Şprits (alm. Spritze, spritzen — çiləmək, sıçratmaq) — ən sadə qurluşlu bir nasos olub, əsasən tibbdə dərman preparatlarının orqanizmə: dəri içinə, dəri altına, əzələ daxilinə, vena daxilinə sümük daxilinə və s. yeritmək üçün bir ləvazimatdır. Bəzi dillərdə ing. syringe, fr. Seringue adlandırılır ki, sözün kökü yunan mənşəyli olub, yun. σύριγξ - “syrinx” boru deməkdir.
Tarixi
Tarixdə ilk venadaxili inyeksiya XVII əsrə təsadüf edilsə də, halhazırda tanıdığımız formada ilk şprits 1853 cü ildə baytar həkim Çarlz Qabriel Pravaz (ing. Charles Gabriel Pravaz) və Aleksandr Vud (ing. Alexander Wood) tərəfindən bir-birilərindən xəbərsiz icad edilmişdir. İlk şprits metaldan və qeyri şəffaf kauçuqdan hazırlandığı üçün məhlulun dozası porşenin dəstəyindəki işarələrlə müəyən edilirdi.
- 1949—1950 Artur Smit ABŞ-da birdəfəlik şprits istehsalı üçün patent alır.
- 1954 cü ildən “Becton, Dickinson and Company” tərəfindən kütləvi şəkildə şüşədən birdəfəlik şprits istehsal olunur.
- 1956 cı ildə Yeni Zellandiyalı əczaçı Kolin Myordok (ing. Colin Murdoch) plastik materialdan birdəfəlik şprits icad edərək patentləşdirir.
Qurluşu
Adi tibb şpritsi sadə qurluşlu iki hissədən silindrik borudan və ona daxil edilmiş sıxıcı porşendən ibarətdir. Əvvəllər şüşə və metaldan hazırlanan bu şpritsləri təkrar istifadə etmək mümkün idi. Lakin qanla keçən yoluxucu xəstəliklərin yayılma təhlükəsinin artması birdəfəlik şpristlərin istehsalına gətirib çıxarır. Birdəfəlik şpristlər şəffaf plastik kütlədən steril qablaşdırılmış şəkildə müxtəlif ölçülərdə: 2ml, 5ml, 10ml, 20 ml, 50 ml həcmlərdə hazırlanır. Ən kiçik ölçülüsü xüsusi təsir vahidi ilə işarələnmiş 1 ml həcmində olub, insulin spritsi adlanır, ən böyük ölçülüsü isə 50 ml həcmində olub, ondan inyeksiya xüsusi şprits nasosu vasitəsilə icra edilir.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Sprits alm Spritze spritzen cilemek sicratmaq en sade qurluslu bir nasos olub esasen tibbde derman preparatlarinin orqanizme deri icine deri altina ezele daxiline vena daxiline sumuk daxiline ve s yeritmek ucun bir levazimatdir Bezi dillerde ing syringe fr Seringue adlandirilir ki sozun koku yunan menseyli olub yun syrig3 syrinx boru demekdir Iyneli spritsTarixiMetal sprits Tarixde ilk venadaxili inyeksiya XVII esre tesaduf edilse de halhazirda tanidigimiz formada ilk sprits 1853 cu ilde baytar hekim Carlz Qabriel Pravaz ing Charles Gabriel Pravaz ve Aleksandr Vud ing Alexander Wood terefinden bir birilerinden xebersiz icad edilmisdir Ilk sprits metaldan ve qeyri seffaf kaucuqdan hazirlandigi ucun mehlulun dozasi porsenin desteyindeki isarelerle mueyen edilirdi 1949 1950 Artur Smit ABS da birdefelik sprits istehsali ucun patent alir 1954 cu ilden Becton Dickinson and Company terefinden kutlevi sekilde suseden birdefelik sprits istehsal olunur 1956 ci ilde Yeni Zellandiyali eczaci Kolin Myordok ing Colin Murdoch plastik materialdan birdefelik sprits icad ederek patentlesdirir QurlusuAdi tibb spritsi sade qurluslu iki hisseden silindrik borudan ve ona daxil edilmis sixici porsenden ibaretdir Evveller suse ve metaldan hazirlanan bu spritsleri tekrar istifade etmek mumkun idi Lakin qanla kecen yoluxucu xesteliklerin yayilma tehlukesinin artmasi birdefelik spristlerin istehsalina getirib cixarir Birdefelik spristler seffaf plastik kutleden steril qablasdirilmis sekilde muxtelif olculerde 2ml 5ml 10ml 20 ml 50 ml hecmlerde hazirlanir En kicik olculusu xususi tesir vahidi ile isarelenmis 1 ml hecminde olub insulin spritsi adlanir en boyuk olculusu ise 50 ml hecminde olub ondan inyeksiya xususi sprits nasosu vasitesile icra edilir