Ər və arvad — Üzeyir bəy Hacıbəyovun ilk musiqili komediyası. Azərbaycanda musiqili komediyanın ilk nümunəsi.
Musiqili komediya 3 pərdəlidir. Librettosu da bəstəkarındır. Bu əsərlə Üzeyir bəy Hacıbəyovun musiqili səhnə trilogiyasının (buraya "O olmasın, bu olsun" və "Arşın mal alan" musiqili komediyaları da daxildir) başlanğıcı qoyulmuşdur. Hər üç əsərdə ailə-məişət mövzusu çox ardıcıl və dinamik şəkildə açılır, Azərbaycan qadınının ailə və cəmiyyətdəki kölə vəziyyətinə etiraz səslənir. Əhvalatın süjet xəttinin adiliyi və sadəliyi, iştirakçıların azlığı "Ər və arvad"ı vodevilə yaxınlaşdırır. Əsərin ideyası ağıllı və tədbirli arvadın (Minnət xanım) müflisləşmiş və düşkünləşmiş ərindən (Mərcan bəy) mənəviyyatca üstünlüyünü açıb göstərməkdir. Əsərdə Minnətin məsləhətçisi və müttəfiqinə çevrilən namuslu, vicdanlı nökər obrazının böyük rəğbətlə yaradılması o dövr Azərbaycan cəmiyyətində gedən demokratikləşmə prosesinin təzahürü idi.
"Ər və arvad"ın musiqisi manı-rəqs xarakterli olmaqla obrazların daha qabarıq açılmasına xidmət edir. Mərcan bəyin komik obrazı səhnə hadisələrinin əksinə olaraq lirik, səmimi xarakter daşıyaraq (1-ci və 2-ci pərdələrdəki mahnılar) onun mənfi xüsusiyyətlərini daha bariz nəzərə çarpdırır. Nökər Səfinin obrazı 2-ci pərdədəki lirik mahnı ilə açılır; burada Üzeyir bəy Hacıbəyov "Laçın" xalq mahnısından istifadə etmişdir. "Ər və arvad" musiqili komediyasında xor səhnələri tamaşanın mühüm, ümumiləşdirici məqamlarında yerləşdirilərək hadisələrin emosional atmosferini, eləcə də əsas qəhrəmanların davranışına münasibəti ifadə edir. Əsərin əsas qayəsini ifadə edən bu xorlar "müəllif sözü" kimi qavranılır.
"Ər və arvad"dakı instrumental musiqi parçaları — müqəddimə və antraktlar çox canlı və şən səhnə əhvalatları atmosferi yaratmaqla əsəri xeyli zənginləşdirir. Hadisələrlə zəngin olan 2-ci pərdənin antraktında Üzeyir bəy Hacıbəyov ilk dəfə klassik polifoniya formasından — fugettadan istifadə etmişdir. Komediyanın ilk tamaşası 1910-cu il mayın 24-də Bakıda Nikitin qardaşları sirkinin səhnəsində göstərilmişdir. Rollarda Sarabski (Mərcan bəy), Ə. Ağdamski (Minnət xanım), H. Terequlov (Səfi), M. Əliyev (Kərbəlayi Qubad) və başqaları çıxış etmişlər. "Ər və arvad" Azərbaycanın digər teatrlarının (Naxçıvan, Ağdam, Şəki və s.) da repertuarında olmuşdur.
Mənbə
- "Ər və arvad"
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Er ve arvad Uzeyir bey Hacibeyovun ilk musiqili komediyasi Azerbaycanda musiqili komediyanin ilk numunesi Musiqili komediya 3 perdelidir Librettosu da bestekarindir Bu eserle Uzeyir bey Hacibeyovun musiqili sehne trilogiyasinin buraya O olmasin bu olsun ve Arsin mal alan musiqili komediyalari da daxildir baslangici qoyulmusdur Her uc eserde aile meiset movzusu cox ardicil ve dinamik sekilde acilir Azerbaycan qadininin aile ve cemiyyetdeki kole veziyyetine etiraz seslenir Ehvalatin sujet xettinin adiliyi ve sadeliyi istirakcilarin azligi Er ve arvad i vodevile yaxinlasdirir Eserin ideyasi agilli ve tedbirli arvadin Minnet xanim muflislesmis ve duskunlesmis erinden Mercan bey meneviyyatca ustunluyunu acib gostermekdir Eserde Minnetin meslehetcisi ve muttefiqine cevrilen namuslu vicdanli noker obrazinin boyuk regbetle yaradilmasi o dovr Azerbaycan cemiyyetinde geden demokratiklesme prosesinin tezahuru idi Er ve arvad in musiqisi mani reqs xarakterli olmaqla obrazlarin daha qabariq acilmasina xidmet edir Mercan beyin komik obrazi sehne hadiselerinin eksine olaraq lirik semimi xarakter dasiyaraq 1 ci ve 2 ci perdelerdeki mahnilar onun menfi xususiyyetlerini daha bariz nezere carpdirir Noker Sefinin obrazi 2 ci perdedeki lirik mahni ile acilir burada Uzeyir bey Hacibeyov Lacin xalq mahnisindan istifade etmisdir Er ve arvad musiqili komediyasinda xor sehneleri tamasanin muhum umumilesdirici meqamlarinda yerlesdirilerek hadiselerin emosional atmosferini elece de esas qehremanlarin davranisina munasibeti ifade edir Eserin esas qayesini ifade eden bu xorlar muellif sozu kimi qavranilir Er ve arvad daki instrumental musiqi parcalari muqeddime ve antraktlar cox canli ve sen sehne ehvalatlari atmosferi yaratmaqla eseri xeyli zenginlesdirir Hadiselerle zengin olan 2 ci perdenin antraktinda Uzeyir bey Hacibeyov ilk defe klassik polifoniya formasindan fugettadan istifade etmisdir Komediyanin ilk tamasasi 1910 cu il mayin 24 de Bakida Nikitin qardaslari sirkinin sehnesinde gosterilmisdir Rollarda Sarabski Mercan bey E Agdamski Minnet xanim H Terequlov Sefi M Eliyev Kerbelayi Qubad ve basqalari cixis etmisler Er ve arvad Azerbaycanin diger teatrlarinin Naxcivan Agdam Seki ve s da repertuarinda olmusdur Menbe Er ve arvad Hemcinin bax