Adil Bəbirov — (Doğumu: 5 fevral 1934, Bakı, Azərbaycan - Ölümü: 26 sentyabr 2021, Toronto, Kanada) Görkəmli Azərbaycan bəstəkarı, səs rejissoru, Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1989).
Adil Bəbirov | |
---|---|
Ümumi məlumatlar | |
Doğum adı | Adil Musa oğlu Bəbirov |
Doğum tarixi | |
Doğum yeri | Bakı |
Vəfat tarixi | (87 yaşında) |
Vəfat yeri | Toronto, Kanada |
Dəfn yeri | Toronto, Kanada |
Vətəndaşlığı | Azərbaycan |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Bəstəkar, səs rejissoru |
Fəaliyyət illəri | 1966-2021 |
Janrlar | mahnı, romans, pyes |
Təhsili | Azərbaycan Dövlət Konservatoriyası |
Mükafatları |
Həyatı
Adil Musa oğlu Bəbirov 1934-cü il fevralın 15-də Bakıda anadan olmuşdur. 1954-cü ildə musiqi texnikumunu bitirən Adil Bəbirov elə həmin ildə də Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakultəsinə qəbul olunur. Tələbəlik dövründə Adil Bəbirov fortepiano üçün prelüdlər, variasiyalar (1956), skripka üçün sonata, Violonçel və fortepiano üçün pyeslər, romans və mahnılar yazmışdır. O, hələ gənc yaşlarından təhsillə paralel olaraq televiziya və radioda səs rejissoru, sonralar isə musiqi verilişləri baş redaktoru kimi fəaliyyət göstərmişdir.
Daha sonra Azərbaycanı tərk edərək Kanadaya köçmüşdür.
26 sentyabr 2021-ci ildə ömrünün son illərini yaşadığı Kanadanın Toronto şəhərində xəstəxanada vəfat etmişdir.
Yaradıcılığı
1966-cı ildə «Azərnəşr»in çap etdiyi fortepiano üçün sonatası Adil Bəbirovun məlum olan ilk əsəridir. Milli musiqi intonasiyaları ilə cilalanmış olan bu əsər Avropa klassik musiqi ənənələri ilə üzvi surətdə birləşərək, özünəməxsus tərzdə bəstəkarın yeni stilistik üslubu, bənzərsiz musiqi dili ilə diqqəti çəkir. Əsər bu günədək bir çox pianoçuların repertuarında yer alır. Hətta sonata sonradan simfonikləşdirilərək, müəllif tərəfindən partitura şəklinə salınmışdır.
1968-ci ildə isə «Azərnəşr» bəstəkarın fortepiano ilə oxumaq üçün nəzərdə tutulan 4 mahnısının klavirini nəşr etmişdir. Albomun ilk səhifəsi «Mən anayam» adlı mahnı ilə başlanır. Fikrət Qocanın kiçik, sadə bir şeirinə yazılmış mahnı kuplet formasında olub, zəngin harmonik müşayiətlə, oxuyanın axıcı, süzgün və lirik ifasını birləşdirirək yeni mənzərə yaradır. Kiçik bir şeir parçasında bəstəkar musiqinin ifadə vasitələrindən, bacarıqla istifadə edərək lad yönəlməsindən də bəhrələnə bilmişdir.
«İlk addımlar» adlanan digər mahnı isə Şüştər ladından başlayaraq tədricən Segah ladına gəlir və qısa müddət, bir neçə xanədən sonra dalğavari hərəkətlə yenidən, əvvəlki pilləyə keçir. Vals ritmində yazılmış «Yollar» mahnısının melodiyası və harmonik dili elə bir tərzdə yazılmışdır ki, klassik harmoniyaya, Avropa musiqisində işlədilən triton intervalları, majoro – minor akkordları, ikiqat dominanta, nonakkordlar üstünlük təşkil edir. Linear və adi keçici akkordlar, ləngimədən sonra həll olunma və s. geniş tətbiq olunur. Dalğavari xətlə inkişaf edən melodiya müxtəlif tonallara elliptik dövrə edərək əvvələ qayıdır. Vokalı yaxşı duyan bəstəkar kantilena yaratmaqla, oxumaq üçün əlverişli gəzişmələrdən və mahnı mətnində ən yaxşı səslənən saitlərdən istifadə edir. Mahnıda Azərbaycan ladlarına xas olan kadansvari melizmlər işlədilməklə ona ustalıqla milli don geydirilmişdir. Bu kiçik mahnı məcmuəsi, şair Yusif Həsənbəyin sözlərinə yazılmış «Xoşbəxt olsunlar» nəğməsi ilə tamamlanır. Kuplet formasında yazılmış mahnı Segah ladının pərdələrinə toxunur.
Adil Bəbirovun mahnılarına xas olan üslub, hətta kiçik bir musiqi cümləsində belə, eləcə də hər bir dövrədə, bir neçə lada yönəlmələr üstünlük təşkil edir. Bu sadəcə müxtəlif ladların süni şəkildə, yönəlmə və ya modulyasiya etmək xatirinə müqayisəli vəziyyətdə tutuşdurulması olmayıb, müxtəlif rəng çalarlarından ibarət çələngə və ya xalıya bənzədilə bilər ki, bu rənglərin uyarlığında da heç bir təsadüfilik yoxdur. Adil Bəbirovun yalnız mahnılarında deyil, digər janrlarda yazdığı əsərlərində də bu üslub tərzi bir «qırmızı xətt» kimi keçir.
1975-ci ildə «İşıq» nəşriyyatı tərəfindən nəşr olunmuş, «Azərbaycan bəstəkarlarının pyesləri» adlı fortepiano məcmuəsinə bəstəkarın iki əsəri də daxil edilmişdir. Prelüd-skertso adlanan pyes, pianoçular arasında artıq çoxdan məşhurdur. Ağır tempdə başlayan bu əsər, bir növ lirik balet adjiosunu xatırladır. Əsərə giriş preludü rolunu oynayan adajio poetik obraz yaratmaqla onunla üzvi surətdə birləşir. Əvvəlki hissədən ölçüsünə və obraz xarakterinə görə fərqlənən ikinci hissə rəqsvari səpgidə olub, mürəkkəb 3 hissəli formada yazılmışdır. Pyesin Skertso adlandırılması canlı tempdə, dəqiq ritmdə olan musiqi mövzusu olduğuna işarədir. Formaya burada bir qədər başqa səpgidə, şərti baxılmalıdır. Belə ki, əsər əslində qısa dramatik musiqi məzmununa görə sonatina kimi qavranılır.
Adil Bəbirovun yaradıcılığında 1980-ci ildə yazdığı, estrada üçün nəzərdə tutulan, birhissəli «Konsert pyesi» əsəri maraq doğurur. Sonata formasında yazılan əsərin əsas mövzusu çılğın, oynaq və enerjili xarakterdə olub, sürətli alleqro tempindən başlayaraq, tədricən lirik əhval-ruhiyyəli, mahnıvari, cantilenanı xatırladan köməkçi mövzuya keçməklə, sonataya xas olan kontrastlıq prinsipi yaradır. Konsertdə olan kəskin ritm və intonasiyalar bir qədər caz musiqisinə xas olan elementləri xatırladır. Konsert-pyesi əsəri, tar və simfonik orkestr üçün köçürülmüş və tar ifaçılarının repertuarında geniş yer almışdır.
Bəstəkarın səhnə əsərləri arasında dram tamaşalarına yazdığı musiqi, eləcə də «Yer tutanlar» müzikli musiqi ictimaiyyətinə yaxşı tanışdır. Müzikl musiqili komediya teatrında 1982-ci ildə səhnəyə qoyulmuş, 1984-cü ildə isə «Melodiya» səsyazma firması tərəfindən iki valdan ibarət alboma yazılmışdır. Bu dövrdə yazılmış musiqi əsərləri arasında «Kamera orkestri üçün 5 pyes» (1983), «Balet süitası» (1984), Səməd Vurğunun «İnsan», Bəxtiyar Vahabzadənin «İz qalır» pyeslərinə yazılmış musiqi bəstəkar yaradıcılığının maraqlı səhifələrindəndir.
Adil Bəbirov pedaqoq kimi də fəaliyyət göstərmişdir. O, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Pedaqoji Universitet) musiqi kafedrasında alətşünaslıq dərsləri aparmışdır. Bu dövrdə bəstəkar teleradio şirkətində də səs rejissoru kimi çalışmışdır. Sənətdə yaradıcılıq fəaliyyətinə və musiqi mədəniyyətinə verdiyi töhfələrə görə bəstəkar, 1989-cu ildə əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür. Kino musiqisi sahəsində məhsuldar işləyən Adil Bəbirov 12-yə dək filmə musiqi bəstələmişdir. Bu sırada «Oxu tar» (1968), «Sevinc» (1968), «Azərbaycan ipəyi» (1972), «Pəncə..qulaq..palaz..tikan.» (1976), «Bağda rahat yer» (1978), «Sağ ol, dostum» (1980), «Böyük anda sadiqik» (1981), «Ekskursiya» (1991), «Yurd yeri» (1994-97), «Cümhuriyyət generalları» (2006), «Bağ yerində» kimi filmlər misal göstərilə bilər. Bəstəkarın Qarabağ torpağından məcburi köçkün düşmüş insanların real həyatını əks etdirən, «Yurd yeri» televiziya tamaşasına yazdığı musiqi onun son vaxtlarda yazmış olduğu əsərlərindəndir.
1990-2001-ci illərdə Adil Bəbirov milli musiqi folkloruna müraciət edərək təksəsli olan, bir sıra Azərbaycan xalq mahnılarını harmonizə etməklə fortepiano üçün işləyib.
Mahnı janrına sadiq qalan, ona vaxtaşırı müraciət edən bəstəkar bu janrın gözəl nümunələrini yaratmışdır. Onlar sayca bir o qədər çox olmasa da, qeyri-adi melodizmi, təzə harmoniyası ilə seçilir və üslub cəhətincə heç kəsə bənzəmir. Televiziyada və radio efirindən bu mahnılar tez-tez səslənir.
Adil Bəbirovun mahnılarını Şövkət Ələkbərova, Oqtay Ağayev, Yaşar Səfərov, Yalçın Rzazadə, Elmira Rəhimova, Akif İslamzadə, Mobil Əhmədov və başqaları ifa etmişlər. Bəstəkarın mahnılarının mətnləri tanınmış şairlərimizdən Bəxtiyar Vahabzadə, Fikrət Qoca, Yusif Həsənbəy, Vaqif Səmədoğlu və başqalarının şeirlərindən götürülmüşdür. Həmin mahnılar bunlardır: «Bilirsən özün», «Oyan», «Taleyim olar», «Görüşə gəl», «Çiçək açar ömrümüz», «Ana laylası», «İncitmə məni», «El üçün», «Özünlə apar», «Ceyran baxışlı yar», «Bənövşə», «Salam olsun», «Ey vətən», «Yurd yeri» və s. Bu mahnılar o qədər səmimi yazılmışdır ki, onların hər biri geniş formalı əsərə bərabər sayıla bilər.
Filmoqrafiya
Video
- İslam Rzayev - Bilirsən özün
- Akif İslamzadə - Görüşə gəl
- İlhamə Quliyeva - Könlümüz
- Elxan Əhədzadə - Yaşa Qarabağım
- Yaşar Səfərov - Yollar
- Elmira Rəhimova - İncitmə məni
- Elmira Rəhimova - Oyan
- Elmira Rəhimova - Ana laylası
- Elmira Rəhimova - Mən anayam
- Şövkət Ələkbərova - Həyat eşqi https://www.youtube.com/watch?v=rN3XatL2foE
İstinadlar
- "Adil Bəbirovun lirik musiqi dünyası". 2021-09-27 tarixində . İstifadə tarixi: 2021-09-27.
- "Azərbaycanlı bəstəkar Adil Bəbirov Kanadada vəfat etdi". 2021-09-27 tarixində . İstifadə tarixi: 2021-09-27.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Adil Bebirov Dogumu 5 fevral 1934 Baki Azerbaycan Olumu 26 sentyabr 2021 Toronto Kanada Gorkemli Azerbaycan bestekari ses rejissoru Azerbaycan SSR Emekdar incesenet xadimi 1989 Adil BebirovUmumi melumatlarDogum adi Adil Musa oglu BebirovDogum tarixi 15 fevral 1934Dogum yeri BakiVefat tarixi 26 sentyabr 2021 87 yasinda Vefat yeri Toronto KanadaDefn yeri Toronto KanadaVetendasligi AzerbaycanMusiqici melumatlariFealiyyeti Bestekar ses rejissoruFealiyyet illeri 1966 2021Janrlar mahni romans pyesTehsili Azerbaycan Dovlet KonservatoriyasiMukafatlariHeyatiAdil Musa oglu Bebirov 1934 cu il fevralin 15 de Bakida anadan olmusdur 1954 cu ilde musiqi texnikumunu bitiren Adil Bebirov ele hemin ilde de Uzeyir Hacibeyov adina Azerbaycan Dovlet Konservatoriyasinin bestekarliq fakultesine qebul olunur Telebelik dovrunde Adil Bebirov fortepiano ucun preludler variasiyalar 1956 skripka ucun sonata Violoncel ve fortepiano ucun pyesler romans ve mahnilar yazmisdir O hele genc yaslarindan tehsille paralel olaraq televiziya ve radioda ses rejissoru sonralar ise musiqi verilisleri bas redaktoru kimi fealiyyet gostermisdir Daha sonra Azerbaycani terk ederek Kanadaya kocmusdur 26 sentyabr 2021 ci ilde omrunun son illerini yasadigi Kanadanin Toronto seherinde xestexanada vefat etmisdir Yaradiciligi1966 ci ilde Azernesr in cap etdiyi fortepiano ucun sonatasi Adil Bebirovun melum olan ilk eseridir Milli musiqi intonasiyalari ile cilalanmis olan bu eser Avropa klassik musiqi eneneleri ile uzvi suretde birleserek ozunemexsus terzde bestekarin yeni stilistik uslubu benzersiz musiqi dili ile diqqeti cekir Eser bu gunedek bir cox pianocularin repertuarinda yer alir Hetta sonata sonradan simfoniklesdirilerek muellif terefinden partitura sekline salinmisdir 1968 ci ilde ise Azernesr bestekarin fortepiano ile oxumaq ucun nezerde tutulan 4 mahnisinin klavirini nesr etmisdir Albomun ilk sehifesi Men anayam adli mahni ile baslanir Fikret Qocanin kicik sade bir seirine yazilmis mahni kuplet formasinda olub zengin harmonik musayietle oxuyanin axici suzgun ve lirik ifasini birlesdirirek yeni menzere yaradir Kicik bir seir parcasinda bestekar musiqinin ifade vasitelerinden bacariqla istifade ederek lad yonelmesinden de behrelene bilmisdir Ilk addimlar adlanan diger mahni ise Suster ladindan baslayaraq tedricen Segah ladina gelir ve qisa muddet bir nece xaneden sonra dalgavari hereketle yeniden evvelki pilleye kecir Vals ritminde yazilmis Yollar mahnisinin melodiyasi ve harmonik dili ele bir terzde yazilmisdir ki klassik harmoniyaya Avropa musiqisinde isledilen triton intervallari majoro minor akkordlari ikiqat dominanta nonakkordlar ustunluk teskil edir Linear ve adi kecici akkordlar lengimeden sonra hell olunma ve s genis tetbiq olunur Dalgavari xetle inkisaf eden melodiya muxtelif tonallara elliptik dovre ederek evvele qayidir Vokali yaxsi duyan bestekar kantilena yaratmaqla oxumaq ucun elverisli gezismelerden ve mahni metninde en yaxsi seslenen saitlerden istifade edir Mahnida Azerbaycan ladlarina xas olan kadansvari melizmler isledilmekle ona ustaliqla milli don geydirilmisdir Bu kicik mahni mecmuesi sair Yusif Hesenbeyin sozlerine yazilmis Xosbext olsunlar negmesi ile tamamlanir Kuplet formasinda yazilmis mahni Segah ladinin perdelerine toxunur Adil Bebirovun mahnilarina xas olan uslub hetta kicik bir musiqi cumlesinde bele elece de her bir dovrede bir nece lada yonelmeler ustunluk teskil edir Bu sadece muxtelif ladlarin suni sekilde yonelme ve ya modulyasiya etmek xatirine muqayiseli veziyyetde tutusdurulmasi olmayib muxtelif reng calarlarindan ibaret celenge ve ya xaliya benzedile biler ki bu renglerin uyarliginda da hec bir tesadufilik yoxdur Adil Bebirovun yalniz mahnilarinda deyil diger janrlarda yazdigi eserlerinde de bu uslub terzi bir qirmizi xett kimi kecir 1975 ci ilde Isiq nesriyyati terefinden nesr olunmus Azerbaycan bestekarlarinin pyesleri adli fortepiano mecmuesine bestekarin iki eseri de daxil edilmisdir Prelud skertso adlanan pyes pianocular arasinda artiq coxdan meshurdur Agir tempde baslayan bu eser bir nov lirik balet adjiosunu xatirladir Esere giris preludu rolunu oynayan adajio poetik obraz yaratmaqla onunla uzvi suretde birlesir Evvelki hisseden olcusune ve obraz xarakterine gore ferqlenen ikinci hisse reqsvari sepgide olub murekkeb 3 hisseli formada yazilmisdir Pyesin Skertso adlandirilmasi canli tempde deqiq ritmde olan musiqi movzusu olduguna isaredir Formaya burada bir qeder basqa sepgide serti baxilmalidir Bele ki eser eslinde qisa dramatik musiqi mezmununa gore sonatina kimi qavranilir Adil Bebirovun yaradiciliginda 1980 ci ilde yazdigi estrada ucun nezerde tutulan birhisseli Konsert pyesi eseri maraq dogurur Sonata formasinda yazilan eserin esas movzusu cilgin oynaq ve enerjili xarakterde olub suretli alleqro tempinden baslayaraq tedricen lirik ehval ruhiyyeli mahnivari cantilenani xatirladan komekci movzuya kecmekle sonataya xas olan kontrastliq prinsipi yaradir Konsertde olan keskin ritm ve intonasiyalar bir qeder caz musiqisine xas olan elementleri xatirladir Konsert pyesi eseri tar ve simfonik orkestr ucun kocurulmus ve tar ifacilarinin repertuarinda genis yer almisdir Bestekarin sehne eserleri arasinda dram tamasalarina yazdigi musiqi elece de Yer tutanlar muzikli musiqi ictimaiyyetine yaxsi tanisdir Muzikl musiqili komediya teatrinda 1982 ci ilde sehneye qoyulmus 1984 cu ilde ise Melodiya sesyazma firmasi terefinden iki valdan ibaret alboma yazilmisdir Bu dovrde yazilmis musiqi eserleri arasinda Kamera orkestri ucun 5 pyes 1983 Balet suitasi 1984 Semed Vurgunun Insan Bextiyar Vahabzadenin Iz qalir pyeslerine yazilmis musiqi bestekar yaradiciliginin maraqli sehifelerindendir Adil Bebirov pedaqoq kimi de fealiyyet gostermisdir O Azerbaycan Dovlet Pedaqoji Institutunun indiki Pedaqoji Universitet musiqi kafedrasinda aletsunasliq dersleri aparmisdir Bu dovrde bestekar teleradio sirketinde de ses rejissoru kimi calismisdir Senetde yaradiciliq fealiyyetine ve musiqi medeniyyetine verdiyi tohfelere gore bestekar 1989 cu ilde emekdar incesenet xadimi fexri adina layiq gorulmusdur Kino musiqisi sahesinde mehsuldar isleyen Adil Bebirov 12 ye dek filme musiqi bestelemisdir Bu sirada Oxu tar 1968 Sevinc 1968 Azerbaycan ipeyi 1972 Pence qulaq palaz tikan 1976 Bagda rahat yer 1978 Sag ol dostum 1980 Boyuk anda sadiqik 1981 Ekskursiya 1991 Yurd yeri 1994 97 Cumhuriyyet generallari 2006 Bag yerinde kimi filmler misal gosterile biler Bestekarin Qarabag torpagindan mecburi kockun dusmus insanlarin real heyatini eks etdiren Yurd yeri televiziya tamasasina yazdigi musiqi onun son vaxtlarda yazmis oldugu eserlerindendir 1990 2001 ci illerde Adil Bebirov milli musiqi folkloruna muraciet ederek teksesli olan bir sira Azerbaycan xalq mahnilarini harmonize etmekle fortepiano ucun isleyib Mahni janrina sadiq qalan ona vaxtasiri muraciet eden bestekar bu janrin gozel numunelerini yaratmisdir Onlar sayca bir o qeder cox olmasa da qeyri adi melodizmi teze harmoniyasi ile secilir ve uslub cehetince hec kese benzemir Televiziyada ve radio efirinden bu mahnilar tez tez seslenir Adil Bebirovun mahnilarini Sovket Elekberova Oqtay Agayev Yasar Seferov Yalcin Rzazade Elmira Rehimova Akif Islamzade Mobil Ehmedov ve basqalari ifa etmisler Bestekarin mahnilarinin metnleri taninmis sairlerimizden Bextiyar Vahabzade Fikret Qoca Yusif Hesenbey Vaqif Semedoglu ve basqalarinin seirlerinden goturulmusdur Hemin mahnilar bunlardir Bilirsen ozun Oyan Taleyim olar Goruse gel Cicek acar omrumuz Ana laylasi Incitme meni El ucun Ozunle apar Ceyran baxisli yar Benovse Salam olsun Ey veten Yurd yeri ve s Bu mahnilar o qeder semimi yazilmisdir ki onlarin her biri genis formali esere beraber sayila biler FilmoqrafiyaOxu tar film 1968 Sevinc film 1968 Azerbaycan ipeyi film 1972 Pence Qulaq Palaz Tikan film 1976 Bagcada Rahat Yer 1978 Sag ol dostum film 1980 Boyuk anda sadiqik film 1981 Yurd yeri Qu qusunun mehebbeti 1995 Yurd yeri 2 Bag yerinde film 2007 VideoIslam Rzayev Bilirsen ozun Akif Islamzade Goruse gel Ilhame Quliyeva Konlumuz Elxan Ehedzade Yasa Qarabagim Yasar Seferov Yollar Elmira Rehimova Incitme meni Elmira Rehimova Oyan Elmira Rehimova Ana laylasi Elmira Rehimova Men anayam Sovket Elekberova Heyat esqi https www youtube com watch v rN3XatL2foEIstinadlar Adil Bebirovun lirik musiqi dunyasi 2021 09 27 tarixinde Istifade tarixi 2021 09 27 Azerbaycanli bestekar Adil Bebirov Kanadada vefat etdi 2021 09 27 tarixinde Istifade tarixi 2021 09 27