Bu məqaləni lazımdır. |
Azərbaycan Xalq Cümhuriyyəti və Gürcüstan Demokratik Respublikası 1918-ci ilin yazında müstəqillik qazandıqdan dərhal sonra öz aralarında siyasi, hərbi, diplomatik, iqtisadi, maliyyə, nəqliyyat, rabitə və digər sahələr üzrə çeşidli əlaqələr yaratmaq, qarşılıqlı faydalı əməkdaşlığı tənzimləmək və dərinləşdirmək zərurəti ilə üzləşdilər. Bu, bir tərəfdən hər iki gənc respublikanın eyni regionda yerləşməsi və oxşar problemlərlə üzləşməsi, digər tərəfdən isə Cənubi Qafqazın 100 ildən artıq Rusiya imperiyası tərkibində müstəmləkə əsarətində qalması üzündən ortaq tarixi mirasa malik olmaları ilə bağlı idi.
Bəhs olunan dövrdə çox mürəkkəb, ziddiyyətli problemləri gənc respublika rəhbərləri, demək olar ki, əksər hallarda hər iki xalqın ali mənafeyinə uyğun şəkildə, danışıqlar apararaq qarşılıqlı güzəştlərə getməklə həll etməyə müvəffəq olmuşdular. Azərbaycanın o zamankı rəhbərlərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin qeyd etdiyi kimi "xristian qonşulardan Gürcü Cümhuriyyəti ilə çox dostanə münasibət" yaradılmışdı.
Azərbaycan və Gürcüstanın o zamankı siyasi xadimləri, dövlət rəhbərləri yaxşı başa düşürdülər ki, müstəqil dövlət quruculuğuna qədəm qoysalar da, bir-biri ilə ən müxtəlif sahələrdə normal münasibətlər yaratmadan, təcrid olunmuş şəraitdə öz mövcudluqlarını təmin etmələri mümkün deyildir. Ona görə də, Batumda Osmanlı dövləti ilə sülh danışıqları aparan Azərbaycan və Gürcüstanın səlahiyyətli nümayəndələri artıq 1918-ci il iyunun 4-də Bakı-Batum ağ neft kəmərinin yenidən işə salınması və normal işləməsini təmin etmək haqqında saziş bağladılar.
Həmin gün Batumda həmçinin Azərbaycan və Gürcüstan nümayəndələri Osmanlı və Ermənistan nümayəndələri ilə birlikdə Cənubi Qafqaz dəmir yollarına aid vaqon-parovoz parkının bölüşdürülməsi haqqında saziş imzaladılar. Sazişə görə, tərəflər keçmiş Rusiya imperiyasının mülkiyyəti olan vaqon-parovoz parkını hər ölkənin ərazisindən keçən dəmir yolu xətlərinin uzunluğuna mütənasib şəkildə bölüşdürməli idilər.
Bu müqavilə və sazişlər dövlətlərarası münasibətlərin razılaşmalar yolu ilə nizama salınmasının başlanğıcı oldu.
Diplomatik nümayəndəliklər
Azərbaycan Milli Şurası və hökuməti 1918-ci il iyunun 16-da Gəncəyə köçdükdən sonra Gürcüstanla müntəzəm əlaqələr saxlanmasını təmin etmək və məsləhətləşmələr aparmaq üçün Cənubi Qafqaz siyasi dairələrində yaxşı tanınan Məmməd Yusif Cəfərovu AXC-nin bu ölkədə diplomatik nümayəndəsi təyin etdi. O və diplomatik nümayəndəliyin digər işçiləri iki ölkə arasında çeşidli, o cümlədən də iqtisadi sahədə əlaqələrin yaradılması və inkişaf etdirilməsində çox böyük rol oynadılar. Bakı azad edildikdən sonra isə Gürcüstan hökuməti öz diplomatik nümayəndəsi Nikolay Kartsivadzeni Azərbaycana göndərdi. Gürcüstan Respublikasının diplomatik nümayəndəliyi 1918-ci il oktyabrın 2-də Bakıda fəaliyyətə başladı.
Cənubi Qafqaz hökuməti əmlakının bölüşdürülməsi məsələsi
1918-ci il iyunun 21-də Gürcüstan hökumətinin sədri N. Ramişvili keçmiş Cənubi Qafqaz hökuməti əmlakının Azərbaycan və Gürcüstan arasında bölüşdürülməsini Azərbaycanın bu ölkədəki nümayəndəsi Məmməd Yusif Cəfərova təklif etdi. Gürcüstan tərəfi öz təklifini bununla əsaslandırdı ki, Ermənistan öz payını artıq götürmüşdür və sonradan Osmanlı dövlətinin nəzarəti altına keçmiş ərazilərdə yerləşdirmişdir. Məmməd Yusif Cəfərov elə həmin gün Gəncəyə — Azərbaycan xarici işlər nazirinə məxfi məlumat göndərərək Gürcüstan hökumətinin Azərbaycanla qarşılıqlı münasibətləri yaxşılaşdırmaq və möhkəmləndirmək istəyi, keçmiş Cənubi Qafqaz hökumətinin əmlakını bölüşdürmək təklifi haqqında bilgi verdi. Azərbaycan tərəfi ümumi əmlakın bölüşdürülməsinə prinsipial razılıq verdi, avqustun 15-də isə təklif etdi ki, arbitraj yolu ilə, ilk növbədə, Qafqaz cəbhəsinin ləğvi nəticəsində qalmış daşınar əmlak və Cənubi Qafqazın mərkəzi dövlət idarə və təşkilatlarının daşınar əmlakı bölüşdürülsün.
Gürcüstan hökuməti 1918-ci il avqustun 21-də Azərbaycan və Gürcüstan nümayəndələrindən ibarət arbitraj komissiyası yaratmağa razılıq verdi. Yaradılan arbitraj komissiyası bir neçə iclas keçirdi və tərəflər öz aralarında qarşılıqlı iddiaların danışıqlar yolu ilə çözülməsi istiqamətində nümunə göstərdilər.
1918-ci ilin yayında dövriyyədə olan pul kütləsi çatışmırdı. Azərbaycan hökumətinin başçısı Fətəli xan Xoyski Məhəmməd Əmin Rəsulzadəyə ünvanlandığı 11 iyul 1918-ci il tarixli direktivində bildirdi ki, Azərbaycan Cümhuriyyəti çox kəskin şəkildə maliyyə vəsaiti sıxıntısı yaşayır. Hazırda ölkədə dövriyyədə olan Cənubi Qafqaz bonları azdır və yeni bon buraxılması haqqında gürcü və erməni nümayəndələri ilə aparılan danışıqlar hələlik bir nəticə verməmişdir. Ona görə də, Azərbaycan hökuməti adından təcili surətdə Türkiyədən 1,5–3 milyon lirə həcmində borc alınması məsələsini qaldırdı. Azərbaycan tərəfi həmin vəsaiti 1–1,5 il ərzində geri qaytarmağı öhdəsinə götürürdü (2, s.30).
Azərbaycan hökumətinin başçısı Fətəli xan Xoyski Məhəmməd Əmin Rəsulzadəyə ünvanlandığı 31 iyul 1918-ci il tarixli məktubunda bir daha qeyd etmişdi ki, Azərbaycan hökumətinin böyük qayğısı pul qıtlığıdır: "Siz bu istiqamətdə təcili və təsirli tədbirlər görməsəniz, 2 həftədən sonra tamam pulsuz qalacağıq. İlk növbədə 1 milyon Türkiyə lirəsi borc verilməsinə çalışın, sonra isə öz bonlarımızın buraxılmasına və göndərilməsinə başlayın".
Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəsi Məmməd Yusif Cəfərovun Azərbaycan hökumətinə ünvanladığı 17 iyul 1918-ci il tarixli məxfi məlumatda bildirilirdi ki, Gürcüstan hökuməti köhnə bonların nümunəsində pul çap etməyə başlamışdır. Məlumatda daha sonra qeyd edilirdi ki, Gürcüstan və Ermənistanın məsuliyyət daşıması şərti ilə həmin pulların dövriyyəyə buraxılması üçün gürcü və erməni nümayəndələri danışıqlar aparırlar. Doğrudan da, 1918-ci il iyul ayının 20-də Gürcüstan və Ermənistan hökumətləri, Azərbaycan hökumətinə xəbər vermədən, 200 milyon Cənubi Qafqaz Komissarlığı bonu buraxılması haqqında müqavilə imzaladılar. Rusiya Dövlət bankının Tiflis kontoru tərəfindən buraxılmış 200 milyon bonu öz aralarında bölüşdürdülər. Azərbaycan hökuməti buna qəti etirazını bildirdi. Etiraz notasının bir surətini də İstanbula göndərdi ki, burada keçirilməsi nəzərdə tutulan sülh konfransında elan edilsin (2, s.43).
Lakin Gürcüstan və Ermənistan hökumətlərinin öz maliyyə problemlərini Azərbaycanla anlaşmadan həll etmək istəkləri gözlənilən nəticəni vermədi. Ona görə də, 1918-ci ilin payız aylarında Azərbaycan və Gürcüstan hökumətləri sosial-iqtisadi sahədə vəziyyəti qaydaya salmaq üçün Ermənistan hökuməti ilə birlikdə razılaşdırılmış pul-kredit siyasəti yeritməli oldular. Çünki hər üç respublikada eyni pul vahidi — Cənubi Qafqaz komissarlığı bonu dövriyyədə idi və respublikalar arasında gömrük, sərhəd xidməti hələ yaranış mərhələsində idi. Ona görə də, Tiflis bank kontorunun buraxmalı olduğu bonun həcmi hökumətlərarası sazişlə tənzimlənməli idi. Bu məqsədlə 1918-ci il sentyabrın 6-da Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndələri maliyyə və pul-kredit əməliyyatları üçün birlikdə 280 milyon rubl məbləğində Cənubi Qafqaz komissarlığı bonu buraxılması haqqında saziş imzaladılar.
Həmin il noyabrın 15-də Azərbaycanla Gürcüstan arasında əlavə olaraq, daha 160 milyon rubl məbləğində Cənubi Qafqaz Komissarlığı bonu buraxılması haqqında Tiflisdə müqavilə bağlandı. Müqaviləyə görə, Dövlət bankının Tiflis kontoru 10 gün ərzində hər respublika üçün 100 və 250 rublluq əskinaslarla 80 milyon rubl məbləğində bon buraxmalı idi (2, s. 99). Gürcüstan maliyyə naziri G. D. Juruli və Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəsi Məmməd Yusif Cəfərovun imzaladıqları bu müqaviləyə görə, Gürcüstan tərəfi öhdəsinə götürdü ki, Azərbaycan hökumətinə çatmalı olan bonlar 1918-ci il noyabrın 25-nə kimi göndəriləcəkdir. Əgər bu öhdəlik vaxtında yerinə yetirilməzdisə, Gürcüstan hökuməti buraxılan bonların hamısını norması dolana kimi Azərbaycana göndərməli idi.
Azərbaycan hökumətinin uğurlu pul-kredit siyasəti həm Bakı bonlarının, həm də Cənubi Qafqaz bonlarının məzənnəsinin möhkəmlənməsinə müsbət təsir göstərdi. Bunun nəticəsi idi ki, 1919-cu ilin yayında Tiflis birjasında xarici valyutaların qiymətdən düşməsi fonunda Cənubi Qafqaz bonunun kursunun yüksəlməsi müşahidə edilirdi (13, 2 июля 1919 г., № 136).
Azərbaycan hökuməti də öz növbəsində Gürcüstanın neft məhsullarına kəskin ehtiyacını nəzərə alaraq, hökumətlərarası müqavilə bağlanmasını gözləmədən, 1918-ci il dekabrın 21-də Gürcüstan hökumətinə 10 sistern ağ neft, 13 min pud xam neft və 2 sistern benzin göndərməyi qərara almışdı (3, s.256). Ticarət və sənaye nazirinin göstərişi ilə hökumətin bu qərarı təxirə salınmadan icra edilmişdi.
Azərbaycan və Gürcüstan hökumətləri iqtisadi əlaqələri nizama salmaq, qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək üçün də uğurlu addımlar atırdılar. İki respublika arasında yükdaşımaları tənzimləmək üçün aparılan danışıqların nəticəsi olaraq, 1918-ci ilin dekabrın 26-da Bakıda Azərbaycanla Gürcüstan arasında mal mübadiləsi haqqında müqavilə bağlandı. Azərbaycan tərəfindən ticarət və sənaye naziri Behbud xan Cavanşirin, Gürcüstan tərəfindən həmin ölkənin Azərbaycan hökuməti yanındakı diplomatik nümayəndəsi Nikolay Kartsivadzenin imzaladıqları bu sənədə görə, tərəflər dəmir yolu ilə daşınan yüklər üçün 1 il müddətində azad tranzitə, yəni gömrük rüsumu alınmamasına razılıq verdilər. Azərbaycan tərəfi Gürcüstan əhalisinin və dəmir yollarının ehtiyaclarını ödəmək üçün il ərzində 1 milyon pud ağ neft, mazut və sürtkü yağı göndərməyi, Gürcüstan tərəfi isə Azərbaycan dəmir yollarının ehtiyacını ödəmək üçün zəruri materiallar və daş kömür göndərməyi öhdəsinə götürdü (13, 24 yanvar 1919, № 16).
1919-cu il yanvarın 3-də Tiflisdə Azərbaycanla Gürcüstan arasında teleqraf rabitəsi, yanvarın 4-də isə poçt xidməti haqqında sazişlər və poçt bağlamalarının dəmir yolu ilə daşınması haqqında konvensiya bağlandı (2, s.122–130). Hər iki ölkənin poçt-teleqraf idarəsi rəislərinin imzaladıqları bu sənədlər beynəlxalq teleqraf və poçt xidmətini nizama salmağa və inkişaf etdirməyə şərait yaratdı. Azərbaycanın və Gürcüstanın ən mühüm şəhərləri arasında daimi teleqraf rabitəsi yaradıldı, hər iki respublikanın vətəndaşlarına beynəlxalq teleqrafdan istifadə hüququ verildi. Tərəflər göndərilən teleqramların məzmununun gizli saxlanmasının təmin edilməsi haqqında razılaşma imzaladılar. Həmçinin, poçt ilə bağlama göndərilməsi, çap məhsulları daşınması üzrə tariflər müəyyənləşdirildi.
1919-cu il martın 8-də Azərbaycanla Gürcüstan arasında dəmir yolu rabitəsi haqqında saziş bağlandı. Azərbaycan yollar naziri Xudadat bəy Məlik-Aslanov və Gürcüstan yollar naziri vəzifəsini icra edən İsidor Malaniyanın imzaladıqları bu sənədə görə, 1918-ci il mayın 26-nadək hər iki respublikanın ərazisində olmuş parovoz və vaqonlar, bu məsələ xüsusi arbitraj komissiyasında həll edilənə qədər, bütünlüklə həmin dövlətin ixtiyarında qalırdı. Sazişə əsasən, tərəflər arasında yük vaqonları mübadiləsi şərtləri, yükdaşıma tarifləri nizama salındı (2, s.179–183). Bakı ilə Tiflis arasında gündəlik birbaşa sərnişin qatarları hərəkət etməyə başladı.
1919-cu il iyunun 4-də Tiflisdə Azərbaycan, Gürcüstan və Ermənistan arasında əlavə Cənubi Qafqaz Komissarlığı bonu buraxılması haqqında saziş imzalandı. Bu sazişə görə, Azərbaycan öz payına düşən 180 milyon rubl məbləğində Cənubi Qafqaz Komissarlığı bonunun 60 milyon rublunu Gürcüstan hökumətinə verdi. Əvəzində Gürcüstan hökuməti öz ərazisində 15 milyon rubl məbləğində Azərbaycan və Bakı bonunun sərbəst dəyişdirilməsinə razılıq verdi (2, s.249–250).
1920-ci il fevralın 5-də Bakıda Azərbaycanla Gürcüstan arasında tranzit yüklər haqqında müqavilə imzalandı. Müqaviləyə görə, tərəflər hər iki ölkə arasında tranzit yüklərin dəmir yolu ilə 1 il müddətində azad, yəni heç bir gömrük rüsumu ödəmədən daşınmasını təmin etməyi öhdələrinə götürdülər (9, s.103). Azərbaycan hökuməti bir il ərzində Gürcüstan əhalisinin və dəmir yolunun ehtiyacını ödəmək üçün ixrac ediləcək neft və neft məhsullarının 16 milyon puda qədər olan həcmindən gömrük rüsumu tutulmamasına icazə verdi. Gürcüstan hökuməti də Azərbaycandan aldığı neft və neft məhsullarını öz ərazisindən kənara göndərməməyi öhdəsinə götürdü. Həmçinin Azərbaycan dəmir yolunun ehtiyacını ödəmək üçün lazım olan texniki avadanlığın, daş kömür və meşə materialının gömrük rüsumu ödənmədən daşınmasına razılıq verdi. 1918–1920-ci illərdə Azərbaycanla Gürcüstan arasında imzalanmış bu sənədlər hər iki ölkə arasında əməkdaşlığı inkişaf etdirməyə və dərinləşdirməyə, dostluq və müttəfiqlik münasibətlərini möhkəmləndirməyə imkan verdi.
Azərbaycan mehriban qonşuluq prinsiplərinə sadiq qalaraq, vaxtaşırı Gürcüstana ərzaq yardımı da göstərirdi. Məsələn, Azərbaycan hökuməti 1919-cu il iyunun 6-da qərar qəbul etmişdi ki, mövcud dövlət ehtiyatlarından Gürcüstana 5 min pud arpa, 15 min pud kəpək göndərilsin (13, 17 iyun 1919, № 123). Azərbaycan Ticarət, Sənaye və Ərzaq Nazirliyi qısa müddət ərzində hökumətin bu qərarını icra etmiş və həmin il iyunun 25-də Gürcüstana əlavə olaraq daha iki vaqon arpa unu və iki vaqon kəpək yola salmışdı (3, s.333).
1919-cu il sentyabrın 12-də isə Azərbaycan hökuməti Tiflisdə fəaliyyət göstərən və maliyyə sıxıntısı çəkən "Təcrübə kənd təsərrüfatı stansiyası"na elmi əsərlərini çap etdirmək üçün 76 min rubl vəsait göndərmişdi. Əvəzində çap edilən materialların üçdə bir hissəsinin Azərbaycana verilməsi bir şərt kimi stansiya rəhbərliyi qarşısında irəli sürülmüşdü (13, 14 oktyabr 1919, № 220).
1920-ci il fevralın 20-də Gürcüstanda zəlzələ baş vermiş, Qori şəhərində və ətraf kəndlərdə ciddi dağıntılar olmuş, minlərlə adam evsiz-eşiksiz qalmışdı. Azərbaycan hökuməti dərhal Gürcüstanda zəlzələdən ziyan çəkmiş əhaliyə yardım göstərilməsinə başlamışdı. Fevralın 25-də Gürcüstan Təchizat Nazirliyinə icazə vermişdi ki, Bakıdakı un ehtiyatından 15769 pudu öz ölkəsinə aparsın və aclıq çəkən əhaliyə paylasın (3, s.407–408). Azərbaycan parlamenti isə 11 mart 1920-ci il tarixli qərarı ilə Gürcüstanda zəlzələdən zərər çəkənlərə yardım göstərilməsi üçün 3 milyon rubl vəsait ayırmışdı (14, 1920, № 20).
1918–1920-ci illərdə Azərbaycanla Gürcüstan arasında qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın çox önəmli sahələrindən biri Batum limanından istifadə ilə bağlı idi. Bəhs olunan dövrdə Azərbaycan Xalq Cümhuriyyəti Türkiyə və Avropa dövlətləri ilə iqtisadi və ticarət əlaqələrini Batum vasitəsilə həyata keçirirdi. Ona görə də, Qara dəniz hövzəsində ən mühüm liman şəhəri, Azərbaycan dəmir yolu və ağ neft kəmərinin Avropaya çıxış məntəqəsi olan Batumda nümayəndəlik yaradılmasının zəruriliyini Məhəmməd Əmin Rəsulzadə hələ 1918-ci ilin yayında İstanbulda Azərbaycan nümayəndə heyətinin başçısı kimi fəaliyyət göstərərkən bildirmişdi.
Azərbaycan hökuməti Batumun ölkə üçün iqtisadi, ticarət və Avropa dövlətləri ilə əlaqələr qurmaq baxımından mühüm əhəmiyyətini nəzərə alaraq, 1918-ci il noyabrın 10-da orada konsulluq yaratmağı qərara aldı. Doktor Mahmud bəy Əfəndiyev Azərbaycanın Batumda konsulu təyin edildi (3, s.251).
Azərbaycanın Batumdakı konsulluğu ölkəyə aid yüklərin Batum limanında qəbul edilməsi və yola salınması, nəqliyyat vasitələri, xüsusən yük vaqonları və vaqon-sisternlərlə bağlı mübahisələrin tənzimlənməsi, diplomatik kuryer və poçtla əlaqədar məsələlərin nizama salınması sahəsində mühüm rol oynamışdı.
Tiflisdəki Azərbaycan diplomatik nümayəndəliyi və Batumdakı konsulluq bölgədə türk və müsəlman əhalinin problemlərinin həllində də fəal iştirak edirdi. Məsələn, diplomatik nümayəndəlik Azərbaycan hökumətinin tapşırığı ilə 1919-cu il aprelin 5-də Axalsix qəzasının zərər çəkmiş müsəlman əhalisinə 200 min rubl (3, s.298), konsulluq isə 1919-cu ilin mart ayında Batum vilayətindəki Azərbaycan təbəələrinə 10 min rubl, 1919-cu ilin mayında normal fəaliyyət göstərməsi üçün Batumdakı türk məktəbinə 10 min rubl yardım etmişdi.
1919-cu il mayın 26-da diplomatik nümayəndəlik nəzdində Maliyyə Nazirliyinin agentliyi yaradıldı, avqustun 25-də isə agentliyə Azərbaycan dövlət bankının müxbiri vəzifəsini icra etmək tapşırıldı (3, s.352). Həmin il sentyabrın 27-də konsulluq nəzdində ticarət şöbəsi yaradıldı. Şöbənin tərkibinə yollar, ticarət və sənaye, həmçinin ərzaq nazirliklərinin nümayəndələri daxil edildi. Həmin ilin oktyabr ayında Batumdakı konsulluq baş konsulluğa çevrildi. Oktyabrın 18-də Batum Baş Konsulluğuna Azərbaycan Dövlət Bankının müxbiri vəzifəsi həvalə edildi və Batumda Azərbaycan hökumətinin hesabına daxil olan vəsaitin Dövlət bankına köçürülməsini təmin etmək ona tapşırıldı. Oktyabrın 22-də isə Batum Baş Konsulluğunun ticarət şöbəsi yanında Azərbaycan Maliyyə Nazirliyi nümayəndəliyinin təsis edilməsi qərara alındı (3, s.375).
Azərbaycanın Tiflisdəki diplomatik nümayəndəliyi və Batumdakı baş konsulluğu fəaliyyət göstərdiyi dövr ərzində Azərbaycan dövlətinin və vətəndaşlarının mənafeyinin qorunmasında mühüm rol oynamışdı.
Azərbaycan və Gürcüstan arasında qarşılıqlı faydalı əməkdaşlıq hər iki respublikanın Versal sülh konfransındakı nümayəndə heyətlərinin fəaliyyətində də öz əksini tapmışdı. Həm Azərbaycan, həm də Gürcüstan nümayəndələri keçmiş Rusiya siyasi xadimlərinin və çar generallarının "vahid və bölünməz Rusiya" iddialarına qarşı ardıcıl mübarizə aparmış, bu istiqamətdə atılacaq addımları müntəzəm müzakirə edərək, əksər hallarda yekdil mövqedən çıxış etmişdilər.
Nümayəndə heyətlərinin sıx əməkdaşlığı bütün Cənubi Qafqaz respublikaları üçün böyük iqtisadi və hərbi-strateji əhəmiyyətə malik olan Batum məsələsinin müzakirələrində xüsusilə əhəmiyyətli olmuşdu. Antanta Ali Şurasının 1920-ci ilin fevral-mart aylarında Londonda keçirilən konfransında Batum məsələsi ilə bağlı müttəfiq dövlətlər belə bir layihə irəli sürmüşdülər ki, Batum vilayətinin bir hissəsi Gürcüstana, bir hissəsi Ermənistana verilsin, Batum şəhəri isə Millətlər Cəmiyyətinin nəzarəti altında azad şəhər elan edilsin. Gürcü nümayəndələri bu layihəyə qəti etiraz etmiş, Azərbaycan nümayəndələri də bu məsələdə Gürcüstanı tam dəstəklədilər. Azərbaycan və Gürcüstan nümayəndələri arasında belə razılıq əldə edilmişdi ki, hər iki respublika Batum vilayətinin parçalanmasını məqsədəuyğun hesab etməsinlər. Azərbaycan Batum şəhərinin vilayətlə birlikdə Gürcüstana birləşdirilməsinə tərəfdardır, Gürcüstan da Azərbaycanın Batuma olan mənafeyini tam təmin edir (8, s.342). Məhz Azərbaycan tərəfinin belə qəti mövqeyi Batum vilayətinin parçalanması layihəsindən imtina edilməsinə səbəb olmuşdu.
Bütün bu faktlar aydın göstərir ki, Azərbaycan və Gürcüstan respublikaları 1918-ci ilin yazında öz müstəqilliklərini elan etdikdən sonra öz aralarında normal əlaqələr yaratmağa başlamışdılar. Sonrakı iki ildə qarşılıqlı faydalı əməkdaşlıq yüksələn xətlə inkişaf etmiş və dövlətlərarası münasibətlərin bütün sahələrini əhatə edən çoxsaylı müqavilə və sazişlər imzalanmışdı. İki qonşu dövlət arasında strateji müttəfiqlik və etibarlı tərəfdaşlıq münasibətləri bərqərar edilmişdi.
Mənbə
- QABİL ƏLİYEV Azərbaycan xalq cümhuriyyətinin Gürcüstanla iqtisadi əməkdaşlığı (1918–1920-ci illər). 2016-04-17 at the Wayback Machine
İstinadlar
- Rəsulzadə M. Ə. Azərbaycan Cümhuriyyəti. Bakı: 1990. s. 58
- Документы и материалы по внешней политике Закавказье и Грузии. Тифлис, 1919, s. 364
- Документы и материалы по внешней политике Закавказье и Грузии. Тифлис, 1919, s. 365
- Азербайджанская Демократическая Республика (1918–1920). Внешняя политика (документы и материалы). Баку: 1998. s. 26–27
- Документы и материалы по внешней политике Закавказье и Грузии. Тифлис, 1919. s.438
- Азербайджанская Демократическая Республика (1918–1920). Внешняя политика (документы и материалы). Баку: 1998. s. 43
- Azərbaycan Respublikası Dövlət Arxivinin 970 saylı — AXC Xarici İşlər Nazirliyinin fondu, siy. 1, iş 18, v.66
- Azərbaycan Respublikası Dövlət Arxivinin 970 saylı — AXC Xarici İşlər Nazirliyinin fondu, siy. 1, iş 18, v.141
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqaleni vikilesdirmek lazimdir Lutfen meqaleni umumvikipediya ve redakte qaydalarina uygun sekilde tertib edin Azerbaycan Xalq Cumhuriyyeti ve Gurcustan Demokratik Respublikasi 1918 ci ilin yazinda musteqillik qazandiqdan derhal sonra oz aralarinda siyasi herbi diplomatik iqtisadi maliyye neqliyyat rabite ve diger saheler uzre cesidli elaqeler yaratmaq qarsiliqli faydali emekdasligi tenzimlemek ve derinlesdirmek zerureti ile uzlesdiler Bu bir terefden her iki genc respublikanin eyni regionda yerlesmesi ve oxsar problemlerle uzlesmesi diger terefden ise Cenubi Qafqazin 100 ilden artiq Rusiya imperiyasi terkibinde mustemleke esaretinde qalmasi uzunden ortaq tarixi mirasa malik olmalari ile bagli idi Behs olunan dovrde cox murekkeb ziddiyyetli problemleri genc respublika rehberleri demek olar ki ekser hallarda her iki xalqin ali menafeyine uygun sekilde danisiqlar apararaq qarsiliqli guzestlere getmekle hell etmeye muveffeq olmusdular Azerbaycanin o zamanki rehberlerinden biri olan Mehemmed Emin Resulzadenin qeyd etdiyi kimi xristian qonsulardan Gurcu Cumhuriyyeti ile cox dostane munasibet yaradilmisdi Azerbaycan ve Gurcustanin o zamanki siyasi xadimleri dovlet rehberleri yaxsi basa dusurduler ki musteqil dovlet quruculuguna qedem qoysalar da bir biri ile en muxtelif sahelerde normal munasibetler yaratmadan tecrid olunmus seraitde oz movcudluqlarini temin etmeleri mumkun deyildir Ona gore de Batumda Osmanli dovleti ile sulh danisiqlari aparan Azerbaycan ve Gurcustanin selahiyyetli numayendeleri artiq 1918 ci il iyunun 4 de Baki Batum ag neft kemerinin yeniden ise salinmasi ve normal islemesini temin etmek haqqinda sazis bagladilar Hemin gun Batumda hemcinin Azerbaycan ve Gurcustan numayendeleri Osmanli ve Ermenistan numayendeleri ile birlikde Cenubi Qafqaz demir yollarina aid vaqon parovoz parkinin bolusdurulmesi haqqinda sazis imzaladilar Sazise gore terefler kecmis Rusiya imperiyasinin mulkiyyeti olan vaqon parovoz parkini her olkenin erazisinden kecen demir yolu xetlerinin uzunluguna mutenasib sekilde bolusdurmeli idiler Bu muqavile ve sazisler dovletlerarasi munasibetlerin razilasmalar yolu ile nizama salinmasinin baslangici oldu Diplomatik numayendeliklerAzerbaycan Milli Surasi ve hokumeti 1918 ci il iyunun 16 da Genceye kocdukden sonra Gurcustanla muntezem elaqeler saxlanmasini temin etmek ve meslehetlesmeler aparmaq ucun Cenubi Qafqaz siyasi dairelerinde yaxsi taninan Memmed Yusif Ceferovu AXC nin bu olkede diplomatik numayendesi teyin etdi O ve diplomatik numayendeliyin diger iscileri iki olke arasinda cesidli o cumleden de iqtisadi sahede elaqelerin yaradilmasi ve inkisaf etdirilmesinde cox boyuk rol oynadilar Baki azad edildikden sonra ise Gurcustan hokumeti oz diplomatik numayendesi Nikolay Kartsivadzeni Azerbaycana gonderdi Gurcustan Respublikasinin diplomatik numayendeliyi 1918 ci il oktyabrin 2 de Bakida fealiyyete basladi Cenubi Qafqaz hokumeti emlakinin bolusdurulmesi meselesi1918 ci il iyunun 21 de Gurcustan hokumetinin sedri N Ramisvili kecmis Cenubi Qafqaz hokumeti emlakinin Azerbaycan ve Gurcustan arasinda bolusdurulmesini Azerbaycanin bu olkedeki numayendesi Memmed Yusif Ceferova teklif etdi Gurcustan terefi oz teklifini bununla esaslandirdi ki Ermenistan oz payini artiq goturmusdur ve sonradan Osmanli dovletinin nezareti altina kecmis erazilerde yerlesdirmisdir Memmed Yusif Ceferov ele hemin gun Genceye Azerbaycan xarici isler nazirine mexfi melumat gondererek Gurcustan hokumetinin Azerbaycanla qarsiliqli munasibetleri yaxsilasdirmaq ve mohkemlendirmek isteyi kecmis Cenubi Qafqaz hokumetinin emlakini bolusdurmek teklifi haqqinda bilgi verdi Azerbaycan terefi umumi emlakin bolusdurulmesine prinsipial raziliq verdi avqustun 15 de ise teklif etdi ki arbitraj yolu ile ilk novbede Qafqaz cebhesinin legvi neticesinde qalmis dasinar emlak ve Cenubi Qafqazin merkezi dovlet idare ve teskilatlarinin dasinar emlaki bolusdurulsun Gurcustan hokumeti 1918 ci il avqustun 21 de Azerbaycan ve Gurcustan numayendelerinden ibaret arbitraj komissiyasi yaratmaga raziliq verdi Yaradilan arbitraj komissiyasi bir nece iclas kecirdi ve terefler oz aralarinda qarsiliqli iddialarin danisiqlar yolu ile cozulmesi istiqametinde numune gosterdiler 1918 ci ilin yayinda dovriyyede olan pul kutlesi catismirdi Azerbaycan hokumetinin bascisi Feteli xan Xoyski Mehemmed Emin Resulzadeye unvanlandigi 11 iyul 1918 ci il tarixli direktivinde bildirdi ki Azerbaycan Cumhuriyyeti cox keskin sekilde maliyye vesaiti sixintisi yasayir Hazirda olkede dovriyyede olan Cenubi Qafqaz bonlari azdir ve yeni bon buraxilmasi haqqinda gurcu ve ermeni numayendeleri ile aparilan danisiqlar helelik bir netice vermemisdir Ona gore de Azerbaycan hokumeti adindan tecili suretde Turkiyeden 1 5 3 milyon lire hecminde borc alinmasi meselesini qaldirdi Azerbaycan terefi hemin vesaiti 1 1 5 il erzinde geri qaytarmagi ohdesine gotururdu 2 s 30 Azerbaycan hokumetinin bascisi Feteli xan Xoyski Mehemmed Emin Resulzadeye unvanlandigi 31 iyul 1918 ci il tarixli mektubunda bir daha qeyd etmisdi ki Azerbaycan hokumetinin boyuk qaygisi pul qitligidir Siz bu istiqametde tecili ve tesirli tedbirler gormeseniz 2 hefteden sonra tamam pulsuz qalacagiq Ilk novbede 1 milyon Turkiye liresi borc verilmesine calisin sonra ise oz bonlarimizin buraxilmasina ve gonderilmesine baslayin Azerbaycanin Gurcustandaki diplomatik numayendesi Memmed Yusif Ceferovun Azerbaycan hokumetine unvanladigi 17 iyul 1918 ci il tarixli mexfi melumatda bildirilirdi ki Gurcustan hokumeti kohne bonlarin numunesinde pul cap etmeye baslamisdir Melumatda daha sonra qeyd edilirdi ki Gurcustan ve Ermenistanin mesuliyyet dasimasi serti ile hemin pullarin dovriyyeye buraxilmasi ucun gurcu ve ermeni numayendeleri danisiqlar aparirlar Dogrudan da 1918 ci il iyul ayinin 20 de Gurcustan ve Ermenistan hokumetleri Azerbaycan hokumetine xeber vermeden 200 milyon Cenubi Qafqaz Komissarligi bonu buraxilmasi haqqinda muqavile imzaladilar Rusiya Dovlet bankinin Tiflis kontoru terefinden buraxilmis 200 milyon bonu oz aralarinda bolusdurduler Azerbaycan hokumeti buna qeti etirazini bildirdi Etiraz notasinin bir suretini de Istanbula gonderdi ki burada kecirilmesi nezerde tutulan sulh konfransinda elan edilsin 2 s 43 Lakin Gurcustan ve Ermenistan hokumetlerinin oz maliyye problemlerini Azerbaycanla anlasmadan hell etmek istekleri gozlenilen neticeni vermedi Ona gore de 1918 ci ilin payiz aylarinda Azerbaycan ve Gurcustan hokumetleri sosial iqtisadi sahede veziyyeti qaydaya salmaq ucun Ermenistan hokumeti ile birlikde razilasdirilmis pul kredit siyaseti yeritmeli oldular Cunki her uc respublikada eyni pul vahidi Cenubi Qafqaz komissarligi bonu dovriyyede idi ve respublikalar arasinda gomruk serhed xidmeti hele yaranis merhelesinde idi Ona gore de Tiflis bank kontorunun buraxmali oldugu bonun hecmi hokumetlerarasi sazisle tenzimlenmeli idi Bu meqsedle 1918 ci il sentyabrin 6 da Azerbaycan Gurcustan ve Ermenistan numayendeleri maliyye ve pul kredit emeliyyatlari ucun birlikde 280 milyon rubl mebleginde Cenubi Qafqaz komissarligi bonu buraxilmasi haqqinda sazis imzaladilar Hemin il noyabrin 15 de Azerbaycanla Gurcustan arasinda elave olaraq daha 160 milyon rubl mebleginde Cenubi Qafqaz Komissarligi bonu buraxilmasi haqqinda Tiflisde muqavile baglandi Muqavileye gore Dovlet bankinin Tiflis kontoru 10 gun erzinde her respublika ucun 100 ve 250 rublluq eskinaslarla 80 milyon rubl mebleginde bon buraxmali idi 2 s 99 Gurcustan maliyye naziri G D Juruli ve Azerbaycanin Gurcustandaki diplomatik numayendesi Memmed Yusif Ceferovun imzaladiqlari bu muqavileye gore Gurcustan terefi ohdesine goturdu ki Azerbaycan hokumetine catmali olan bonlar 1918 ci il noyabrin 25 ne kimi gonderilecekdir Eger bu ohdelik vaxtinda yerine yetirilmezdise Gurcustan hokumeti buraxilan bonlarin hamisini normasi dolana kimi Azerbaycana gondermeli idi Azerbaycan hokumetinin ugurlu pul kredit siyaseti hem Baki bonlarinin hem de Cenubi Qafqaz bonlarinin mezennesinin mohkemlenmesine musbet tesir gosterdi Bunun neticesi idi ki 1919 cu ilin yayinda Tiflis birjasinda xarici valyutalarin qiymetden dusmesi fonunda Cenubi Qafqaz bonunun kursunun yukselmesi musahide edilirdi 13 2 iyulya 1919 g 136 Azerbaycan hokumeti de oz novbesinde Gurcustanin neft mehsullarina keskin ehtiyacini nezere alaraq hokumetlerarasi muqavile baglanmasini gozlemeden 1918 ci il dekabrin 21 de Gurcustan hokumetine 10 sistern ag neft 13 min pud xam neft ve 2 sistern benzin gondermeyi qerara almisdi 3 s 256 Ticaret ve senaye nazirinin gosterisi ile hokumetin bu qerari texire salinmadan icra edilmisdi Azerbaycan ve Gurcustan hokumetleri iqtisadi elaqeleri nizama salmaq qarsiliqli faydali emekdasligi inkisaf etdirmek ucun de ugurlu addimlar atirdilar Iki respublika arasinda yukdasimalari tenzimlemek ucun aparilan danisiqlarin neticesi olaraq 1918 ci ilin dekabrin 26 da Bakida Azerbaycanla Gurcustan arasinda mal mubadilesi haqqinda muqavile baglandi Azerbaycan terefinden ticaret ve senaye naziri Behbud xan Cavansirin Gurcustan terefinden hemin olkenin Azerbaycan hokumeti yanindaki diplomatik numayendesi Nikolay Kartsivadzenin imzaladiqlari bu senede gore terefler demir yolu ile dasinan yukler ucun 1 il muddetinde azad tranzite yeni gomruk rusumu alinmamasina raziliq verdiler Azerbaycan terefi Gurcustan ehalisinin ve demir yollarinin ehtiyaclarini odemek ucun il erzinde 1 milyon pud ag neft mazut ve surtku yagi gondermeyi Gurcustan terefi ise Azerbaycan demir yollarinin ehtiyacini odemek ucun zeruri materiallar ve das komur gondermeyi ohdesine goturdu 13 24 yanvar 1919 16 1919 cu il yanvarin 3 de Tiflisde Azerbaycanla Gurcustan arasinda teleqraf rabitesi yanvarin 4 de ise poct xidmeti haqqinda sazisler ve poct baglamalarinin demir yolu ile dasinmasi haqqinda konvensiya baglandi 2 s 122 130 Her iki olkenin poct teleqraf idaresi reislerinin imzaladiqlari bu senedler beynelxalq teleqraf ve poct xidmetini nizama salmaga ve inkisaf etdirmeye serait yaratdi Azerbaycanin ve Gurcustanin en muhum seherleri arasinda daimi teleqraf rabitesi yaradildi her iki respublikanin vetendaslarina beynelxalq teleqrafdan istifade huququ verildi Terefler gonderilen teleqramlarin mezmununun gizli saxlanmasinin temin edilmesi haqqinda razilasma imzaladilar Hemcinin poct ile baglama gonderilmesi cap mehsullari dasinmasi uzre tarifler mueyyenlesdirildi 1919 cu il martin 8 de Azerbaycanla Gurcustan arasinda demir yolu rabitesi haqqinda sazis baglandi Azerbaycan yollar naziri Xudadat bey Melik Aslanov ve Gurcustan yollar naziri vezifesini icra eden Isidor Malaniyanin imzaladiqlari bu senede gore 1918 ci il mayin 26 nadek her iki respublikanin erazisinde olmus parovoz ve vaqonlar bu mesele xususi arbitraj komissiyasinda hell edilene qeder butunlukle hemin dovletin ixtiyarinda qalirdi Sazise esasen terefler arasinda yuk vaqonlari mubadilesi sertleri yukdasima tarifleri nizama salindi 2 s 179 183 Baki ile Tiflis arasinda gundelik birbasa sernisin qatarlari hereket etmeye basladi 1919 cu il iyunun 4 de Tiflisde Azerbaycan Gurcustan ve Ermenistan arasinda elave Cenubi Qafqaz Komissarligi bonu buraxilmasi haqqinda sazis imzalandi Bu sazise gore Azerbaycan oz payina dusen 180 milyon rubl mebleginde Cenubi Qafqaz Komissarligi bonunun 60 milyon rublunu Gurcustan hokumetine verdi Evezinde Gurcustan hokumeti oz erazisinde 15 milyon rubl mebleginde Azerbaycan ve Baki bonunun serbest deyisdirilmesine raziliq verdi 2 s 249 250 1920 ci il fevralin 5 de Bakida Azerbaycanla Gurcustan arasinda tranzit yukler haqqinda muqavile imzalandi Muqavileye gore terefler her iki olke arasinda tranzit yuklerin demir yolu ile 1 il muddetinde azad yeni hec bir gomruk rusumu odemeden dasinmasini temin etmeyi ohdelerine goturduler 9 s 103 Azerbaycan hokumeti bir il erzinde Gurcustan ehalisinin ve demir yolunun ehtiyacini odemek ucun ixrac edilecek neft ve neft mehsullarinin 16 milyon puda qeder olan hecminden gomruk rusumu tutulmamasina icaze verdi Gurcustan hokumeti de Azerbaycandan aldigi neft ve neft mehsullarini oz erazisinden kenara gondermemeyi ohdesine goturdu Hemcinin Azerbaycan demir yolunun ehtiyacini odemek ucun lazim olan texniki avadanligin das komur ve mese materialinin gomruk rusumu odenmeden dasinmasina raziliq verdi 1918 1920 ci illerde Azerbaycanla Gurcustan arasinda imzalanmis bu senedler her iki olke arasinda emekdasligi inkisaf etdirmeye ve derinlesdirmeye dostluq ve muttefiqlik munasibetlerini mohkemlendirmeye imkan verdi Azerbaycan mehriban qonsuluq prinsiplerine sadiq qalaraq vaxtasiri Gurcustana erzaq yardimi da gosterirdi Meselen Azerbaycan hokumeti 1919 cu il iyunun 6 da qerar qebul etmisdi ki movcud dovlet ehtiyatlarindan Gurcustana 5 min pud arpa 15 min pud kepek gonderilsin 13 17 iyun 1919 123 Azerbaycan Ticaret Senaye ve Erzaq Nazirliyi qisa muddet erzinde hokumetin bu qerarini icra etmis ve hemin il iyunun 25 de Gurcustana elave olaraq daha iki vaqon arpa unu ve iki vaqon kepek yola salmisdi 3 s 333 1919 cu il sentyabrin 12 de ise Azerbaycan hokumeti Tiflisde fealiyyet gosteren ve maliyye sixintisi ceken Tecrube kend teserrufati stansiyasi na elmi eserlerini cap etdirmek ucun 76 min rubl vesait gondermisdi Evezinde cap edilen materiallarin ucde bir hissesinin Azerbaycana verilmesi bir sert kimi stansiya rehberliyi qarsisinda ireli surulmusdu 13 14 oktyabr 1919 220 1920 ci il fevralin 20 de Gurcustanda zelzele bas vermis Qori seherinde ve etraf kendlerde ciddi dagintilar olmus minlerle adam evsiz esiksiz qalmisdi Azerbaycan hokumeti derhal Gurcustanda zelzeleden ziyan cekmis ehaliye yardim gosterilmesine baslamisdi Fevralin 25 de Gurcustan Techizat Nazirliyine icaze vermisdi ki Bakidaki un ehtiyatindan 15769 pudu oz olkesine aparsin ve acliq ceken ehaliye paylasin 3 s 407 408 Azerbaycan parlamenti ise 11 mart 1920 ci il tarixli qerari ile Gurcustanda zelzeleden zerer cekenlere yardim gosterilmesi ucun 3 milyon rubl vesait ayirmisdi 14 1920 20 1918 1920 ci illerde Azerbaycanla Gurcustan arasinda qarsiliqli faydali iqtisadi emekdasligin cox onemli sahelerinden biri Batum limanindan istifade ile bagli idi Behs olunan dovrde Azerbaycan Xalq Cumhuriyyeti Turkiye ve Avropa dovletleri ile iqtisadi ve ticaret elaqelerini Batum vasitesile heyata kecirirdi Ona gore de Qara deniz hovzesinde en muhum liman seheri Azerbaycan demir yolu ve ag neft kemerinin Avropaya cixis menteqesi olan Batumda numayendelik yaradilmasinin zeruriliyini Mehemmed Emin Resulzade hele 1918 ci ilin yayinda Istanbulda Azerbaycan numayende heyetinin bascisi kimi fealiyyet gostererken bildirmisdi Azerbaycan hokumeti Batumun olke ucun iqtisadi ticaret ve Avropa dovletleri ile elaqeler qurmaq baximindan muhum ehemiyyetini nezere alaraq 1918 ci il noyabrin 10 da orada konsulluq yaratmagi qerara aldi Doktor Mahmud bey Efendiyev Azerbaycanin Batumda konsulu teyin edildi 3 s 251 Azerbaycanin Batumdaki konsullugu olkeye aid yuklerin Batum limaninda qebul edilmesi ve yola salinmasi neqliyyat vasiteleri xususen yuk vaqonlari ve vaqon sisternlerle bagli mubahiselerin tenzimlenmesi diplomatik kuryer ve poctla elaqedar meselelerin nizama salinmasi sahesinde muhum rol oynamisdi Tiflisdeki Azerbaycan diplomatik numayendeliyi ve Batumdaki konsulluq bolgede turk ve muselman ehalinin problemlerinin hellinde de feal istirak edirdi Meselen diplomatik numayendelik Azerbaycan hokumetinin tapsirigi ile 1919 cu il aprelin 5 de Axalsix qezasinin zerer cekmis muselman ehalisine 200 min rubl 3 s 298 konsulluq ise 1919 cu ilin mart ayinda Batum vilayetindeki Azerbaycan tebeelerine 10 min rubl 1919 cu ilin mayinda normal fealiyyet gostermesi ucun Batumdaki turk mektebine 10 min rubl yardim etmisdi 1919 cu il mayin 26 da diplomatik numayendelik nezdinde Maliyye Nazirliyinin agentliyi yaradildi avqustun 25 de ise agentliye Azerbaycan dovlet bankinin muxbiri vezifesini icra etmek tapsirildi 3 s 352 Hemin il sentyabrin 27 de konsulluq nezdinde ticaret sobesi yaradildi Sobenin terkibine yollar ticaret ve senaye hemcinin erzaq nazirliklerinin numayendeleri daxil edildi Hemin ilin oktyabr ayinda Batumdaki konsulluq bas konsulluga cevrildi Oktyabrin 18 de Batum Bas Konsulluguna Azerbaycan Dovlet Bankinin muxbiri vezifesi hevale edildi ve Batumda Azerbaycan hokumetinin hesabina daxil olan vesaitin Dovlet bankina kocurulmesini temin etmek ona tapsirildi Oktyabrin 22 de ise Batum Bas Konsullugunun ticaret sobesi yaninda Azerbaycan Maliyye Nazirliyi numayendeliyinin tesis edilmesi qerara alindi 3 s 375 Azerbaycanin Tiflisdeki diplomatik numayendeliyi ve Batumdaki bas konsullugu fealiyyet gosterdiyi dovr erzinde Azerbaycan dovletinin ve vetendaslarinin menafeyinin qorunmasinda muhum rol oynamisdi Azerbaycan ve Gurcustan arasinda qarsiliqli faydali emekdasliq her iki respublikanin Versal sulh konfransindaki numayende heyetlerinin fealiyyetinde de oz eksini tapmisdi Hem Azerbaycan hem de Gurcustan numayendeleri kecmis Rusiya siyasi xadimlerinin ve car generallarinin vahid ve bolunmez Rusiya iddialarina qarsi ardicil mubarize aparmis bu istiqametde atilacaq addimlari muntezem muzakire ederek ekser hallarda yekdil movqeden cixis etmisdiler Numayende heyetlerinin six emekdasligi butun Cenubi Qafqaz respublikalari ucun boyuk iqtisadi ve herbi strateji ehemiyyete malik olan Batum meselesinin muzakirelerinde xususile ehemiyyetli olmusdu Antanta Ali Surasinin 1920 ci ilin fevral mart aylarinda Londonda kecirilen konfransinda Batum meselesi ile bagli muttefiq dovletler bele bir layihe ireli surmusduler ki Batum vilayetinin bir hissesi Gurcustana bir hissesi Ermenistana verilsin Batum seheri ise Milletler Cemiyyetinin nezareti altinda azad seher elan edilsin Gurcu numayendeleri bu layiheye qeti etiraz etmis Azerbaycan numayendeleri de bu meselede Gurcustani tam desteklediler Azerbaycan ve Gurcustan numayendeleri arasinda bele raziliq elde edilmisdi ki her iki respublika Batum vilayetinin parcalanmasini meqsedeuygun hesab etmesinler Azerbaycan Batum seherinin vilayetle birlikde Gurcustana birlesdirilmesine terefdardir Gurcustan da Azerbaycanin Batuma olan menafeyini tam temin edir 8 s 342 Mehz Azerbaycan terefinin bele qeti movqeyi Batum vilayetinin parcalanmasi layihesinden imtina edilmesine sebeb olmusdu Butun bu faktlar aydin gosterir ki Azerbaycan ve Gurcustan respublikalari 1918 ci ilin yazinda oz musteqilliklerini elan etdikden sonra oz aralarinda normal elaqeler yaratmaga baslamisdilar Sonraki iki ilde qarsiliqli faydali emekdasliq yukselen xetle inkisaf etmis ve dovletlerarasi munasibetlerin butun sahelerini ehate eden coxsayli muqavile ve sazisler imzalanmisdi Iki qonsu dovlet arasinda strateji muttefiqlik ve etibarli terefdasliq munasibetleri berqerar edilmisdi MenbeQABIL ELIYEV Azerbaycan xalq cumhuriyyetinin Gurcustanla iqtisadi emekdasligi 1918 1920 ci iller 2016 04 17 at the Wayback MachineIstinadlarResulzade M E Azerbaycan Cumhuriyyeti Baki 1990 s 58 Dokumenty i materialy po vneshnej politike Zakavkaze i Gruzii Tiflis 1919 s 364 Dokumenty i materialy po vneshnej politike Zakavkaze i Gruzii Tiflis 1919 s 365 Azerbajdzhanskaya Demokraticheskaya Respublika 1918 1920 Vneshnyaya politika dokumenty i materialy Baku 1998 s 26 27 Dokumenty i materialy po vneshnej politike Zakavkaze i Gruzii Tiflis 1919 s 438 Azerbajdzhanskaya Demokraticheskaya Respublika 1918 1920 Vneshnyaya politika dokumenty i materialy Baku 1998 s 43 Azerbaycan Respublikasi Dovlet Arxivinin 970 sayli AXC Xarici Isler Nazirliyinin fondu siy 1 is 18 v 66 Azerbaycan Respublikasi Dovlet Arxivinin 970 sayli AXC Xarici Isler Nazirliyinin fondu siy 1 is 18 v 141