"AtaBank" ASC — 100% yerli kapitala malik Azərbaycan bankı. 2020-ci ildə müflis olaraq ləğv edilib.
AtaBank | |
---|---|
Yaranma tarixi | 1993 |
Ləğvolma tarixi | 2020 |
Mərkəzi | |
atabank.com/?lang=en |
Tarix
1993-cü ildən uğurla fəaliyyət göstərən AtaBank Azərbaycanın ən böyük kommersiya banklarından biridir. AtaBank yüksək texnologiyalı universal bank hesab olunur və öz korporativ və fərdi müştərilərinə tam xidmətlər kompleksi təqdim edir. O, ölkənin ən etibarlı maliyyə strukturlarındandır. AtaBank-ın fəaliyyət tarixinin ən önəmli hadisələri aşağıdakılardır:
- 1997 — Bakı Banklararası Valyuta Birjasının tamhüquqlu üzvü oldu.
- 2001 — SWIFT sisteminə qoşuldu.
- 2001 — Milli ödəniş sistemi olan AZİPS-in üzvü oldu.
- 2001 — Azərbaycan Banklar Assosiyasınin üzvü oldu.
- 2002 — Bakı Fond Birjası AtaBank-ı öz üzvləri sırasına daxil etdi.
- 2003 — Sahibkarlığa Kömək Milli Fondunun üzvü oldu.
- 2003 — Bankın ilk region filialı Xaçmaz şəhərində açıldı. Hazırda Bakıda və respublikanın müxtəlif regionlarında AtaBankın 25 filialı və 6 şöbəsi fəaliyyət göstərməkdədir. Bu filial və şöbələrin 15-i respublikanın müxtəlif regionlarında yerləşir.
- 2003 — AtaBank dünyanın hər yerində fəaliyyət göstərən Beynəlxalq pul köçürmələri sistemi "Western Union"-un üzvü statusunu əldə etdi. Bu sistem pul vəsaitlərinin cəmi bir neçə dəqiqə ərzində istənilən yerə köçürülməsinə imkan verir.
- 2004 — AtaBank ATİB-nin (Azərbaycan Türkiyə İş Adamları Birliyi) üzvü oldu.
- 2004 — VİSA İnternational Beynəlxalq ödəniş sisteminin assosiativ üzvü olan AtaBank bu sistemin 3 məhsulunun (VİSA Electron, VİSA Classic, VİSA Gold) emissiyasına başladı. 2006-cı ilin may ayından etibarən Bank Visa İnternational sisteminə tam hüquqlu üzv seçildi. 2007-ci ilin may ayında Bank Visa Platinum və Visa Business plastik kartlarının emissiyasını həyata keçirir. Hər zaman yeni məhsullarla bazarı canlandıran AtaBank 2007-ci ildə də bu xəttə sadiq qaldı və fərdi dizaynlı Visa Electron Solo və Visa Classic Solo kartlarını hazırlayıb müştərilərə təqdim etdi. Əlavə olaraq plastik kart bazarının artan tələblərini ödəmək məqsədilə 2007-ci ildə plastik kartlar və elektron ödənişlərə həsr olunmuş xüsusi www.atacard.az saytı hazırlanıb istifadəyə verildi.
- 2004 — Bank "Etimad Bankı" nominasiyası üzrə UĞUR mükafatına layiq görüldü. Eyni müvəffəqiyyəti 2010-cu ildə də təkrarlayan bank "İnnovasyon texnologiyaların tətbiqi" sahəsində UĞUR mükafatını əldə etdi.
- 2006 — AtaBank Azərbaycan İpoteka Fondunun üzvü oldu.
- 2007 — AtaBank Əmanətlərin Sığortalanması Fondunun üzvü oldu.
- 2007 — AtaBank keyfiyyətin idarəetmə sisteminin müasir standartlara uyğunluğunu təmin edən sertifikatlaşdırma işlərini uğurla başa çatdırdı və "Bureau Veritas" şirkəti tərəfindən 03 aprel 2007-ci il tarixli, 210667 nömrəli İSO 9001:2000 sertifikatı (bütün növ bank xidmətlərini əhatə edən) ilə təltif edildi.
- 2009 — Azərbaycan Risk Peşəkarları Assosiasiyasının (ARPA) üzvü oldu.
- 2009 — AtaBank KÖMİS (APUS) sisteminə qoşuldu.
- 2010 — AtaBank MDB məkanında bir ilkə imza atdı. Visa Electron Vertical kartını buraxmaqla "yenilikçi" statusunu möhkəmləndirdi.
- 2011 — AtaBank Cənubi Qafqazda ilk dəfə olaraq ətirli kartlar emissiyasına başladı. Bankın müştəriləri Visa Elektron Aroma Lemon və Visa Classic Aroma Coffee kartları ilə AtaBank fərqini bir daha duydular.
- 2011 — AtaBank "Golden Pay" şirkəti ilə birlikdə bazara yeni "Bill Pay" adlı elektron ödəniş sistemini təqdim etdi.
- 2012-ci ildə "Fitch Ratings" beynəlxalq reytinq agentliyi "AtaBank" ASC-nin uzunmüddətli reytinqini "B-", "Sabit", qısamüddətli reytinqini isə "B" səviyyəsində qiymətləndirilmişdi.
- 2013-cü il tarixdən — MasterCard Beynəlxalq ödəniş sisteminin tam hüquqlu üzvü olan AtaBank bu sistemin 4 məhsulunun (Maestro, MasterCard Standard, MasterCard Gold, MasterCard Platinum) emissiyasına başladı.
- 2013-cü ilin nəticələrinə görə Londonda yerləşən "Global Banking and Finance Review" analitik jurnalı tərəfindən "AtaBank" "2013-cü ildə Azərbaycanın ən yaxşı kommersiya bankı" mükafatına layiq görülüb.
- 2014-cü il tarixdən "AtaBank" ASC fiziki şəxslərin, 01.01.2015-ci il tarixdən isə hüquqi şəxslərin hesablarının açılması və identifikasiyasını həm də FATCA tələb və prosedurlarına uyğun həyata keçirir.
- 2014-cü ildə "AtaNet" internet bankçılıq xidməti istifadəyə verilmişdir.
- 2015-ci il tarixdən "AtaBank" ASC Təmassız MasterCard Contactless və Visa PayWave kartları emissiya edilmişdir.
- 2016-cı il tarixdən "AtaBank" ASC "Xəzri" təcili pul köçürmə sisteminə qoşulub. Hazırda bank "Western Union", "Xəzri", "Zolotaya Korona", "Contact", "Lider","Blizko" kimi sürətli pulköçürmə sistemlərinə qoşulub
- 2017-ci ildə "AtaBank" "Synergy Group"un tərkibinə keçib.
- 2017-ci il tarixdən Səhmdarların ortaq qərarı ilə "Caspian Development Bank" "AtaBank" ASC -yə birləşdirilərək Azərbaycan maliyyə bazarında bir çox göstəricilərə görə lider bank yaradılmışdır.
- 2017-ci ildə "AtaBank" ASC dünyanın aparıcı ödəniş sistemlərindən biri olan "UnionPay International" şirkəti ilə tərəfdaşlıq müqaviləsini imzalayıb.
- 2017-ci ilin nəticələrinə görə "AtaBank" ASC "Təmassız POS-terminal sayı ən yüksək olan bank" nominasiyasında qalib gələrək xüsusi Diplomla təltif edilmişdir.
- 2017-ci ilin yekunlarına görə "AtaBank" ASC Azərbaycanda ilk dəfə konsolidasiya prossesini uğurla başa vurduğuna və il ərzində imza atdığı uğurlara görə iqtisadiyyat və biznes sahəsində "İlin bankı" nominasiyasına layiq görülüb. Bankın maliyyə hesabatları artıq 15 ildir ki , beynəlxalq audit şirkəti tərəfindən təsdiq edilir. Hazırda bankın beynəlxalq audit şirkəti "PwC Azərbaycan" şirkətidir.
Ləğv olunması
"Atabank" ASC uzun müddətdir ki, əhalinin əmanətlərinin qaytarılması üzrə öhdəliklərini icra edə bilmirdi. Mərkəzi Bank tərəfindən Atabankda aparılan yoxlamalar nəticəsində məlum olmuşdur ki, bu bank ciddi maliyyə itkilərinə yol vermiş, öz kapitalını tam itirmiş və müflis vəziyyətinə düşmüşdür. Son yoxlamalara əsasən "Atabank"da kapital göstəricisi 214 milyon manat olduğu üzə çıxıb. Lakin onun normal fəaliyyəti üçün 264 milyon manatın lazımdır.
Bankın səhmdarları ilə müzakirələrdə onlar yoxlamaların nəticələri barədə məlumatlandırılmış və onlara bankları əlavə kapitallaşdırmaq təklif olunmuşdur, lakin onlar bu imkandan istifadə etməmişlər. Atabank və digər müflis olan bank Amrahbankın bank sektorun aktivlərində xüsusi çəkisi 2,1%, kredit portfelində isə 3% təşkil edir. Mərkəzi Bankın İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli müvafiq qərarları ilə "Atabank"a müvəqqəti inzibatçılar təyin olunub. Bankın idarə olunması üzrə bütün səlahiyyətlər, o cümlədən, bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətləri müvəqqəti inzibatçıya keçib. Mərkəzi Bankın İdarə Heyətinin aprelin 28-i tarixli qərarına əsasən "Atabank" ASC-nin lisenziyası həmin tarixdən etibarən ləğv edilib. Nəticədə bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunmuşdur.
İstinadlar
- "Elman Rüstəmov: "Məlum 4 bankın hamısının kapitalı mənfidir"". 2023-08-04 tarixində . İstifadə tarixi: 2020-05-06.
- "Azərbaycanda bu bankların bütün səlahiyyətləri alındı". 2023-08-04 tarixində . İstifadə tarixi: 2020-04-27.
- Mərkəzi Bank "Atabank" və "Amrah Bank"ın lisenziyalarını ləğv etdi
Keçidlər
- http://www.atabank.com
- http://www.synergygroup.az
- Azərbaycanda 4 banka müvəqqəti inzibatçı təyin edilib
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
AtaBank ASC 100 yerli kapitala malik Azerbaycan banki 2020 ci ilde muflis olaraq legv edilib AtaBankYaranma tarixi 1993Legvolma tarixi 2020Merkezi Bakiatabank com lang enTarixBina uzerinde AtaBankin reklami 1993 cu ilden ugurla fealiyyet gosteren AtaBank Azerbaycanin en boyuk kommersiya banklarindan biridir AtaBank yuksek texnologiyali universal bank hesab olunur ve oz korporativ ve ferdi musterilerine tam xidmetler kompleksi teqdim edir O olkenin en etibarli maliyye strukturlarindandir AtaBank in fealiyyet tarixinin en onemli hadiseleri asagidakilardir 1997 Baki Banklararasi Valyuta Birjasinin tamhuquqlu uzvu oldu 2001 SWIFT sistemine qosuldu 2001 Milli odenis sistemi olan AZIPS in uzvu oldu 2001 Azerbaycan Banklar Assosiyasinin uzvu oldu 2002 Baki Fond Birjasi AtaBank i oz uzvleri sirasina daxil etdi 2003 Sahibkarliga Komek Milli Fondunun uzvu oldu 2003 Bankin ilk region filiali Xacmaz seherinde acildi Hazirda Bakida ve respublikanin muxtelif regionlarinda AtaBankin 25 filiali ve 6 sobesi fealiyyet gostermekdedir Bu filial ve sobelerin 15 i respublikanin muxtelif regionlarinda yerlesir 2003 AtaBank dunyanin her yerinde fealiyyet gosteren Beynelxalq pul kocurmeleri sistemi Western Union un uzvu statusunu elde etdi Bu sistem pul vesaitlerinin cemi bir nece deqiqe erzinde istenilen yere kocurulmesine imkan verir 2004 AtaBank ATIB nin Azerbaycan Turkiye Is Adamlari Birliyi uzvu oldu 2004 VISA International Beynelxalq odenis sisteminin assosiativ uzvu olan AtaBank bu sistemin 3 mehsulunun VISA Electron VISA Classic VISA Gold emissiyasina basladi 2006 ci ilin may ayindan etibaren Bank Visa International sistemine tam huquqlu uzv secildi 2007 ci ilin may ayinda Bank Visa Platinum ve Visa Business plastik kartlarinin emissiyasini heyata kecirir Her zaman yeni mehsullarla bazari canlandiran AtaBank 2007 ci ilde de bu xette sadiq qaldi ve ferdi dizaynli Visa Electron Solo ve Visa Classic Solo kartlarini hazirlayib musterilere teqdim etdi Elave olaraq plastik kart bazarinin artan teleblerini odemek meqsedile 2007 ci ilde plastik kartlar ve elektron odenislere hesr olunmus xususi www atacard az sayti hazirlanib istifadeye verildi 2004 Bank Etimad Banki nominasiyasi uzre UGUR mukafatina layiq goruldu Eyni muveffeqiyyeti 2010 cu ilde de tekrarlayan bank Innovasyon texnologiyalarin tetbiqi sahesinde UGUR mukafatini elde etdi 2006 AtaBank Azerbaycan Ipoteka Fondunun uzvu oldu 2007 AtaBank Emanetlerin Sigortalanmasi Fondunun uzvu oldu 2007 AtaBank keyfiyyetin idareetme sisteminin muasir standartlara uygunlugunu temin eden sertifikatlasdirma islerini ugurla basa catdirdi ve Bureau Veritas sirketi terefinden 03 aprel 2007 ci il tarixli 210667 nomreli ISO 9001 2000 sertifikati butun nov bank xidmetlerini ehate eden ile teltif edildi 2009 Azerbaycan Risk Pesekarlari Assosiasiyasinin ARPA uzvu oldu 2009 AtaBank KOMIS APUS sistemine qosuldu 2010 AtaBank MDB mekaninda bir ilke imza atdi Visa Electron Vertical kartini buraxmaqla yenilikci statusunu mohkemlendirdi 2011 AtaBank Cenubi Qafqazda ilk defe olaraq etirli kartlar emissiyasina basladi Bankin musterileri Visa Elektron Aroma Lemon ve Visa Classic Aroma Coffee kartlari ile AtaBank ferqini bir daha duydular 2011 AtaBank Golden Pay sirketi ile birlikde bazara yeni Bill Pay adli elektron odenis sistemini teqdim etdi 2012 ci ilde Fitch Ratings beynelxalq reytinq agentliyi AtaBank ASC nin uzunmuddetli reytinqini B Sabit qisamuddetli reytinqini ise B seviyyesinde qiymetlendirilmisdi 2013 cu il tarixden MasterCard Beynelxalq odenis sisteminin tam huquqlu uzvu olan AtaBank bu sistemin 4 mehsulunun Maestro MasterCard Standard MasterCard Gold MasterCard Platinum emissiyasina basladi 2013 cu ilin neticelerine gore Londonda yerlesen Global Banking and Finance Review analitik jurnali terefinden AtaBank 2013 cu ilde Azerbaycanin en yaxsi kommersiya banki mukafatina layiq gorulub 2014 cu il tarixden AtaBank ASC fiziki sexslerin 01 01 2015 ci il tarixden ise huquqi sexslerin hesablarinin acilmasi ve identifikasiyasini hem de FATCA teleb ve prosedurlarina uygun heyata kecirir 2014 cu ilde AtaNet internet bankciliq xidmeti istifadeye verilmisdir 2015 ci il tarixden AtaBank ASC Temassiz MasterCard Contactless ve Visa PayWave kartlari emissiya edilmisdir 2016 ci il tarixden AtaBank ASC Xezri tecili pul kocurme sistemine qosulub Hazirda bank Western Union Xezri Zolotaya Korona Contact Lider Blizko kimi suretli pulkocurme sistemlerine qosulub 2017 ci ilde AtaBank Synergy Group un terkibine kecib 2017 ci il tarixden Sehmdarlarin ortaq qerari ile Caspian Development Bank AtaBank ASC ye birlesdirilerek Azerbaycan maliyye bazarinda bir cox gostericilere gore lider bank yaradilmisdir 2017 ci ilde AtaBank ASC dunyanin aparici odenis sistemlerinden biri olan UnionPay International sirketi ile terefdasliq muqavilesini imzalayib 2017 ci ilin neticelerine gore AtaBank ASC Temassiz POS terminal sayi en yuksek olan bank nominasiyasinda qalib gelerek xususi Diplomla teltif edilmisdir 2017 ci ilin yekunlarina gore AtaBank ASC Azerbaycanda ilk defe konsolidasiya prossesini ugurla basa vurduguna ve il erzinde imza atdigi ugurlara gore iqtisadiyyat ve biznes sahesinde Ilin banki nominasiyasina layiq gorulub Bankin maliyye hesabatlari artiq 15 ildir ki beynelxalq audit sirketi terefinden tesdiq edilir Hazirda bankin beynelxalq audit sirketi PwC Azerbaycan sirketidir Legv olunmasi Atabank ASC uzun muddetdir ki ehalinin emanetlerinin qaytarilmasi uzre ohdeliklerini icra ede bilmirdi Merkezi Bank terefinden Atabankda aparilan yoxlamalar neticesinde melum olmusdur ki bu bank ciddi maliyye itkilerine yol vermis oz kapitalini tam itirmis ve muflis veziyyetine dusmusdur Son yoxlamalara esasen Atabank da kapital gostericisi 214 milyon manat oldugu uze cixib Lakin onun normal fealiyyeti ucun 264 milyon manatin lazimdir Bankin sehmdarlari ile muzakirelerde onlar yoxlamalarin neticeleri barede melumatlandirilmis ve onlara banklari elave kapitallasdirmaq teklif olunmusdur lakin onlar bu imkandan istifade etmemisler Atabank ve diger muflis olan bank Amrahbankin bank sektorun aktivlerinde xususi cekisi 2 1 kredit portfelinde ise 3 teskil edir Merkezi Bankin Idare Heyetinin 27 aprel 2020 ci il tarixli muvafiq qerarlari ile Atabank a muveqqeti inzibatcilar teyin olunub Bankin idare olunmasi uzre butun selahiyyetler o cumleden bank sehmdarlarinin umumi yigincaginin selahiyyetleri muveqqeti inzibatciya kecib Merkezi Bankin Idare Heyetinin aprelin 28 i tarixli qerarina esasen Atabank ASC nin lisenziyasi hemin tarixden etibaren legv edilib Neticede bankin muflislesme yolu ile legv edilmesi barede mehkemeye muraciet olunmusdur Istinadlar Elman Rustemov Melum 4 bankin hamisinin kapitali menfidir 2023 08 04 tarixinde Istifade tarixi 2020 05 06 Azerbaycanda bu banklarin butun selahiyyetleri alindi 2023 08 04 tarixinde Istifade tarixi 2020 04 27 Merkezi Bank Atabank ve Amrah Bank in lisenziyalarini legv etdiKecidlerhttp www atabank com http www synergygroup az Azerbaycanda 4 banka muveqqeti inzibatci teyin edilib Bank ile elaqedar bu meqale qaralama halindadir Meqaleni redakte ederek Vikipediyani zenginlesdirin