Atama məktub (almanca: ) - Frans Kafkanın 1919-cu il noyabr ayında atası Hermana yazdığı, ancaq göndərilməmiş məktub. Məktub onun vəfatından sonra Maks Brod tərəfindən çap etdirilmişdir. Məktubun mətni Kafkanın şəxsi həyatına toxunur və bununla onun haqqında psixoanalitik və bioqrafik araşdırmalar üçün əsas sayılır.
1919-cu ilin yanvarında Kafka Şlesendə (almanca Schelesen) kurortda müalicə olunan zaman Yuliya Voriçek ilə tanış olur və bir neçə ay sonra onunla nişanlanır. Buna Kafkanın atası pis münasibət bəsləyir. Güman edilir ki, bu Kafkanın atasına belə uzun məktub yazmağa məcbur etmişdir. Məktub 10-13 noyabr 1919-cu ildə yazılmışdır. Kafkanın toyu noyabr ayına təyin edilsə də, baş tutmur. Səbəb kimi guya mənzil problemi adlandırılır.
Yüz səhifə əlyazmasından ibarət olan bu məktubda Kafka atası ilə konflikti yazmaqla çözməyə çalışır. Bu münasibətdəki problemləri o, atası ilə fiziki və mənəvi cəhətdən uyğunsuzluqla əlaqələndirir. Məktubun sonunda o ümid edir ki, bundan sonra onların hər ikisi də müəyyən qədər sakitləşəcək, yaşamaq və ölüm asanlaşacaqdır.
Məktubun qısa analizi
Kafkanın atasına yazdığı məktub atası, özü və cüzi şəkildə qeyd edilən anasına toxunan çətin ədəbi dildə yazılmış şikayət və müdafiə mətnidir. Kafka ata-oğul mətnini böyük hüquqi məntiqlə və ədəbi texnika ilə təsvir etmişdir. Bununla o, öz həyatının analizini verməyə çalışır. Əsas mövqedə qorxu və mübarizə durur. Əlbəttə, bu məktub, belə götürüldükdə, heç bir ədəbi əsər sayılmır.
Məktubda müazikə olunan mövzular
Məktubda, ilk növbədə, iki vücudun bir-biri ilə yola gedə bilməməsi təsvir edilmişdir. Herman, Kafkanın atası impulsiv, qəzəbli, savadsız və buna baxmayaraq, cəmiyyətdə müəyyən qədər dirçələ bilən şəxsdir. Oğlu Frans yumşaq, atasının dövləti nəticəsində sərbəst olmayan, qorxaq və öz daxili aləminə qapılmış bir şəxsdir.
Burada uşağın yüksək savada yiyələnməsi sayəsində adi ailələrdə baş verən konflikt izah olunur. Əgər uşaq bu arada ailədən aralanıb öz həyat yolu ilə gedə bilsəydi, hadisələr belə acınacaqlı olmazdı. Elə bunu oğul istəmir və edə bilmir. O, yetişmiş gənc olduqda belə ailəsinin yanında yaşayır. Bundan başqa o, mənəvi cəhətdən atasından aralana bilmir və bütün həyatını atasına uyğunlaşdırmağa cəhd edir. O, atasına olan məhəbbət-nifrətdən azad ola bilmir. O, atasını həqiqətən sevirdi.
Onun bacıları ataları ilə müxtəlif şəkildə rəftar edirlər, buna baxmayaraq onların ataları ilə münasibətdə konfliktləri qardaşlarınınkı ilə müqayisə oluna bilməz. Valli anası kimi atasının dediyi ilə otutub durur. Elli çox passiv bir uşaq idi. O dolğun yaşa çatdıqdan sonra Kafka ailəsindən aralanır, öz ailəsini qurur və normal həyat tərzi keçirir. Ottla isə atası ilə münasibətdə daha qəddar mövqe tutsa da, sonra təslim olur. Kafkanın anası uşaqları ilə atası arasında qalmışdır. O, hər şeyi analar kimi insancasına həll etməyə çalışırdı. Onun ailədə baş verən proseslərin (əsasən münaqişələrin) axarına təsiri, demək olar ki, yox idi.
Bu məktub Kafkanın atasından uzaqlaşmaq üçün atdığı əsas addım sayırdı. Atası ilə olan problemlərə baxmayaraq, Kafka həmişə ona bağlı olmuş və onun rəğbətini qazanmağa çalışmıdır. Məktubdakı yazıda deyilir:"Mənim məktubum sənin haqqındadır, burada mən yalnız sənin qarşında edə bilmədiyim şikayətlərimi verirəm". Məktubda qabaqca və sonra Kafkanın əsərlərində təsvir olunmuş müxtəlif motivlərərə rast gəlinir. Əsasən, "Hökm" hekayəsində oxşar əhvalat, harada ki, böyüklük və narazlılıq hisslərinə malik, özünə inamsız olan oğluna qarşı həmlələr edən və onun nişanlanmasını pisləyən ata obrazı verilir. Məktubda əsas mövzulardan biri də ailə olmuşdur. Məktubda anası haqqında da o, az yazmışdır.
Məktubda adı çəkilən şəxslər
- Herman Kafka - F.Kafkanın atası
- Ottlo - Kafkanın kiçik bacısı
- Valli və Elli - Kafkanın digər bacıları
- Karl Herman - Ellinin həyat yoldaşı
- Feliks - Ellinin oğlu
- Qert - Ellinin qızı
- Pepa - Vallinin həyat yoldaşı
- Filipp, Ludviq və Haynrix - Kafkanın əmiləri
- Robert Kafka- Kafkanın əmisi oğlu
- İrma - Kafkanın əmisi qızı
Mənbə
- Peter-André Alt: Franz Kafka: Der ewige Sohn. Eine Biographie. München: Verlag C.H. Beck, 2005, .
- Ralph Lilienthal: Franz Kafkas „Brief an den Vater" – Der Schlüssel zu Kafka? (Text aus einem Seminar der Universität Freiburg von 1995/96;
- F. Kafka, "Atama məktub", Bakı, Qanun Nəşriyyatı, 2023, 88 səh.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Atama mektub almanca Frans Kafkanin 1919 cu il noyabr ayinda atasi Hermana yazdigi ancaq gonderilmemis mektub Mektub onun vefatindan sonra Maks Brod terefinden cap etdirilmisdir Mektubun metni Kafkanin sexsi heyatina toxunur ve bununla onun haqqinda psixoanalitik ve bioqrafik arasdirmalar ucun esas sayilir 1919 cu ilin yanvarinda Kafka Slesende almanca Schelesen kurortda mualice olunan zaman Yuliya Voricek ile tanis olur ve bir nece ay sonra onunla nisanlanir Buna Kafkanin atasi pis munasibet besleyir Guman edilir ki bu Kafkanin atasina bele uzun mektub yazmaga mecbur etmisdir Mektub 10 13 noyabr 1919 cu ilde yazilmisdir Kafkanin toyu noyabr ayina teyin edilse de bas tutmur Sebeb kimi guya menzil problemi adlandirilir Yuz sehife elyazmasindan ibaret olan bu mektubda Kafka atasi ile konflikti yazmaqla cozmeye calisir Bu munasibetdeki problemleri o atasi ile fiziki ve menevi cehetden uygunsuzluqla elaqelendirir Mektubun sonunda o umid edir ki bundan sonra onlarin her ikisi de mueyyen qeder sakitlesecek yasamaq ve olum asanlasacaqdir Mektubun qisa analiziKafkanin atasina yazdigi mektub atasi ozu ve cuzi sekilde qeyd edilen anasina toxunan cetin edebi dilde yazilmis sikayet ve mudafie metnidir Kafka ata ogul metnini boyuk huquqi mentiqle ve edebi texnika ile tesvir etmisdir Bununla o oz heyatinin analizini vermeye calisir Esas movqede qorxu ve mubarize durur Elbette bu mektub bele goturuldukde hec bir edebi eser sayilmir Mektubda muazike olunan movzular Mektubda ilk novbede iki vucudun bir biri ile yola gede bilmemesi tesvir edilmisdir Herman Kafkanin atasi impulsiv qezebli savadsiz ve buna baxmayaraq cemiyyetde mueyyen qeder dircele bilen sexsdir Oglu Frans yumsaq atasinin dovleti neticesinde serbest olmayan qorxaq ve oz daxili alemine qapilmis bir sexsdir Burada usagin yuksek savada yiyelenmesi sayesinde adi ailelerde bas veren konflikt izah olunur Eger usaq bu arada aileden aralanib oz heyat yolu ile gede bilseydi hadiseler bele acinacaqli olmazdi Ele bunu ogul istemir ve ede bilmir O yetismis genc olduqda bele ailesinin yaninda yasayir Bundan basqa o menevi cehetden atasindan aralana bilmir ve butun heyatini atasina uygunlasdirmaga cehd edir O atasina olan mehebbet nifretden azad ola bilmir O atasini heqiqeten sevirdi Onun bacilari atalari ile muxtelif sekilde reftar edirler buna baxmayaraq onlarin atalari ile munasibetde konfliktleri qardaslarininki ile muqayise oluna bilmez Valli anasi kimi atasinin dediyi ile otutub durur Elli cox passiv bir usaq idi O dolgun yasa catdiqdan sonra Kafka ailesinden aralanir oz ailesini qurur ve normal heyat terzi kecirir Ottla ise atasi ile munasibetde daha qeddar movqe tutsa da sonra teslim olur Kafkanin anasi usaqlari ile atasi arasinda qalmisdir O her seyi analar kimi insancasina hell etmeye calisirdi Onun ailede bas veren proseslerin esasen munaqiselerin axarina tesiri demek olar ki yox idi Bu mektub Kafkanin atasindan uzaqlasmaq ucun atdigi esas addim sayirdi Atasi ile olan problemlere baxmayaraq Kafka hemise ona bagli olmus ve onun regbetini qazanmaga calismidir Mektubdaki yazida deyilir Menim mektubum senin haqqindadir burada men yalniz senin qarsinda ede bilmediyim sikayetlerimi verirem Mektubda qabaqca ve sonra Kafkanin eserlerinde tesvir olunmus muxtelif motivlerere rast gelinir Esasen Hokm hekayesinde oxsar ehvalat harada ki boyukluk ve narazliliq hisslerine malik ozune inamsiz olan ogluna qarsi hemleler eden ve onun nisanlanmasini pisleyen ata obrazi verilir Mektubda esas movzulardan biri de aile olmusdur Mektubda anasi haqqinda da o az yazmisdir Mektubda adi cekilen sexslerHerman Kafka F Kafkanin atasi Ottlo Kafkanin kicik bacisi Valli ve Elli Kafkanin diger bacilari Karl Herman Ellinin heyat yoldasi Feliks Ellinin oglu Qert Ellinin qizi Pepa Vallinin heyat yoldasi Filipp Ludviq ve Haynrix Kafkanin emileri Robert Kafka Kafkanin emisi oglu Irma Kafkanin emisi qiziMenbePeter Andre Alt Franz Kafka Der ewige Sohn Eine Biographie Munchen Verlag C H Beck 2005 ISBN 3 406 53441 4 Ralph Lilienthal Franz Kafkas Brief an den Vater Der Schlussel zu Kafka Text aus einem Seminar der Universitat Freiburg von 1995 96 F Kafka Atama mektub Baki Qanun Nesriyyati 2023 88 seh