Akselerasiya:
1) Biologiyada: inkişafın müəyyən mərhələlərində rüşeymin ayrı-ayrı hissələrinin formalaşmasının sürətlənməsi, məsələn: balıqlarda və quyruqsuz amfibiyalarda yumurta sarısı kisəsində qida maddələri tükəndikdə onların qidalanmasını təmin edən ağız aparatının erkən əmələ gəlməsi;
2) Antropologiyada: əvvəlki nəsillərlə müqayisədə uşaqlarda və yeniyetmələrdə böyümənin və cinsi yetişkənliyin sürətlənməsi. 20-ci əsrin əvvəllərindən iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə müşahidə edilir. Buna görə də insanın müasir inkişaf mərhələsi üçün səciyyəvi olan bədənin çəkisinin, uzunluğunun artması kimi dəyişikliklərlə yanaşı Akselerasiya da bəzən "əsri ənənə", yaxud "sekulyar meyillilik" termini ilə ifadə edilir. Bir çox tədqiqatçılar Akselerasiyanın qlobal səbəbləri sırasında Günəş fəallığının artıb-azalmasını göstərirlər. Akselerasiya, əsasən, skeletin inkişafında (sümükləşmə prosesi oğlanlarda 2, qızlarda isə 3 il tez başa çatır), dişlərin çıxmasında və əvəz olunmasında (1–2 il tez), boyun artmasının və cinsi inkişafın tezləşməsində (1–2 il tez) özünü göstərir. ABŞ, Rusiya və Avropanın bir çox ölkələrində son 100 il ərzində boyun məktəbəqədər yaşlı uşaqlarda orta hesabla 10–12 santimetr, məktəblilərdə isə 10–15 santimetr artması qeyd olunmuşdur. Bakı şəhərinin 7–15 yaşlı məktəblilərində 1960-cı ildən 1991-ci ilədək boy göstəricisi orta hesabla 3,5 santimetr artmışdır. Oğlanlarda boy göstəricisinin ən çox artması 12 yaşda, qızlarda isə 11 yaşda müşahidə olunmuşdur. Boyun inkişafının dayanması və bədən nisbətlərinin formalaşması qızlarda artıq 16–17 yaşda, oğlanlarda isə 18–19 yaşda başa çatır. Əvvəllər bu göstərici müvafiq olaraq 20–22 və 22–25 yaşlarda tamamlanırdı. İnkişafın sürətlənməsi bir sıra fizioloji göstəricilərdə – ürək-damar sisteminin vəziyyəti, hərəki aktivlik, danışığın formalaşması və zehni inkişafda da özünü büruzə verir. Kənddə yaşayanlara nisbətən şəhərdə yaşayanlarda Akselerasiya daha aydın hiss olunur. Əksər məlumatlar inkişaf tempində çox mühüm dəyişikliklərin enib-qalxmasını göstərir. Akselerasiyanın səbəbləri bir amildən asılı deyildir və insanın fərdi inkişafına təsir göstərə bilən, demək olar ki, bütün bioloji və sosial amillərin təsiri ilə əlaqədardır. Uşaqların qidalanmasının keyfiyyətcə yaxşılaşmasının, insanın təsərrüfat fəaliyyəti nəticələri, böyümə dövründə fiziki gərginliyin azalması və başqalarının rolu daha böyükdür. Akselerasiya terminindən bəzən ayrı-ayrı fərdlərin öz yaşıdları arasında inkişaf sürətini qeyd etmək ücün də istifadə edilir.
Mənbə
Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 241–242. ISBN .
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Akselerasiya 1 Biologiyada inkisafin mueyyen merhelelerinde ruseymin ayri ayri hisselerinin formalasmasinin suretlenmesi meselen baliqlarda ve quyruqsuz amfibiyalarda yumurta sarisi kisesinde qida maddeleri tukendikde onlarin qidalanmasini temin eden agiz aparatinin erken emele gelmesi 2 Antropologiyada evvelki nesillerle muqayisede usaqlarda ve yeniyetmelerde boyumenin ve cinsi yetiskenliyin suretlenmesi 20 ci esrin evvellerinden iqtisadi cehetden inkisaf etmis olkelerde musahide edilir Buna gore de insanin muasir inkisaf merhelesi ucun seciyyevi olan bedenin cekisinin uzunlugunun artmasi kimi deyisikliklerle yanasi Akselerasiya da bezen esri enene yaxud sekulyar meyillilik termini ile ifade edilir Bir cox tedqiqatcilar Akselerasiyanin qlobal sebebleri sirasinda Gunes fealliginin artib azalmasini gosterirler Akselerasiya esasen skeletin inkisafinda sumuklesme prosesi oglanlarda 2 qizlarda ise 3 il tez basa catir dislerin cixmasinda ve evez olunmasinda 1 2 il tez boyun artmasinin ve cinsi inkisafin tezlesmesinde 1 2 il tez ozunu gosterir ABS Rusiya ve Avropanin bir cox olkelerinde son 100 il erzinde boyun mektebeqeder yasli usaqlarda orta hesabla 10 12 santimetr mekteblilerde ise 10 15 santimetr artmasi qeyd olunmusdur Baki seherinin 7 15 yasli mekteblilerinde 1960 ci ilden 1991 ci iledek boy gostericisi orta hesabla 3 5 santimetr artmisdir Oglanlarda boy gostericisinin en cox artmasi 12 yasda qizlarda ise 11 yasda musahide olunmusdur Boyun inkisafinin dayanmasi ve beden nisbetlerinin formalasmasi qizlarda artiq 16 17 yasda oglanlarda ise 18 19 yasda basa catir Evveller bu gosterici muvafiq olaraq 20 22 ve 22 25 yaslarda tamamlanirdi Inkisafin suretlenmesi bir sira fizioloji gostericilerde urek damar sisteminin veziyyeti hereki aktivlik danisigin formalasmasi ve zehni inkisafda da ozunu buruze verir Kendde yasayanlara nisbeten seherde yasayanlarda Akselerasiya daha aydin hiss olunur Ekser melumatlar inkisaf tempinde cox muhum deyisikliklerin enib qalxmasini gosterir Akselerasiyanin sebebleri bir amilden asili deyildir ve insanin ferdi inkisafina tesir gostere bilen demek olar ki butun bioloji ve sosial amillerin tesiri ile elaqedardir Usaqlarin qidalanmasinin keyfiyyetce yaxsilasmasinin insanin teserrufat fealiyyeti neticeleri boyume dovrunde fiziki gerginliyin azalmasi ve basqalarinin rolu daha boyukdur Akselerasiya termininden bezen ayri ayri ferdlerin oz yasidlari arasinda inkisaf suretini qeyd etmek ucun de istifade edilir MenbeAzerbaycan Milli Ensiklopediyasi 25 cildde 1 ci cild A Argelander 25 000 nus Baki Azerbaycan Milli Ensiklopediyasi Elmi Merkezi 2009 seh 241 242 ISBN 978 9952 441 02 4