Üçpər azimina (lat. Asimina triloba) — annonakimilər fəsiləsinin cinsinə aid bitki növü.
Üçpər azimina | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: ???: Üçpər azimina | ||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
| ||||||||||
|
Təbii yayılması
Şimali Amerikadan Florida və Texasa qədər yayılmışdır.
Botaniki təsviri
15 m hündürlükdə koldur.Zoğları sıx tüklü,birillikləri çılpaq,qəhvəyi rəngdə,parıldayan,ikiillikləri isə boz,yaxşı gözə çarpan mərciməklərə malikdir.Tumurcuqlar qırmızımtıl-qəhvəyi rəngdə,tüklüdür.Yarpaqları tərs uzunsov-yumurtavari,uzunluğu 12-30 sm,eni 4,5-12 sm,uclardan qısa sivrləşmiş qaidəyə doğru getdikcə yastılaşmış,tamkənarlı,dərivari,xırda nöqtəvari vəzilərə malikdir.Çiçəkləri qəhvəyi və ya qırmızımtıl-qonurdur,1-3 sm uzunluqda,tüklərlə örtülü çiçək saplağı üzərində yerləşir.Çiçəkyanlığı 9 yarpaqcıqdan ibarətdir.Erkəkcikləri spiral şəklində düzülmüşdür.Dişicik 3-15 sərbəst,3-20 yumurtacığa malikdir.Kasa yarpaqları 3 ədəd,yumurtavarı iti,yaşılımtıl və tüklüdür.Ləçəklər enli yumurtavari,ucları dairəvi,arxaya əyilmiş olur.Aprel və may aylarında çiçəkləyir.Meyvəsi ellips formalı,5-7 sm uzunluqda,yaşılımtıl-sarı,sonradan qonurlaşandır.Toxumları 2-2,5 sm uzunluqdadır.Meyvələri sentyabr-oktyabr aylarında yetişir.
Ekologiyası
Şaxtayadavamlıdır,rütubət,işıqsevəndir.
Azərbaycanda yayılması
Mərdəkan dendrarisində 2001-ci ildə introduksia olunmuşdur.Park və bağlarda çox az rast gəlinir.
İstifadəsi
Yaşıllaşdırmada,tək və qrup əkinlərində istifadə olunur.Tərkibində asitogen,toxumunda insan üçün lazım olan mikroelementlər vardır.
Məlumat mənbəsi
- Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015. 2019-11-17 at the Wayback Machine
İstinadlar
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer