Ədalət — mücərrəd mənalı sözlərdəndir. İnsanlar arasında mübahisəli məsələlərdə düzgün, qərəzsiz qərar verənlər ədalətli adlanırlar. Əxlaqi-hüquqi, həmçinin sosial-siyasi şüur kateqoriyası.
Ədalət "Ədl" sözündən olub, ərəb dilində bərabərlik və insaflı mənalarını daşıyır. Gündəlik həyatımızda ədalət və zülmkarlığa aid çoxlu nümunələrlə rastlaşırıq. Məsələn, imtahanda qiyməti 3 olan şagirdə yersiz yerə 5 vermək, həmçinin cinayətkarı azad edib günahsızı zindana salmaq və s… buna misal ola bilər.
Ümumi məlumat
Ədalət anlayışı cəmiyyətdə ayrı-ayrı fərdlərin (sosial qrupların) praktiki rolu ilə onların sosial mövqeyi, hüquq və təəhhüdləri, əməl və əcri, əmək və mükafatlandırılması, cinayət və cəzası, insanın xidmətləri və bunların cəmiyyət tərəfindən qəbul edilməsi arasında uyğunluq tələbini ifadə edir. Bu nisbətin pozulması ədalətsizlik kimi qiymətləndirilir. Ədalət şəxsiyyət, cəmiyyət və dövlətin, həmçinin hüquqi münasibətlərdə iştirak edənlərin maraqları arasındakı tarazlığı müəyyənləşdirir, bərabərlik və azadlıq ideyalarını əks etdirir.
İctimai şüur tarixində Ədalətin ilk anlamı ibtidai-icma quruluşu normalarına, ümumi qəbul olunmuş qaydalara danışıqsız riayət edilməsinin qəbulu ilə bağlı idi. Sosial təcrübədə bu anlam mənfi məna daşıyırdı. Belə ki, ümumi normanın pozulmasına görə cəza tələbi irəli sürülürdü, bunun praktiki ifadəsi isə qəbilə intiqamı institutu idi. Ədalətin insanların ayrı-ayrı nemətlərə yiyələnməsini də ehtiva edən daha mürəkkəb və müsbət mənası fərdin qəbilədən ayrılması dövründə meydana gəlmişdi. İlkin olaraq o, əsas etibarilə, həyat vasitələrindən istifadədə və hüquqlarda bütün insanların bərabərliyi mənasını daşıyırdı. Xüsusi mülkiyyətin və ictimai bərabərsizliyin meydana gəlməsi ilə Ədaləti bərabərlikdən fərqləndirməyə başlamış, bu anlayışa insanlar arasında onların dəyərliliyinə uyğun gələn mövqe fərqlərini də daxil etmişdilər.
Aristotel Ədalət anlayışını – geniş və dar mənalarda işlətmişdir. Ümumi, geniş mənada Ədalət ictimai həyatın məntiqiliyidir; onu insanlar arasında sosial baxımdan bütün nizamlanmış münasibətlərin əxlaqi meyarı, ictimai işlərdə son əxlaqi-istinadedici instansiya kimi müəyyənləşdirmək mümkündür. O, sosial sahəyə proyeksiya olunmuş mənəviyyata uyğun gəlir. Xüsusi, dar mənada Ədalət insanların birgə yaşayışının mənfəət və məşəqqətlərinin bölüşdürülməsində əxlaqi cəhətdən sanksiyalaşdırılmış uyğunluq, cəmiyyətdə və dövlətdə münaqişədə olan maraqların və fəaliyyətlərinin qarşılıqlı tarazlaşdirmasının kooperasiyası üsulunun özünün təkmillik dərəcəsidir.
Ədalət nəzəriyyəsində bir-birinə qarşılıqlı ehtiyacları olan və bu mənada öz aralarında bərabər olan fərdlər birgəyaşayış aspektində nəzərdən keçirilirlər. Fərdlər birlikdə cəmiyyəti təşkil etdiklərinə, icmalar halında yaşadıqlarına görə də müəyyən ümumiliyə malikdirlər. Məhz bu fundamental cəhət Ədalətin başlanğıcıdır.
Aristotelin formulə etdiyi "digərinə münasibətdə Ədalətlilik bərabərliyin özüdür (to ision)" müddəası Ədalətin əxlaqi-hüquqi əsasıdır. Etik cəhətdən Ədalət xoşbəxt olmaq imkanında və bunun üçün zəruri (hər kəs üçün özünə lazım olan) nemətlərin əldə olunmasında bərabərlik rolunu oynayır. Ona görə, hər hansı bitkin Ədalət konsepsiyası bütün fərdlər üçün eyni dərəcədə əlçatan olan təməl dəyərlərə əsaslanır, hər bir sosial Ədalət təcrübəsi isə bütün vətəndaşlar üçün bərabər dərəcədə əlçatan olan və tarixən konkret xarakter daşıyan maddi və mənəvi nemətlər məcmusunu nəzərdə tutur. Hüquqi aspektdə Ədalət formal bərabərlik, tələblərin, qanunların, qaydaların, normaların miqyasının eyniliyidir. Öz aralarında hüquq subyektləri qismində bərabərləşdirilən şəxslərə çevrilmiş fərdlər və onların hərəkətləri bu meyarlarla "ölçülür". Ədalət əxlaqda və hüquqda bərabərlik demək olsa da, əhəmiyyətli dərəcədə fərqlənir. Əxlaqi (etik) Ədalət sonsuzluqların bərabərliyidir, insanların hər biri öz iddialarında və səylərində yeganə, əvəzedilməz, tükənməz olduqlarına görə bərabərdirlər. Hüquqi Ə. vahidlərin bərabərliyidir, o, riyazi bərabərlik qanunlarına tamamilə uyğun gəlir. Müəyyən mənada yalnız onu bərabərlik hesab etmək mümkündür, çünki insanlar burada məhz hüquq subyektləri kimi bərabərdirlər.
İnsanlar sosial məkanın "həmtəsisçiləri" qismində bərabərdirlər, lakin təsis aktının özü təsis edilən sosial məkan strukturunu (əmək bölgüsü, idarəetmə orqanlarının ayrılması və s.) yaradan mövqelərin və məşğuliyyətlərin qeyri-bərabərliyinin legitimləşdirilməsindən ibarətdir. Problem bərabərliyin və qeyri-bərabərliyin uyğunlaşdırılması və birləşdirilməsindən ibarətdir. Onun çətin həll olunması Ədalət uğrunda mübarizə şüarı altında baş verən bütün ictimai iğtişaşların əsas mənbəyidir.
Ədalətin hələ Aristotel tərəfindən fərqləndirilmiş və sonrakı bütün Ədalət nəzəriyyələrinin əsasına çevrilən iki növü (forması) var: bölüşdürücü, yaxud distributiv və bərabərləşdirici, yaxud retributiv.
Bölüşdürücü Ədalət şəxslərin dəyərliliyi nəzərə alınmaqla, onların ümumi işə töhfələrindən, cəmiyyət miqyasında "xüsusi çəkiləri"ndən asılı olaraq nemətlərin və buna müvafiq vəzifələrin bölüşdürülməsidir. Burada şəxslərin keyfiyyəti nəzərə alınır. Bölüşdürücü Ədalətin normaları cəmiyyət tərəfindən, əsasən, onun obyektiv qanunları ilə müəyyənləşsə də, özündə subyektivlik, xalqların, nəsillərin, şəxsiyyətlərin mental xüsusiyyətlərinin və iradi qətiyyətinin aşkar izlərini daşıyır. Bölüşdürücü Ədalətin tarixən formalaşmış üç əsas prinsipi var: hər kəsə – eyni şeyi (hamlıya bərabər miqdarda), hər kəsə – xidmətlərinə görə, hər kəsə – tələbatına görə. Hazırda "hər kəsə xidmətlərinə görə" prinsipi müasir cəmiyyətlərdə əsas olaraq qəbul edilir. Digər prinsiplər də mühümdür, lakin onların tətbiq sahələri nisbətən dardır; məs., baza dəyərləri olan nemətlərin (insan hüquqlarının) bölüşdürülməsi "ümumi bərabərlik" prinsipi ilə həyata keçirilir, uşaqların sayından asılı olaraq sosial yardımın, yaxud vergi imtiyazlarının ayrılması isə "hər kəsə tələbatına görə" prinsipinə uyğun gəlir.
Bərabərləşdirici Ədalətdə şəxslərin dəyərliliyi diqqətə alınmır. Burada söhbət ictimai münasibətlərin Aristotel tərəfindən ixtiyari və qeyri-ixtiyari mübadilə kimi adlandırılmış iki tipindən – əşyaların mübadiləsindən və cəzalardan gedir. Əşyaların mübadiləsi onların həqiqi dəyərlərinə uyğun həyata keçirildiyi halda Ədalətli hesab edilir. Bərabərləşdirici Ədalətin məkanı, əsasən, bazardır: burada alıcının kimliyi deyil, onun nə qədər hesab ödədiyi mühümdür. Cəzalarda Ədalətli qiymətləndirmə cinayət nəticəsində vurulmuş zərərə adekvat olan ölçünü tapmaqla, cəzanın qaçılmazlığı – cinayətin kim tərəfindən həyata keçirilməsindən asılı olmayaraq cəzanın verilməsidir. Bölüşdürücü Ədalət, əsasən, məişət səviyyəsində (subyektiv ifadə olunmuş aspektdə), bərabərləşdirici Ədalət isə işgüzar (obyektləşdirilmiş) aspektdə ictimai münasibətlərin əxlaqi-tənzimləyici əsaslarını yaradır. Konkret cəmiyyətlər, adətən, Ədalətin bu və ya digər formasına (məs., feodal və sosialist cəmiyyətləri bölüşdürücü, burjua cəmiyyətləri isə bərabərləşdirici Ədalətə) üstünlük versələr də, onların hər birində hər iki forma təmsil olunur.
İslamda ədalət
Ədalət Allahın sifətlərindən biri olduğu halda, Əhli-beyt (ə) məktəbi tərəfindən dinin əsasları olan (Üsuliddinin) ikinci əsası kimi sayılmışdır. Yəni bu məsələ Allahın birliyi, Nübüvvət və s. əsasların kənarında yerləşdirilmişdir.
Dini termində , ədalət zülmkarlığın ziddinə olan bir kəlmə olub, "hər kəsin haqqını özünə vermək" və "hər şeyi öz yerinə qoymaq" kimi mə'nalara malikdir.
Allah təala heç vaxt zülmkarlıq etməz və hətta qarışqanın da belə haqqını tapdalamaz və ona zülm etməz.
İlahi ədaləti iki hissəyə bölmək olar:
- Təkvini ədalət;
- Təşrii ədalət;
Təkvini ədalətdən məqsəd, kainatda ilahi ədalətin hökm sürməsi və ədalətin bütün varlıqlar arasında hakim olmasıdır. Təkvini ədalətin isbatı üçün kainatda olan nizam-intizam, həmçinin ədalət üzündən yaranmış varlıqların vücudunu müşahidə etmək kifayətdir.
Allah təalanın hər növ zülmkarlıqdan uzaq olmasının isbatı üçün ağıl və Qur'an ayələri, həmçinin rəvayətlərdən istifadə olunur.
Ağılın hökmünə əsasən kainatın xaliqi hər növ zülmkarlıq və insafsızlıqdan uzaq olmalıdır. Əks təqdirdə Allah təalanın sifətlərindən biri sayılan "hikmət"-in mə'nası olmayacaqdır.
Heç bir ağıl və məntiq, zülmkar Rəbbi təsdiq etməz, çünki zülmə əl atan şəxs ya kimdənsə qorxur və onun şərrindən uzaq qalmaq istəyir, ya kimə və ya nəyəsə ehtiyacı vardır. Allah-taala isə bütün bunlardan pak və münəzzəhdir.
Ədl sözünün mənası
Lüğəti mənası
Ədl dogru olmaq, düzgün davranmaq, ədalətlə hökm etmək və s. mənalar bildirən məsdərdir. Ayrıca doğruluq və ədalət anlamları ilə isim olaraq istifadə olunduğu kimi, çox adil mənasında sifət kimi də işlənir.
Termin mənası
Ədl Allahın doxsan doqquz adını sayan Əsmai-husnə hədisində yer alır. Ədl Allahın adlarından biri olaraq istifadə olunanda mübaliğə bildirən bir sifət olub "çox ədalətli, əsla zülm etməyən, haqdan başqasını söyləməyən və etməyən" anlamına gəlir. İslam alimləri ədl sifətini "Allahın hər varlığa layiq olduğu imkan və qabiliyyətləri bəxş etməsi" mənasını verən comərdlik sözləri ilə izah etmişlər. İbn Teymiyyə də bundan yararlanaraq ədlə Allahın yaratdıqlarına nemət verməsi mənasını verir. Qəzzali Allahın ədalətinin nə mənaya gəldiyini bilmədən onun adil olduğunu anlamağın, feillərini, yaradıb idarə etdiyi kainatı tanımadan da ədalətini başa düşməyin mümkün olmadığını söyləyir və kainatın tanınması məsələsində çoxlu nümunələr verir. Bütün müsəlman alimlər Allahın adil olduğu məsələsində bir fikirdədirlər. Ancaq ədl sifətinin şərhində Mötəzilə alimləri ilə başqa islam alimləri arasında fərqli fikirlər meydana gəlmişdir. "Ədalət" hər şeyi lazım olduğu kimi etməkdir, yəni nə çox, nə də az olmamalıdır. Bu haqda Hz. Əli (ə) belə buyurur: "Ədalət hər şeyi öz yerində qərar verməkdir".
Ədalətin digər mənaları
Bu sözün leksik mənası hər yerdə, qalaktikamızda, insanın vücudunda, bitkilər və digər canlı aləmlərdə kökmranlıq edir. Bu mənanı Hz. Peyğəmbərin buyurduğu "bil-ədli qamətis-sələvatu vəl-ərd" (yəni yer və göy ədalət əsasında bərpa olunmuşdur) hədisindən hədisindən də bilmək olar. Əgər yer kürəsi cazibə qüvvəsini itirsə, yer öz tarazlığını saxlaya bilməz və çox böyük fəlakət baş verər.
Ədalətin digər mənası isə "camaatın hüququna riayət etməkdir". Allahın ədalətinin mənası budur ki, O haqq tapdalamır, birinin haqqını başqasına vermir və insanlar arasında ayrı-seçkilik salmır. O, hər cəhətdən adildir.
Allahın sifəti olaraq
Ədalət kamal və feil sifətlərindəndir. Allahın bütün işləri ədalət əsasında yerinə yetirilir. Yaradan heç vaxt zülm etməz. "Həqiqətən, Allah (heç kəsə) zərrə qədər zülm etməz. Əgər yaxşı bir əməl baş verərsə, onu (onun sababını) ikiqat artırar və öz tərəfindən də (bu əməlin sahibinə) böyük mükafat verər!" (Nisa- 40). Ən gözəl tərif də "Nəhcül-bəlağa"da qeyd olunub. İmam Əli (ə) ədalətin fəziləti haqqında belə buyurub: "Ədalət hər bir şeyi öz yerində qərar verməkdir". Allahın ədalətinin sübutu üçün bir çox dəlil var:
Quran ayələri
Uca Allah bir çox ayədə ədalətə əməl etməyi və zülmdən çəkinməyi buyurub: "(Ya Rəsulum) Allahı zalımların etdikləri əməllərdən, əsla qafil sanma! (Allah) onların cəzasını yubadıb elə bir günə saxlayar ki, həmin gün gözləri hədəqəsindən çıxar" (İbrahim- 42). "Həqiqətən, Allah (Quranda insanlara) ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara (haqqını) verməyi buyurar" (Nəhl- 90). "Ey iman gətirənlər! Ədalətdən möhkəm yapışan Allah şahidi olun" (Nisa- 135).
Əqli dəlil
Başqalarına zülm edən, onların hüququna əhəmiyyət verməyən insan ya etdiyi işin pisliyini anlamır, ya da məzlumlardan aldıqlarına ehtiyaclıdır. Öz ehtiyaclarını ödəmək üçün insanların qazancını qəsb edir, onların haqqına girir, amma uca Allaha bu xüsusiyyətləri aid etmək olmaz. O öz işlərini elm və hikmətli şəkildə yerinə yetirir. Allah çox səxavətlidir. Başqalarına kamal sitətləri bəxş etməklə nə isə itirməz ki, mənfəət verməkdə də paxıl olsun. Mütləq qüdrət sahibidir. Zülm bütün ağıl sahibləri üçün qəbahətli bir iş olduguna görə mərhəmətli Allah zülm etməz.
Yaradılışda ədalət
Uca Allah öz feyzini heç kimdən əsirgəmir və (ciddi bir səbəb olmadan) ayrı-seçkiliyə yol vermir. Bu sözün aydın olması üçün aşağıdakı məsələlərə diqqət edək: Varlıq aləmini iki qismə bölmək olar: mücərrəd və maddi aləm
Mücərrəd aləm
Mücərrəd aləm hərəkət və təkamül etməyən varlıqlardan ibarətdir. Allah onlara əldə edə biləcəkləri bütün xüsusiyyətləri, elmi əvvəlcədən verib. Cism deyillər, güzə görünməzlər və məhv olmazlar. Allaha itaətsizlik etmirlər. Bu görünməyən varlıqlar şəriət dilində mələklər, dünyanın işini idarə edənlər, ruzi bölənlər, kürsü, lövh və s. Adlar ilə tanınmışlar. Bu kimi adlardan belə başa düşülür ki, aləmlərin yaradıcısı olan Allahla məxluqlar arasında gözə görünməz vasitələr var. Daha aydın desək, yaranış sistemi xüsusi bir nizam-intizamla təşkil olunub, idarə olunur. Mələklər Allahın göstərişlərinin icraçısıdırlar və əmrindən çıxmırlar. Hər birinin xüsusi məqamı və vəzifəsi vardır: "Bizdən (mələklərdən) elə birisi yoxdur ki, onun müəyyən bir məqamı olmasın" (Səffat- 164).
Maddi aləm
Bu varlıqlar isə mücərrəd olanların əksinə olaraq maddə və surətdən ibarətdir. Onlar maddi cəhətlərdən dəyişir və irəliləyərək, hərəkət edərək təkamülə doğru gedir. Maddənin surətləri dəyişir, amma maddənin özü qalır. Maddi dünya çox genişdir və bəşərin onlardan tam, dəqiq məlumatı yoxdur. İnsanların bilikləri müxtəlif bitkilər, heyvanlar, su, hava kimi yerdə olan varlıqlar barəsindəli və müəyyən qədər Günəş, bəzi ulduzlar, planetlər haqqındakı biliklə məhdudlaşır, lakin insanı heyran edən qalaktikalar, ulduzlar haqqında tam məlumatımız yoxdur. İnsana qarşı da Allah ədələtsizlik etməz və hər kəsə qaldıra bildiyi yükü verər. Bu Qurani Kərimdə də keçir. Hər insanda yetərli dərəcədə iradə vardır. "Allah kimsəyə gücünün yetdiyindən artığını təklif etməz" (Bəqərə- 286).
Dinin əsas prinsipi kimi
Cəfəri məzhəbinə görə dinin əsaslarından biri də ədalətdir. Ədl (ədalət) məzhəbin əqidə prinsipinə görə Allahın kamal sifətlərindən biridir və ona iman etmək zəruridir. Qurani-Kərimdə dinin əsaslarından olan bu prinsip dəfələrlə bildirilmişdir. Allahın hər cür zülmdən uzaq olduğu önə çəkilmişdir.
Ədalət İslam dininin təməl əsaslarından biridir və bir şeyi yerinə qoymaq, hamıya layiq olduğunu vermək mənalarına gəlir. Həm də haqqı yerinə yetirmək, haqsızıqdan çəkinmək deməkdir. Ədalətsiz yerlərdə fitnə artar, zalımların sayı çoxalar, haqsızlıq və əxlaqsızlıq yayılar.
Allah Qurani-Kərimin Hucurat surəsinin 9-cu ayəsində belə buyurur: "Hər işinizdə ədalətlə-insafla hərəkət edin. Allah adil olanları sevir". Muhamməd Əsəd "ədaətli olun" ifadəsini belə açıqlayır: "Bu məcazi olaraq insanlar arasındakı bütün müamilələrə işarə edir, yoxsa yalnız ticari alış-verişə işarə etmir". Sülüyman Ateş isə bu ayəni belə açıqlayır: "Mutəffifin surəsində ölçü və çəkiyə hiylə qatanların xüsrana uğrayacaqları bildirilir. Allah ölçü və çəkiyə hiylə qatan bir milləti həlah etmişdir. Bu məsələdə mühüm olan insanın ölçü və çəkini tam yerinə yetirməyə çalışmasıdır".
Ədalətlə bağlı olaraq Allah Nisa surəsinin 58-ci ayəsində buyurur: "Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir. İnsanlar arasında ədalətə uyğun hökmlər verməyə gəldikdə Uca Allah bu vəzifəni bütün insanları əhatə edəcək şəkildə yayğın və geniş tutur. İslamın istədiyi ədalət sadəcə müsəlmanlar arasında və ya müsəlmanlar xaricində kitab əhlini də çətir altına alaraq digər insanları əhatə xaricində qoyacaq məhdud bir ədalət deyil. İslama görə hər insanın sırf insan olmasına görə ədalət təbii haqqıdır. İnsanlar arasında ədalətli olarkən mömin-kafir, dost-düşmən və ya ağdərili-qaradərili ayrı-seçkiliyi edilməz. Həmin surənin 135-ci ayəsində belə deyilir: "Ey iman gətirənlər!(Şahidliyiniz) sizin özünüzün, ata-ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möhkəm yapışan, Allah üçün şahidlik edən kəslər olun! (Barəsində şahidlik edəcəyiniz şəxs) istər dövlətli, istər kasıb olsun, hər halda Allah onların hər ikisinə daha yaxınndır. Nəfsinizin istəyinə uyub haqdan üz çevirməyin! Əgər dilinizi əyib-büzsəniz və ya (doğru şəhadət verməkdən, yaxud ümumən şahidlikdən) boyun qaçırsanız, (bilin ki) Allah etdiyiniz işlərdən xəbərdardır!. Maidə surəsinin 8-ci ayəsində isə belə buyrulur: "Ey iman gətirənlər! Allah qarşısında (borcunuzu yerinə yetirməklə) sabitqədəm və ədalətli şahidlər olun! Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır". Dinimiz düşmən millətlərə qarşı müsəlmanların ədalətlə hərəkət etmələrini əmr edir. Buna görə ədalət həyatın hər sahəsində keçərli olan bir qanundur.
Həmçinin bax
İstinadlar
- Bekir Topaloğlu. DİA. I. 387–388.
- Adilə Tahirova. Kəlam tarixi və məsələləri. Bakı. 2016. 245–272.
- İbrahim Əmini. Nişanələrlə Allahı tanımaq. Bakı. 2013. 121–136.
- Hacı Fuad Nurullah. Azərbaycanda İslam və onun etiqad əsasları. 138–144.
Xarici keçidlər
- İslam mütəxəssislərinin (müctəhidlərin) şərtləri 2012-11-30 at the Wayback Machine
- Allahən ədaləti
- Hz. Əlinin dilindən Ədalət
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu adin diger istifade formalari ucun bax Edalet deqiqlesdirme Edalet mucerred menali sozlerdendir Insanlar arasinda mubahiseli meselelerde duzgun qerezsiz qerar verenler edaletli adlanirlar Exlaqi huquqi hemcinin sosial siyasi suur kateqoriyasi Edalet ilahesi Edalet Edl sozunden olub ereb dilinde beraberlik ve insafli menalarini dasiyir Gundelik heyatimizda edalet ve zulmkarliga aid coxlu numunelerle rastlasiriq Meselen imtahanda qiymeti 3 olan sagirde yersiz yere 5 vermek hemcinin cinayetkari azad edib gunahsizi zindana salmaq ve s buna misal ola biler Umumi melumatEdalet anlayisi cemiyyetde ayri ayri ferdlerin sosial qruplarin praktiki rolu ile onlarin sosial movqeyi huquq ve teehhudleri emel ve ecri emek ve mukafatlandirilmasi cinayet ve cezasi insanin xidmetleri ve bunlarin cemiyyet terefinden qebul edilmesi arasinda uygunluq telebini ifade edir Bu nisbetin pozulmasi edaletsizlik kimi qiymetlendirilir Edalet sexsiyyet cemiyyet ve dovletin hemcinin huquqi munasibetlerde istirak edenlerin maraqlari arasindaki tarazligi mueyyenlesdirir beraberlik ve azadliq ideyalarini eks etdirir Ictimai suur tarixinde Edaletin ilk anlami ibtidai icma qurulusu normalarina umumi qebul olunmus qaydalara danisiqsiz riayet edilmesinin qebulu ile bagli idi Sosial tecrubede bu anlam menfi mena dasiyirdi Bele ki umumi normanin pozulmasina gore ceza telebi ireli surulurdu bunun praktiki ifadesi ise qebile intiqami institutu idi Edaletin insanlarin ayri ayri nemetlere yiyelenmesini de ehtiva eden daha murekkeb ve musbet menasi ferdin qebileden ayrilmasi dovrunde meydana gelmisdi Ilkin olaraq o esas etibarile heyat vasitelerinden istifadede ve huquqlarda butun insanlarin beraberliyi menasini dasiyirdi Xususi mulkiyyetin ve ictimai berabersizliyin meydana gelmesi ile Edaleti beraberlikden ferqlendirmeye baslamis bu anlayisa insanlar arasinda onlarin deyerliliyine uygun gelen movqe ferqlerini de daxil etmisdiler Aristotel Edalet anlayisini genis ve dar menalarda isletmisdir Umumi genis menada Edalet ictimai heyatin mentiqiliyidir onu insanlar arasinda sosial baximdan butun nizamlanmis munasibetlerin exlaqi meyari ictimai islerde son exlaqi istinadedici instansiya kimi mueyyenlesdirmek mumkundur O sosial saheye proyeksiya olunmus meneviyyata uygun gelir Xususi dar menada Edalet insanlarin birge yasayisinin menfeet ve meseqqetlerinin bolusdurulmesinde exlaqi cehetden sanksiyalasdirilmis uygunluq cemiyyetde ve dovletde munaqisede olan maraqlarin ve fealiyyetlerinin qarsiliqli tarazlasdirmasinin kooperasiyasi usulunun ozunun tekmillik derecesidir Edalet nezeriyyesinde bir birine qarsiliqli ehtiyaclari olan ve bu menada oz aralarinda beraber olan ferdler birgeyasayis aspektinde nezerden kecirilirler Ferdler birlikde cemiyyeti teskil etdiklerine icmalar halinda yasadiqlarina gore de mueyyen umumiliye malikdirler Mehz bu fundamental cehet Edaletin baslangicidir Aristotelin formule etdiyi digerine munasibetde Edaletlilik beraberliyin ozudur to ision muddeasi Edaletin exlaqi huquqi esasidir Etik cehetden Edalet xosbext olmaq imkaninda ve bunun ucun zeruri her kes ucun ozune lazim olan nemetlerin elde olunmasinda beraberlik rolunu oynayir Ona gore her hansi bitkin Edalet konsepsiyasi butun ferdler ucun eyni derecede elcatan olan temel deyerlere esaslanir her bir sosial Edalet tecrubesi ise butun vetendaslar ucun beraber derecede elcatan olan ve tarixen konkret xarakter dasiyan maddi ve menevi nemetler mecmusunu nezerde tutur Huquqi aspektde Edalet formal beraberlik teleblerin qanunlarin qaydalarin normalarin miqyasinin eyniliyidir Oz aralarinda huquq subyektleri qisminde beraberlesdirilen sexslere cevrilmis ferdler ve onlarin hereketleri bu meyarlarla olculur Edalet exlaqda ve huquqda beraberlik demek olsa da ehemiyyetli derecede ferqlenir Exlaqi etik Edalet sonsuzluqlarin beraberliyidir insanlarin her biri oz iddialarinda ve seylerinde yegane evezedilmez tukenmez olduqlarina gore beraberdirler Huquqi E vahidlerin beraberliyidir o riyazi beraberlik qanunlarina tamamile uygun gelir Mueyyen menada yalniz onu beraberlik hesab etmek mumkundur cunki insanlar burada mehz huquq subyektleri kimi beraberdirler Insanlar sosial mekanin hemtesiscileri qisminde beraberdirler lakin tesis aktinin ozu tesis edilen sosial mekan strukturunu emek bolgusu idareetme orqanlarinin ayrilmasi ve s yaradan movqelerin ve mesguliyyetlerin qeyri beraberliyinin legitimlesdirilmesinden ibaretdir Problem beraberliyin ve qeyri beraberliyin uygunlasdirilmasi ve birlesdirilmesinden ibaretdir Onun cetin hell olunmasi Edalet ugrunda mubarize suari altinda bas veren butun ictimai igtisaslarin esas menbeyidir Edaletin hele Aristotel terefinden ferqlendirilmis ve sonraki butun Edalet nezeriyyelerinin esasina cevrilen iki novu formasi var bolusdurucu yaxud distributiv ve beraberlesdirici yaxud retributiv Bolusdurucu Edalet sexslerin deyerliliyi nezere alinmaqla onlarin umumi ise tohfelerinden cemiyyet miqyasinda xususi cekileri nden asili olaraq nemetlerin ve buna muvafiq vezifelerin bolusdurulmesidir Burada sexslerin keyfiyyeti nezere alinir Bolusdurucu Edaletin normalari cemiyyet terefinden esasen onun obyektiv qanunlari ile mueyyenlesse de ozunde subyektivlik xalqlarin nesillerin sexsiyyetlerin mental xususiyyetlerinin ve iradi qetiyyetinin askar izlerini dasiyir Bolusdurucu Edaletin tarixen formalasmis uc esas prinsipi var her kese eyni seyi hamliya beraber miqdarda her kese xidmetlerine gore her kese telebatina gore Hazirda her kese xidmetlerine gore prinsipi muasir cemiyyetlerde esas olaraq qebul edilir Diger prinsipler de muhumdur lakin onlarin tetbiq saheleri nisbeten dardir mes baza deyerleri olan nemetlerin insan huquqlarinin bolusdurulmesi umumi beraberlik prinsipi ile heyata kecirilir usaqlarin sayindan asili olaraq sosial yardimin yaxud vergi imtiyazlarinin ayrilmasi ise her kese telebatina gore prinsipine uygun gelir Beraberlesdirici Edaletde sexslerin deyerliliyi diqqete alinmir Burada sohbet ictimai munasibetlerin Aristotel terefinden ixtiyari ve qeyri ixtiyari mubadile kimi adlandirilmis iki tipinden esyalarin mubadilesinden ve cezalardan gedir Esyalarin mubadilesi onlarin heqiqi deyerlerine uygun heyata kecirildiyi halda Edaletli hesab edilir Beraberlesdirici Edaletin mekani esasen bazardir burada alicinin kimliyi deyil onun ne qeder hesab odediyi muhumdur Cezalarda Edaletli qiymetlendirme cinayet neticesinde vurulmus zerere adekvat olan olcunu tapmaqla cezanin qacilmazligi cinayetin kim terefinden heyata kecirilmesinden asili olmayaraq cezanin verilmesidir Bolusdurucu Edalet esasen meiset seviyyesinde subyektiv ifade olunmus aspektde beraberlesdirici Edalet ise isguzar obyektlesdirilmis aspektde ictimai munasibetlerin exlaqi tenzimleyici esaslarini yaradir Konkret cemiyyetler adeten Edaletin bu ve ya diger formasina mes feodal ve sosialist cemiyyetleri bolusdurucu burjua cemiyyetleri ise beraberlesdirici Edalete ustunluk verseler de onlarin her birinde her iki forma temsil olunur Islamda edaletEdalet Allahin sifetlerinden biri oldugu halda Ehli beyt e mektebi terefinden dinin esaslari olan Usuliddinin ikinci esasi kimi sayilmisdir Yeni bu mesele Allahin birliyi Nubuvvet ve s esaslarin kenarinda yerlesdirilmisdir Dini terminde edalet zulmkarligin ziddine olan bir kelme olub her kesin haqqini ozune vermek ve her seyi oz yerine qoymaq kimi me nalara malikdir Allah teala hec vaxt zulmkarliq etmez ve hetta qarisqanin da bele haqqini tapdalamaz ve ona zulm etmez Ilahi edaleti iki hisseye bolmek olar Tekvini edalet Tesrii edalet Tekvini edaletden meqsed kainatda ilahi edaletin hokm surmesi ve edaletin butun varliqlar arasinda hakim olmasidir Tekvini edaletin isbati ucun kainatda olan nizam intizam hemcinin edalet uzunden yaranmis varliqlarin vucudunu musahide etmek kifayetdir Allah tealanin her nov zulmkarliqdan uzaq olmasinin isbati ucun agil ve Qur an ayeleri hemcinin revayetlerden istifade olunur Agilin hokmune esasen kainatin xaliqi her nov zulmkarliq ve insafsizliqdan uzaq olmalidir Eks teqdirde Allah tealanin sifetlerinden biri sayilan hikmet in me nasi olmayacaqdir Hec bir agil ve mentiq zulmkar Rebbi tesdiq etmez cunki zulme el atan sexs ya kimdense qorxur ve onun serrinden uzaq qalmaq isteyir ya kime ve ya neyese ehtiyaci vardir Allah taala ise butun bunlardan pak ve munezzehdir Edl sozunun menasiLugeti menasi Edl dogru olmaq duzgun davranmaq edaletle hokm etmek ve s menalar bildiren mesderdir Ayrica dogruluq ve edalet anlamlari ile isim olaraq istifade olundugu kimi cox adil menasinda sifet kimi de islenir Termin menasi Edl Allahin doxsan doqquz adini sayan Esmai husne hedisinde yer alir Edl Allahin adlarindan biri olaraq istifade olunanda mubalige bildiren bir sifet olub cox edaletli esla zulm etmeyen haqdan basqasini soylemeyen ve etmeyen anlamina gelir Islam alimleri edl sifetini Allahin her varliga layiq oldugu imkan ve qabiliyyetleri bexs etmesi menasini veren comerdlik sozleri ile izah etmisler Ibn Teymiyye de bundan yararlanaraq edle Allahin yaratdiqlarina nemet vermesi menasini verir Qezzali Allahin edaletinin ne menaya geldiyini bilmeden onun adil oldugunu anlamagin feillerini yaradib idare etdiyi kainati tanimadan da edaletini basa dusmeyin mumkun olmadigini soyleyir ve kainatin taninmasi meselesinde coxlu numuneler verir Butun muselman alimler Allahin adil oldugu meselesinde bir fikirdedirler Ancaq edl sifetinin serhinde Motezile alimleri ile basqa islam alimleri arasinda ferqli fikirler meydana gelmisdir Edalet her seyi lazim oldugu kimi etmekdir yeni ne cox ne de az olmamalidir Bu haqda Hz Eli e bele buyurur Edalet her seyi oz yerinde qerar vermekdir Edaletin diger menalari Bu sozun leksik menasi her yerde qalaktikamizda insanin vucudunda bitkiler ve diger canli alemlerde kokmranliq edir Bu menani Hz Peygemberin buyurdugu bil edli qametis selevatu vel erd yeni yer ve goy edalet esasinda berpa olunmusdur hedisinden hedisinden de bilmek olar Eger yer kuresi cazibe quvvesini itirse yer oz tarazligini saxlaya bilmez ve cox boyuk felaket bas verer Edaletin diger menasi ise camaatin huququna riayet etmekdir Allahin edaletinin menasi budur ki O haqq tapdalamir birinin haqqini basqasina vermir ve insanlar arasinda ayri seckilik salmir O her cehetden adildir Allahin sifeti olaraqEdalet kamal ve feil sifetlerindendir Allahin butun isleri edalet esasinda yerine yetirilir Yaradan hec vaxt zulm etmez Heqiqeten Allah hec kese zerre qeder zulm etmez Eger yaxsi bir emel bas vererse onu onun sababini ikiqat artirar ve oz terefinden de bu emelin sahibine boyuk mukafat verer Nisa 40 En gozel terif de Nehcul belaga da qeyd olunub Imam Eli e edaletin fezileti haqqinda bele buyurub Edalet her bir seyi oz yerinde qerar vermekdir Allahin edaletinin subutu ucun bir cox delil var Quran ayeleri Uca Allah bir cox ayede edalete emel etmeyi ve zulmden cekinmeyi buyurub Ya Resulum Allahi zalimlarin etdikleri emellerden esla qafil sanma Allah onlarin cezasini yubadib ele bir gune saxlayar ki hemin gun gozleri hedeqesinden cixar Ibrahim 42 Heqiqeten Allah Quranda insanlara edaletli olmagi yaxsiliq etmeyi qohumlara haqqini vermeyi buyurar Nehl 90 Ey iman getirenler Edaletden mohkem yapisan Allah sahidi olun Nisa 135 Eqli delil Basqalarina zulm eden onlarin huququna ehemiyyet vermeyen insan ya etdiyi isin pisliyini anlamir ya da mezlumlardan aldiqlarina ehtiyaclidir Oz ehtiyaclarini odemek ucun insanlarin qazancini qesb edir onlarin haqqina girir amma uca Allaha bu xususiyyetleri aid etmek olmaz O oz islerini elm ve hikmetli sekilde yerine yetirir Allah cox sexavetlidir Basqalarina kamal sitetleri bexs etmekle ne ise itirmez ki menfeet vermekde de paxil olsun Mutleq qudret sahibidir Zulm butun agil sahibleri ucun qebahetli bir is olduguna gore merhemetli Allah zulm etmez Yaradilisda edaletUca Allah oz feyzini hec kimden esirgemir ve ciddi bir sebeb olmadan ayri seckiliye yol vermir Bu sozun aydin olmasi ucun asagidaki meselelere diqqet edek Varliq alemini iki qisme bolmek olar mucerred ve maddi alem Mucerred alem Mucerred alem hereket ve tekamul etmeyen varliqlardan ibaretdir Allah onlara elde ede bilecekleri butun xususiyyetleri elmi evvelceden verib Cism deyiller guze gorunmezler ve mehv olmazlar Allaha itaetsizlik etmirler Bu gorunmeyen varliqlar seriet dilinde melekler dunyanin isini idare edenler ruzi bolenler kursu lovh ve s Adlar ile taninmislar Bu kimi adlardan bele basa dusulur ki alemlerin yaradicisi olan Allahla mexluqlar arasinda goze gorunmez vasiteler var Daha aydin desek yaranis sistemi xususi bir nizam intizamla teskil olunub idare olunur Melekler Allahin gosterislerinin icracisidirlar ve emrinden cixmirlar Her birinin xususi meqami ve vezifesi vardir Bizden meleklerden ele birisi yoxdur ki onun mueyyen bir meqami olmasin Seffat 164 Maddi alem Bu varliqlar ise mucerred olanlarin eksine olaraq madde ve suretden ibaretdir Onlar maddi cehetlerden deyisir ve irelileyerek hereket ederek tekamule dogru gedir Maddenin suretleri deyisir amma maddenin ozu qalir Maddi dunya cox genisdir ve beserin onlardan tam deqiq melumati yoxdur Insanlarin bilikleri muxtelif bitkiler heyvanlar su hava kimi yerde olan varliqlar baresindeli ve mueyyen qeder Gunes bezi ulduzlar planetler haqqindaki bilikle mehdudlasir lakin insani heyran eden qalaktikalar ulduzlar haqqinda tam melumatimiz yoxdur Insana qarsi da Allah edeletsizlik etmez ve her kese qaldira bildiyi yuku verer Bu Qurani Kerimde de kecir Her insanda yeterli derecede irade vardir Allah kimseye gucunun yetdiyinden artigini teklif etmez Beqere 286 Dinin esas prinsipi kimiCeferi mezhebine gore dinin esaslarindan biri de edaletdir Edl edalet mezhebin eqide prinsipine gore Allahin kamal sifetlerinden biridir ve ona iman etmek zeruridir Qurani Kerimde dinin esaslarindan olan bu prinsip defelerle bildirilmisdir Allahin her cur zulmden uzaq oldugu one cekilmisdir Edalet Islam dininin temel esaslarindan biridir ve bir seyi yerine qoymaq hamiya layiq oldugunu vermek menalarina gelir Hem de haqqi yerine yetirmek haqsiziqdan cekinmek demekdir Edaletsiz yerlerde fitne artar zalimlarin sayi coxalar haqsizliq ve exlaqsizliq yayilar Allah Qurani Kerimin Hucurat suresinin 9 cu ayesinde bele buyurur Her isinizde edaletle insafla hereket edin Allah adil olanlari sevir Muhammed Esed edaetli olun ifadesini bele aciqlayir Bu mecazi olaraq insanlar arasindaki butun muamilelere isare edir yoxsa yalniz ticari alis verise isare etmir Suluyman Ates ise bu ayeni bele aciqlayir Muteffifin suresinde olcu ve cekiye hiyle qatanlarin xusrana ugrayacaqlari bildirilir Allah olcu ve cekiye hiyle qatan bir milleti helah etmisdir Bu meselede muhum olan insanin olcu ve cekini tam yerine yetirmeye calismasidir Edaletle bagli olaraq Allah Nisa suresinin 58 ci ayesinde buyurur Allah size emanetleri oz sahiblerine qaytarmanizi ve insanlar arasinda hokm etdiyiniz zaman edaletle hokm etmenizi emr edir Insanlar arasinda edalete uygun hokmler vermeye geldikde Uca Allah bu vezifeni butun insanlari ehate edecek sekilde yaygin ve genis tutur Islamin istediyi edalet sadece muselmanlar arasinda ve ya muselmanlar xaricinde kitab ehlini de cetir altina alaraq diger insanlari ehate xaricinde qoyacaq mehdud bir edalet deyil Islama gore her insanin sirf insan olmasina gore edalet tebii haqqidir Insanlar arasinda edaletli olarken momin kafir dost dusmen ve ya agderili qaraderili ayri seckiliyi edilmez Hemin surenin 135 ci ayesinde bele deyilir Ey iman getirenler Sahidliyiniz sizin ozunuzun ata ananizin yaxin qohumlarinizin eleyhine olsa bele edaletden mohkem yapisan Allah ucun sahidlik eden kesler olun Baresinde sahidlik edeceyiniz sexs ister dovletli ister kasib olsun her halda Allah onlarin her ikisine daha yaxinndir Nefsinizin isteyine uyub haqdan uz cevirmeyin Eger dilinizi eyib buzseniz ve ya dogru sehadet vermekden yaxud umumen sahidlikden boyun qacirsaniz bilin ki Allah etdiyiniz islerden xeberdardir Maide suresinin 8 ci ayesinde ise bele buyrulur Ey iman getirenler Allah qarsisinda borcunuzu yerine yetirmekle sabitqedem ve edaletli sahidler olun Her hansi bir camaata qarsi olan kininiz sizi edaletsizliye sovq etmesin Edaletli olun Bu teqvaya daha yaxindir Allahdan qorxun Allah etdiklerinizden xeberdardir Dinimiz dusmen milletlere qarsi muselmanlarin edaletle hereket etmelerini emr edir Buna gore edalet heyatin her sahesinde kecerli olan bir qanundur Hemcinin baxEl EdlIstinadlarBekir Topaloglu DIA I 387 388 Adile Tahirova Kelam tarixi ve meseleleri Baki 2016 245 272 Ibrahim Emini Nisanelerle Allahi tanimaq Baki 2013 121 136 Haci Fuad Nurullah Azerbaycanda Islam ve onun etiqad esaslari 138 144 Xarici kecidlerIslam mutexessislerinin muctehidlerin sertleri 2012 11 30 at the Wayback Machine Allahen edaleti Hz Elinin dilinden Edalet