Əlisaab (Əlisahib) Səftər oğlu Orucov (24 yanvar 1946, Göyçay) — Azərbaycan hüquqşünası və dövlət xadimi, Azərbaycanın ədliyyə naziri (1985–1992), Azərbaycan Respublikası Baş nazirinin müavini — Azərbaycan Respublikası Prezidentinin fövqəladə səlahiyyətli nümayəndəsi (1992).
Əlisaab Orucov | |
---|---|
![]() | |
7 aprel 1992 – 2 iyul 1992 | |
Prezident | Yaqub Məmmədov (i. e.) Ayaz Mütəllibov İsa Qəmbər (i. e.) Əbülfəz Elçibəy |
Baş nazir | Feyruz Mustafayev (i. e.) Rəhim Hüseynov |
5 fevral 1991 – 7 aprel 1992 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | İlyas İsmayılov |
15 yanvar 1985 – 5 fevral 1991 | |
Əvvəlki | Nəriman Yusifov |
Sonrakı | vəzifənin adı dəyişdirilib |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Göyçay, Azərbaycan SSR, SSRİ |
Təhsili |
|
Həyatı
Əlisaab Səftər oğlu Orucov 24 yanvar 1946-cı ildə Göyçay şəhərində fəhlə ailəsində anadan olmuşdur. 1953–1964-cü illərdə Göyçay şəhər 3 saylı orta məktəbdə, 1966–1971-ci illərdə isə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinin əyani bölməsində təhsil almışdır.
1971-ci ildə Azərbaycan SSR Ədliyyə Nazirliyində Məhkəmə Orqanları İdarəsində məsləhətçi kimi işə başlamış, 1973-cü ilin fevral–iyun aylarında Bakı şəhər Nəsimi rayon xalq məhkəməsində xalq hakimi kimi təcrübə keçmişdir. Elə həmin ilin iyunundan 1977-ci ilin dekabrınadək Kirovabad (Gəncə) şəhərində xalq hakimi işləmiş, 1977-ci ilin dekabrından 1980-ci ilin martınadək isə Azərbaycan SSR Ali Məhkəməsinin üzvü olmuşdur. 1980-ci ilin mart ayında Əlisaab Orucov Azərbaycan SSR Ali Məhkəməsinin sədr müavini, iki il sonra isə birinci müavini seçilmişdir.
Əlisaab Orucov 1985-ci ilin yanvarından 1992-ci ilin aprel ayınadək Azərbaycanın ədliyyə naziri (müstəqil Azərbaycanın ilk ədliyyə naziridir) olmuşdur. 1992-ci ilin aprelindən həmin ilin iyul ayınadək Azərbaycan Respublikası Baş nazirinin müavini — Azərbaycan Respublikası Prezidentinin fövqəladə səlahiyyətli nümayəndəsi işləmiş, Qarabağda gedən müharibə zamanı ön cəbhədə olmuşdur.
Əlisaab Orucov 1993–1995-ci illərdə Azərbaycan Milli Yaradıcılıq Akademiyası Prezidentinin müavini, 1995-ci ilin iyul ayından Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat və VVA İdarəsinin rəisi işləmişdir.
Əlisaab Orucov 1973-cü ildən Sov.İKP üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin 11-ci (1985–1990) və 12-ci (1990–1991) çağırış deputatı seçilmişdir.
Həmçinin bax
İstinadlar
- Əlisaab Orucov. Mübarizəmiz Qarabağdadır (PDF). Bakı: "Gənclik" nəşriyyatı. 2011. səh. 3–20. ISBN . 2022-02-08 tarixində (PDF). İstifadə tarixi: 2022-02-08.
- Müstəqil Azərbaycanın ilk ədliyyə naziri // Erməni terroru. Qarabağda müharibənin başlaması. Hadisələr... Faktlar... (PDF). Bakı: "Avropa" nəşriyyatı. 2008. səh. 212. 2022-02-08 tarixində (PDF). İstifadə tarixi: 2022-02-08.
- Оруҹов Әлисааб Сәфтәр оғлу // Азәрбајҹанда ким кимдир? (Сорғу-мәлумат китабы). Тәртибчи-мүәллифләр: Тејмур Әһмәдов, Тарыјел Ҹаһанҝир. Бакы: "Азәрбајҹан Енсиклопедијасы" НПБ. 1999. С. 391. ISBN .
- Оруҹов Әлисааб Сәфтәр оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Он биринҹи чағырыш. Бакы: Азәрбајҹан ССР Али Совети Рәјасәт Һеј'әтинин нәшри. 1985. С. 313.
Xarici keçidlər
- "Əlisaab Orucov erməni məsələsindən və illər əvvəl çıxardığı ölüm hökmündən danışır". hafta.az. 3 may 2016. 8 fevral 2022 tarixində . İstifadə tarixi: 8 fevral 2022.
- "Ə. S. Orucovun Azərbaycan Respublikasının ədliyyə naziri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respubli̇kası Prezidentinin Fərmanı". e-qanun.az. 7 aprel 1992. 2022-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 fevral 2022.
- "Azərbaycan Respublikası Prezidentinin Fövqəladə səlahiyyətli nümayəndəsi Ə. S. Orucovun Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilməsi haqqında Azərbaycan Respubli̇kası Prezidentinin Fərmanı". e-qanun.az. 7 aprel 1992. 2022-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 fevral 2022.
- "Ə. S. Orucovun Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respubli̇kası Prezidentinin Fərmanı". e-qanun.az. 2 iyul 1992. 2022-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 fevral 2022.
- "Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində prezident idarə üsulunun tətbiq edilməsi haqqında Azərbaycan Respubli̇kası Prezidentinin Fərmanı". e-qanun.az. 7 aprel 1992. 2022-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 fevral 2022.
- "Ə. S. Orucovun Azərbaycan Respublikası Prezidentinin fövqəladə səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respubli̇kası Prezidentinin Fərmanı". e-qanun.az. 2 iyul 1992. 2022-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 fevral 2022.
- "Azərbaycan Respublikasının xalq deputatları F. R. Mustafayevin, Z. S. Hacıyevin, Ə. S. Orucovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında Azərbaycan Respubli̇kası Ali̇ Soveti̇ni̇n Qərarı". e-qanun.az. 24 may 1991. 8 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 fevral 2022.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer