14 iyul inqilabı (ərəb. 1958 حركة 14 تموز) və ya 1958-ci il İraq inqilabı — İraqda kral ailəsinin güllələnməsi və respublika qurulması ilə sona çatan silahlı çevriliş. 1958-ci ildə ildə reallaşan qanlı hərbi çevriliş nəticəsində 1921-ci ildən İraqı idarə edən Haşimilər sülaləsi devrilərək, bütün kral ailəsi güllələndi. Krallıq ləğv edilib, respublika elan edildi. General Əbdülkərim Qasım respublika başçısı oldu. İraq bu inqilabın ardından Bağdad paktından çıxdığını açıqladı. İnqilab həmçinin İraq və İordaniya arasında 6 ay əvvəl qurulan Haşimilər Ərəb Federasiyasına da son verdi. Üsyanın başçılarından olan general Əbdülkərim Qasım 1963-cü il hərbi çevrilişinə qədər İraqın baş naziri oldu. Bu dövr isə xüsusilə kommunizm və etnik milliyyətçiliyin sürətlə yayıldığı illərdir.
İraqda 14 iyul inqilabı | |
---|---|
| |
Yer | İraq |
Tarix | 14 iyul 1958 |
Səbəb | Monarxiyanın devrilməsi |
Əsas məqsəd | Respublika qurmaq |
Nəticə | Respublika elan edilməsi |
Təşkilatçılar | Əbdülkərim Qasım başçılığı ilə bir qrup zabit |
Hərəkətverici qüvvələr | Azad zabitlər |
Həlak olanlar | 1000 nəfər |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
İraq Haşimilər sülaləsinin rəhbərlik etdiyi konstitusiyalı monarxiya idi. Gənc kral II Feysal bin Qazi əslində ölkənin idarəedilməsindən uzaq tutulurdu. İraqın daxili və xarici siyasəti Şahzadə Abdül-İlahın rəhbərliyi altında hakim elitası tərəfindən idarə olunurdu.
İraq ordusunda respublikaçı-qəsdçi təşkilat 1949-cu ildə yaradıldı. Yeddi ərəb dövlətinin yenicə yaranan İsrail dövlətinə qarşı 1948-1949-cu illərdə apardığı müharibədə məğlub olmaları həmin təşkilatın yaranmasına təkan verdi. Onun əsasını sadəcə mayor rütbəsi daşıyan, amma şəxsi keyfiyyətlərinə görə zabitlər arasında böyün nüfuzu olan Rıfat əl-Həcc Sirri qoydu.
İranda Baş nazir Müsəddiqin nefti milliləşdirməsi və Böyük Britaniya ilə əlaqələri kəsməsindən, eləcə də Misirdə Camal Əbdül Nasirin rəhbərliyi altında millətçi zabitlərin monarxiyanı devirməsindən sonra İraqda da monarxiya və onun yürütdüyü ingilispərəst xarici siyasətə qarşı müxalif əhvali-ruhiyyə gücləndi. Narazı hərbçilərdən əlavə ölkədə qeyri-leqal şəkildə liberal, millətçi, solçu partiyalar fəaliyyət göstərirdilər. 1955-ci ildə ABŞ-nin himayəsi altında Böyük Britaniya, Türkiyə, İraq, İran və Pakistanın iştirakı ilə Mərkəz Müqaviləsi Təşkilatının (The Central Treaty Organization – CENTO) yaradılması, eləcə də Nasirin Süveyş kanalını milliləşdirməsindən sonra baş verən Süveyş böhranı zamanı İraq iqtidarının Misiri dəstəkləməməsi narazılıqları daha da alovlandırdı. Bu illərdə respublikaçı zabitlər arasında general Əbdülkərim Qasım və polkovnik Əbül Salam Arif irəli çıxmağa başlayırlar.
Ölkənin müxtəlifyönümlü siyasi təşkilatları isə 1957-ci ildə Milli Birlik Cəbhəsində (MBC) birləşdilər. MBC ordudakı müxalif zabitlərlə sıx əlaqə saxlayırdı. 1957-ci ilin dekabrında kral II Feysələ orduda qəsdçi təşkilatın olması barədə informasiya daxil olanda, o, yalnız hərbi tapşırıq yerinə yetirən hərbi hissələrə döyüş sursatının verilməsini tapşırdı. Bu da hazırlanın çevrilişi həyata keçirməyi xeyli çətinləşdirdi. Amma bir müddət sonra əlverişli şərait yarandı.
Hadisələrin gedişi
İnqilabi şəraitin yetişməsi
1958-ci ilin ortalarında Livanda daxili vəziyyət gərginləşdi. Burada 1943-cü ildə bağlanan və ölkənin çoxməzhəbli tərkibini nəzərə alan Milli pakta əsasən, Prezident vəzifəsini maronit-xristian, Baş nazir vəzifəsini isə sünnü müsəlman, parlamentin sədri vəzifəsini isə şiə müsəlman tuturdu. 1950-ci illərdə bütün ərəb dünyasını sarsıdan hadisələr Livandan da yan keçmədi. Xristian prezident qərbyönümlü siyasətə üstünlük verirdi, müsəlmanlar – xüsusən də sünnü müsəlmanlar – isə ərəb həmrəyliyinin tərəfdarı idilər. 1958-ci il fevralın 1-də Misir və Suriya Birlərşmiş Ərəb Respublikasını yaradanda Livan müsəlmanları da bu birliyə qoşulmağa tərəfdar oldular, xristianlar isə yox. Üstəlik, prezident Şamun dalbadal prezident seçilməyə məhdudiyyət qoyan konstitusiyanı dəyişdirmək istədi. Nəticədə tərəflər arasında silahlı toqquşmalar başladı.
İraq və İordaniya da 1958-ci il fevralın 14-də Haşimi Ərəb Federasiyası yaratmışdılar. İordaniya Livan ilə həmsərhəd olduğundan buradakı hadisələrdən ciddi narahatlıq keçirirdi və İraqdan kömək istədi. İraq hökuməti də özünün 3-cü diviziyasının 19-cu və 20-ci briqadalarını İordaniyaya göndərməyi qərara aldı.
13 iyul
İyulun 13-də gecə saatlarına qədər, kral sarayı Qasr əl-Rihabda Kral II Feysal, Nuri Səid və Əbdül İlahın 14 iyul 1958-ci il tarixində İstanbulda keçirilməsi planlaşdırılan Bağdad Paktına daxil ölkələrin görüşünə getməsi şərəfinə ziyafət təşkil edildi. Bağdad hava limanında İraq nümayəndə heyətini Türkiyəyə çatdırmalı olan təyyarənin son hazırlıqları tamamlanmaq üzrə idi. Bütün bunlar monarxın toyu ərəfəsində baş verirdi.
14 iyul
İraq hökümətinin İordaniyaya göndərməyi qərara aldığı 3-cü diviziyanın 19-cu briqadanın komandiri Əbdülkərim Qasım, 20-ci briqada da isə Əbül Salam Arif xidmət edirdi. Mənsuriyədə yerləşən bu hissələr İordaniyaya getmək üçün əvvəlcə cənuba, Bağdada doğru hərəkət etməli, paytaxtın yanından isə şərqə dönərək İordaniyaya yollanmalı idilər. Amma hər şey belə olmadı.
Bağdad həndəvərinə çatdıqda, 19-cu briqada burada ehtiyatda durdu, 20-ci briqada isə qəflətən paytaxta daxil oldu. Hərbçilər şəhərin mühüm məntəqələrini ələ keçirməyə başladılar. Arifin göndərdiyi bir batalyon da səhər 5-ə işləmiş əl-Rahab kral sarayını mühasirəyə aldı. Kral qvardiyasının çoxu üsyançılara tərəf keçdi, az bir hissəsi isə müqavimətə cəhd etdi, amma tank atəşindən sonra onlar da təslim oldular. Qiyamçılar səsgücləndirici vasitəsilə kral ailəsinə yanğın başlayan sarayı tərk etməyi təklif etdilər. Az sonra saraydan aralarında hakim xanədanın üzvləri ilə yanaşı qulluqçuların da olduğu 14 nəfər çıxdı. Onları üzü divara saxlayandan sonra isə hərbçilərdən biri atəş açaraq hamını öldürdü. Ölənlər arasında II Feysəl və onun dayısı, kral azyaşlı olduğu müddətdə ölkəni naib kimi idarədə edən Əbd əl-İlah da vardı. 14 nəfərin arasında yalnız Əbd əl-İlahın arvadı Xəyyam sağ qaldı. Qəsdçilər əvvəlcə onun da öldüyünü güman etdilər. Sağ qaldığını anlayanda isə daha toxunmadılar. Onu "Əl-Rəşid xəstəxanasına göndərdilər."
II Faysalın meyidi əvvəlki iqamətgahının qarşısında kütləvi şəkildə nümayiş etdirildi. Kral ailəsinin digər nümayəndələrindən fərqli olaraq, gənc kralın cəsədi təhqirə məruz qalmadı, onu gizlicə dəfn etdilər.
Kral ailəsinin qətliamından sonra iraqlıların xüsusi nifrət etdikləri başqa bir şəxsin – yeddi dəfə ölkənin Baş naziri postunu tutan və ingilispərəst siyasətin əsas siması hesab olunan Nuri əl-Səidin axtarışına başlandı. Onun tutulması üçün 10.000 İraq dinarı mükafat təyin edildi. Amma onu yalnız ertəsi gün, çadraya bürünərək ölkədən qaçmaq istərkən yaxalamaq mümkün oldu. Bəzi versiyalara kütlənin əlinə sağkeçmək istəməyən əl-Səid özünü güllələdi, başqa ehtimala görə isə yaxınlıqdakı əsgər tərəfindən öldürüldü. Həm əl-Səidin, həm də Əbd əl-İlahın cəsədləri əhali tərəfindən küçələrdə süründü, həqarətlərə məruz qaldı.
İyulun 15-də səhər saat 6-da radio bütün ölkəyə zülmə qarşı silahlı bir qiyamın baş verdiyini, kralın və sülalənin devrildiyini, hökumətin dağıldığını elan etdi. Üsyanın liderlərindən olan Əbül Salam Arif xalqa müraciət etdi.
Bir müddət sonra keçmiş kral iqamətgahının yaxınlığındakı meydan insan izdihamı yaşadı. Əbdülkərim Qasım komendant saatı tətbiq edənə qədər kütləvi izdiham daha da qəzəbləndi, bu da Əl-Səidin cənazəsinin dəfn edildiyi günün ertəsi kütləvi çıxışların və talanların qarşısını ala bilmədi. Kütlə tərəfindən Kral sülaləsinin qurucusu I Faysalın abidəsi Dəclə çayına atıldı, bir neçə nazirin və İngiltərə səfirliyinin binası yandırıldı (bu yanğın söndürüldü).
Nəticəsi
Dərhal təsirlər
Əbdülkərim Qasımın qəfil çevrilişi ABŞ hökumətini təəccübləndirmişdi. Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Alen Dales, prezident Duayt Eyzenhauerə bunun arxasında Nassirin olduğuna inandığını söyləmişdi. Dales Yaxın Şərqdə zəncirvari bir reaksiya meydana gələcəyindən və İraq, İordaniya, Səudiyyə Ərəbistanı, Türkiyə və İran hökumətlərinin məhvə məhkum olacağından qorxurdu. Haşimilər monarxiyası SSRİ-nin bölgəyə müdaxiləsinin qarşısını almaqda Qərb dünyasının etibarlı müttəfiqi idi, buna görə də çevriliş Vaşinqtonun Yaxın Şərqdəki mövqeyini xeyli zəiflətdi. Amerikalılar bu prosesin yayılmasını istəmirdilər.
İnqilabdan 13 gün sonra, sərbəst referendumdan sonra müvəqqəti konstitusiya elan edildi. Qanun layihəsinə görə, İraq respublika oldu, ərəb millətinin bir hissəsi elan edildi və konstitusiyada rəsmi dövlət dini İslam olaraq əksini tapdı. Həm senat, həm də deputatlar palatası ləğv edildi. Qanunvericilik səlahiyyətləri Suverenlik Şurasının təsdiqi ilə Nazirlər Kabinetinə verildi. İcra funksiyası da Nazirlər Kabinetinə həvalə edildi.
1959-cu ildə qeyri-sabitlik
14 iyul inqilabından dərhal sonra İraqda monarxiya devrildi, respublika elan olundu. Ölkədə hakimiyyət dərhal üsyanın liderlərinin əlinə keçdi. Yeni İraq Respublikasının müvəqqəti konstitusiyası prezident seçilənə qədər dövlət başçısı səlahiyyətlərinin "suveren respublika hökuməti" deyilən orqana verilməsini nəzərdə tuturdu. Şura üç nəfərdən ibarət idi: sədr Məhəmməd Nəcib ər-Rübai sünni ərəbləri, Məhəmməd Mehdi Kubba şiə ərəbləri, Xalid ən-Nəqşbəndi isə kürdləri təmsil edirdi. Respublikada gerçək hakimiyyətə isə Azad zabitlər təşkilatının rəsmi lideri 44 yaşlı general Əbdülkərim Qasım rəhbərlik edirdi. O, baş nazir və müdafiə naziri idi. Onun müavini Azad zabitlərin millətçi qanadının başçısı 37 yaşlı Əbül Salam Arif idi. Arif həm də Daxili İşlər naziri vəzifəsini daşıyırdı. Amma az keçmədi ki, 14 iyul çevrilişinin bu iki rəhbəri arasındakı münasibətlər pisləşməyə başladı. Arif ərəb millətçisi (qövmiyyə) və Birləşmiş Ərəb Respublikasına qoşulmağın tərəfdarı idi. Qasım isə İraqın müstəqil qalmasını (vətəniyyə) istəyirdi və hətta Nasiri sevməyən kommunistlərə meyl edirdi. İki lider arasındakı konflikt senyabrın 12-də Arifin rəhbərlikdən uzaqlaşdırılaraq Qərbi Almaniyaya səfir təyin edilməsilə nəticələndi. O, bu vəzifəni tutmaqdan imtina etdikdə isə həbs edildi. Məhkəmə 14 iyul çevrilişinin əsas qəhrəmanını edama məhkum etdi, amma Qasım cəzanı ömürlük həbslə əvəzlədi, 1961-ci ildə isə azad etdi.
Baş nazirin hakimiyyəti getdikcə avtoritar şəkil alırdı və narazıların sayını artırırdı. Qövmiyyə və panərəbizmə meyl edən, ideologiyası ərəb millətçiliyi və sosializm olan BƏƏS partiyasının üzvləri xüsusilə narazı idilər. Əbdülkərim Qasım özünə təhlükə saydığı bir sıra zabitləri, o cümlədən orduda ilk respublikaçı təşkilatın banisi Rıfat əl-Həcc Sirri, Nazim ət-Tabakcalı və digərlərini qondarma ittihamlarla edam etdirdikdə nüfuzuna xeyli xələl gətirdi.
1959-cu ilin martında Mosulda hökumət əleyhinə üsyan baş verdi, amma yatırıldı. BƏƏS partiyasının üzvləri Baş naziri öldürmək üçün bir neçə cəhd etdilər. Belələrindən birini sonralar İraqın diktatoru olacaq Səddam Hüseyn həyata keçirdi. Sonralar həmin hadisə ətrafında xeyli mifologiya formalaşmışdı. Əslində isə qəsdin uğursuz alınmasının səbəbkarı Səddam Hüseyn idi. 1959-cu ilin otyabrın 7-də həyata keçirilməli olan qəsd zamanı Səddama ikinci dərəcəli vəzifə tapşırılmışdı. O, Qasımı öldürəcək qəsdçilərin hadisə yerindən uzaqlaşmasını təmin etməli idi. Amma Baş nazirin avtomobili yanından keçdikdə əsəbləri dözmədiyindənmi, ya da şöhrət istəyindənmi, atəş açdı. Amma Qasım yalnız yaralandı, sürücüsü isə öldü. Səddam hadisə yerindən qaça bildi.
General Qasımın kürdlərlə münasibətləri də korlandı. 1961-ci ildə kürdlər Mustafa Bərzaninin rəhbərliyi altında üsyan qaldırdılar. Qasımın Xuzistana iddialarına cavab olaraq İran, eləcə də Misir bu üsyanı dəstəklədi. Hökumət qoşunlarının say və texniki üstünlüyünə baxmayaraq, kürdlər partizan taktikası hesabına onlara ağır zərbələr endirdilər.
Qasım hökümətinin tədbirləri
Üsyançıların əvvəlcədən nəzərdə tutduqları bir çox məsələlər yerinə yetirilmədi. Qasım İraqı Bağdad Paktından çıxardı, ingilis hərbi bazalarını ölkədən kənarlaşdırdı və SSRİ ilə hərbi və texniki yardım haqqında müqavilə bağladı. Bütün partiyaları qadağan edərək, kommunistlərin yarı qanuni fəaliyyət göstərməsinə və hətta bu vaxta qədər gücünün dayağı olan silahlı dəstələr yaratmasına icazə verdi.
Lakin Əbdülkərim Qasım bir sıra mütərəqqi islahatlar da həyata keçirdi. Yeni İraq konstitusiyası fərq tanımadan bütün İraq vətəndaşlarını bərabər elan edirdi. Hətta İraqın ərəb və kürdlərin birgə dövləti olduğu yazılırdı. Bununla belə, Qasım kürdlərin muxtariyyət istəklərini rədd etdi. Hökumət əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq istiqamətində xeyli addımlar atdı, xəstəxanalar və məktəblər tikildi. Aqrar islahatla iri torpaq sahibliyini məhdudlaşdırdı, torpaqsız kəndlilərə torpaq verdi. Səkkiz saatlıq iş günü tətbiq edildi. Gecəqondularda yaşayan bağdadlılar üçün Mədinət əl-Taura (inqilab şəhəri, sonralar Saddam-siti, indi isə Sədr-siti adlanır) adlı rayon salındı və burada 35 min sosial mənzil tikildi.
Əbdülkərim Qasım monarxiya zamanı həbs edilən siyasi məhbusları azad etdi. Siyasi partiyaların fəaliyyətinə rəsmən icazə verilməsə də, demək olar ki, leqal fəaliyyət göstərməyə başladılar. Ata tərəfdən sünnü, ana tərəfdən şiə olan Qasım bu iki icma arasında balanslaşdırılmış siyasət yürüdürdü. İraq qadınları bu illərdə kişilərlə hüquq bərabərliyi qazandılar. Çoxarvadlılılıq qadağan edildi, nikah üçün minimum hədd 18 yaş oldu, boşanma zamanı qadınların hüquqlarını qoruyan qanunlar qəbul olundu. İraq kommunist partiyasının üzvü Naziha əl-Dulaimi nəinki İraqda, bütün ərəb dünyasında ilk qadın nazir oldu.
1960-cı illərdə Qasımın mövqeləri xeyli zəiflədi. Bundan istifadə edən Əbdülsalam Arif BƏƏS partiyasından olan zabitlərin köməyi ildə 1963-cü fevralında Bağdadda üsyan qaldırdı. Baş nazir müqavimət göstərməyə cəhd etdi, ancaq məğlub oldu. Fevralın 9-da həyatına toxunulmayacağı vədindən sonra təslim oldu. Amma fevralın 8-də devrilmiş baş naziri və iki generalı yaxınlıqdakı telestudiyaya gətirdilər və burada güllələdilər. Çevrilişdən sonra Əbdülsalam Arif İraqın prezidenti, BƏƏS üzvü, general Əhməd Həsən əl-Bəkr isə Baş nazir oldu.
İnsan hüquqları pozuntuları və kütləvi köç
Hərbiçilər monarxiya tərəfdarlarına qarşı ağır repressiyalara başladılar. Qasımın zindanlarında Haşimi monarxiyasını üzvləri və bir çox hörmətli tərəfdarları məhv edildi. Monarxiya rejiminin görkəmli xadimləri həbsxanaya atıldı. Onların arasında Kral Hərbi Kəşfiyyatının başçısı general Əhməd Mare, general Vifik Aref və başqaları var idi. 1958-ci il inqilabından dörd il sonra yüz minlərlə iraqlı ölkəni tərk etdi.
Küveyt Universitetinin politologiya professoru və 2001-ci ildə Vaşinqtonda Küveyt Məlumat Ofisinin direktoru olan Şafeeq N. Ghabranın dediyinə görə: "1958-ci 14 iyul inqilabından sonra İraqın hakim quruluşu, siyasi uzlaşmadan məhrum bir dövlət yaratdı. Rəhbərləri əks fikirdə olanları məhv etdilər, xəbərdarlıq etmədən əmlaklarına əl qoydular, düşmənlərinə qarşı ittihamlar uydurdular və xəyali daxili düşmənlərlə döyüşdülər. Bu vəziyyət mütləq bir lideri və hərbiləşdirilmiş İraq cəmiyyətini monarxiya dövründə mövcud olan cəmiyyətdən tamamilə fərqləndirdi".
İstinadlar
- Hunt, Courtney. The History of Iraq. Westport, CT: Greenwood Press. 2005. ISBN .
- Күрдүстан // Azərbaycan Sovet Ensiklopediyası: [10 ҹилддә]. VI ҹилд: Куба—Мисир. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1982. С. 48.
- Eppel, Michael. "The Fadhil Al-Jamali Government in Iraq, 1953-54". Journal of Contemporary History. 34 (3). 1999: 417–442. doi:10.1177/002200949903400306. JSTOR 261147.
- Time Magazine, July 21, 1958. . 1958-07-21. 2018-12-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-07-27.
- Kenneth Cragg. Palestine. The Prize and Price of Zion. Cassel. 1997. səh. 57. ISBN .
- James Risen. "Secrets of History The C.I.A. in Iran The Coup First Few Days Look Disastrous". The New York Times. 2000. 2017-03-24 tarixində . İstifadə tarixi: 2020-11-26.
- Stephen Kinzer; John Wiley; David S. Robarge. "All the Shah's Men: An American Coup and the Roots of Middle East Terror". Central Intelligence Agency. 12 April 2007. 22 June 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 November 2020.
- Aburish, 2004. səh. 35–39
- Hunt, 2005. səh. 75.
- Adeed Dawisha. "Iraq: A Political History". (2009), p. 154.
- Robert Alan Fernea, William Roger Louis. "The Iraqi Revolution of 1958: The Old Social Classes Revisited". Tauris, (1991), p. 131.
- Barnett, 1998. səh. 129.
- Simons, 2003. səh. 249–51.
- Uriel Dann. "Iraq under Qassem: a political history, 1958-1963". Praeger, (1969), p. 29.
- Marr, 2003. səh. 156.
- Marr, 2003. səh. ?.
- Jeremy Salt. "The Unmaking of the Middle East: A History of Western Disorder in Arab Lands". (2008), p. 119.
- Marr, 2003. səh. 157.
- Simons, 2003. səh. 252.
- Simons, 2003. səh. 252
- Mufti, 2003. səh. 173.
- As in Kuwait for example: "The situation in Kuwait is very shaky as a result of the coup in Iraq, and there is a strong possibility that the revolutionary infection will spread there." See Keefer, Edward C.; LaFantasie, Glenn W., redaktorlar Special National Intelligence Estimate: The Middle East Crisis. Washington, July 22, 1958 // Foreign Relations of the United States, 1958–1960, Volume XII: Near East Region; Iraq; Iran; Arabian Peninsula. Washington, DC: United States Department of State. 1993. səh. 90.
The frantic Anglo-American reaction to the developments in Iraq, which Allen Dulles asserted was "primarily a UK responsibility", makes for an interesting read, beginning here 2020-07-15 at the Wayback Machine.
- Marr, 2003. səh. 158.
- Ismael, Ismael, and Abu Jaber, 1991, pp. 158–159.
- Ismael, Ismael, and Abu Jaber, 1991, p.163.
- Hailey, Foster. "Iraqi Army Units Opposing Kassim Rebel in Oil Area". The New York Times. 9 March 1959. L3. 20 November 2021 tarixində . İstifadə tarixi: 30 November 2020.
- "IRAQ: The Revolt That Failed". Time. 23 March 1959. 16 February 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 February 2013.
- Hunt, 2005. səh. 76.
- Al-Ali, Nadje, Arenfeldt, Pernille; Golley, Nawar Al-Hassan (redaktorlar ), "The Iraqi Women's Movement: Past and Contemporary Perspectives", Mapping Arab Women's Movements, American University in Cairo Press, 2012-07-01, 107, doi:10.5743/cairo/9789774164989.003.0005, ISBN , 2020-03-26 tarixində , İstifadə tarixi: 2020-03-08
- Gibson, Bryan R. Sold Out? US Foreign Policy, Iraq, the Kurds, and the Cold War. Palgrave Macmillan. 2015. xxi, 45, 49, 57–58, 121, 200. ISBN .
- Makiya, Kanan. Republic of Fear: The Politics of Modern Iraq, Updated Edition. University of California Press. 1998. 50–51. ISBN .
- Ghabra, Shafeeq N., "Iraq's Culture of Violence" 2008-07-19 at the Wayback Machine, article in Middle East Quarterly, Summer 2001, accessed 16 October 2013; in a footnote at the end of the first sentence ("... political compromise."), Ghabra cites Sa‘d al-Bazzaz, Ramad al-Hurub: Asrar ma Ba‘d Hurub al-Khalij, 2d ed. (Beirut: al-Mu'assasa al-Ahliya li'n-Nashr wa't-Tawzi‘, 1995), p. 22.
Ədəbiyyat
- Barnett, Michael N. Dialogues in Arab Politics: Negotiations in Regional Order. New York: Columbia University Press. 1998. ISBN . 2021-11-20 tarixində . İstifadə tarixi: 2020-10-12.
- Eppel, Michael. "The Elite, the Effendiyya, and the Growth of Nationalism and Pan-Arabism in Hashemite Iraq, 1921–1958". International Journal of Middle East Studies. 30 (2). 1998: 227–250. doi:10.1017/s0020743800065880. JSTOR 164701.
- Eppel, Michael. Iraq from Monarchy to Tyranny: From the Hashemites to the Rise of Saddam. Tallahassee, FL: University Press of Florida. 2004. ISBN . 2021-11-20 tarixində . İstifadə tarixi: 2020-10-12.
- Farouk-Sluglett, Marion; Sluglett, Peter. Iraq since 1958: From Revolution to Dictatorship. London & New York, NY: I.B.Tauris. 1990. ISBN . 2021-11-20 tarixində . İstifadə tarixi: 2020-10-12. 3rd edition published in 2003.
- Hunt, Courtney. The History of Iraq. Westport, CT: Greenwood Press. 2005. ISBN .
- Marr, Phebe. The Modern History of Iraq (2nd). Boulder, CO: Westview Press. 2003.
- Mufti, Malik. The United States and Nasserist Pan-Arabism // In David W. Lesch, ed., The Middle East and the United States: A Historical and Political Reassessment (4th). Boulder, CO: Westview Press. 2003. 168–187. ISBN . 2021-11-20 tarixində . İstifadə tarixi: 2020-10-12.
- Romero, Juan. The Iraqi Revolution of 1958: A Revolutionary Quest for Unity and Security. Lanham, MD: University Press of America. 2011. ISBN .
- Simons, Geoff. Iraq: From Sumer to Post-Saddam. Basingstoke: Palgrave Macmillan. 2003. ISBN . 2021-11-20 tarixində . İstifadə tarixi: 2020-10-12.
- Tripp, Charles. A History of Iraq (3rd). New York, NY: Cambridge University Press. 2007. ISBN . 2021-11-20 tarixində . İstifadə tarixi: 2020-10-12.
- Choueiri, Youssef M.; Arab Nationalism: A History Blackwell 2000
- Cleveland, William L.; A History of the Modern Middle East Westview Press 1994
- Dawisha, Adeed: Arab Nationalism in the Twentieth Century: From Triumph to Despair Princeton University Press 2003
- Kedourie, Elie; Politics in the Middle East Oxford University Press 1997
- Lewis, Roger and Owen, Roger (editors); A Revolutionary Year: The Middle East in 1958 I.B. Tauris 2002
- Polk, William R.; Understanding Iraq I.B. Tauris 2006
- Watry, David M. Diplomacy at the Brink: Eisenhower, Churchill, and Eden in the Cold War. Baton Rouge: Louisiana State University Press, 2014.
Xarici keçidlər
- Vokruq Sveta (rus.)
- . Time Magazine. 1958-07-21. 2018-12-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-07-27. (ing.)
- . Time Magazine. 1958-07-28. 2009-08-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-07-27. (ing.)
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
14 iyul inqilabi ereb 1958 حركة 14 تموز ve ya 1958 ci il Iraq inqilabi Iraqda kral ailesinin gullelenmesi ve respublika qurulmasi ile sona catan silahli cevrilis 1958 ci ilde ilde reallasan qanli herbi cevrilis neticesinde 1921 ci ilden Iraqi idare eden Hasimiler sulalesi devrilerek butun kral ailesi gullelendi Kralliq legv edilib respublika elan edildi General Ebdulkerim Qasim respublika bascisi oldu Iraq bu inqilabin ardindan Bagdad paktindan cixdigini aciqladi Inqilab hemcinin Iraq ve Iordaniya arasinda 6 ay evvel qurulan Hasimiler Ereb Federasiyasina da son verdi Usyanin bascilarindan olan general Ebdulkerim Qasim 1963 cu il herbi cevrilisine qeder Iraqin bas naziri oldu Bu dovr ise xususile kommunizm ve etnik milliyyetciliyin suretle yayildigi illerdir Iraqda 14 iyul inqilabiEbul Salam Arif Ebdulkerim Qasim Muhemmed Nejib el Rubai Misel Aflak da daxil olmaqla 14 Iyul inqilabinin rehberleriYer IraqTarix 14 iyul 1958Sebeb Monarxiyanin devrilmesiEsas meqsed Respublika qurmaqNetice Respublika elan edilmesiTeskilatcilar Ebdulkerim Qasim basciligi ile bir qrup zabitHereketverici quvveler Azad zabitlerHelak olanlar 1000 nefer Vikianbarda elaqeli mediafayllarTarixiKral II Feysal Iraq Hasimiler sulalesinin rehberlik etdiyi konstitusiyali monarxiya idi Genc kral II Feysal bin Qazi eslinde olkenin idareedilmesinden uzaq tutulurdu Iraqin daxili ve xarici siyaseti Sahzade Abdul Ilahin rehberliyi altinda hakim elitasi terefinden idare olunurdu Iraq ordusunda respublikaci qesdci teskilat 1949 cu ilde yaradildi Yeddi ereb dovletinin yenice yaranan Israil dovletine qarsi 1948 1949 cu illerde apardigi muharibede meglub olmalari hemin teskilatin yaranmasina tekan verdi Onun esasini sadece mayor rutbesi dasiyan amma sexsi keyfiyyetlerine gore zabitler arasinda boyun nufuzu olan Rifat el Hecc Sirri qoydu Iranda Bas nazir Museddiqin nefti millilesdirmesi ve Boyuk Britaniya ile elaqeleri kesmesinden elece de Misirde Camal Ebdul Nasirin rehberliyi altinda milletci zabitlerin monarxiyani devirmesinden sonra Iraqda da monarxiya ve onun yurutduyu ingilisperest xarici siyasete qarsi muxalif ehvali ruhiyye guclendi Narazi herbcilerden elave olkede qeyri leqal sekilde liberal milletci solcu partiyalar fealiyyet gosterirdiler 1955 ci ilde ABS nin himayesi altinda Boyuk Britaniya Turkiye Iraq Iran ve Pakistanin istiraki ile Merkez Muqavilesi Teskilatinin The Central Treaty Organization CENTO yaradilmasi elece de Nasirin Suveys kanalini millilesdirmesinden sonra bas veren Suveys bohrani zamani Iraq iqtidarinin Misiri desteklememesi naraziliqlari daha da alovlandirdi Bu illerde respublikaci zabitler arasinda general Ebdulkerim Qasim ve polkovnik Ebul Salam Arif ireli cixmaga baslayirlar Olkenin muxtelifyonumlu siyasi teskilatlari ise 1957 ci ilde Milli Birlik Cebhesinde MBC birlesdiler MBC ordudaki muxalif zabitlerle six elaqe saxlayirdi 1957 ci ilin dekabrinda kral II Feysele orduda qesdci teskilatin olmasi barede informasiya daxil olanda o yalniz herbi tapsiriq yerine yetiren herbi hisselere doyus sursatinin verilmesini tapsirdi Bu da hazirlanin cevrilisi heyata kecirmeyi xeyli cetinlesdirdi Amma bir muddet sonra elverisli serait yarandi Hadiselerin gedisiInqilabi seraitin yetismesi 1958 ci ilin ortalarinda Livanda daxili veziyyet gerginlesdi Burada 1943 cu ilde baglanan ve olkenin coxmezhebli terkibini nezere alan Milli pakta esasen Prezident vezifesini maronit xristian Bas nazir vezifesini ise sunnu muselman parlamentin sedri vezifesini ise sie muselman tuturdu 1950 ci illerde butun ereb dunyasini sarsidan hadiseler Livandan da yan kecmedi Xristian prezident qerbyonumlu siyasete ustunluk verirdi muselmanlar xususen de sunnu muselmanlar ise ereb hemreyliyinin terefdari idiler 1958 ci il fevralin 1 de Misir ve Suriya Birlersmis Ereb Respublikasini yaradanda Livan muselmanlari da bu birliye qosulmaga terefdar oldular xristianlar ise yox Ustelik prezident Samun dalbadal prezident secilmeye mehdudiyyet qoyan konstitusiyani deyisdirmek istedi Neticede terefler arasinda silahli toqqusmalar basladi Iraq ve Iordaniya da 1958 ci il fevralin 14 de Hasimi Ereb Federasiyasi yaratmisdilar Iordaniya Livan ile hemserhed oldugundan buradaki hadiselerden ciddi narahatliq kecirirdi ve Iraqdan komek istedi Iraq hokumeti de ozunun 3 cu diviziyasinin 19 cu ve 20 ci briqadalarini Iordaniyaya gondermeyi qerara aldi 13 iyul Iyulun 13 de gece saatlarina qeder kral sarayi Qasr el Rihabda Kral II Feysal Nuri Seid ve Ebdul Ilahin 14 iyul 1958 ci il tarixinde Istanbulda kecirilmesi planlasdirilan Bagdad Paktina daxil olkelerin gorusune getmesi serefine ziyafet teskil edildi Bagdad hava limaninda Iraq numayende heyetini Turkiyeye catdirmali olan teyyarenin son hazirliqlari tamamlanmaq uzre idi Butun bunlar monarxin toyu erefesinde bas verirdi 14 iyul 14 iyul inqilabinin rehberleri Ebul Salam Arif ve Ebdulkerim Qasim Iraq hokumetinin Iordaniyaya gondermeyi qerara aldigi 3 cu diviziyanin 19 cu briqadanin komandiri Ebdulkerim Qasim 20 ci briqada da ise Ebul Salam Arif xidmet edirdi Mensuriyede yerlesen bu hisseler Iordaniyaya getmek ucun evvelce cenuba Bagdada dogru hereket etmeli paytaxtin yanindan ise serqe donerek Iordaniyaya yollanmali idiler Amma her sey bele olmadi Bagdad hendeverine catdiqda 19 cu briqada burada ehtiyatda durdu 20 ci briqada ise qefleten paytaxta daxil oldu Herbciler seherin muhum menteqelerini ele kecirmeye basladilar Arifin gonderdiyi bir batalyon da seher 5 e islemis el Rahab kral sarayini muhasireye aldi Kral qvardiyasinin coxu usyancilara teref kecdi az bir hissesi ise muqavimete cehd etdi amma tank atesinden sonra onlar da teslim oldular Qiyamcilar sesguclendirici vasitesile kral ailesine yangin baslayan sarayi terk etmeyi teklif etdiler Az sonra saraydan aralarinda hakim xanedanin uzvleri ile yanasi qulluqcularin da oldugu 14 nefer cixdi Onlari uzu divara saxlayandan sonra ise herbcilerden biri ates acaraq hamini oldurdu Olenler arasinda II Feysel ve onun dayisi kral azyasli oldugu muddetde olkeni naib kimi idarede eden Ebd el Ilah da vardi 14 neferin arasinda yalniz Ebd el Ilahin arvadi Xeyyam sag qaldi Qesdciler evvelce onun da olduyunu guman etdiler Sag qaldigini anlayanda ise daha toxunmadilar Onu El Resid xestexanasina gonderdiler II Faysalin meyidi evvelki iqametgahinin qarsisinda kutlevi sekilde numayis etdirildi Kral ailesinin diger numayendelerinden ferqli olaraq genc kralin cesedi tehqire meruz qalmadi onu gizlice defn etdiler Kutle terefinden tehqir olunan Ebd el Ilahin cesedi Kral ailesinin qetliamindan sonra iraqlilarin xususi nifret etdikleri basqa bir sexsin yeddi defe olkenin Bas naziri postunu tutan ve ingilisperest siyasetin esas simasi hesab olunan Nuri el Seidin axtarisina baslandi Onun tutulmasi ucun 10 000 Iraq dinari mukafat teyin edildi Amma onu yalniz ertesi gun cadraya burunerek olkeden qacmaq isterken yaxalamaq mumkun oldu Bezi versiyalara kutlenin eline sagkecmek istemeyen el Seid ozunu gulleledi basqa ehtimala gore ise yaxinliqdaki esger terefinden olduruldu Hem el Seidin hem de Ebd el Ilahin cesedleri ehali terefinden kucelerde surundu heqaretlere meruz qaldi Iyulun 15 de seher saat 6 da radio butun olkeye zulme qarsi silahli bir qiyamin bas verdiyini kralin ve sulalenin devrildiyini hokumetin dagildigini elan etdi Usyanin liderlerinden olan Ebul Salam Arif xalqa muraciet etdi Bir muddet sonra kecmis kral iqametgahinin yaxinligindaki meydan insan izdihami yasadi Ebdulkerim Qasim komendant saati tetbiq edene qeder kutlevi izdiham daha da qezeblendi bu da El Seidin cenazesinin defn edildiyi gunun ertesi kutlevi cixislarin ve talanlarin qarsisini ala bilmedi Kutle terefinden Kral sulalesinin qurucusu I Faysalin abidesi Decle cayina atildi bir nece nazirin ve Ingiltere sefirliyinin binasi yandirildi bu yangin sonduruldu NeticesiDerhal tesirler Ebdulkerim Qasimin qefil cevrilisi ABS hokumetini teeccublendirmisdi Merkezi Kesfiyyat Idaresinin MKI direktoru Alen Dales prezident Duayt Eyzenhauere bunun arxasinda Nassirin olduguna inandigini soylemisdi Dales Yaxin Serqde zencirvari bir reaksiya meydana geleceyinden ve Iraq Iordaniya Seudiyye Erebistani Turkiye ve Iran hokumetlerinin mehve mehkum olacagindan qorxurdu Hasimiler monarxiyasi SSRI nin bolgeye mudaxilesinin qarsisini almaqda Qerb dunyasinin etibarli muttefiqi idi buna gore de cevrilis Vasinqtonun Yaxin Serqdeki movqeyini xeyli zeifletdi Amerikalilar bu prosesin yayilmasini istemirdiler Inqilabdan 13 gun sonra serbest referendumdan sonra muveqqeti konstitusiya elan edildi Qanun layihesine gore Iraq respublika oldu ereb milletinin bir hissesi elan edildi ve konstitusiyada resmi dovlet dini Islam olaraq eksini tapdi Hem senat hem de deputatlar palatasi legv edildi Qanunvericilik selahiyyetleri Suverenlik Surasinin tesdiqi ile Nazirler Kabinetine verildi Icra funksiyasi da Nazirler Kabinetine hevale edildi 1959 cu ilde qeyri sabitlik Mehemmed Necib er Rubai suveren respublika hokumeti surasinin uzvu 14 iyul inqilabindan derhal sonra Iraqda monarxiya devrildi respublika elan olundu Olkede hakimiyyet derhal usyanin liderlerinin eline kecdi Yeni Iraq Respublikasinin muveqqeti konstitusiyasi prezident secilene qeder dovlet bascisi selahiyyetlerinin suveren respublika hokumeti deyilen orqana verilmesini nezerde tuturdu Sura uc neferden ibaret idi sedr Mehemmed Necib er Rubai sunni erebleri Mehemmed Mehdi Kubba sie erebleri Xalid en Neqsbendi ise kurdleri temsil edirdi Respublikada gercek hakimiyyete ise Azad zabitler teskilatinin resmi lideri 44 yasli general Ebdulkerim Qasim rehberlik edirdi O bas nazir ve mudafie naziri idi Onun muavini Azad zabitlerin milletci qanadinin bascisi 37 yasli Ebul Salam Arif idi Arif hem de Daxili Isler naziri vezifesini dasiyirdi Amma az kecmedi ki 14 iyul cevrilisinin bu iki rehberi arasindaki munasibetler pislesmeye basladi Arif ereb milletcisi qovmiyye ve Birlesmis Ereb Respublikasina qosulmagin terefdari idi Qasim ise Iraqin musteqil qalmasini veteniyye isteyirdi ve hetta Nasiri sevmeyen kommunistlere meyl edirdi Iki lider arasindaki konflikt senyabrin 12 de Arifin rehberlikden uzaqlasdirilaraq Qerbi Almaniyaya sefir teyin edilmesile neticelendi O bu vezifeni tutmaqdan imtina etdikde ise hebs edildi Mehkeme 14 iyul cevrilisinin esas qehremanini edama mehkum etdi amma Qasim cezani omurluk hebsle evezledi 1961 ci ilde ise azad etdi Bas nazirin hakimiyyeti getdikce avtoritar sekil alirdi ve narazilarin sayini artirirdi Qovmiyye ve panerebizme meyl eden ideologiyasi ereb milletciliyi ve sosializm olan BEES partiyasinin uzvleri xususile narazi idiler Ebdulkerim Qasim ozune tehluke saydigi bir sira zabitleri o cumleden orduda ilk respublikaci teskilatin banisi Rifat el Hecc Sirri Nazim et Tabakcali ve digerlerini qondarma ittihamlarla edam etdirdikde nufuzuna xeyli xelel getirdi 1959 cu ilin martinda Mosulda hokumet eleyhine usyan bas verdi amma yatirildi BEES partiyasinin uzvleri Bas naziri oldurmek ucun bir nece cehd etdiler Belelerinden birini sonralar Iraqin diktatoru olacaq Seddam Huseyn heyata kecirdi Sonralar hemin hadise etrafinda xeyli mifologiya formalasmisdi Eslinde ise qesdin ugursuz alinmasinin sebebkari Seddam Huseyn idi 1959 cu ilin otyabrin 7 de heyata kecirilmeli olan qesd zamani Seddama ikinci dereceli vezife tapsirilmisdi O Qasimi oldurecek qesdcilerin hadise yerinden uzaqlasmasini temin etmeli idi Amma Bas nazirin avtomobili yanindan kecdikde esebleri dozmediyindenmi ya da sohret isteyindenmi ates acdi Amma Qasim yalniz yaralandi surucusu ise oldu Seddam hadise yerinden qaca bildi General Qasimin kurdlerle munasibetleri de korlandi 1961 ci ilde kurdler Mustafa Berzaninin rehberliyi altinda usyan qaldirdilar Qasimin Xuzistana iddialarina cavab olaraq Iran elece de Misir bu usyani destekledi Hokumet qosunlarinin say ve texniki ustunluyune baxmayaraq kurdler partizan taktikasi hesabina onlara agir zerbeler endirdiler Qasim hokumetinin tedbirleri Usyancilarin evvelceden nezerde tutduqlari bir cox meseleler yerine yetirilmedi Qasim Iraqi Bagdad Paktindan cixardi ingilis herbi bazalarini olkeden kenarlasdirdi ve SSRI ile herbi ve texniki yardim haqqinda muqavile bagladi Butun partiyalari qadagan ederek kommunistlerin yari qanuni fealiyyet gostermesine ve hetta bu vaxta qeder gucunun dayagi olan silahli desteler yaratmasina icaze verdi Lakin Ebdulkerim Qasim bir sira mutereqqi islahatlar da heyata kecirdi Yeni Iraq konstitusiyasi ferq tanimadan butun Iraq vetendaslarini beraber elan edirdi Hetta Iraqin ereb ve kurdlerin birge dovleti oldugu yazilirdi Bununla bele Qasim kurdlerin muxtariyyet isteklerini redd etdi Hokumet ehalinin sosial veziyyetini yaxsilasdirmaq istiqametinde xeyli addimlar atdi xestexanalar ve mektebler tikildi Aqrar islahatla iri torpaq sahibliyini mehdudlasdirdi torpaqsiz kendlilere torpaq verdi Sekkiz saatliq is gunu tetbiq edildi Geceqondularda yasayan bagdadlilar ucun Medinet el Taura inqilab seheri sonralar Saddam siti indi ise Sedr siti adlanir adli rayon salindi ve burada 35 min sosial menzil tikildi Medinet el Taura hazirda Sedr siti Ebdulkerim Qasim monarxiya zamani hebs edilen siyasi mehbuslari azad etdi Siyasi partiyalarin fealiyyetine resmen icaze verilmese de demek olar ki leqal fealiyyet gostermeye basladilar Ata terefden sunnu ana terefden sie olan Qasim bu iki icma arasinda balanslasdirilmis siyaset yurudurdu Iraq qadinlari bu illerde kisilerle huquq beraberliyi qazandilar Coxarvadlililiq qadagan edildi nikah ucun minimum hedd 18 yas oldu bosanma zamani qadinlarin huquqlarini qoruyan qanunlar qebul olundu Iraq kommunist partiyasinin uzvu Naziha el Dulaimi neinki Iraqda butun ereb dunyasinda ilk qadin nazir oldu 1960 ci illerde Qasimin movqeleri xeyli zeifledi Bundan istifade eden Ebdulsalam Arif BEES partiyasindan olan zabitlerin komeyi ilde 1963 cu fevralinda Bagdadda usyan qaldirdi Bas nazir muqavimet gostermeye cehd etdi ancaq meglub oldu Fevralin 9 da heyatina toxunulmayacagi vedinden sonra teslim oldu Amma fevralin 8 de devrilmis bas naziri ve iki generali yaxinliqdaki telestudiyaya getirdiler ve burada gullelediler Cevrilisden sonra Ebdulsalam Arif Iraqin prezidenti BEES uzvu general Ehmed Hesen el Bekr ise Bas nazir oldu Insan huquqlari pozuntulari ve kutlevi koc Herbiciler monarxiya terefdarlarina qarsi agir repressiyalara basladilar Qasimin zindanlarinda Hasimi monarxiyasini uzvleri ve bir cox hormetli terefdarlari mehv edildi Monarxiya rejiminin gorkemli xadimleri hebsxanaya atildi Onlarin arasinda Kral Herbi Kesfiyyatinin bascisi general Ehmed Mare general Vifik Aref ve basqalari var idi 1958 ci il inqilabindan dord il sonra yuz minlerle iraqli olkeni terk etdi Kuveyt Universitetinin politologiya professoru ve 2001 ci ilde Vasinqtonda Kuveyt Melumat Ofisinin direktoru olan Safeeq N Ghabranin dediyine gore 1958 ci 14 iyul inqilabindan sonra Iraqin hakim qurulusu siyasi uzlasmadan mehrum bir dovlet yaratdi Rehberleri eks fikirde olanlari mehv etdiler xeberdarliq etmeden emlaklarina el qoydular dusmenlerine qarsi ittihamlar uydurdular ve xeyali daxili dusmenlerle doyusduler Bu veziyyet mutleq bir lideri ve herbilesdirilmis Iraq cemiyyetini monarxiya dovrunde movcud olan cemiyyetden tamamile ferqlendirdi IstinadlarHunt Courtney The History of Iraq Westport CT Greenwood Press 2005 ISBN 978 0 313 33414 6 Kүrdүstan Azerbaycan Sovet Ensiklopediyasi 10 ҹilddә VI ҹild Kuba Misir Baky Azәrbaјҹan Sovet Ensiklopediјasynyn Bash Redaksiјasy Bash redaktor Ҹ B Guliјev 1982 S 48 Eppel Michael The Fadhil Al Jamali Government in Iraq 1953 54 Journal of Contemporary History 34 3 1999 417 442 doi 10 1177 002200949903400306 JSTOR 261147 Time Magazine July 21 1958 1958 07 21 2018 12 25 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2009 07 27 Kenneth Cragg Palestine The Prize and Price of Zion Cassel 1997 seh 57 ISBN 978 0 304 70075 2 James Risen Secrets of History The C I A in Iran The Coup First Few Days Look Disastrous The New York Times 2000 2017 03 24 tarixinde Istifade tarixi 2020 11 26 Stephen Kinzer John Wiley David S Robarge All the Shah s Men An American Coup and the Roots of Middle East Terror Central Intelligence Agency 12 April 2007 22 June 2009 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 26 November 2020 Aburish 2004 seh 35 39 Hunt 2005 seh 75 Adeed Dawisha Iraq A Political History 2009 p 154 Robert Alan Fernea William Roger Louis The Iraqi Revolution of 1958 The Old Social Classes Revisited Tauris 1991 p 131 Barnett 1998 seh 129 Simons 2003 seh 249 51 Uriel Dann Iraq under Qassem a political history 1958 1963 Praeger 1969 p 29 Marr 2003 seh 156 Marr 2003 seh Jeremy Salt The Unmaking of the Middle East A History of Western Disorder in Arab Lands 2008 p 119 Marr 2003 seh 157 Simons 2003 seh 252 Simons 2003 seh 252 Mufti 2003 seh 173 As in Kuwait for example The situation in Kuwait is very shaky as a result of the coup in Iraq and there is a strong possibility that the revolutionary infection will spread there See Keefer Edward C LaFantasie Glenn W redaktorlar Special National Intelligence Estimate The Middle East Crisis Washington July 22 1958 Foreign Relations of the United States 1958 1960 Volume XII Near East Region Iraq Iran Arabian Peninsula Washington DC United States Department of State 1993 seh 90 The frantic Anglo American reaction to the developments in Iraq which Allen Dulles asserted was primarily a UK responsibility makes for an interesting read beginning here 2020 07 15 at the Wayback Machine Marr 2003 seh 158 Ismael Ismael and Abu Jaber 1991 pp 158 159 Ismael Ismael and Abu Jaber 1991 p 163 Hailey Foster Iraqi Army Units Opposing Kassim Rebel in Oil Area The New York Times 9 March 1959 L3 20 November 2021 tarixinde Istifade tarixi 30 November 2020 IRAQ The Revolt That Failed Time 23 March 1959 16 February 2013 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 1 February 2013 Hunt 2005 seh 76 Al Ali Nadje Arenfeldt Pernille Golley Nawar Al Hassan redaktorlar The Iraqi Women s Movement Past and Contemporary Perspectives Mapping Arab Women s Movements American University in Cairo Press 2012 07 01 107 doi 10 5743 cairo 9789774164989 003 0005 ISBN 978 977 416 498 9 2020 03 26 tarixinde Istifade tarixi 2020 03 08 Gibson Bryan R Sold Out US Foreign Policy Iraq the Kurds and the Cold War Palgrave Macmillan 2015 xxi 45 49 57 58 121 200 ISBN 978 1 137 48711 7 Makiya Kanan Republic of Fear The Politics of Modern Iraq Updated Edition University of California Press 1998 50 51 ISBN 9780520921245 Ghabra Shafeeq N Iraq s Culture of Violence 2008 07 19 at the Wayback Machine article in Middle East Quarterly Summer 2001 accessed 16 October 2013 in a footnote at the end of the first sentence political compromise Ghabra cites Sa d al Bazzaz Ramad al Hurub Asrar ma Ba d Hurub al Khalij 2d ed Beirut al Mu assasa al Ahliya li n Nashr wa t Tawzi 1995 p 22 EdebiyyatBarnett Michael N Dialogues in Arab Politics Negotiations in Regional Order New York Columbia University Press 1998 ISBN 978 0 231 10918 5 2021 11 20 tarixinde Istifade tarixi 2020 10 12 Eppel Michael The Elite the Effendiyya and the Growth of Nationalism and Pan Arabism in Hashemite Iraq 1921 1958 International Journal of Middle East Studies 30 2 1998 227 250 doi 10 1017 s0020743800065880 JSTOR 164701 Eppel Michael Iraq from Monarchy to Tyranny From the Hashemites to the Rise of Saddam Tallahassee FL University Press of Florida 2004 ISBN 978 0 8130 2736 4 2021 11 20 tarixinde Istifade tarixi 2020 10 12 Farouk Sluglett Marion Sluglett Peter Iraq since 1958 From Revolution to Dictatorship London amp New York NY I B Tauris 1990 ISBN 978 1 85043 317 0 2021 11 20 tarixinde Istifade tarixi 2020 10 12 3rd edition published in 2003 Hunt Courtney The History of Iraq Westport CT Greenwood Press 2005 ISBN 978 0 313 33414 6 Marr Phebe The Modern History of Iraq 2nd Boulder CO Westview Press 2003 Mufti Malik The United States and Nasserist Pan Arabism In David W Lesch ed The Middle East and the United States A Historical and Political Reassessment 4th Boulder CO Westview Press 2003 168 187 ISBN 978 0813343495 2021 11 20 tarixinde Istifade tarixi 2020 10 12 Romero Juan The Iraqi Revolution of 1958 A Revolutionary Quest for Unity and Security Lanham MD University Press of America 2011 ISBN 978 0761852582 Simons Geoff Iraq From Sumer to Post Saddam Basingstoke Palgrave Macmillan 2003 ISBN 978 1403917706 2021 11 20 tarixinde Istifade tarixi 2020 10 12 Tripp Charles A History of Iraq 3rd New York NY Cambridge University Press 2007 ISBN 978 0521702478 2021 11 20 tarixinde Istifade tarixi 2020 10 12 Choueiri Youssef M Arab Nationalism A History Blackwell 2000 Cleveland William L A History of the Modern Middle East Westview Press 1994 Dawisha Adeed Arab Nationalism in the Twentieth Century From Triumph to Despair Princeton University Press 2003 Kedourie Elie Politics in the Middle East Oxford University Press 1997 Lewis Roger and Owen Roger editors A Revolutionary Year The Middle East in 1958 I B Tauris 2002 Polk William R Understanding Iraq I B Tauris 2006 Watry David M Diplomacy at the Brink Eisenhower Churchill and Eden in the Cold War Baton Rouge Louisiana State University Press 2014 Xarici kecidlerVokruq Sveta rus Time Magazine 1958 07 21 2018 12 25 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2009 07 27 ing Time Magazine 1958 07 28 2009 08 07 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2009 07 27 ing