Formula 1-də 1978-ci il mövsümü “hava tutmaq” şüarı altında başlamışdı. Kolin Çəpmənin komandası və komandanın lideri Mario Andretti keçən il hər iki titulu əldən vermişdi, amma hamı başa düşürdü ki, bu məğlubiyyətin səbəbi qələbə qazanmış Ferrari-nin sürəti deyildi. Sadəcə italyan əsilli amerikalı sürücünün Lotus 78 maşını daim problemlərlə üzləşdiyi halda, Niki Laudanın Ferrari 312 T3-ü stabil finiş görürdü. Maraqlıdır ki, mövsümöncəsi fasilə zamanı rəqiblərin heç biri risk etmədi və yeni maşınlarda qraund-effekt prinsipi tətbiq olunmadı. Tarix artıq bir neçə dəfə göstərmişdi ki, Kolinin ixtiraları debüt ilindən sonrakı ildə əlçatmaz olur, amma rəqiblər yenə də onun növbəti kəşfindən dərhal yararlanmadılar.
Lakin yeni mövsümün ilk Qran Prisindən Mario və Tyrrell-dən komandaya qayıtmış Ronni Peterson ardıcıl qələbələr qazanmağa başladılar. Mövsümün 6-cı yarışı Belçikada yeni Lotus 79 modeli debüt etdi və komanda həm Spada, həm də Xaramada (İspaniya Qran Prisi) dubl qazandı. İsveç Qran Prisi mövsümün 8-ci yarışı olsa da, mövsümün sonunda titulun kimə qismət olması artıq məlum idi. Lotus 79 tarixdə “qanad avtomobil” adı almış böyük bir sinfin təməlini qoymuşdu. Maşının altlığının profili elə hazırlanmışdı ki, burundan başlayaraq quyruğa qədər altlığa daxil olan hava genişlənirdi, havanın təzyiqi isə fizika qanunlarına tam uyğun olaraq aşağı düşürdü. Ona görə də atmosfer təzyiqi maşını var gücü ilə trasa sıxırdı və döngələrdə sürət maksimum artırdı. Bu effekti gücləndirmək üçün Lotus 79-da korpusun kənarlarına elastik “ətəklər” əlavə edilmişdi ki, kənar hava axını altlığa qarışmasın. Texniki möcüzə ilə mübarizə aparmaq çox çətin idi və mövsümün 8-ci yarışına Andretti komanda yoldaşı Peterson üzərində 10 xallıq üstünlüklə gəlmişdi. Monakoda Tyrrell-də karyerasının ilk qələbəsini qazanmış Patrik Depaye isveçli sürücüyə 13 xal uduzurdu. Amma Anderstorp şəhərindəki yarış Lotus sürücüləri üçün yüngül gəzinti olmadı. Rəqiblər isə “qanad avtomobil”ə alternativ variant fikirləşib tapdılar. Bunu Brabham komandasının konstruktoru Qordon Murrey etdi. Britaniyalı mühəndis hesab edirdi ki maşının sürətini artırmaq üçün onun altlığındakı havanı yox etmək lazımdır. Bunun ən asan yolu isə havanı altlıqdan sormaqdır. Ona görə də İsveçdə hər iki Brabham BT46 maşınları qəribə görünüş aldılar – maşının arxasında böyük pərləri olan ventilyator quraşdırılmışdı. Texniki təftiş zamanı problem olmasın deyə, komandanın başçısı Berni Ekklstoun hamıya bildirmişdi ki, bu sadəcə motorun yeni soyutma sistemidir. Rəqiblər yeni maşını “ventilyator avtomobil” (fan car) adlandırdılar və təəccüblə yeni texnikanı nəzərdən keçirdilər. Məşqlər zamanı məlum oldu ki, ventilyator maşının altından tozu və xırda daşları soraraq arxada gələn maşına tərəf atır. Amma komanda istədiyinə nail olmuşdu – BT46B doğrudan da trası yaxşı tuturdu. Sıralanma turunda Andretti Lotus-a növbəti poulu qazandırsa da, sonrakı iki yeri Ekklstounun sürücüləri tutdular – Con Uotson sonuncu dünya çempionu Laudanı qabaqlamışdı. Avstriyalı ikiqat dünya çempionu Kommendatore ilə növbəti qalmaqaldan sonra Berninin yarım milyon funt sterlinqlik müqaviləsinə imza ataraq Ferrari-ni tərk etmişdi. İsveç yarışınadək Niki 3 dəfə podiuma qalxsa da, Alfa Romeo mühərriyi 4 yarışda onu yarıda qoymuşdu.
Yarışdan əvvəl digər komandalar Berninin maşınlarının reqlamentə uyğun gəlmədiyini bildirərək şikayət etdilər, amma federasiya araşdırmanı yarışdan sonraya saxladı və maşınlar starta buraxıldı. Startda Andretti liderliyini qorudu, Lauda onu təqib etməyə başladı. O zaman "ikinci Eymon" (Eymon F1-in ən bəxtsiz sürücüsü sayılır) adına namizəd Con Uotson növbəti nasazlıq üzündən yarışı dayandırmalı oldu. Ona görə də ilk üçlüyə daha bir maraqlı maşın daxil oldu. Hələ 1977-ci ilin payızında Shadow komandasının bir çox üzvü, o cümlədən, konstruktor Toni Sautqeyt, menecer Alan Riz, sürücü Rikkardo Patreze Don Nikolzun komandasını tərk edərək müstəqil komanda qurmuşdu. Yeni komanda Arrows adını (ox) aldı. Aydın məsələdir ki, komandanın ilk FA1 maşını Shadow komandasının sonuncu DN9 maşının nüsxəsi alındı. Nikolz komandanı məhkəməyə verdi, amma araşdırmalar gedənə qədər Patreze möcüzələr yaradırdı.
Cənubi Afrikada italiyalı sürücü yarışa liderlik etdi, amma motorun partlaması sürücünü xalsız qoydu. Növbəti yarışlarda isə komanda ilk xallarını qazandı. Beləliklə, Patreze İsveç yarışda 3-cü yerə yüksəldi. Öndə isə Andretti və Lauda gərgin mübarizə aparırdılar. Dövrəvi sürücülər amerikalı sürücünün işini çətinləşdirmişdilər və kiçik bir səhv kifayət etdi ki, Lauda yarışda liderliyi ələ aldı. Yuxarıda da qeyd etmişdik ki, "ventilyator avtomobil"i təqib etmək asan deyidi, ona görə də Mario bir qədər geri qalmağa başladı. 46-cı dövrədə Andrettinin Lotus-unda Ford Cosworth DFV motoru tüstülənməyə başaldı və sürücü mübarizəni dayandırdı. Bundan sonra Patreze 2-ci yerə qalxdı, Ronni Petersonun 3-cülüyə yüksəlməsi tribunaları ayağa qaldırdı. İsveçli sürücü ev trasında fərqlənmək istəyirdi, amma yarışın əvvəlində təkərinin deşilməsi onu geriyə salmışdı. Lotus-un yerli sürücüsü 17-ci yerdən yüksəlməyə başlamışdı, finişə 10 dövrə qalmış Patrezeyə çatsa da, finişə qədər onu keçə bilmədi. Finişdə iki sürücünü cəmi 0.086 saniyə ayırdı. Uzun müddət Alan Cons ağ-yaşıl Williams FW06 ilə dördüncü olsa da, təkərlərdən birindəki güclü vibrasiya nəticəsində finiş görmədi. Dördüncülüyə yüksələn Jak Laffit də bu mövqedə möhkəmlənə bilmədi – onun Ligier JS9-unda yanacaq azaldığı üçün sürücü son dövrələrdə sürətini azaltmalı oldu. Ona görə də fransalı sürücünü əvvəlcə McLaren-in yeni sürücüsü Patrik Tambe, daha sonra Shadow-dan Kley Reqatsioni və ikiqat dünya çempionu Emerson Fittipaldi keçdilər. Finişdən sonra isə məlum oldu ki, kompromis qərar qəbul olunub – Anderstorpda baş tutan yarışın nəticələri dəyişməz qalsa da, növbəti yarışdan Brabham BT46B-nin və digər oxşar konstruksiyaların tətbiqi qadağan edildi. Arrows-a gəlincə, hamı komandanın inkişaf edəcəyinə əmin idi. Amma İsveçdə qazanılan ikinciliyi komanda yalnız 20 ildən sonra Macarıstanda təkrar edə bildi…
İstinadlar
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Formula 1 de 1978 ci il movsumu hava tutmaq suari altinda baslamisdi Kolin Cepmenin komandasi ve komandanin lideri Mario Andretti kecen il her iki titulu elden vermisdi amma hami basa dusurdu ki bu meglubiyyetin sebebi qelebe qazanmis Ferrari nin sureti deyildi Sadece italyan esilli amerikali surucunun Lotus 78 masini daim problemlerle uzlesdiyi halda Niki Laudanin Ferrari 312 T3 u stabil finis gorurdu Maraqlidir ki movsumoncesi fasile zamani reqiblerin hec biri risk etmedi ve yeni masinlarda qraund effekt prinsipi tetbiq olunmadi Tarix artiq bir nece defe gostermisdi ki Kolinin ixtiralari debut ilinden sonraki ilde elcatmaz olur amma reqibler yene de onun novbeti kesfinden derhal yararlanmadilar Lakin yeni movsumun ilk Qran Prisinden Mario ve Tyrrell den komandaya qayitmis Ronni Peterson ardicil qelebeler qazanmaga basladilar Movsumun 6 ci yarisi Belcikada yeni Lotus 79 modeli debut etdi ve komanda hem Spada hem de Xaramada Ispaniya Qran Prisi dubl qazandi Isvec Qran Prisi movsumun 8 ci yarisi olsa da movsumun sonunda titulun kime qismet olmasi artiq melum idi Lotus 79 tarixde qanad avtomobil adi almis boyuk bir sinfin temelini qoymusdu Masinin altliginin profili ele hazirlanmisdi ki burundan baslayaraq quyruga qeder altliga daxil olan hava genislenirdi havanin tezyiqi ise fizika qanunlarina tam uygun olaraq asagi dusurdu Ona gore de atmosfer tezyiqi masini var gucu ile trasa sixirdi ve dongelerde suret maksimum artirdi Bu effekti guclendirmek ucun Lotus 79 da korpusun kenarlarina elastik etekler elave edilmisdi ki kenar hava axini altliga qarismasin Texniki mocuze ile mubarize aparmaq cox cetin idi ve movsumun 8 ci yarisina Andretti komanda yoldasi Peterson uzerinde 10 xalliq ustunlukle gelmisdi Monakoda Tyrrell de karyerasinin ilk qelebesini qazanmis Patrik Depaye isvecli surucuye 13 xal uduzurdu Amma Anderstorp seherindeki yaris Lotus suruculeri ucun yungul gezinti olmadi Reqibler ise qanad avtomobil e alternativ variant fikirlesib tapdilar Bunu Brabham komandasinin konstruktoru Qordon Murrey etdi Britaniyali muhendis hesab edirdi ki masinin suretini artirmaq ucun onun altligindaki havani yox etmek lazimdir Bunun en asan yolu ise havani altliqdan sormaqdir Ona gore de Isvecde her iki Brabham BT46 masinlari qeribe gorunus aldilar masinin arxasinda boyuk perleri olan ventilyator qurasdirilmisdi Texniki teftis zamani problem olmasin deye komandanin bascisi Berni Ekklstoun hamiya bildirmisdi ki bu sadece motorun yeni soyutma sistemidir Reqibler yeni masini ventilyator avtomobil fan car adlandirdilar ve teeccuble yeni texnikani nezerden kecirdiler Mesqler zamani melum oldu ki ventilyator masinin altindan tozu ve xirda daslari soraraq arxada gelen masina teref atir Amma komanda istediyine nail olmusdu BT46B dogrudan da trasi yaxsi tuturdu Siralanma turunda Andretti Lotus a novbeti poulu qazandirsa da sonraki iki yeri Ekklstounun suruculeri tutdular Con Uotson sonuncu dunya cempionu Laudani qabaqlamisdi Avstriyali ikiqat dunya cempionu Kommendatore ile novbeti qalmaqaldan sonra Berninin yarim milyon funt sterlinqlik muqavilesine imza ataraq Ferrari ni terk etmisdi Isvec yarisinadek Niki 3 defe podiuma qalxsa da Alfa Romeo muherriyi 4 yarisda onu yarida qoymusdu Yarisdan evvel diger komandalar Berninin masinlarinin reqlamente uygun gelmediyini bildirerek sikayet etdiler amma federasiya arasdirmani yarisdan sonraya saxladi ve masinlar starta buraxildi Startda Andretti liderliyini qorudu Lauda onu teqib etmeye basladi O zaman ikinci Eymon Eymon F1 in en bextsiz surucusu sayilir adina namized Con Uotson novbeti nasazliq uzunden yarisi dayandirmali oldu Ona gore de ilk ucluye daha bir maraqli masin daxil oldu Hele 1977 ci ilin payizinda Shadow komandasinin bir cox uzvu o cumleden konstruktor Toni Sautqeyt menecer Alan Riz surucu Rikkardo Patreze Don Nikolzun komandasini terk ederek musteqil komanda qurmusdu Yeni komanda Arrows adini ox aldi Aydin meseledir ki komandanin ilk FA1 masini Shadow komandasinin sonuncu DN9 masinin nusxesi alindi Nikolz komandani mehkemeye verdi amma arasdirmalar gedene qeder Patreze mocuzeler yaradirdi Cenubi Afrikada italiyali surucu yarisa liderlik etdi amma motorun partlamasi surucunu xalsiz qoydu Novbeti yarislarda ise komanda ilk xallarini qazandi Belelikle Patreze Isvec yarisda 3 cu yere yukseldi Onde ise Andretti ve Lauda gergin mubarize aparirdilar Dovrevi suruculer amerikali surucunun isini cetinlesdirmisdiler ve kicik bir sehv kifayet etdi ki Lauda yarisda liderliyi ele aldi Yuxarida da qeyd etmisdik ki ventilyator avtomobil i teqib etmek asan deyidi ona gore de Mario bir qeder geri qalmaga basladi 46 ci dovrede Andrettinin Lotus unda Ford Cosworth DFV motoru tustulenmeye basaldi ve surucu mubarizeni dayandirdi Bundan sonra Patreze 2 ci yere qalxdi Ronni Petersonun 3 culuye yukselmesi tribunalari ayaga qaldirdi Isvecli surucu ev trasinda ferqlenmek isteyirdi amma yarisin evvelinde tekerinin desilmesi onu geriye salmisdi Lotus un yerli surucusu 17 ci yerden yukselmeye baslamisdi finise 10 dovre qalmis Patrezeye catsa da finise qeder onu kece bilmedi Finisde iki surucunu cemi 0 086 saniye ayirdi Uzun muddet Alan Cons ag yasil Williams FW06 ile dorduncu olsa da tekerlerden birindeki guclu vibrasiya neticesinde finis gormedi Dordunculuye yukselen Jak Laffit de bu movqede mohkemlene bilmedi onun Ligier JS9 unda yanacaq azaldigi ucun surucu son dovrelerde suretini azaltmali oldu Ona gore de fransali surucunu evvelce McLaren in yeni surucusu Patrik Tambe daha sonra Shadow dan Kley Reqatsioni ve ikiqat dunya cempionu Emerson Fittipaldi kecdiler Finisden sonra ise melum oldu ki kompromis qerar qebul olunub Anderstorpda bas tutan yarisin neticeleri deyismez qalsa da novbeti yarisdan Brabham BT46B nin ve diger oxsar konstruksiyalarin tetbiqi qadagan edildi Arrows a gelince hami komandanin inkisaf edeceyine emin idi Amma Isvecde qazanilan ikinciliyi komanda yalniz 20 ilden sonra Macaristanda tekrar ede bildi Istinadlar