Bu məqalədəki məlumatların olması üçün əlavə mənbələrə ehtiyac var. |
Əmir Hüseynov (25 may 1914; Zəngəzur, Meğri, Rusiya imperiyası — 6 avqust 1998) — Azərbaycan alimi, biologiya elmləri namizədi (1954).
Əmir Hüseynov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Lök (Vartanizor), Zəngəzur qəzası, İrəvan quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (84 yaşında) |
Vətəndaşlığı | Rusiya imperiyası→ AXC→ SSRİ→ Azərbaycan |
Təhsili | Azərbaycan Kənd Təsərrüfatı İnstitutu |
Həyatı
Əmir Hüseynov 1914-cü il may ayının 25-də Zəngəzur mahalının Mehri rayonu Lök (Vartanizor) kəndində anadan olmuşdur. 1932-ci ildə İrəvan Pedaqoji Texnikumunu bitirmişdir. 1932–1935-ci illərdə Mehri rayonunun Nüvədi kəndində 7 illik məktəbdə müəllim və direktor vəzifələrində işləmişdir. 1935-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomiya fakültəsinə daxil olmuş və 1940-cı ildə onu fərqlənmə ilə bitirmişdir. 1940-cı ilin oktyabr ayından – 1941-ci ilin iyun ayınadək Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun torpaq şöbəsində baş aqronom vəzifəsində çalışmışdır.
4 iyul 1941-ci–24 avqust 1945-ci illərdə Böyük Vətən Müharibəsinin Şimali Qafqaz, 3-cü və 4-cü Ukrayna cəbhələrində bölüm, rota və eşelon komandiri vəzifələrində rəşadətlə vuruşmuşdu. 1944-cü il iyulun 4-də Moldovada ağır yaralanaraq II dərəcəli əlil olmuşdur. 1946-cı ildən Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun "Pambığın seleksiyası" şöbəsində baş elmi işçi vəzifəsinə qəbul olunmuşdur.
15 may 1953-cü il tarixində "Barbadenze pambıq formalarının xüsusiyyətləri və onların seleksiyada istifadəsi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və SSRİ Ali Attestasiya Komissiyası 17 mart 1954-cü il tarixli qərarı ilə biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.
1955–1960-cı illərdə Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun Ağstafa Təcrübə Məntəqəsinə rəhbərlik edərək tezyetişən, qısa veqetasiya müddəti olan pambıq sortlarının seleksiyası ilə məşqul olmuşdur. 1960-cı ildən Gəncəyə qayıdaraq ömrünün sonunadək Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun Seleksiya şöbəsində pambığın seleksiyasını müvəffəqiyyətlə və yüksək səviyyədə davam etdirmişdir. Bir sıra tezyetişən və məhsuldar pambıq sortları yaratmışdır (bunlardan 3038, 3312, AzETPI-55 və s. Dövlət Sort Sınağına verilmişdir).
Onun yaratdığı 3038 pambıq sortu 1976-cı ildən Azərbaycanda rayonlaşdırılaraq 1983-cü ildə demək olar, ki bütün respublikada 230,000 hektar sahədə əkilmişdi. Hazırda da bu sort Azərbaycanda becərilir.
Əmir Hüseynovun rəhbərliyi altında 6 nəfər elmlər namizədi alimlik dərəcəsi almışdır.
Hüseynov Ə. M. Azərbaycan Genetika və Seleksiyaçılar Cəmiyyətinin idarə heyətinin üzvü, Azərbaycan Elmlər Akademiyasının Genetika və Seleksiya Institutunun Əlaqələndirmə Şurasının üzvü olmuşdur.
1965-ci ildə o Qahirə universitetində pambıq bitkisinin Genetika və Seleksiyasından mühazirələr oxumuşdur.
O dəfələrlə kənd təsərrüfatı sərgilərinin mükafatçısı, bir sıra beynəlxalq seleksiyaçılar qurultaylarının iştirakçısı olmuşdur. Onun 51 elmi əsəri və 3038, 3312 pambıq sortlarının aqrotexnikasına aid təlimatları çap olunmuşdur.
Müharibədə rəşadətinə görə 1944-cü ildə Hüseynov Ə. M. 1-ci dərəcəli Vətən Müharibəsi Ordeni ilə və bir sıra hərbi medallarla təltif edilmişdir.
Elmi nailiyyətlərinə görə Hüseynov Ə. M. 1977-ci ildə "Əməkdar elm xadimi" fəxri adina layiq görülmüş, 1978-ci ildə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunmuşdur.
3038 pambıq sortunun yaradılması və Azərbaycanın kənd təsərrüfatına tətbiqinə görə Hüseynov Ə. M. 1980-ci ildə Azərbaycan Respublikası Dövlət Mükafatına layiq görülmüşdür.
1998-ci il avqust ayının 6-da 84 yaşında dünayasını dəyişmişdir.
Xarici keçidlər
Ə. Hüseynov haqqında sənədli film
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqaledeki melumatlarin yoxlanilabiler olmasi ucun elave menbelere ehtiyac var Daha etrafli melumat ve ya meqaledeki problemlerle bagli muzakire aparmaq ucun diqqet yetire bilersiniz Lutfen meqaleye etibarli menbeler elave ederek bu meqaleni tekmillesdirmeye komek edin Menbesiz mezmun problemler yarada ve siline biler Problemler hell edilmemis sablonu meqaleden cixarmayin Emir Huseynov 25 may 1914 Zengezur Megri Rusiya imperiyasi 6 avqust 1998 Azerbaycan alimi biologiya elmleri namizedi 1954 Emir HuseynovDogum tarixi 25 may 1914Dogum yeri Lok Vartanizor Zengezur qezasi Irevan quberniyasi Rusiya imperiyasiVefat tarixi 6 avqust 1998 84 yasinda Vetendasligi Rusiya imperiyasi AXC SSRI AzerbaycanTehsili Azerbaycan Kend Teserrufati InstitutuHeyatiEmir Huseynov 1914 cu il may ayinin 25 de Zengezur mahalinin Mehri rayonu Lok Vartanizor kendinde anadan olmusdur 1932 ci ilde Irevan Pedaqoji Texnikumunu bitirmisdir 1932 1935 ci illerde Mehri rayonunun Nuvedi kendinde 7 illik mektebde muellim ve direktor vezifelerinde islemisdir 1935 ci ilde Azerbaycan Kend Teserrufati Institutunun aqronomiya fakultesine daxil olmus ve 1940 ci ilde onu ferqlenme ile bitirmisdir 1940 ci ilin oktyabr ayindan 1941 ci ilin iyun ayinadek Naxcivan Muxtar Respublikasi Sahbuz rayonunun torpaq sobesinde bas aqronom vezifesinde calismisdir 4 iyul 1941 ci 24 avqust 1945 ci illerde Boyuk Veten Muharibesinin Simali Qafqaz 3 cu ve 4 cu Ukrayna cebhelerinde bolum rota ve eselon komandiri vezifelerinde resadetle vurusmusdu 1944 cu il iyulun 4 de Moldovada agir yaralanaraq II dereceli elil olmusdur 1946 ci ilden Azerbaycan Elmi Tedqiqat Pambiqciliq Institutunun Pambigin seleksiyasi sobesinde bas elmi isci vezifesine qebul olunmusdur 15 may 1953 cu il tarixinde Barbadenze pambiq formalarinin xususiyyetleri ve onlarin seleksiyada istifadesi movzusunda namizedlik dissertasiyasi mudafie etmis ve SSRI Ali Attestasiya Komissiyasi 17 mart 1954 cu il tarixli qerari ile biologiya elmleri namizedi alimlik derecesi almisdir 1955 1960 ci illerde Azerbaycan Elmi Tedqiqat Pambiqciliq Institutunun Agstafa Tecrube Menteqesine rehberlik ederek tezyetisen qisa veqetasiya muddeti olan pambiq sortlarinin seleksiyasi ile mesqul olmusdur 1960 ci ilden Genceye qayidaraq omrunun sonunadek Azerbaycan Elmi Tedqiqat Pambiqciliq Institutunun Seleksiya sobesinde pambigin seleksiyasini muveffeqiyyetle ve yuksek seviyyede davam etdirmisdir Bir sira tezyetisen ve mehsuldar pambiq sortlari yaratmisdir bunlardan 3038 3312 AzETPI 55 ve s Dovlet Sort Sinagina verilmisdir Onun yaratdigi 3038 pambiq sortu 1976 ci ilden Azerbaycanda rayonlasdirilaraq 1983 cu ilde demek olar ki butun respublikada 230 000 hektar sahede ekilmisdi Hazirda da bu sort Azerbaycanda becerilir Emir Huseynovun rehberliyi altinda 6 nefer elmler namizedi alimlik derecesi almisdir Huseynov E M Azerbaycan Genetika ve Seleksiyacilar Cemiyyetinin idare heyetinin uzvu Azerbaycan Elmler Akademiyasinin Genetika ve Seleksiya Institutunun Elaqelendirme Surasinin uzvu olmusdur 1965 ci ilde o Qahire universitetinde pambiq bitkisinin Genetika ve Seleksiyasindan muhazireler oxumusdur O defelerle kend teserrufati sergilerinin mukafatcisi bir sira beynelxalq seleksiyacilar qurultaylarinin istirakcisi olmusdur Onun 51 elmi eseri ve 3038 3312 pambiq sortlarinin aqrotexnikasina aid telimatlari cap olunmusdur Muharibede resadetine gore 1944 cu ilde Huseynov E M 1 ci dereceli Veten Muharibesi Ordeni ile ve bir sira herbi medallarla teltif edilmisdir Elmi nailiyyetlerine gore Huseynov E M 1977 ci ilde Emekdar elm xadimi fexri adina layiq gorulmus 1978 ci ilde Qirmizi Emek Bayragi ordeni ile teltif olunmusdur 3038 pambiq sortunun yaradilmasi ve Azerbaycanin kend teserrufatina tetbiqine gore Huseynov E M 1980 ci ilde Azerbaycan Respublikasi Dovlet Mukafatina layiq gorulmusdur 1998 ci il avqust ayinin 6 da 84 yasinda dunayasini deyismisdir Xarici kecidlerE Huseynov haqqinda senedli film