Atif Əbdülbaqi oğlu Zeynallı (20 mart 1927 – 28 yanvar 1991) — Azərbaycan şairi, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Atif Zeynallı | |
---|---|
Atif Əbdülbaqi oğlu Zeynallı | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Zaqafqaziya SFSR, SSRİ |
Vəfat tarixi | (63 yaşında) |
Həyatı
Atif Zeynallı ədəbiyyata 1947-ci ildə "Azərbaycan gəncləri" qəzetində çap olunmuş "Azərbaycan" adlı şeirlə gəlmiş, ömrünün sonuna qədər on dörddən artıq şer kitabı dərc edilmişdir. Yeddinci sinfəcən Bakıdakı 132 saylı orta məktəbdə oxumuşdur. Böyük Vətən müharibəsi başlanandan sonra ailəsi aclığa görə Mərdəkandakı bağ evinə köçmüşdür. Alim ömrünün son illərini də bu evdə yaşadı. 1944-1949-cu illərdə ADU-nun Ş\şərqşünaslıq fakültəsində təhsil almışdır. Əmək fəaliyyətinə Cəlilabadda müəllim kimi başlamış, sonra Mərdəkandakı 156 saylı axşam məktəbində (vaxtilə burada 8-10-cu sifləri oxumuşdu) müəllimlik etmişdir. Müəllimliklə yanaşı, gündüzlər "Azərnəşr"də redaktor kimi çalışmışdır.
Özünü ədəbiyyatda şair kimi görmək istəyən Atif Zeynallı 1953-cü ildə Moskvada SSRİ EA Şərqşünaslıq İnstitutunun aspiranturasına daxil olur. 1956-cı ildə Azərbaycan EA Ədəbiyyat İnstitutunda işə girir. Stalinin bütünün sındırılması o zaman ədəbi mühitdə gərginlik və parçalanma yaratmışdı, qoca ədiblərin çoxu açıq-gizlin Stalinin ifşasına qarşı idilər. Atif Zeynallı isə bir alim və şair kimi stalinizmin tənqidinə tərəfdar idi.
Ədib 1957-ci ildə "C.Cabbarlının dramaturgiyasında yeni insan surətləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Həmin ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü idi.
Atıf Zeynallı 1951-ci ildə Səyyarə Əliyeva ilə ailə qurmuşdur. Böyük qızı Esmira Zeynallı Azərbaycan radiosunda diktor idi, indi ABŞ-da yaşayır. Kiçik qızı Ulduz rəssamdır. Şairin oğlu Xəzər Zeynallı sənətşünaslıq elmləri namizədidir, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllimdir.
Yaradıcılığı
Atif Zeynallının yazdığı üç iri monoqrafik əsəri XX əsr ədəbiyyatının böyük simaları olan Cəfər Cabbarlıya, Süleyman Rüstəmə və Səməd Vurğuna həsr edilmişdi. Namizədlik işini alim ayrıca çap etdirməyib.
Atif Zeynallının elmi fəaliyyəti ömrünün sonuna qədər AMEA Ədəbiyyat İnstitutu ilə bağlı idi: orada kiçik elmi işçi, sonra isə böyük elmi işçi (1960) seçilmişdi. Elmi şuranın daimi üzvü kimi Atif Zeynallı orada prinsipial çıxışlar edirdi, elmdə saxtakarlığa, tamahkarlığa qarşı mübarizə etməyə çalışırdı. Ədəbiyyatın milli özəlliyinin, xalq köklərinin himayəçisi kimi çıxış edirdi. Bir qayda olaraq instituta verilən müdafiə şuralarının üzvü idi.
Atif Zeynallı bir sıra aspirant və dissertantların elmi rəhbəri olmuşdur. Cavan yaşlarından o, sovet ədəbiyyatı şöbəsində işləmiş və şöbə xətti ilə hazırlanan iki cildlik sovet "Azərbaycan sovet ədəbiyyatı tarixi"nin əsas müəlliflərindən biri olmuşdur. O "20-ci illərdə ədəbiyyat" fəslində "Giriş" və "Dramaturgiya", "Müasir dövrdə ədəbiyyat" fəslində isə "Poeziya" oçerkini yazmışdı.
Bir şair kimi Atif Zeynallı müharibədən sonra Səməd Vurğun məktəbinin təsiri ilə yetişən vətənçi şairlər nəslinin nümayəndəsi idi. Onların sırasında Bəxtiyar Vahabzadə, Gülhüseyn Hüseynoğlu, Adil Babayev, Qasım Qasımzadə, İslam Səfərli və başqaları var idi. Onlar Səməd Vurğunun xalqçılıq, kökə bağlılıq ideyaları ilə zəngin olan poeziyasını həm məzmun, həm də dil və forma cəhətdən sevir və böyük şairin xəttini və məktəbini davam etdirməyə çalışırdılar.
Alim ömrünün müdrik illərini dərindən sevdiyi Səməd Vurğun yaradıcılığı barədə monoqrafiyanı yazmağa həsr etdi. Bu kitab onun ölümündən bir il qabaq 1990-cı ildə çap olundu. Səməd Vurğun onun ən çox təsirləndiyi və sevdiyi şair idi.
Atif Zeynallının mətbuatda çoxlu resenziya və məqalələri çıxmışdır. Bunların çoxu C.Cabbarlı, S.Vurğun, S.Rüstəmə həsr edilmişdi. Onun digər qələm dostları haqqında da məqalələri çoxdur.
Poeziya ilə yanaşı Atif Zeynallı dram əsərləri də yazırdı. "Sirlər yuvası", "Nəriman ata", "Məmmədəli kurorta gedir", "Ləkə" və pyesləri Bakı, Gəncə teatrlarında səhnəyə qoyulmuşdu. Ədibin pyesləri əsasən komik-dramatik üslubda idi. Təəssüf ki, bu əsərlər toplanıb çap edilməmişdir. Ümumən alimin səliqəli arxivi yoxdur.
Atif Zeynallı bir sıra xarici ölkələrdə ezamiyyətlərdə olmuşdur. Bədii əsərləri SSRİ xalqlarının dillərinə çevrilmişdir. "Keçilməmiş yollarla" monoqrafiyası rus dilinə çevrilib çap edilmişdi. Özü də vaxtaşırı tərcümələr edirdi.
Atif Zeynallının məzarı atasının və cavan vəfat etmiş qardaşının dəfn edildiyi Yasamal qəbristanlığındadır.
Mənbə
- Azərbaycan yazıçıları XX-XXI yüzillikdə. Bakı: Nurlar, 2011.
Ədəbiyyat
- Atif Zeynallı. Səməmd Vurğun sənəti. Bakı: Elm, 1990, 239 s.
- Atif Zeynallı. Keçilməmiş yollarla. Bakı: Elm, 1970, 204 s.
- Atif Zeynallı. Realist bədii tərcümədə ənənəvi forma problemi. Bakı: 1973, 44 s.
- Azərbaycan sovet ədəbiyyatı tarixi. I və XI cildlər. Bakı: Elm, 1967.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Atif Ebdulbaqi oglu Zeynalli 20 mart 1927 28 yanvar 1991 Azerbaycan sairi edebiyyatsunas Azerbaycan Yazicilar Birliyinin uzvu Atif ZeynalliAtif Ebdulbaqi oglu ZeynalliDogum tarixi 20 mart 1927Dogum yeri Baki Zaqafqaziya SFSR SSRIVefat tarixi 28 yanvar 1991 63 yasinda HeyatiAtif Zeynalli edebiyyata 1947 ci ilde Azerbaycan gencleri qezetinde cap olunmus Azerbaycan adli seirle gelmis omrunun sonuna qeder on dordden artiq ser kitabi derc edilmisdir Yeddinci sinfecen Bakidaki 132 sayli orta mektebde oxumusdur Boyuk Veten muharibesi baslanandan sonra ailesi acliga gore Merdekandaki bag evine kocmusdur Alim omrunun son illerini de bu evde yasadi 1944 1949 cu illerde ADU nun S serqsunasliq fakultesinde tehsil almisdir Emek fealiyyetine Celilabadda muellim kimi baslamis sonra Merdekandaki 156 sayli axsam mektebinde vaxtile burada 8 10 cu sifleri oxumusdu muellimlik etmisdir Muellimlikle yanasi gunduzler Azernesr de redaktor kimi calismisdir Ozunu edebiyyatda sair kimi gormek isteyen Atif Zeynalli 1953 cu ilde Moskvada SSRI EA Serqsunasliq Institutunun aspiranturasina daxil olur 1956 ci ilde Azerbaycan EA Edebiyyat Institutunda ise girir Stalinin butunun sindirilmasi o zaman edebi muhitde gerginlik ve parcalanma yaratmisdi qoca ediblerin coxu aciq gizlin Stalinin ifsasina qarsi idiler Atif Zeynalli ise bir alim ve sair kimi stalinizmin tenqidine terefdar idi Edib 1957 ci ilde C Cabbarlinin dramaturgiyasinda yeni insan suretleri movzusunda namizedlik dissertasiyasi mudafie etmisdir Hemin ilden Azerbaycan Yazicilar Ittifaqinin uzvu idi Atif Zeynalli 1951 ci ilde Seyyare Eliyeva ile aile qurmusdur Boyuk qizi Esmira Zeynalli Azerbaycan radiosunda diktor idi indi ABS da yasayir Kicik qizi Ulduz ressamdir Sairin oglu Xezer Zeynalli senetsunasliq elmleri namizedidir Azerbaycan Dovlet Medeniyyet ve Incesenet Universitetinde muellimdir YaradiciligiAtif Zeynallinin yazdigi uc iri monoqrafik eseri XX esr edebiyyatinin boyuk simalari olan Cefer Cabbarliya Suleyman Rusteme ve Semed Vurguna hesr edilmisdi Namizedlik isini alim ayrica cap etdirmeyib Atif Zeynallinin elmi fealiyyeti omrunun sonuna qeder AMEA Edebiyyat Institutu ile bagli idi orada kicik elmi isci sonra ise boyuk elmi isci 1960 secilmisdi Elmi suranin daimi uzvu kimi Atif Zeynalli orada prinsipial cixislar edirdi elmde saxtakarliga tamahkarliga qarsi mubarize etmeye calisirdi Edebiyyatin milli ozelliyinin xalq koklerinin himayecisi kimi cixis edirdi Bir qayda olaraq instituta verilen mudafie suralarinin uzvu idi Atif Zeynalli bir sira aspirant ve dissertantlarin elmi rehberi olmusdur Cavan yaslarindan o sovet edebiyyati sobesinde islemis ve sobe xetti ile hazirlanan iki cildlik sovet Azerbaycan sovet edebiyyati tarixi nin esas muelliflerinden biri olmusdur O 20 ci illerde edebiyyat feslinde Giris ve Dramaturgiya Muasir dovrde edebiyyat feslinde ise Poeziya ocerkini yazmisdi Bir sair kimi Atif Zeynalli muharibeden sonra Semed Vurgun mektebinin tesiri ile yetisen vetenci sairler neslinin numayendesi idi Onlarin sirasinda Bextiyar Vahabzade Gulhuseyn Huseynoglu Adil Babayev Qasim Qasimzade Islam Seferli ve basqalari var idi Onlar Semed Vurgunun xalqciliq koke bagliliq ideyalari ile zengin olan poeziyasini hem mezmun hem de dil ve forma cehetden sevir ve boyuk sairin xettini ve mektebini davam etdirmeye calisirdilar Alim omrunun mudrik illerini derinden sevdiyi Semed Vurgun yaradiciligi barede monoqrafiyani yazmaga hesr etdi Bu kitab onun olumunden bir il qabaq 1990 ci ilde cap olundu Semed Vurgun onun en cox tesirlendiyi ve sevdiyi sair idi Atif Zeynallinin metbuatda coxlu resenziya ve meqaleleri cixmisdir Bunlarin coxu C Cabbarli S Vurgun S Rusteme hesr edilmisdi Onun diger qelem dostlari haqqinda da meqaleleri coxdur Poeziya ile yanasi Atif Zeynalli dram eserleri de yazirdi Sirler yuvasi Neriman ata Memmedeli kurorta gedir Leke ve pyesleri Baki Gence teatrlarinda sehneye qoyulmusdu Edibin pyesleri esasen komik dramatik uslubda idi Teessuf ki bu eserler toplanib cap edilmemisdir Umumen alimin seliqeli arxivi yoxdur Atif Zeynalli bir sira xarici olkelerde ezamiyyetlerde olmusdur Bedii eserleri SSRI xalqlarinin dillerine cevrilmisdir Kecilmemis yollarla monoqrafiyasi rus diline cevrilib cap edilmisdi Ozu de vaxtasiri tercumeler edirdi Atif Zeynallinin mezari atasinin ve cavan vefat etmis qardasinin defn edildiyi Yasamal qebristanligindadir MenbeAzerbaycan yazicilari XX XXI yuzillikde Baki Nurlar 2011 EdebiyyatAtif Zeynalli Sememd Vurgun seneti Baki Elm 1990 239 s Atif Zeynalli Kecilmemis yollarla Baki Elm 1970 204 s Atif Zeynalli Realist bedii tercumede enenevi forma problemi Baki 1973 44 s Azerbaycan sovet edebiyyati tarixi I ve XI cildler Baki Elm 1967