Aslan qayası — Azərbaycan SSR xalq şairi Səməd Vurğunun 1938-ci ildə yazdığı poema. Əsərin məzmununu əfsanəvi və tarixi faktlar təşkil edir. Poema ilk dəfə "İnqilab və mədəniyyət" jurnalında (1938, № 4–5) dərc edilib. Səməd Vurğunun "Aslan qayası" poemasına epiloq əvəzinə yazdığı bəndlərin çapına 1938-ci ildə senzura icazə verməmişdir. Dərc olunmayan bu bəndlər M.Füzuli adına Respublika əlyazmaları İnstitutunun fondunda (Arxiv 46-da) saxlanılır.
Aslan qayası | |
---|---|
Janr | poema |
Müəllif | Səməd Vurğun |
Orijinal dili | Azərbaycan |
Yazılma ili | 1938 |
Nəşr ili | 1939 |
Əvvəlki | Vaqif |
Sonrakı | Xanlar |
Məzmunu
"Aslan qayası" poeması Səməd Vurğunun yaradıcılığında xüsusi yer tutur. Poemada əfsanəvi və tarixi faktlar vəhdətdə verilir. Şair poemanı 1938-ci ildə qələmə alıb. Poemanın süjeti iki elementdən ibarətdir. Birinci element Ağ at, ağ çuxa barədə el əfsanəsidir. Bu, xalq içindən çıxmış kasıb, amma qoçaq və igid Aslan haqqında rəvayətdir. Ağ at şah qızının mindiyi atdır. Bu at şah qızından başqa heç kəsi yaxına qoymur. Şah elan edir ki, kim Ağ atı minib cıdırda qalib gəlsə, qızını ona verəcəkdir. S.Vurğun bu əfsanəni 1806-cı il fevral ayının 8-də İçərişəhərin Qoşa qala qapıları ağzında rus generalı Sisianovun şəhərin açarını təhvil alma mərasimi zamanı qətlə yetirilməsi haqqında tarixi faktla birləşdirmişdi.
SSRİ-də represiyanın qızğın vaxtında şairin bu mövzuya müraciəti və tarixi faktların əks olunması əsəri maraqlı edir. Xüsusən general Pavel Sisianovun öldürülməsi səhnəsinin təsviri şair tərəfindən cəsarətli addımdır. "Aslan qayası"nda 1806-cı ildə Bakı xanı olmuş Mehdiqulu xan əfsanəvi xanın, onun qızı Mahnigar xan qızının, əfsanəvi qəhrəman Aslan isə tarixdə Sisianovu öldürmüş tarixi şəxsin yerini tutur. Şair əsərdə mövzuya xalq yaddaşında həmişə balaca xalqın böyük rus imperiyasından intiqamı, böyük mənəvi qələbəsi fikri kimi yaşamışdır.
Mehdiqulu xan özünə arxa axtararaq cıdırda qonşu xanların oğlanlarının iştirakına imkan yaradır ki, qızı Mahnigar onlardan birinə qismət olsun və bu yolla öz hakimiyyətinə dayaq qazansın. Lakin onların heç biri Ağ atı ram edib onu minə bilmir. Ağ atı ancaq Aslan minə bilir və cıdırda qalib gəlir. Şair Aslanı el qəhrəmanı, dastan qəhrəmanı kimi tərənnüm və təqdim edir:
Baş əymədin xanlara,
Sığındın ormanlara.
Yurdun oldu yaylaqlar,
Durna gözlü bulaqlar.
Adın düşdü dillərə,
Bayraq oldun ellərə.
Cütçülərin ağzında,
Aşıqların sazında
Dinlədik dastanını,
Ellər qəhrəmanını.
Səməd Vurğun dövrün tələbinə uyğun olaraq qəhrəmanlarını sinfi əlamət üzrə qütbləşdirir: Bakı xanı Mehdiqulu xan və Sisianov hakim sinfin nümayəndələri kimi mənfi planda verilir. Onların hər ikisi qəddar və öz hakimiyyətlərini hər şeydən yüksək tutan adamlardır. Mehdiqulu xan Bakının açarlarını Sisianova verməyə hazırdır. Lakin Aslan buna imkan vermir. O, açar general Sisianova təqdim edilən zaman onu qətlə yetirir. Əlbəttə ki, burda Aslan zülmkar və işğalçı generala və istismarçı feodal Mehdiqulu xana qarşı çıxır. Əsərdə şair tarixi faktları bolşevik ideologiyasına uyğunlaşdırır. Aslanı işğalçılara qarşı yox, sinfi mübarizə aparan xalqın qəhrəmanı kimi təqdim edir.
Tənqidi
Mərhum şair-tədqiqatçı A.Zeynallı "Aslan qayası" əsərini obyektiv təhlil etməyə səy göstərib. O, "Səməd Vurğun sənəti" (Bakı, "Elm", 1990) kitabında əsər haqda bunları yazırdı: "1948-ci ildə SSRİ Yazıçılar İttifaqının Milli Komissiyasının növbəti iclasında S.Vurğunun rus dilində buraxılmış kitabının müzakirəsi zamanı tənqidçi P.Q.Skosıryev "Aslan qayası"nı tarixi təhrif edən zərərli bir əsər adlandırmışdır. Heç şübhəsiz ki, poemada Azərbaycanın Rusiyanın tərkibinə daxil olması dövrünün hadisələri qələmə alındığı üçün burada çar Rusiyasına qarşı, onun işğalçılıq siyasətinə qarşı mübarizə motivləri vardı. Bu motivlər bədxah, vulqar-sosiologizm təsəvvürlərindən ayrılmamış ayrı-ayrı tənqidçi və ədəbiyyatşünaslara xoş gəlmirdi. Onlar böyük beynəlmiləlçi olan S.Vurğunun şair mövqeyini şübhə altına almaq istəyirdilər. P.Q.Skosıryev S.Vurğunu nəzərdə tutaraq deyirdi: "Millətçilik qalıqları elə adamların kitablarına daxil olur ki, onlar özlərini bu qalıqlara qarşı mübariz sayırlar".
İstinadlar
- "Səməd Vurğun (1906–1956), Həyatı və fəaliyyəti". 2022-03-08 tarixində . İstifadə tarixi: 2022-03-14.
- "Səməd Vurğunun "Aslan qayası" poeması niyə qadağan olunmuşdu?". 2020-02-17 tarixində . İstifadə tarixi: 2022-03-14.
- Səməd Vurğunun "Aslan qayası" poemasına epiloq əvəzinə yazdığı, 1938-ci ildə SENZURAnın icazə vermədiyi bəndlər…
- Очерк истории азербайджанской советской литературы. Москва: Издательство Академии наук СССР. 1963. 302.
- Габиб Бабаев. Самед Вургун. Очерк творчества. Советский писатель. 1981. 35.
Xarici keçidlər
- Səməd Vurğun SEÇİLMİŞ ƏSƏRLƏRİ BEŞ CİLDDƏ III CİLD
- Səməd Vurğunun "Aslan qayası" poeması
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Aslan qayasi Azerbaycan SSR xalq sairi Semed Vurgunun 1938 ci ilde yazdigi poema Eserin mezmununu efsanevi ve tarixi faktlar teskil edir Poema ilk defe Inqilab ve medeniyyet jurnalinda 1938 4 5 derc edilib Semed Vurgunun Aslan qayasi poemasina epiloq evezine yazdigi bendlerin capina 1938 ci ilde senzura icaze vermemisdir Derc olunmayan bu bendler M Fuzuli adina Respublika elyazmalari Institutunun fondunda Arxiv 46 da saxlanilir Aslan qayasiJanr poemaMuellif Semed VurgunOrijinal dili AzerbaycanYazilma ili 1938Nesr ili 1939Evvelki VaqifSonraki XanlarMezmunu Aslan qayasi poemasi Semed Vurgunun yaradiciliginda xususi yer tutur Poemada efsanevi ve tarixi faktlar vehdetde verilir Sair poemani 1938 ci ilde qeleme alib Poemanin sujeti iki elementden ibaretdir Birinci element Ag at ag cuxa barede el efsanesidir Bu xalq icinden cixmis kasib amma qocaq ve igid Aslan haqqinda revayetdir Ag at sah qizinin mindiyi atdir Bu at sah qizindan basqa hec kesi yaxina qoymur Sah elan edir ki kim Ag ati minib cidirda qalib gelse qizini ona verecekdir S Vurgun bu efsaneni 1806 ci il fevral ayinin 8 de Iceriseherin Qosa qala qapilari agzinda rus generali Sisianovun seherin acarini tehvil alma merasimi zamani qetle yetirilmesi haqqinda tarixi faktla birlesdirmisdi SSRI de represiyanin qizgin vaxtinda sairin bu movzuya muracieti ve tarixi faktlarin eks olunmasi eseri maraqli edir Xususen general Pavel Sisianovun oldurulmesi sehnesinin tesviri sair terefinden cesaretli addimdir Aslan qayasi nda 1806 ci ilde Baki xani olmus Mehdiqulu xan efsanevi xanin onun qizi Mahnigar xan qizinin efsanevi qehreman Aslan ise tarixde Sisianovu oldurmus tarixi sexsin yerini tutur Sair eserde movzuya xalq yaddasinda hemise balaca xalqin boyuk rus imperiyasindan intiqami boyuk menevi qelebesi fikri kimi yasamisdir Mehdiqulu xan ozune arxa axtararaq cidirda qonsu xanlarin oglanlarinin istirakina imkan yaradir ki qizi Mahnigar onlardan birine qismet olsun ve bu yolla oz hakimiyyetine dayaq qazansin Lakin onlarin hec biri Ag ati ram edib onu mine bilmir Ag ati ancaq Aslan mine bilir ve cidirda qalib gelir Sair Aslani el qehremani dastan qehremani kimi terennum ve teqdim edir Bas eymedin xanlara Sigindin ormanlara Yurdun oldu yaylaqlar Durna gozlu bulaqlar Adin dusdu dillere Bayraq oldun ellere Cutculerin agzinda Asiqlarin sazinda Dinledik dastanini Eller qehremanini Semed Vurgun dovrun telebine uygun olaraq qehremanlarini sinfi elamet uzre qutblesdirir Baki xani Mehdiqulu xan ve Sisianov hakim sinfin numayendeleri kimi menfi planda verilir Onlarin her ikisi qeddar ve oz hakimiyyetlerini her seyden yuksek tutan adamlardir Mehdiqulu xan Bakinin acarlarini Sisianova vermeye hazirdir Lakin Aslan buna imkan vermir O acar general Sisianova teqdim edilen zaman onu qetle yetirir Elbette ki burda Aslan zulmkar ve isgalci generala ve istismarci feodal Mehdiqulu xana qarsi cixir Eserde sair tarixi faktlari bolsevik ideologiyasina uygunlasdirir Aslani isgalcilara qarsi yox sinfi mubarize aparan xalqin qehremani kimi teqdim edir TenqidiMerhum sair tedqiqatci A Zeynalli Aslan qayasi eserini obyektiv tehlil etmeye sey gosterib O Semed Vurgun seneti Baki Elm 1990 kitabinda eser haqda bunlari yazirdi 1948 ci ilde SSRI Yazicilar Ittifaqinin Milli Komissiyasinin novbeti iclasinda S Vurgunun rus dilinde buraxilmis kitabinin muzakiresi zamani tenqidci P Q Skosiryev Aslan qayasi ni tarixi tehrif eden zererli bir eser adlandirmisdir Hec subhesiz ki poemada Azerbaycanin Rusiyanin terkibine daxil olmasi dovrunun hadiseleri qeleme alindigi ucun burada car Rusiyasina qarsi onun isgalciliq siyasetine qarsi mubarize motivleri vardi Bu motivler bedxah vulqar sosiologizm tesevvurlerinden ayrilmamis ayri ayri tenqidci ve edebiyyatsunaslara xos gelmirdi Onlar boyuk beynelmilelci olan S Vurgunun sair movqeyini subhe altina almaq isteyirdiler P Q Skosiryev S Vurgunu nezerde tutaraq deyirdi Milletcilik qaliqlari ele adamlarin kitablarina daxil olur ki onlar ozlerini bu qaliqlara qarsi mubariz sayirlar Istinadlar Semed Vurgun 1906 1956 Heyati ve fealiyyeti 2022 03 08 tarixinde Istifade tarixi 2022 03 14 Semed Vurgunun Aslan qayasi poemasi niye qadagan olunmusdu 2020 02 17 tarixinde Istifade tarixi 2022 03 14 Semed Vurgunun Aslan qayasi poemasina epiloq evezine yazdigi 1938 ci ilde SENZURAnin icaze vermediyi bendler Ocherk istorii azerbajdzhanskoj sovetskoj literatury Moskva Izdatelstvo Akademii nauk SSSR 1963 302 Gabib Babaev Samed Vurgun Ocherk tvorchestva Sovetskij pisatel 1981 35 Xarici kecidlerSemed Vurgun SECILMIS ESERLERI BES CILDDE III CILD Semed Vurgunun Aslan qayasi poemasi