Əbdürrauf Fitrət (özb. Abdurauf Fitrat; 1885—1938) — özbək şairi.
Həyatı
Əbdürrauf Fitrət 1885-ci ildə Buxarada anadan olmuşdu. atası Əbdürrəhman bəy, anası Bibican idi.İlk təhsilini "Mirərəb" mədrəsəsində almışdı. 1909-cu ildə Buxara cədidçilərin təşviqi ilə İstanbula getmişdi. 1909-1913-cü illər arası Türkiyədə yaşamışdı.
Ə.Fitrət 1918-ci ilin sonları 1919-cu ilin əvvəllərində qurulan “Çağatay Grungi” adlı birliyin fəal üzvlərindən olmuşdur. Rus imperiya müstəmləkəsinin özbək xalqına verdiyi zülm, xalqın sovet rejiminə qarşı narazılığı, baş verən üsyanlar “Çağatay Grungi”nin yaranma səbəbi olmuşdur.
Ə. Fitrət, Ə.Çolpanla yanaşı Kayum Ramazanov, Elbek, Şakircan Rəhimi, Gulam Zəfəri, Mir Mollo Şerməhəmmədov, Qazi Yunusov, Batu, Sancar Sıddıqov kimi cədidçilər “Çağatay Grungi”nin fəal üzvlərindən olmuşlar.
Yaradıcılığı
Təsadüfi deyil ki, Ə.Fitrət, Ə.Çolpan kimi yüksək sənətkarlıq bacarığına sahib ədiblər cədid hərəkatının öndə gedən isimləri idilər. Ə.Fitrət yüksək ideyalarının təbliği naminə bədii ədəbiyyatın hər üç janrında qələmini sınamış və mükəmməl bədii sənət örnəkləri yaratmışdır. Çolpan yazdığı təsirli şeirləri ilə Özbək xalqının ruh mənbəyinə çevrilmişdir. İstər Ə.Fitrətin, istərsə də Ə.Çolpanın cədid hərəkatına qoşulmasının ciddi səbələri var idi. Türkistanın rus imperiyası tərəfindən işğalı, basqı altında yürüdülən müstəmləkəçilik siyasəti, Türkistanın parçalanması, şəhərlərdə imperiya məmurları tərəfindən tökülən qanlar, avamlığı, cahilliyi təbliğ edən dövlət aparatı, xalqın aclıq, səfalət içərisində yaşaması, imperiyanın yarıtmaz hala saldığı təhsil Ə. Fitrət, Ə.Çolpan kimi ziyalıları düşündürür və qəti addımlar atmağa vadar edirdi. Xalqını oyandırmaq, müstəmləkəyə qarşı haqq səsini ucaltmağa səsləmək özünü ziyalı sayan hər bir kəsin borcu idi.
Ə. Fitrət “yurd qayğısı” ana başlığı ilə çap olunan üç nəsr şeiri vardır. “Yalan” adlanan ilk şeirində Fitrət Türk millətinə, Turan elinə müraciət edərək yazırdı: “Yox… yox…. Tanrı haqqı üçün yox…..! Sən gücsüz deyilsən. Sən kimsəsiz deyilsən. Bu gün yer üzündə 80 milyon övladın var. Onların damarlarındakı qan Çingizlərin, Teymurların qanıdır. Onların gücləri sənin gücündür!…. Ey ulu Turan, aslanlar ölkəsi! Sənə nə oldu? O, dünyanı titrədən aslan ürəkli övladların hanı? Niyə səsləri çıxmayır?….. Niyə getdilər? Mücadilə meydanlarını yadlara niyə buraxdılar?” ( 1, 3 )
Fitrət bütün türk dünyasına müraciət edir. Türkistanın XV-XVI əsrlərdən başlayaraq tarixi bir o qədər də müsbət yönümlü olmamışdır. Çingizxan, Əmir Teymur kimi cahana meydan oxuyan bahadırların başçılıq etdiyi məmləkət rus işğalçıları tərəfindən tamamilə zəbt olunmuşdu. Türkistanın qüdrəti tarixi keçmişdə qalmışdır.
Ə.Fitrət, Ə.Çolpan kimi ədiblər tarixi nümunə gətirərək insanları silkinməyə, özlərini özlərinə tanıtdırmağa çalışırdılar. Fitrətdən gətirdiyimiz nümunəyə Ə.Çolpan özünün “Pozulan ölkəyə” şeirində cavab verir:
Sənin sağlam, sərt bağrını illərdən bəri əzənlər
Sən bezsən də, lənətləsən də sinəndə gəzərlər
Sənin azad torpağında heç haqqı olmayan əfəndilər
Niyə səni bir qul kimi zalımca parçalar?
Niyə sənin gur səsin “get” deməyir onlara?
Niyə sənin ərkli könlün ərk verməyir onlara?
Vətəninin övladlarına sual dolu müraciətlərində Ə.Çolpanın vətən azadlığı, millətinin aydınlığa çıxma arzusu ifadə olunmuşdur.
Ə.Fitrət və digər cədidçi yoldaşları imperiyada baş verən proseslərlə bağlı çevik reaksiyalar verirdilər. Cədidçilərin ictimai-siyasi təşkilatlanması yüksək səviyyədə idi.
Ə.Fitrət 1917-ci il oktyabr inqilabından Leninin qurduğu Sovet hökumətinin gələcəyinə ümidsizliyini ifadə edərək yazırdı: “Rusiyada yeni bir bəla ortaya çıxdı, Bolşevik bəlası!” (2,3) Əksinə 1917-ci ilin 5 dekabrında cədidçilərin rəhbərliyi ilə “Xokand muxtariyyatı”nın qurulmasını “Hürriyyət” qəzetinin baş redaktoru olan Ə.Fitrət böyük sevinclə qarşılayır.
Dövrü mətbuat Ə.Fitrət, Ə.Çolpan və digər cədidçi nümayəndələrin fikirlərinin ifadəsi üçün əsas vasitə idi.
Çolpan “Çağatay Grungi”dən bəhs edərək yazırdı: ”Çağatay Grungi” adlanan birlik yarandı. Bu birliyi yaradanların məqsədi dilin sadələşdirilməsi yolu ilə özbək ədəbiyyatının inkişafına böyük töhfə verdilər.” (2, 3 )
Cədidçilər türk dilinin saflığının qorunmasına xüsusi fikir verirdilər. Çolpanın şeirlərində saf türkcənin özəllikləri, xalq ruhuna yaxınlığı ilə səciyyələnir. Fitrət “Dilimiz” məqaləsində türk dilinin tarixindən bəhs edərək yazır:” Dünyanın ən zəngin və ən bəxtsiz dilinin hansı dil olduğunu bilirsinizmi? –Türk dili! Dünyanın ən zəngin dili türk dilidir, ən bəxtsiz dili yenə türk dilidir.” Fitrət məqalədə türk dilinin söz ehtiyatı və söz yaratma qüdrəti baxımından təhlil edərək yüksək qiymətləndirirdi. Tarixdən nümunə gətirərək türk olduqları halda farsca əsərlər yazmış qələm ustadlarını qınayır. “İbn Sina, Fərabi, Cəlaləddin Rumi, Cövhəri, Nizami kimi şəxsiyyətlər türk olduqlarına baxmayaraq əsərlərini farsca yazdıqlarına görə dünyada fars kimi tanınırlar”. Fitrət bu gün də bizim Nizami ilə bağlı beynəlxalq aləmdə yaşadığımız problemlərə toxunur.
Şeir hər bir çağda ideologiyanın sadə xalq içində yayılmasında başlıca vasitə olub. Çolpanın məhz şirin dili onu xalqa sevdirir, ideyalarının yayılmasına yardım edirdi. Ə.Fitrət də mətbuat səhifələrində xalqının gördüyü işğalları özündə əks etdirən şeirlərini çap etdirirdi. “Şərq”, “Mars ulduzuna”, “Öyüd”, “Parça” kimi şeirlərində sovet ideologiyası və onun işğalçılıq siyasəti tənqid olunur. “Şərq” şeirində şair şərqin dünyasının gözəlliyindən bəhs edir. Onu saf bulağa, güllü bağçaya bənzədir. Onun gözəlliyi, zənginliyi əvəzolunmazdır. Lakin bir əl bu saf bulağı bulandırır, hər tərəfdən əsən küləklər bağçanın güllərini soldurmaqdadır.
Dört-beş yaşar bir balanın başını
Bakın, keskin kılıc bilen kesmişler
Yığlap turgan anasının boynuğa
Bir ip bilen asmışlar…..
Yengigine, kelin bolgan yiğitinin
Cansız yatkan gövdesi üzre koyup
Neyse bilen teşmişler…..
Hatunlarının perdesi,
Balalarının yüreği
Karılarının gövdesi
Yarılgan…..Ezilgen……
Şair bu şeirində Türkistanla bərabər zülmə məruz qalmış Hind, Əfqan və Ərəb və digər şərq xalqlarını da əhatə edir. Türkistan rus zülmü altında inləyirsə, Hindistan ingilislərin işğalındadır.
Müsəlman dünyasına qarşı olan basqılar, işğallar Ə. Çolpan yaradıcılığında da öz əksini tapmışdır. “Əməlin ölümü” adlı şeirində Şərqin işğalı, hürriyyət ideyaları əks olunmuşdur.
Könlümdə ağlayan mələklər kimlər?
Şərqin anaları, cavanlarımı?
Qarşımda ağlayan bu canlar kimlər?
Qullar ölkəsinin insanlarımı?
Qul vəziyyətinə salınaraq imperiya tərəfindən bilərəkdən yuxuya verilən Türkistan toplumunu oyandırmaq, irəliyə, işığa aparmaq istəyi şair qəlbini titrədir.
Ə.Fitrət, Ə.Çolpan kimi sənətkarlar ömrünün sonlarına qədər vətəni, xalqı uğrunda apardıqları haqq mücadiləsindən geri çəkilməşmiş, sovet imperiyasının basqılarına baxmayaraq azadlıq, hürriyyət ideyalarını təbliğ etmişlər. Sovet repressiya məngənəsi hər iki şairin qətlinə fərman versə belə onların yeri türk millətinin ürəyində daim yaşayacaqdır.
İstinadlar
Ədəbiyyat
- Kərimov Naim, Fitrətin şeytana üsyanı, Özbəkistan ədəbiyyatı və sənəti, Daşkənd, 1993, 20 avqust
- Fatma Açık, Özbek Türk şairi, yazarı, dil bilimcisi və düşünürü #Abdurauf Fıtrat, KÖK journal of social and strategical researches Vol. IV, Num 1(spring 2002)
- Çolpan Andican və onun şeirləri.
- ekitap.kulturturizm.gov.tr/dosya/1-87151/h/colpan.pdf
Xarici keçidlər
- Абдурауф Фитрат
- Биография Фитрата Абдурауфа
- Фитрат Абдурауф (1885—1938)[ölü keçid]
- Роль России в подавлении джадидского движения 2014-11-02 at the Wayback Machine
- ФИТРАТ (1886—1938) 2016-03-04 at the Wayback Machine (özb.)
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Ebdurrauf Fitret ozb Abdurauf Fitrat 1885 1938 ozbek sairi HeyatiEbdurrauf Fitret 1885 ci ilde Buxarada anadan olmusdu atasi Ebdurrehman bey anasi Bibican idi Ilk tehsilini Mirereb medresesinde almisdi 1909 cu ilde Buxara cedidcilerin tesviqi ile Istanbula getmisdi 1909 1913 cu iller arasi Turkiyede yasamisdi E Fitret 1918 ci ilin sonlari 1919 cu ilin evvellerinde qurulan Cagatay Grungi adli birliyin feal uzvlerinden olmusdur Rus imperiya mustemlekesinin ozbek xalqina verdiyi zulm xalqin sovet rejimine qarsi naraziligi bas veren usyanlar Cagatay Grungi nin yaranma sebebi olmusdur E Fitret E Colpanla yanasi Kayum Ramazanov Elbek Sakircan Rehimi Gulam Zeferi Mir Mollo Sermehemmedov Qazi Yunusov Batu Sancar Siddiqov kimi cedidciler Cagatay Grungi nin feal uzvlerinden olmuslar E Fitretin oxudugu Mirereb medresesiYaradiciligiTesadufi deyil ki E Fitret E Colpan kimi yuksek senetkarliq bacarigina sahib edibler cedid herekatinin onde geden isimleri idiler E Fitret yuksek ideyalarinin tebligi namine bedii edebiyyatin her uc janrinda qelemini sinamis ve mukemmel bedii senet ornekleri yaratmisdir Colpan yazdigi tesirli seirleri ile Ozbek xalqinin ruh menbeyine cevrilmisdir Ister E Fitretin isterse de E Colpanin cedid herekatina qosulmasinin ciddi sebeleri var idi Turkistanin rus imperiyasi terefinden isgali basqi altinda yurudulen mustemlekecilik siyaseti Turkistanin parcalanmasi seherlerde imperiya memurlari terefinden tokulen qanlar avamligi cahilliyi teblig eden dovlet aparati xalqin acliq sefalet icerisinde yasamasi imperiyanin yaritmaz hala saldigi tehsil E Fitret E Colpan kimi ziyalilari dusundurur ve qeti addimlar atmaga vadar edirdi Xalqini oyandirmaq mustemlekeye qarsi haqq sesini ucaltmaga seslemek ozunu ziyali sayan her bir kesin borcu idi E Fitret yurd qaygisi ana basligi ile cap olunan uc nesr seiri vardir Yalan adlanan ilk seirinde Fitret Turk milletine Turan eline muraciet ederek yazirdi Yox yox Tanri haqqi ucun yox Sen gucsuz deyilsen Sen kimsesiz deyilsen Bu gun yer uzunde 80 milyon ovladin var Onlarin damarlarindaki qan Cingizlerin Teymurlarin qanidir Onlarin gucleri senin gucundur Ey ulu Turan aslanlar olkesi Sene ne oldu O dunyani titreden aslan urekli ovladlarin hani Niye sesleri cixmayir Niye getdiler Mucadile meydanlarini yadlara niye buraxdilar 1 3 Fitret butun turk dunyasina muraciet edir Turkistanin XV XVI esrlerden baslayaraq tarixi bir o qeder de musbet yonumlu olmamisdir Cingizxan Emir Teymur kimi cahana meydan oxuyan bahadirlarin basciliq etdiyi memleket rus isgalcilari terefinden tamamile zebt olunmusdu Turkistanin qudreti tarixi kecmisde qalmisdir E Fitret E Colpan kimi edibler tarixi numune getirerek insanlari silkinmeye ozlerini ozlerine tanitdirmaga calisirdilar Fitretden getirdiyimiz numuneye E Colpan ozunun Pozulan olkeye seirinde cavab verir Senin saglam sert bagrini illerden beri ezenler Sen bezsen de lenetlesen de sinende gezerler Senin azad torpaginda hec haqqi olmayan efendiler Niye seni bir qul kimi zalimca parcalar Niye senin gur sesin get demeyir onlara Niye senin erkli konlun erk vermeyir onlara Veteninin ovladlarina sual dolu muracietlerinde E Colpanin veten azadligi milletinin aydinliga cixma arzusu ifade olunmusdur E Fitret ve diger cedidci yoldaslari imperiyada bas veren proseslerle bagli cevik reaksiyalar verirdiler Cedidcilerin ictimai siyasi teskilatlanmasi yuksek seviyyede idi E Fitret 1917 ci il oktyabr inqilabindan Leninin qurdugu Sovet hokumetinin geleceyine umidsizliyini ifade ederek yazirdi Rusiyada yeni bir bela ortaya cixdi Bolsevik belasi 2 3 Eksine 1917 ci ilin 5 dekabrinda cedidcilerin rehberliyi ile Xokand muxtariyyati nin qurulmasini Hurriyyet qezetinin bas redaktoru olan E Fitret boyuk sevincle qarsilayir Dovru metbuat E Fitret E Colpan ve diger cedidci numayendelerin fikirlerinin ifadesi ucun esas vasite idi Colpan Cagatay Grungi den behs ederek yazirdi Cagatay Grungi adlanan birlik yarandi Bu birliyi yaradanlarin meqsedi dilin sadelesdirilmesi yolu ile ozbek edebiyyatinin inkisafina boyuk tohfe verdiler 2 3 Cedidciler turk dilinin safliginin qorunmasina xususi fikir verirdiler Colpanin seirlerinde saf turkcenin ozellikleri xalq ruhuna yaxinligi ile seciyyelenir Fitret Dilimiz meqalesinde turk dilinin tarixinden behs ederek yazir Dunyanin en zengin ve en bextsiz dilinin hansi dil oldugunu bilirsinizmi Turk dili Dunyanin en zengin dili turk dilidir en bextsiz dili yene turk dilidir Fitret meqalede turk dilinin soz ehtiyati ve soz yaratma qudreti baximindan tehlil ederek yuksek qiymetlendirirdi Tarixden numune getirerek turk olduqlari halda farsca eserler yazmis qelem ustadlarini qinayir Ibn Sina Ferabi Celaleddin Rumi Covheri Nizami kimi sexsiyyetler turk olduqlarina baxmayaraq eserlerini farsca yazdiqlarina gore dunyada fars kimi taninirlar Fitret bu gun de bizim Nizami ile bagli beynelxalq alemde yasadigimiz problemlere toxunur Seir her bir cagda ideologiyanin sade xalq icinde yayilmasinda baslica vasite olub Colpanin mehz sirin dili onu xalqa sevdirir ideyalarinin yayilmasina yardim edirdi E Fitret de metbuat sehifelerinde xalqinin gorduyu isgallari ozunde eks etdiren seirlerini cap etdirirdi Serq Mars ulduzuna Oyud Parca kimi seirlerinde sovet ideologiyasi ve onun isgalciliq siyaseti tenqid olunur Serq seirinde sair serqin dunyasinin gozelliyinden behs edir Onu saf bulaga gullu bagcaya benzedir Onun gozelliyi zenginliyi evezolunmazdir Lakin bir el bu saf bulagi bulandirir her terefden esen kulekler bagcanin gullerini soldurmaqdadir Dort bes yasar bir balanin basini Bakin keskin kilic bilen kesmisler Yiglap turgan anasinin boynuga Bir ip bilen asmislar Yengigine kelin bolgan yigitinin Cansiz yatkan govdesi uzre koyup Neyse bilen tesmisler Hatunlarinin perdesi Balalarinin yuregi Karilarinin govdesi Yarilgan Ezilgen Sair bu seirinde Turkistanla beraber zulme meruz qalmis Hind Efqan ve Ereb ve diger serq xalqlarini da ehate edir Turkistan rus zulmu altinda inleyirse Hindistan ingilislerin isgalindadir Muselman dunyasina qarsi olan basqilar isgallar E Colpan yaradiciliginda da oz eksini tapmisdir Emelin olumu adli seirinde Serqin isgali hurriyyet ideyalari eks olunmusdur Konlumde aglayan melekler kimler Serqin analari cavanlarimi Qarsimda aglayan bu canlar kimler Qullar olkesinin insanlarimi Qul veziyyetine salinaraq imperiya terefinden bilerekden yuxuya verilen Turkistan toplumunu oyandirmaq ireliye isiga aparmaq isteyi sair qelbini titredir E Fitret E Colpan kimi senetkarlar omrunun sonlarina qeder veteni xalqi ugrunda apardiqlari haqq mucadilesinden geri cekilmesmis sovet imperiyasinin basqilarina baxmayaraq azadliq hurriyyet ideyalarini teblig etmisler Sovet repressiya mengenesi her iki sairin qetline ferman verse bele onlarin yeri turk milletinin ureyinde daim yasayacaqdir IstinadlarEdebiyyatKerimov Naim Fitretin seytana usyani Ozbekistan edebiyyati ve se ne ti Daskend 1993 20 avqust Fatma Acik Ozbek Turk sairi yazari dil bilimcisi ve dusunuru Abdu rauf Fitrat KOK journal of social and strategical researches Vol IV Num 1 spring 2002 Colpan Andican ve onun seirleri ekitap kulturturizm gov tr dosya 1 87151 h colpan pdfXarici kecidlerAbdurauf Fitrat Biografiya Fitrata Abduraufa Fitrat Abdurauf 1885 1938 olu kecid Rol Rossii v podavlenii dzhadidskogo dvizheniya 2014 11 02 at the Wayback Machine FITRAT 1886 1938 2016 03 04 at the Wayback Machine ozb Hemcinin baxOzbekistan edebiyyati Ebdulhemid Colpan yazici Sair ile elaqedar bu meqale qaralama halindadir Meqaleni redakte ederek Vikipediyani zenginlesdirin