Ananda Marqa — qeyri-ənənəvi dini cərəyan.
Sanskrit dilindən tərcümədə "səadət yolu" mənasını ifadə edən bu dini cərəyan 1955-ci ildə Hindistanda, Bihar ştatının Camalpur şəhərində Prabhat Rancan Sarkar (1921-1990) adlı hindli tərəfindən yaradılmışdır.
Rancan Sarkar 1954-cü il noyabrın 7-də Camalpur şəhərində tərəfdarları qarşısında çıxış edərək, "Brahma İsta Marqa" (Brahmaya aparan yol) adlı yeni dini cərəyan yaratdığını elan etmişdir. Cərəyan 1955-ci ilin 9 yanvarında təşkilat kimi Bihar ştatında qeydiyyatdan keçmiş və həmin ilin 7 noyabr tarixindən etibarən Ananda Marqa adı ilə fəaliyyətə başlamış, meditasiya dərsləri üçün müəllimlər hazırlamışdır. Sarkar yaratdığı və rəhbərlik etdiyi təşkilatın üzvlərini moralistlər (əxlaq dərsi verənlər) adlandırmışdır. Onun təliminə görə, meditasiya vasitəsilə ali düşüncə əldə edən insanlar bir-birinə ruhən yaxınlaşaraq, indiki dünyanı tərk edir, yeni həyata daxil olurlar. Bu cərəyan özündə yoqaya məxsus psixotexniki meditasiyası ilə tantrizmin (sehrli dini ayinlər vasitəsilə fövqəltəbii enerji əldə etmək haqqında təlim) vəhdətini ehtiva edir. Sarkar deyirdi ki, "Mən ardıclılarımı tanrılara və müqəddəs varlıqlara çevirəcəyəm. Qalib olmaq üçün insan öz həyatını, mövcudluğunu unutmalıdır". Onun fikrincə, insanlar özlərini müxtəlif dil, din, millət qruplarına bölünmək əvəzinə, bütün bəşəriyyətin daxil olduğu vahid, böyük ailənin hissələri hesab etməlidirlər. O bu ictimai dünyagörüşü "universializm" adlandırmışdır.
1967-ci ildə cərəyan nümayəndələri Hindistanın siyasi həyatında fəaliyyət göstərməyə cəhd etsələr də, uğursuzluğa düçar olmuşlar. Ona görə də Sarkar fəaliyyət taktikasını dəyişərək, təşkilata hakimiyyət nümayəndələrini cəlb etməyə başlamışdır.
Sarkar onu şöhrətpərəstlikdə günahlandıran katibini və bir neçə tərəfdarını öz ətrafından kənarlaşdırmışdı. Bu hadisədən sonra "baba"nın bəzi ilkin tərəfdarları naməlum şəkildə yoxa çıxmışlar. Bir müddətdən sonra cəngəllikdə altı nəfərin cəsədi tapılmış və Sarkarın sabiq köməkçisi həmin şəxsləri tanıyaraq bu cinayətdə təşkilat rəhbərini günahlandırmışdır. Məhkəmə prosesi zamanı şahidlər Sarkarın eyş-işrət, spirtli içki düşkünü olduğunu bildirmiş və o, beş il müddətinə azadlıqdan məhrum edilmişdir.
1978-ci il 2 avqustda on səkkiz tərəfdarının ölümündə günahlandırılan Sarkar həbsdən buraxılmışdı. Həmin ilin oktyabrında isə başqa bir faciə baş vermişdi: Ananda Marqanın üzvü, Sidney Tibb Universitetinin tələbəsi Linetta Filips Cenevrədə BMT-nin iqamətgahının qarşısında üzərinə yanacaq tökərək özünü yandırdı. Onun son sözləri - "Bu dünyanın dəbdəbəsi və eqoizminə qarşı mübarizə aparmaq mənim alovlu arzumdur" olmuşdur.
Digər anoloji hadisə Almaniyada Berlin kilsəsinin qarşısında baş vermişdir. Erik Ruppert və Helmut Klaynkxet adlı iki alman gənci Hindistan və ABŞ-ni səyahət edən zaman cərəyanın təlimiylə tanış olmuş, vətənə qayıtdıqdan sonra özlərinə qəsd etmişlər. Onlar vida məktublarında bəşəriyyəti sevdikləri üçün intihar etdiklərini göstərmişlər. 1973-cü ildən moralistlər Avropaya ayaq açmışlar. Burada minlərlə insan Sarkarın üsulu ilə meditasiya ilə məşğul olmağa başlamışlar. Cərəyan sonralar digər qitələrdə o cümlədən ABŞ-da yayılmaq imkanı qazanmış və mərkəzlər qurmuşdur. Təlim tərəfdarları bu mərkəzlərdə hər gün toplaşaraq, müxtəlif cadular oxuyur, bir əldə kəllə sümüyü digərində isə xəncər tutaraq vəcdə gətirən rəqslər edir və Tanrı səviyyəsinə yüksəltdikləri Sarkarı xatırlayırlar.
Ümumiyyətlə, təşkilatda fanatik nizam-intizam və rəhbərə sözsüz tabelik hökm sürürdü. Cərəyanın elitar təbəqəsinə seçilmək üçün həmin şəxsdən əlində kəllə sümüyü tutaraq, insan cəsədinin üzərində oturmaqla müxtəlif cadugərlik ayinləri yerinə yetirmək tələb olunurdu. Adətən, belə mərasimlər gecələr qəbiristanlıqlarda həyata keçirilirdi.
Cərəyan nümayəndələri iki sosial təbəqəyə bölünürdü: ardıcıllar və (sonralar rahiblər adlanacaq) həsr olunmuşlar. Rahiblər bütünlüklə özlərini təlimin inkişafına və yeni ardıcılların seçilməsinə ithaf edirdilər. Onlar tərəfindən yoqa dərsləri və meditasiya kursları da təşkil olunurdu.
Ananda Marqaya maraq göstərilməsi üç başlıca səbəblə izah olunurdu:
- Sarkar, tərəfdarları qarşısında "insaflı" məqsədlər qoyurdu: xəstələrə, kasıblara yardım göstərmək, bəşəriyyəti sevmək. Bunun üçün bəşəriyyətin bir hissəsinin – insanın öz-özünü məhv etməsi vacibdir. Yer üzünün bütün insanlarının xoşbəxtliyi, sosial rifahı naminə insanın özünə və ətrafına qarşı laqeydliyi də tələb olunurdu.
- Bu təşkilat bəzi gənc üzvlər tərəfindən ailə etalonu kimi qəbul edilirdi. Sarkar "ideal ailə", "həqiqi cəmiyyət" məfhumlarından real ata-övlad münasibətlərini dağıtmaq üçün indikator kimi məharətlə istifadə edirdi.
- Həyatın mənasını anlamağa çalışan gənclərə Sarkarın aldadıcı dini baxışları yeridilirdi. Mənəviyyatını itirən gənclər sonralar özlərindən asılı olmayaraq, asanlıqla psixi və fiziki sağlamlıqlarını qurban verirdilər.
Rancan Sarkar 1990-cı ildə vəfat etmişdir. Hazırda Ananda Marqanın əsas mərkəzləri Hindistan, ABŞ, İtaliya, Danimarka, Filippin və Tayvanda yerləşir.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Ananda Marqa qeyri enenevi dini cereyan Sanskrit dilinden tercumede seadet yolu menasini ifade eden bu dini cereyan 1955 ci ilde Hindistanda Bihar statinin Camalpur seherinde Prabhat Rancan Sarkar 1921 1990 adli hindli terefinden yaradilmisdir Rancan Sarkar 1954 cu il noyabrin 7 de Camalpur seherinde terefdarlari qarsisinda cixis ederek Brahma Ista Marqa Brahmaya aparan yol adli yeni dini cereyan yaratdigini elan etmisdir Cereyan 1955 ci ilin 9 yanvarinda teskilat kimi Bihar statinda qeydiyyatdan kecmis ve hemin ilin 7 noyabr tarixinden etibaren Ananda Marqa adi ile fealiyyete baslamis meditasiya dersleri ucun muellimler hazirlamisdir Sarkar yaratdigi ve rehberlik etdiyi teskilatin uzvlerini moralistler exlaq dersi verenler adlandirmisdir Onun telimine gore meditasiya vasitesile ali dusunce elde eden insanlar bir birine ruhen yaxinlasaraq indiki dunyani terk edir yeni heyata daxil olurlar Bu cereyan ozunde yoqaya mexsus psixotexniki meditasiyasi ile tantrizmin sehrli dini ayinler vasitesile fovqeltebii enerji elde etmek haqqinda telim vehdetini ehtiva edir Sarkar deyirdi ki Men ardiclilarimi tanrilara ve muqeddes varliqlara cevireceyem Qalib olmaq ucun insan oz heyatini movcudlugunu unutmalidir Onun fikrince insanlar ozlerini muxtelif dil din millet qruplarina bolunmek evezine butun beseriyyetin daxil oldugu vahid boyuk ailenin hisseleri hesab etmelidirler O bu ictimai dunyagorusu universializm adlandirmisdir 1967 ci ilde cereyan numayendeleri Hindistanin siyasi heyatinda fealiyyet gostermeye cehd etseler de ugursuzluga ducar olmuslar Ona gore de Sarkar fealiyyet taktikasini deyiserek teskilata hakimiyyet numayendelerini celb etmeye baslamisdir Sarkar onu sohretperestlikde gunahlandiran katibini ve bir nece terefdarini oz etrafindan kenarlasdirmisdi Bu hadiseden sonra baba nin bezi ilkin terefdarlari namelum sekilde yoxa cixmislar Bir muddetden sonra cengellikde alti neferin cesedi tapilmis ve Sarkarin sabiq komekcisi hemin sexsleri taniyaraq bu cinayetde teskilat rehberini gunahlandirmisdir Mehkeme prosesi zamani sahidler Sarkarin eys isret spirtli icki duskunu oldugunu bildirmis ve o bes il muddetine azadliqdan mehrum edilmisdir 1978 ci il 2 avqustda on sekkiz terefdarinin olumunde gunahlandirilan Sarkar hebsden buraxilmisdi Hemin ilin oktyabrinda ise basqa bir facie bas vermisdi Ananda Marqanin uzvu Sidney Tibb Universitetinin telebesi Linetta Filips Cenevrede BMT nin iqametgahinin qarsisinda uzerine yanacaq tokerek ozunu yandirdi Onun son sozleri Bu dunyanin debdebesi ve eqoizmine qarsi mubarize aparmaq menim alovlu arzumdur olmusdur Diger anoloji hadise Almaniyada Berlin kilsesinin qarsisinda bas vermisdir Erik Ruppert ve Helmut Klaynkxet adli iki alman genci Hindistan ve ABS ni seyahet eden zaman cereyanin telimiyle tanis olmus vetene qayitdiqdan sonra ozlerine qesd etmisler Onlar vida mektublarinda beseriyyeti sevdikleri ucun intihar etdiklerini gostermisler 1973 cu ilden moralistler Avropaya ayaq acmislar Burada minlerle insan Sarkarin usulu ile meditasiya ile mesgul olmaga baslamislar Cereyan sonralar diger qitelerde o cumleden ABS da yayilmaq imkani qazanmis ve merkezler qurmusdur Telim terefdarlari bu merkezlerde her gun toplasaraq muxtelif cadular oxuyur bir elde kelle sumuyu digerinde ise xencer tutaraq vecde getiren reqsler edir ve Tanri seviyyesine yukseltdikleri Sarkari xatirlayirlar Umumiyyetle teskilatda fanatik nizam intizam ve rehbere sozsuz tabelik hokm sururdu Cereyanin elitar tebeqesine secilmek ucun hemin sexsden elinde kelle sumuyu tutaraq insan cesedinin uzerinde oturmaqla muxtelif cadugerlik ayinleri yerine yetirmek teleb olunurdu Adeten bele merasimler geceler qebiristanliqlarda heyata kecirilirdi Cereyan numayendeleri iki sosial tebeqeye bolunurdu ardicillar ve sonralar rahibler adlanacaq hesr olunmuslar Rahibler butunlukle ozlerini telimin inkisafina ve yeni ardicillarin secilmesine ithaf edirdiler Onlar terefinden yoqa dersleri ve meditasiya kurslari da teskil olunurdu Ananda Marqaya maraq gosterilmesi uc baslica sebeble izah olunurdu Sarkar terefdarlari qarsisinda insafli meqsedler qoyurdu xestelere kasiblara yardim gostermek beseriyyeti sevmek Bunun ucun beseriyyetin bir hissesinin insanin oz ozunu mehv etmesi vacibdir Yer uzunun butun insanlarinin xosbextliyi sosial rifahi namine insanin ozune ve etrafina qarsi laqeydliyi de teleb olunurdu Bu teskilat bezi genc uzvler terefinden aile etalonu kimi qebul edilirdi Sarkar ideal aile heqiqi cemiyyet mefhumlarindan real ata ovlad munasibetlerini dagitmaq ucun indikator kimi meharetle istifade edirdi Heyatin menasini anlamaga calisan genclere Sarkarin aldadici dini baxislari yeridilirdi Meneviyyatini itiren gencler sonralar ozlerinden asili olmayaraq asanliqla psixi ve fiziki saglamliqlarini qurban verirdiler Rancan Sarkar 1990 ci ilde vefat etmisdir Hazirda Ananda Marqanin esas merkezleri Hindistan ABS Italiya Danimarka Filippin ve Tayvanda yerlesir