animasiya filmlərimizin əsas problemi nədir?
- 100 minlik filmin 25 manatlıq qonorarı — UCUZ ƏMƏK lent.az [ölü keçid]
- Cizgi filmləri kimlər üçün çəkilirdi?
Xarici keçidlər
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqaleni vikilesdirmek lazimdir Lutfen meqaleni umumvikipediya ve redakte qaydalarina uygun sekilde tertib edin Bu meqaledeki ve ya bolmedeki melumatlar kohnedir Sehifeye yenilenmis melumatlar elave etmekle Vikipediyani zenginlesdirmeye komek ede bilersiniz Azerbaycan animasiyasiAzerbaycan animasiya qehremanlariTarixiAzerbaycanda cizgi filmlerinin yaranmasi XX esrin 30 cu illerinin evvellerine tesaduf edir Hele 1933 cu ilde Azerbaycanfilm studiyasinin iscileri kinonun bu novunun istehsali ucun evvelceden hazirliq isleri aparmis Moskvadan lazimi materiallari alib getirmisdiler Onlar hemin il Lokbatan ve Neft simfoniyasi rej B Pumpyanski senedli filmlerini cekerken texniki animasiyadan istifade etmisdiler Cat telimat filminde ise res Basov animasiyadan butunlukle istifade olunmusdur Film umumittifaq ekranlarinda 1938 ci ile qeder numayis etdirilmisdir Mehz bu film ekranlara buraxilandan sonra kinostudiyada bir qrup tesebbuskar ilk defe cizgi filmi yaratmagi qerara aldi Film ucun movzu Azerbaycan xalq nagillarindan goturuldu Ssenarini A Papov yazdi Abbasin bedbextliyi adlanan bu ssenariye genc rejissor E Dikaryov qurulus verdi Resmleri ressamlardan Q Xaliqov C Zeynalov M Maqomayev ve E Mirzeyev cekmisler Filmin operatoru Q Yegiazarov idi Bundan basqa Boyuk Veten muharibesi baslamamisdan bir qeder evvel studiyada ikinci cizgi filminin cekilislerine hazirliq gorulmusdur Filmin adi bele idi Sindbad deniz seyyahidir Bu sesli film olmali idi lakin teessuf ki muharibenin baslanmasi ile elaqedar isler yarimciq qaldi Qeyd etmek lazimdir ki bundan sonra da kinostudiyada yuzlerle elmi kutlevi ve senedli filmlerin cekilisinde cizgi resmlerinden istifade edilmisdir Bu filmlerin yaradilmasinda ressamlardan C Zeynalov M Refiyev A Axundov N Memmedov B Eliyev qurasdirma cekilisleri operatoru A Milov istirak etmisler 1968 ci ilde C Cabbarli adina Azerbaycanfilm kinostudiyasinda cizgi filmleri sexi berpa olunandan sonra direktor E Isgenderov sexin istifadeye verilmesine ve cizgi filmleri uzre kadrlarin hazirlanmasina eyni zamanda cizgi filmlerinin istehsali prosesine diqqet yetirirdi 1968 ci ilde C Cabbarli adina Azerbaycanfilm kinostudiyasinda uzun fasileden sonra yeni milli multiplikasiya filminin cekilmesi qerara alinmisdi 60 ci illerin sonlarinda kinostudiyada cizgi filmlerinin cekilisi ucun serait yaradildi C Cabbarli adina Azerbaycanfilm kinostudiyasinin direktoru E Isgenderov qazete verdiyi Multifilmler cekeceyik basliqli musabiqesinde demisdi Bu il multfilmler cekilisine baslamisiq Multfilmlerin cekilisi ucun 20 neferden ibaret ressamlar qrupu yaradilmisdir Multfilm senetinin sirlerini oyrenmek ucun studiyamizda xususi kurs acilmisdir Mosfilm le daimi elaqe saxlayib onlarin is tecrubesini etrafli oyrenir 1969 cu ilde fevralin 28 de Nazim Memmedovun teklifi ile Cirtdan adli xalq nagilinin motivleri esasinda eyni adli cizgi filminin istehsalina baslanilir Bu birhisseli rengli cizgi filminin ssenarisini Alla Axundova yazmisdi Filmin qurulusu evvelce ressam Aganagi Axundova tapsirilmisdi Hetta onun rehberliyi altinda filmin xeyli hissesi cekilib qurtarilmisdi Sonra kinostudiya rehberliyinin tekidi ile Aganagi Axundov filmin istehsali prosesinden kenarlasdirilmisdi Bu isi davam etdirmek taninmis senedli filmler rejissoru Yalcin Efendiyeve filmin quruluscu ressami ve multiplikatoru Nazim Memmedova tapsirilmisdi Efsuslar olsun ki filimin cekilisi basa catmadi Nazim Memmedovun ozuse bir nece il sonra bu movzuya yeniden qayidaraq ferdi qaydada filme bedii goruntu verecekdi ve bu filmin taleyi daha ugurlu olacaq Cirtdanin yeni serguzestleri 1973 Nehayet Cirtdan la bagli bu qalmaqallardan bir il sonra 1970 ci ilde Nazim Memmdov S E Sirvaninin eseri esasinda Ayi ve sican adli filmini cekir Bu Azerbaycanfilm de cizgi filmlerin sexinin berpasindan sonra cekilmis birinci tamamlanmis film idi 1970 ci ilde ekranlara buraxilan film usaqlarla yanasi hem de boyuklerin duyulasi maragina sebeb olur Ele bu filmle Nazim Memmedov Azerbaycanda multiplikasiyanin esasini qoydu Ayi ve sican in istehsali ile Azerbaycanda cizgi filmleri tarixinin ikinci dovru baslandi Nazim Memmedov bu filmin tamhuquqlu muellifi oldu O hem filmin quruluscu rejissoru ve ressami hem de multiplikatoru idi Filmin ssenarisini gorkemli Azerbaycan sairi Seyid Ezim Sirvaninin eyni adli temsili teskil edirdi Filmin xeyirxahligi ve yaxsiligin unudulmamasindan behs eden ana xettini qabardan ressam bu yuksek meziyyeti resmlerin ovqat dogurucu gucu ve obrazlarin dinamik ritmler hereketleri ile gostermeye nail olmusdu Yeri gelmisken qeyd edek ki filmde Nazim Memmedovun uc funksiyasini oz uzerine goturmesi ona dusunduyu yaradici eksperimentleri reallasdirmaga imkan vermisdi Bu da son neticede filmin ugurlu sertlendirmisdi Bu cur is prinsipini ressamin ureyince oldugundan o novbeti isinde de eyni yaradici taktikani secdi Cirtdanin yeni serguzesti filmi 1973 rej N Memmedov ve B Eliyev kicik yasli usaqlar ucun nezerde tutulmusdur Filmde xalq folklorunun fantastik motivleri ile muasirlik uzvi sekilde bir birine baglanmisdir Sahzade qara qizil film nagili 1974 rej N Memmedov ve B Eliyev poetik formada insanin yerin altindan denizin dibinden qara qizil cixarmasindan sohbet acir Gunlerin bir gununde 1975 Dinqil sazim dinqil 1976 Pence Qulaq Palaz Tikan 1976 cizgi filmlerinde rej M Penahi ibretamiz meselelere toxunulur Azerbaycan animasiya qehremanlari eskiz Sah ve xidmetci filminin de 1976 rej N Memmedov esasini N Gencevinin eserinin motivleri teskil edir Burada Azerbaycan oxucusuna cox yaxsi melum olan sedaqetli noker ve amansiz qeddar sahin ehvalati ekranda canlandirilmisdir Toplan ve kolgesi 1977 Sonraki pesmanciliq 1978 ve Sehrlenmis kupe 1979 cizgi ve applikasiya filmlerinde de rej N Memmedov xeyirxah necib olmagin vacibliyinden emekseverlikden boyuklere hormetden ve diger insani keyfiyyetlerden danisilir Qiz qalasi efsanesi cizgi filmi 1978 adindan gorunduyu kimi Azerbaycan xalq efsanesinin motivleri esasinda yaradilmisdir 80 ci illerde kinostudiyada 38 adda cizgi filmi istehsal olunmusdur Bunlardan Cucelerim Meseye insan gelir Sehrli agac Taya Decel dovsan Sandiq Sen bele cumbulusan Sehrli lecek Ucan zurafe Qeribe ejdaha Teqib Yatmaq vaxtidir Balaca coban Humayin yuxusu Sakit Yonun maceralari Ana agaca qonub ve s cizgi Xeyir ve Ser Cirtdan Pehlevan Usaq ve kulek Akvarium Cirtdan ve div Yeni il ehvalati Sehrli naxislar applikasiya usulu ile cekilmisdir N Gencevinin Xeyir ve Ser eserinin motivleri esasinda cekilmis eyniadli applikasiya filmi rej N Memmedov boyukler ucun nezerde tutulmusdur Kinolentde susuz sehrada Xeyirin urek genisliyi ile xeyir is gormesinden ve buna cavab olaraq Serin gosterdiyi bedxah emellerden danisilir Akvarium applikasiya filmi ressam rejissor F Qurbanova poetik filmdir Burada qurasdirma cekilislerinden istifade edilmisdir Applikasiya personajlari ile yanasi filmde canli oglan da fealiyyet gosterir Azerbaycan animasiyasinin yaradilmasi uzerinde ressam multiplikatorlarin boyuk qrupu islemisdir A Axundov N Memmedov ve M Refiyevden basqa M Penahi B Eliyev H Ekberov F Quliyeva E Memmedov da kinostudiyada cizgi filmleri yaratmislar 80 ci illerin sonunda olkede geden ictimai siyasi prosesler bunlarin butun sehelere o cumleden yaradici teskilatlara tesiri Azerbaycanfilm in yeni is usuluna kecmesi ile elaqedar yollar axtarmasi kinostudiya nezdindeki birlik ve sobelerin musteqil fealiyyet gostermesine tekan verdi 1990 ci ilin aprel ayinda Sovet Ittifaqinda ilk defe olaraq Azerbaycan multiplikatorlari teserrufatin icare formasina kecdiler Multiplikasiya sexinin adi da deyisdirilib Azanfilm Yaradiciliq Istehsalat Birliyi oldu Azanfilm Azerbaycan animasiya filmleri demekdir Ne ucun multiplikasiya yox mehz animasiya Ona gore ki butun dunyada multiplikasiya coxalma kimi kinematoqraf novu animasiya canlandirma adlandirilmisdir 90 ci illerde Azanfilm markasi altinda 19 cizgi filmi cekilmisdir Bunlarin arasinda Bir defe haradasa rej V Talibov Ithaf rej S Necefzade Oda rej V Talibov R Ismayilov Serkeyin dastani rej A Meherremov Goycek Fatma ilk defe Azerbaycanda cekilen cizgi film opera rej N Memmedov Karvan rej N Memmedov Guzgu Deniz gezintisi Umid hamisi rej E Axundov Sohbetul esmar rej E Hami Suela T Piriyev maraqli ve baximli ekran eserleridir 2008 ci ilde Medeniyyet ve Turizm Nazirliyi Heyder Eliyev Fondu ile birge Azerbaycan animasiyasinin 75 illiyi munasibetile Bir nagil soyle mene cizgi filmleri toplusu hazirlayib Cizgi filmleri toplusunun 17 sentyabrda Muzey Merkezinde teqdimat merasimi kecirilib DVD seklinde hazirlanmis animasiya toplusunda 80 ci illerin 9 cizgi filmleri yer alib 2017 cil ilde Mr Alvin Film Studio terefinden Yeni il nagili adli cizgil filmi hazirlanib 2D formatinda hazirlanan cizgi filminin ssenarri muellifi ve bas rejissoru Elvin Mutalibogludur 15 deqiqeden ibaret olan ve xususen az yasli usaqlar ucun nezerde tutulan cizgi filmi Mr Alvin Film Studio sirketinin ilk ekran eseridir 2018 ci ilde Mr Alvin Film Studio sirketi Dord Fesil cizgi filmini balaca tamasacilarin ixtiyarina verib 2D formatinda cekilen cizgi filminin ssenarri muellifi ve bas rejissoru Elvin Mutalibogludur 20 deqiqeden ibaret olan cizgi filmi 12 yasa qeder olan tacasacilar ucun nezerde tutulmusdur Mr Alvin Film Studio sirketinin sayca ikinci ekran eseridir Hemcinin baxAzerbaycan cizgi filmlerinin siyahisi Azerbaycan Animasiya Muzeyi Azanfilm Azerbaycan animasiyasi kitab Animafilm Beynelxalq Animasiya Festivali Cirtdan TVIstinadlarBu meqaledeki istinadlar muvafiq istinad sablonlari ile gosterilmelidir Meherremova T Menevi dunyaya pencere Azerbaycanda cizgi filmlerinin yaranmasi XX esrin 30 cu illerinin evvellerine tesaduf edir Kaspi 2011 4 mart S 12 Azerbaycan animasiyasinin 75 illiyi munasibetile cizgi filmleri toplusu hazirlanib 2023 06 29 tarixinde Istifade tarixi 2020 05 22 Milli cizgi filmleri toplusunun teqdimati kecirilecekdir 2021 06 19 tarixinde Istifade tarixi 2020 05 22 Bir nagil soyle mene Azerbaycan animasiyasinin 75 illiyi munasibetile hazirlanan cizgi filmleri toplusunun teqdimati kecirilib 2023 06 29 tarixinde Istifade tarixi 2020 05 22 Arxivlenmis suret 2014 11 13 tarixinde Istifade tarixi 2023 06 05 Arxivlenmis suret 2023 06 05 tarixinde Istifade tarixi 2023 06 05 Menbe AZERBAYCAN ANIMASIYASININ TARIXI az animation az 2016 10 12 tarixinde Istifade tarixi 2017 02 24 Resid Agamaliyev ve muellif kollektivi Azerbaycan animasiyasi Baki PERI FILM 2018 400 seh ISBN 978 9952 37 109 3EdebiyyatGelecekden xeber veren cizgi filmlerimiz Olkede ilk defe Muasir Azerbaycan animasiyasi Azerbaycan cizgi filmleri nece inkisaf edecek Cexiyada buna cavab axtarilib Azerbaycan Animasiyasi kitabi Praqada teqdim olundu Filme cekilen nagil qehremanlari 1 Usaqligimizin ve usaqlarimizin canli nagillari 2 Usaqlar Cirtdan siz darixir Azerbaycanda cizgi filmleri niye cekilmir REPORTAJ olu kecid Milli animasiya filmlerimizin esas problemi nedir 100 minlik filmin 25 manatliq qonorari UCUZ EMEK lent az olu kecid Cizgi filmleri kimler ucun cekilirdi Xarici kecidler