Ayaqlı təcnis — aşıq poeziyasında forma etibarilə "təcnis müstəzad", "qoşma müstəzad" əsasında yaradılmış təcnis şeir formasının şəkillərindən biri. Əlamətlərinə görə ayaqlı qoşmanı xatırladır. Əsas fərq buradakı bəndlərin cinas qafiyədən qurulmasıdır.
Ayaqlı təcnisin birinci bəndində 1-ci və 3-cü misralar sərbəst, 4-cü misranın yarımçıq hissəsi 2-ci misranın yerində işlənən hissə ilə həmqafiyə olur. Ayaqlı təcnis el aşıqları arasında "təcnis müstəzad" adı ilə də işlənilir.
Çox çətin və eyni zamanda estetik baxımdan, poetik arxitektonikası etibarilə çox da maraqlı olan ayaqlı təcnis nadir təcnis şəklidir. Burada hər bəndin axırında 5-6 hecalı əlavə bir misra da işlənir. Təsadüfi deyildir ki, ustad Aşıq Ələsgərin yaradıcılığında yalnız bir ayaqlı təcnis nümunəsinə rast gəlinir.
Götürüb sazımı, girrəm meydana,
Gəl eyləyək bəhs!
Əyər sən toxunsan, mən də toxunnam,
Şəriətdə halal - qisasa qisas,
Qoy ucalsın səs!
Bir xoş günü əvəz min ayə billəm,
Çəkilib qamətin minayə, billəm.
Pirimdən dərs aldım, min ayə billəm,
Bir sözünə min söz deyəm dəsbədəs,
Dur yerində pəs!
Ovsunçuyam, ovsun sallam hi mara,
Bənna isən tərkin axtar, him ara.
Səmin diraz, ləhçən bənzər himara,
Aləmə bəllidir bu nitqü nəfəs,
Misali hədəs!
Mən dərdliyəm, mən ağlaram budağlar,
Eşq ucundan sinəmdədi bu dağlar,
Bir tərlanam, oylağımdı bu dağlar.
Sənsən səgi-lağər, şikarin məkəs,
Hökmün kəsakəs!
Aşıq gərək bu meydanda bir qala,
Eşq odunu bir ətəklə, bir qala,
Ələsgərdi Xeybər kimi bir qala,
Bacara bilməzsən, dur yerində pəs,
Danışma əbəs!
İstinadlar
- Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, səh.379
Mənbə
- Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.
- Tariyel Məmmədov. İzahlı saz-söz lüğəti. Bakı: Elmin İnkişafı Fondu, 2015, səh.16.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Ayaqli tecnis asiq poeziyasinda forma etibarile tecnis mustezad qosma mustezad esasinda yaradilmis tecnis seir formasinin sekillerinden biri Elametlerine gore ayaqli qosmani xatirladir Esas ferq buradaki bendlerin cinas qafiyeden qurulmasidir Ayaqli tecnisin birinci bendinde 1 ci ve 3 cu misralar serbest 4 cu misranin yarimciq hissesi 2 ci misranin yerinde islenen hisse ile hemqafiye olur Ayaqli tecnis el asiqlari arasinda tecnis mustezad adi ile de islenilir Cox cetin ve eyni zamanda estetik baximdan poetik arxitektonikasi etibarile cox da maraqli olan ayaqli tecnis nadir tecnis seklidir Burada her bendin axirinda 5 6 hecali elave bir misra da islenir Tesadufi deyildir ki ustad Asiq Elesgerin yaradiciliginda yalniz bir ayaqli tecnis numunesine rast gelinir Goturub sazimi girrem meydana Gel eyleyek behs Eyer sen toxunsan men de toxunnam Serietde halal qisasa qisas Qoy ucalsin ses Bir xos gunu evez min aye billem Cekilib qametin minaye billem Pirimden ders aldim min aye billem Bir sozune min soz deyem desbedes Dur yerinde pes Ovsuncuyam ovsun sallam hi mara Benna isen terkin axtar him ara Semin diraz lehcen benzer himara Aleme bellidir bu nitqu nefes Misali hedes Men derdliyem men aglaram budaglar Esq ucundan sinemdedi bu daglar Bir terlanam oylagimdi bu daglar Sensen segi lager sikarin mekes Hokmun kesakes Asiq gerek bu meydanda bir qala Esq odunu bir etekle bir qala Elesgerdi Xeyber kimi bir qala Bacara bilmezsen dur yerinde pes Danisma ebes IstinadlarElcin Secilmis eserleri 10 cildde IX cild Baki CINAR CAP 2005 seh 379MenbeElcin Secilmis eserleri 10 cildde IX cild Baki CINAR CAP 2005 509 seh Tariyel Memmedov Izahli saz soz lugeti Baki Elmin Inkisafi Fondu 2015 seh 16