Şələ papaq – əsasən kənd əhalisinin yoxsul təbəqələri taxırdı. Uzuntüklü qoyun dərisindən hazırlayırdılar.
Ənənəvi kişi baş geyiminin ən vacib elementi sayılan papaq keçmişdə əməli vəzifə daşımaqla yanaşı, həm də qeyrət, namus, şərəf və igidlik rəmzinə çevrilmişdi. Xüsusilə sür dəridən tikilmiş börk geyən kişilər nəinki ədalətsiz bir iş görməyi özlərinə rəva bilməz, hətta başqalarının haqsız əməlinə dözməyib, onu cəzasız buraxmağı öz qeyrətlərinə sığışdırmazdılar. Məhz bu səbəbdən də keçmiş məişətdə qeyrət və hünər rəmzi sayılan papaq (börk) səhər tezdən gecə yatana qədər kişilərin başında qalardı. Hətta süfrə ətrafında çörək yeyən zaman kişilər onu başlarından çıxarıb kənara qoymazmışlar. Tarix boyu davam edən ənənəyə görə, yalnız gecə yatağa girib yatan zaman papaq başdan çıxarılardı. Hətta ahıl və qoca kişilər gecələr yatan zaman başlarına papağı əvəz edən təsək və ya külah (şəbkülah) qoyardılar. Dəri papaqlar formasına və geyilmə tərzinə görə məhəlli və zümrə xüsusiyyəti daşıyırdı. Papağın formasına əsasən onun sahibinin hansı zümrəyə mənsub olmasını və hansı bölgədə yaşadığını bilmək olurdu. Dəri papaqlar habelə rənginə görə də fərqləndirilirdi.
Əhali arasında dəri papağa tələbat böyük olduğuna görə Azərbaycanda papaqçılıq sənəti geniş yayılmışdı. Keçən yüzilin 50-ci illərində Bakı, Gəncə, Lənkəran, Quba, Şəki, Şamaxı, Şuşa, Naxçıvan şəhərlərində 650 nəfərədək papaqçı vardı. Təkcə Şəkidə 230-dan çox papaqçı fəaliyyət göstərirdi.
İstinadlar
- "Şələ papaq". 2024-01-26 tarixində . İstifadə tarixi: 2024-01-26.
- https://medeniyyet.az/page/news/12977/Milli-papaqdan-ozge-papaga.html?lang=az (#bare_url_missing_title). 2024-01-26 tarixində . İstifadə tarixi: 2024-01-26.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Sele papaq esasen kend ehalisinin yoxsul tebeqeleri taxirdi Uzuntuklu qoyun derisinden hazirlayirdilar Enenevi kisi bas geyiminin en vacib elementi sayilan papaq kecmisde emeli vezife dasimaqla yanasi hem de qeyret namus seref ve igidlik remzine cevrilmisdi Xususile sur deriden tikilmis bork geyen kisiler neinki edaletsiz bir is gormeyi ozlerine reva bilmez hetta basqalarinin haqsiz emeline dozmeyib onu cezasiz buraxmagi oz qeyretlerine sigisdirmazdilar Mehz bu sebebden de kecmis meisetde qeyret ve huner remzi sayilan papaq bork seher tezden gece yatana qeder kisilerin basinda qalardi Hetta sufre etrafinda corek yeyen zaman kisiler onu baslarindan cixarib kenara qoymazmislar Tarix boyu davam eden eneneye gore yalniz gece yataga girib yatan zaman papaq basdan cixarilardi Hetta ahil ve qoca kisiler geceler yatan zaman baslarina papagi evez eden tesek ve ya kulah sebkulah qoyardilar Deri papaqlar formasina ve geyilme terzine gore mehelli ve zumre xususiyyeti dasiyirdi Papagin formasina esasen onun sahibinin hansi zumreye mensub olmasini ve hansi bolgede yasadigini bilmek olurdu Deri papaqlar habele rengine gore de ferqlendirilirdi Ehali arasinda deri papaga telebat boyuk olduguna gore Azerbaycanda papaqciliq seneti genis yayilmisdi Kecen yuzilin 50 ci illerinde Baki Gence Lenkeran Quba Seki Samaxi Susa Naxcivan seherlerinde 650 neferedek papaqci vardi Tekce Sekide 230 dan cox papaqci fealiyyet gosterirdi Istinadlar Sele papaq 2024 01 26 tarixinde Istifade tarixi 2024 01 26 https medeniyyet az page news 12977 Milli papaqdan ozge papaga html lang az bare url missing title 2024 01 26 tarixinde Istifade tarixi 2024 01 26