12 may 1994-cü il tarixli atəşkəs sazişi — Birinci Qarabağ müharibəsi zamanı (1988–1994) Bişkek protokolunun imzalanmasından bir neçə gün sonra bir tərəfdən Ermənistan və tanınmamış Dağlıq Qarabağ Respublikası, digər tərəfdən Azərbaycan tərəfindən bağlanmış üçtərəfli atəşkəs sazişi.
Müqaviləni 9 may 1994-cü ildə Məmmədrəfi Məmmədov (Azərbaycan tərəfdən), 10 may 1994-cü ildə Serj Sarkisyan (Ermənistan tərəfdən), 11 may 1994-cü ildə Samvel Babayan (Dağlıq Qarabağ Respublikası tərəfdən) imzalamışdır.. Müqavilənin əsas müddəası 12 may 1994-cü il saat 00:01-dən etibarən tam atəşkəsin təmin edilməsi və hərbi əməliyyatların dayandırılması idi. Heç bir strateji əhəmiyyət kəsb etməyən müntəzəm toqquşmalara və qarşılıqlı atəşə baxmayaraq, 2016-cı ilin aprelində vəziyyətin əhəmiyyətli dərəcədə gərginləşməsinə qədər, ümumiyyətlə, atəşkəsə əməl olunmuşdur. 2020-ci ildə münaqişə zonasında İkinci Qarabağ müharibəsi başlamışdır və noyabrın 9-dan 10-na keçən gecə üçtərəfli bəyannamənin imzalanması ilə başa çatmışdır.
İstinadlar
- "Прорыв к перемирию в Нагорном Карабахе". 2021-10-20 tarixində . İstifadə tarixi: 2016-04-07.
Xarici keçidlər
- Сайт Казимирова В. М., руководителя посреднической миссии России, полномочного представителя Президента Российской Федерации по Нагорному Карабаху, и сопредседатели Минской группы ОБСЕ от России
- Полный текст Бишкекского протокола на сайте Владимира Казимирова
- 25 лет принуждения Азербайджана к миру. Международная практика: от соглашения о перемирии к межгосударственному мирному договору между Республикой Арцах и Азербайджанской Республикой
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer