İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu — yarandığı gündən 2022-ci ilin may ayına qədər Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna, 2022-ci ildən publik hüquqi şəxs kimi "Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi"nin ("Mərkəz") tabeliyində fəaliyyət göstərən elmi təşkilatdır.
İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu HİHİ | |
---|---|
Hüquq və İnsan Haqları İnstitutu | |
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Tipi | publik hüquqi şəxs |
Yaradılıb | 1999 |
Digər məlumatlar | |
Direktor | Məhəmməd Quluzadə |
İşçi sayı | 68 |
Ünvan | Hüseyn Cavid, 125, Bakı, Yasamal, AZ1141 |
Telefon | (+994 12) 537-20-73 (+994 12) 537-20-76 (+994 12) 537-20-79 |
Sayt | huquq.org.az |
1999-cu ildən 2022-ci ilin may ayına qədər İnstitut Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil idi. Hal-hazırda institut publik hüquqi şəxs kimi "Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi"nin ("Mərkəz") tabeliyində fəaliyyət göstərir.
Tarixi
İnstitut 30 noyabr 1998-ci il tarixdə yaranıb. İnstitutun yaranmasına mühüm sənədlər və bir sıra hadisələr təkan verib. Belə ki, 1998-ci ilin fevral ayının 22-də Heydər Əliyev "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərman imzaladı. Fərmanda ölkədə ictimai-siyasi sabitliyin bərqərar edilməsi, aparılan genişmiqyaslı islahatlar nəticəsində insan hüquqlarının müdafiəsi sisteminin yaradılması zəruriliyi göstərilərək, bu sahədə inkişafın istiqamətləri müəyyən edilmişdi. Bu fərmanın məntiqi davamı olaraq Azərbaycan Prezidentinin 1998-ci il 18 iyun tarixli sərəncamı ilə Azərbaycanın ilk "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" təsdiq edildi.
Dövlət Proqramına əsasən həyata keçirilmiş tədbirlər nəticəsində ölkədə insan hüquq və azadlıqları probleminə dair elmi-tədqiqat işlərinin aparılması, elmi tövsiyələrin hazırlanması və bu sahədə hüquqi biliklərin dərinləşdirilməsi məqsədilə "İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 1998-ci il tarixli Sərəncamı əsasında Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 26 may 1999-cu il qərarı verildi.
İnstitutun ilk Nizamnaməsi 21 iyun 1999-cu il tarixdə Ədliyyə Nazirliyində qeydiyyata alındı. Yeni bir elmi istiqamətin — tədqiqat mərkəzinin təşkili və rəhbərliyi professor Rövşən Mustafayevə həvalə olundu. (1999–2009) Azərbaycan Respublikası Prezidentinin 26 may 2016-cı il tarixli 2069 nömrəli Sərəncamı ilə AMEA-nın İnsan Haqları üzrə Elmi-Tədqiqat İnstitutunun adı dəyişdirilərək Hüquq və İnsan Haqları İnstitutu adlandırılmışdır. Sərəncama uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 iyul 2016-cı il tarixli 277 nömrəli Qərarı ilə Fəlsəfə və Hüquq İnstitutunun hüquq elmləri üzrə struktur bölmələri ləğv edilərək Hüquq və İnsan Haqları İnstitutunun struktur tərkibinə verilmişdir.
Bu dəyişikliklərin həyata keçirilməsi üçün AMEA RH 07 sentyabr 2016-cı il tarixli 10/5 nömrəli Qərar qəbul etmişdir. İnstitutun yenilənmiş Nizamnaməsi 1 fevral 2016-cı-il tarixdə Ədliyyə Nazirliyində qeydiyyata alındı. 2009–2022-ci illərdə İnstitutun direktoru vəzifəsini hüquq üzrə elmlər doktoru, professor Aytən Mustafazadə icra etmişdir.
Azərbaycan Respublikası Prezidentinin 19 may 2022-ci il tarixli fərmanı ilə beynəlxalq təcrübə nəzərə alınmaqla hüququn müxtəlif sahələri üzrə islahatların həyata keçirilməsi və normayaratma fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi məqsədilə "Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi" ("Mərkəz") publik hüquqi şəxs yaradılmışdır.
Əvvəllər Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan İnstitut Mərkəz yarandıqdan sonra onun tabeliyinə verilərək, yenidən təşkil edilmişdir. Hal-hazırda Hüquq və İnsan Haqları İnstitutu ("İnstitut") publik hüquqi şəxs kimi Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin tabeliyində fəaliyyət göstərir. İnstitutun indiki Nizamnaməsi Mərkəzin 25–26 iyul 2022-ci-il tarixli protokoluna əsasən Ədliyyə Nazirliyində qeydiyyata alınıb. İnstitutun İdarə Heyətinin sədri hazırda, hüquq üzrə fəlsəfə doktoru Məhəmməd Fəxrəddin oğlu Quluzadədir.
İnstitutun fəaliyyət istiqamətləri
- Hüququn ayrı-ayrı sahələri üzrə, o cümlədən insan hüquq və azadlıqları sahəsində fundamental və tətbiqi elmi tədqiqat, eksperimental araşdırmaların aparılması və elmi-praktiki tövsiyələrin hazırlanmasını təşkil etmək;
- Mərkəzin fəaliyyətinə elmi və praktiki dəstək vermək;
- Hüquqi maarifləndirmə sahəsində fəaliyyət göstərmək;
- Qanunvericiliyin inkişafı və təkmilləşdirilməsində iştirak etmək;
- Normativ hüquqi tənzimləmənin təsirinin qiymətləndirilməsində iştirak etmək;
- Dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının bilik, bacarıq və səriştəsinin inkişaf etdirilməsində iştirak etmək;
- Azərbaycan Respublikasında ictimai-siyasi fikrin və hüquqi şüurun formalaşdırılmasında iştirak etmək.
İnstitutun vəzifələri və hüquqları
- Normativ hüquqi aktlarda boşluqların, kolliziyaların və sui-istifadə amillərinin aradan qaldırılması və qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə qüvvədə olan normativ hüquqi aktların hüquqi təhlilini aparmaq;
- Azərbaycan Respublikası və xarici dövlətlərin qanunvericiliyinin müqayisəli tədqiqatını aparmaq;
- Fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar və elmi-praktiki şərhlər hazırlamaq;
- Hüquqi aktları Azərbaycan dilindən xarici dillərə və xarici dillərdən Azərbaycan dilinə tərcümə etmək.
İnstitutun struktur bölmələri
- İdarə Heyətinin sədri
- İdarə Heyətinin sədr müavini
- İdarə Heyətinin sədr müavini
- Maliyyə sektoru
- Hüquq və Kadr şöbəsi
- Sənədlərlə iş şöbəsi
- İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsi
- Hüquqi tədqiqat şöbəsi
- Mətbuat və beynəlxalq əlaqələr şöbəsi
- Redaksiya və nəşriyyat şöbəsi
- İnformasiya texnologiyaları şöbəsi
- Təsərrüfat şöbəsi
İnstitutun hal-hazırki alimləri
- Quluzadə Məhəmməd Fəxrəddin oğlu
- İbayev Vəfaddin Ələm oğlu
- Həsənzadə Səidə Bəhram qızı
- Əliyev Tuqay Zakir oğlu
- Əliyev İlham Malik oğlu
- Qədirov Asif Xanoğlan oğlu
- Ələsgərova Gülnaz Rəfail qızı
- Qaramollayeva Samirə Asəf qızı
- İbrahimov Şikar Mürşüd oğlu
- Xəlilov Ilqar Ibrahimxəlil oğlu
- Qasımov Ələs Yunus oğlu
- Məmmədova Ayan Urfan qızı
- İnstitutun Ekspert Şurasının alimləri
- Rzayev Əli Heydər oğlu
- Süleymanov Cavanşır İslam oğlu
- Əliyev Aydın Cəmil oğlu
- Güləliyeva Romella Əli qızı
- Bekker Moisey Vladimiroviç
Elmi nəticələri
2004-cü ildən institutda 45 (12 dissertant,10 doktorant, 23 elmlər doktoru) doktorant və dissertant təhsil alıb. 159 (57 dissertant, 64 doktorant, 21 elmlər doktoru, 17 xarici dissertant) dissertant və doktorant təhsilini bitirib. 69 doktorant və dissertant müdafiə edib. 47 doktorant və dissertant ilkin müzakirədən keçib. Ümumilikdə 228 elmi iş müdafiə olunub. Hazırda İnstitutda 1 elmlər doktoru, 12 fəlsəfə doktoru çalışır. 25 il ərzində İnstitutda 170 müxtəlif adda kitab nəşr olunub.
- "Din və Etiqad Azadlığı: Beynəlxalq, regional və milli hüquqi sənədlərdə";
- "Postmünaqişə vəziyyətinin siyasi-hüquqi aspektləri";
- "44 günlük diplomatiya dərsləri" (3 dildə -azərbaycan, rus, ingilis);
- "Leyla Əliyeva: Xocalıya ədalət!" (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model) 3 cilddə
- "Dövlət İnformasiya Siyasəti və İnformasiya Hüququ";
- "Sağlamlıq imkanları məhdud olan şəxslərin məşğulluğu problemləri";
- "Elmi-texniki tərəqqi, süni intellekt və hüquq";
- "İmtiyazlı məhbuslar üçün qanunlar toplusu";
- "Elektron məhkəmənin ədalət mühakiməsi sistemində hüquqi əsasları"
- "Yetkinlik yaşına çatmayanların hüquq və azadlıqlarının müdafiəsində Yuvenal Ədliyyənin rolu və onun təkmilləşdirilməsi";
- "İnsan hüquqları və onların beynəlxalq hüquqda qorunması (polisin yaddaş kitabçası)";
- "Azərbaycan Avropa hüquq məkanında (işgəncələrə qarşı sənədlər toplusu)";
- "Polisin işi və insan hüquqları Avropa kontekstində (sorğu vəsaiti)";
- "İnsan hüquqları və polis (əyani tədris vəsaiti)";
- "Bioetika, tibbi hüquq və yeni texnologiyalar";
- "GMO və ərzaq təhlükəsizliyi";
- Süni İntellekt və robot texnikası insan hüquqları kontekstində";
- "İnsan Hüquqları İnstitutunun tərəfdaşları";
- "Hüquqi dövlət quruculuğunda və vətəndaş cəmiyyətinin möhkəmləndirilməsində vəkillik institutunun rolu";
- "Əlillərin hüquqları, cəmiyyətə adaptasiyası və inteqrasiyası: dünya təcrübəsi, mövcud problemlər və həlli yolları";
- "Böyük İpək Yolu Azərbaycan dövlətinin geostrateji maraqları kontekstində";
- "Dövlət informasiya siyasəti (KİV timsalında)";
- "İslam hüququ";
- "Tibb hüququ";
- "Bioetika və tibbi hüquq";
- "Sosioloji hüquqşünaslığın tarixi aspektləri";
- "Özümüzü və dünyanı dərketmə yolunda";
- "Dövlət informasiya siyasəti və informasiya hüququ";
- "Azərbaycanda ailə İnstitutunun konstitusiya hüquqi statusu: kompleks təhlil";
- "Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ ərazisində tarix və memarlıq abidələrinin kataloqu";
- "Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə vurulan zərər";
- "İrəvan məkanında azərbaycanlılara qarşı etnik təmizləmə: tarixi və hüquqi aspektdə" və s. bir çox nəşrləri qeyd etmək olar.
Kitabxana fondu və elektron kitabxana
İnstitutun kitabxana fonduna 3145 adda kitab daxildir. İnstitutda Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) dəstəyi ilə Azərbaycanda ilk hüquq və insan haqları indeksində elektron kitabxananın yardılması nəzərdə tutulub. İnstitutun veb səhifəsi üzərindən fəaliyyət göstərəcək elektron kitabxana uzaq məsafədən ümumi istifadə üçün oxuculara daha dolğun informasiya verəcək. Zaman və məkandan asılılığa son qoyan bu xidmət, dünyanın istənilən nöqtəsində yerləşən qeyri-məhdud sayda oxuculara 24 saat ərzində eyni anda xidmət edə bilir. İstitutun kitabxana fondunda olan hüquq və insan haqları kontekstini əks etdirən bütün nəşrlər mərkəzləşdirilmiş formada elektron kitabxanamız vasitəsilə ödənişli əsaslarla fəaliyyət göstərəcək.
250-dən artıq müxtəlif mövzularda görüşlər, konfranslar, təqdimatlar və seminarlar keçirilib. İnstitutun profil istiqamətini əks etdirən 100-dən çox Qanun layihələrinə rəy və təkliflər verilib, həmçinin bu sahədə ekspertizalar aparılıb. 2013–2018-ci illərdə İnstitutda "Ödənişsiz hüquqi yardım xidməti haqqında" Qanun layihəsi əsasında vətəndaşlara ödənişsiz hüquqi yardım xidməti göstərilib.
Beynəlxalq təşkilatlarda üzvlüyü
İnstitut "beyin mərkəzlərinin" qlobal bazası olan On Think Tanks (OTT) platformasına "hüquq, insan haqları, ədliyyə və təhsil sahəsində ixtisaslaşan beyin mərkəzi" kimi daxil edilib.
- İnstitutun Beynəlxalq tərəfdaşları
- Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP)
- Avropa Şurası (CoE)
- Beynəlxalq Miqrasiya Təşkilatı (BmQT)
- Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı (OHCHR)
- Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (OSCE)
Həmçinin bax
İstinadlar
- (az.). http://huquq.org.az. Archived from the original on 2023-03-09. İstifadə tarixi: 9 mart 2023.
- . Archived from the original on 2023-03-09. İstifadə tarixi: 9 mart 2023.
- (az.). https://e-qanun.az. Archived from the original on 2023-03-09. İstifadə tarixi: 9 mart 2023.
Xarici keçidlər
- huquq.org.az — Hüquq və İnsan Haqları İnstitutunun rəsmi saytı
- "Hüquq və İnsan Haqları İnstitutu"nun İdarə Heyətinin sədri vəzifəsinə təyinat olub" (az.). https://report.az. 09.03.2023 tarixində arxivləşdirilib.
- "Hüquq və İnsan Haqları İnstitutu publik hüquqi şəxsə çevrilməklə yenidən təşkil ediləcək" (az.). https://www.azerbaijan-news.az. 09.03.2023 tarixində arxivləşdirilib.
- İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu 2010-07-17 at the Wayback Machine
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Insan Huquqlari uzre Elmi Tedqiqat Institutu yarandigi gunden 2022 ci ilin may ayina qeder Azerbaycan Milli Elmler Akademiyasinin strukturuna 2022 ci ilden publik huquqi sexs kimi Huquqi Ekspertiza ve Qanunvericilik Tesebbusleri Merkezi nin Merkez tabeliyinde fealiyyet gosteren elmi teskilatdir Insan Huquqlari uzre Elmi Tedqiqat Institutu HIHIHuquq ve Insan Haqlari InstitutuUmumi melumatlarOlke AzerbaycanTipi publik huquqi sexsYaradilib 1999Diger melumatlarDirektor Mehemmed QuluzadeIsci sayi 68Unvan Huseyn Cavid 125 Baki Yasamal AZ1141Telefon 994 12 537 20 73 994 12 537 20 76 994 12 537 20 79Sayt huquq org az 1999 cu ilden 2022 ci ilin may ayina qeder Institut Azerbaycan Milli Elmler Akademiyasinin strukturuna daxil idi Hal hazirda institut publik huquqi sexs kimi Huquqi Ekspertiza ve Qanunvericilik Tesebbusleri Merkezi nin Merkez tabeliyinde fealiyyet gosterir TarixiInstitut 30 noyabr 1998 ci il tarixde yaranib Institutun yaranmasina muhum senedler ve bir sira hadiseler tekan verib Bele ki 1998 ci ilin fevral ayinin 22 de Heyder Eliyev Insan ve vetendas huquqlarinin ve azadliqlarinin temin edilmesi sahesinde tedbirler haqqinda ferman imzaladi Fermanda olkede ictimai siyasi sabitliyin berqerar edilmesi aparilan genismiqyasli islahatlar neticesinde insan huquqlarinin mudafiesi sisteminin yaradilmasi zeruriliyi gosterilerek bu sahede inkisafin istiqametleri mueyyen edilmisdi Bu fermanin mentiqi davami olaraq Azerbaycan Prezidentinin 1998 ci il 18 iyun tarixli serencami ile Azerbaycanin ilk Insan huquqlarinin mudafiesine dair Dovlet Proqrami tesdiq edildi Dovlet Proqramina esasen heyata kecirilmis tedbirler neticesinde olkede insan huquq ve azadliqlari problemine dair elmi tedqiqat islerinin aparilmasi elmi tovsiyelerin hazirlanmasi ve bu sahede huquqi biliklerin derinlesdirilmesi meqsedile Insan Huquqlari uzre Elmi Tedqiqat Institutunun yaradilmasi haqqinda Azerbaycan Respublikasi Prezidentinin 30 noyabr 1998 ci il tarixli Serencami esasinda Azerbaycan Milli Elmler Akademiyasi Reyaset Heyetinin 26 may 1999 cu il qerari verildi Institutun ilk Nizamnamesi 21 iyun 1999 cu il tarixde Edliyye Nazirliyinde qeydiyyata alindi Yeni bir elmi istiqametin tedqiqat merkezinin teskili ve rehberliyi professor Rovsen Mustafayeve hevale olundu 1999 2009 Azerbaycan Respublikasi Prezidentinin 26 may 2016 ci il tarixli 2069 nomreli Serencami ile AMEA nin Insan Haqlari uzre Elmi Tedqiqat Institutunun adi deyisdirilerek Huquq ve Insan Haqlari Institutu adlandirilmisdir Serencama uygun olaraq Azerbaycan Respublikasi Nazirler Kabinetinin 18 iyul 2016 ci il tarixli 277 nomreli Qerari ile Felsefe ve Huquq Institutunun huquq elmleri uzre struktur bolmeleri legv edilerek Huquq ve Insan Haqlari Institutunun struktur terkibine verilmisdir Bu deyisikliklerin heyata kecirilmesi ucun AMEA RH 07 sentyabr 2016 ci il tarixli 10 5 nomreli Qerar qebul etmisdir Institutun yenilenmis Nizamnamesi 1 fevral 2016 ci il tarixde Edliyye Nazirliyinde qeydiyyata alindi 2009 2022 ci illerde Institutun direktoru vezifesini huquq uzre elmler doktoru professor Ayten Mustafazade icra etmisdir Azerbaycan Respublikasi Prezidentinin 19 may 2022 ci il tarixli fermani ile beynelxalq tecrube nezere alinmaqla huququn muxtelif saheleri uzre islahatlarin heyata kecirilmesi ve normayaratma fealiyyetinin keyfiyyetinin yukseldilmesi meqsedile Huquqi Ekspertiza ve Qanunvericilik Tesebbusleri Merkezi Merkez publik huquqi sexs yaradilmisdir Evveller Azerbaycan Milli Elmler Akademiyasinin strukturuna daxil olan Institut Merkez yarandiqdan sonra onun tabeliyine verilerek yeniden teskil edilmisdir Hal hazirda Huquq ve Insan Haqlari Institutu Institut publik huquqi sexs kimi Huquqi Ekspertiza ve Qanunvericilik Tesebbusleri Merkezinin tabeliyinde fealiyyet gosterir Institutun indiki Nizamnamesi Merkezin 25 26 iyul 2022 ci il tarixli protokoluna esasen Edliyye Nazirliyinde qeydiyyata alinib Institutun Idare Heyetinin sedri hazirda huquq uzre felsefe doktoru Mehemmed Fexreddin oglu Quluzadedir Institutun fealiyyet istiqametleriHuququn ayri ayri saheleri uzre o cumleden insan huquq ve azadliqlari sahesinde fundamental ve tetbiqi elmi tedqiqat eksperimental arasdirmalarin aparilmasi ve elmi praktiki tovsiyelerin hazirlanmasini teskil etmek Merkezin fealiyyetine elmi ve praktiki destek vermek Huquqi maariflendirme sahesinde fealiyyet gostermek Qanunvericiliyin inkisafi ve tekmillesdirilmesinde istirak etmek Normativ huquqi tenzimlemenin tesirinin qiymetlendirilmesinde istirak etmek Dovlet orqanlarinin qurumlarinin emekdaslarinin bilik bacariq ve seristesinin inkisaf etdirilmesinde istirak etmek Azerbaycan Respublikasinda ictimai siyasi fikrin ve huquqi suurun formalasdirilmasinda istirak etmek Institutun vezifeleri ve huquqlariNormativ huquqi aktlarda bosluqlarin kolliziyalarin ve sui istifade amillerinin aradan qaldirilmasi ve qanunvericiliyin tekmillesdirilmesi meqsedile quvvede olan normativ huquqi aktlarin huquqi tehlilini aparmaq Azerbaycan Respublikasi ve xarici dovletlerin qanunvericiliyinin muqayiseli tedqiqatini aparmaq Fealiyyet istiqametleri uzre rey ve teklifler vermek tehliller ve umumilesdirmeler aparmaq analitik materiallar ve elmi praktiki serhler hazirlamaq Huquqi aktlari Azerbaycan dilinden xarici dillere ve xarici dillerden Azerbaycan diline tercume etmek Institutun struktur bolmeleri Idare Heyetinin sedri Idare Heyetinin sedr muavini Idare Heyetinin sedr muavini Maliyye sektoru Huquq ve Kadr sobesi Senedlerle is sobesi Insan huquqlari uzre telim ve ekspertiza sobesi Huquqi tedqiqat sobesi Metbuat ve beynelxalq elaqeler sobesi Redaksiya ve nesriyyat sobesi Informasiya texnologiyalari sobesi Teserrufat sobesiInstitutun hal hazirki alimleriQuluzade Mehemmed Fexreddin oglu Ibayev Vefaddin Elem oglu Hesenzade Seide Behram qizi Eliyev Tuqay Zakir oglu Eliyev Ilham Malik oglu Qedirov Asif Xanoglan oglu Elesgerova Gulnaz Refail qizi Qaramollayeva Samire Asef qizi Ibrahimov Sikar Mursud oglu Xelilov Ilqar Ibrahimxelil oglu Qasimov Eles Yunus oglu Memmedova Ayan Urfan qiziInstitutun Ekspert Surasinin alimleriRzayev Eli Heyder oglu Suleymanov Cavansir Islam oglu Eliyev Aydin Cemil oglu Guleliyeva Romella Eli qizi Bekker Moisey VladimirovicElmi neticeleri2004 cu ilden institutda 45 12 dissertant 10 doktorant 23 elmler doktoru doktorant ve dissertant tehsil alib 159 57 dissertant 64 doktorant 21 elmler doktoru 17 xarici dissertant dissertant ve doktorant tehsilini bitirib 69 doktorant ve dissertant mudafie edib 47 doktorant ve dissertant ilkin muzakireden kecib Umumilikde 228 elmi is mudafie olunub Hazirda Institutda 1 elmler doktoru 12 felsefe doktoru calisir 25 il erzinde Institutda 170 muxtelif adda kitab nesr olunub Din ve Etiqad Azadligi Beynelxalq regional ve milli huquqi senedlerde Postmunaqise veziyyetinin siyasi huquqi aspektleri 44 gunluk diplomatiya dersleri 3 dilde azerbaycan rus ingilis Leyla Eliyeva Xocaliya edalet Beynelxalq ermeni terroruna qarsi yeni strateji model 3 cildde Dovlet Informasiya Siyaseti ve Informasiya Huququ Saglamliq imkanlari mehdud olan sexslerin mesgullugu problemleri Elmi texniki tereqqi suni intellekt ve huquq Imtiyazli mehbuslar ucun qanunlar toplusu Elektron mehkemenin edalet muhakimesi sisteminde huquqi esaslari Yetkinlik yasina catmayanlarin huquq ve azadliqlarinin mudafiesinde Yuvenal Edliyyenin rolu ve onun tekmillesdirilmesi Insan huquqlari ve onlarin beynelxalq huquqda qorunmasi polisin yaddas kitabcasi Azerbaycan Avropa huquq mekaninda isgencelere qarsi senedler toplusu Polisin isi ve insan huquqlari Avropa kontekstinde sorgu vesaiti Insan huquqlari ve polis eyani tedris vesaiti Bioetika tibbi huquq ve yeni texnologiyalar GMO ve erzaq tehlukesizliyi Suni Intellekt ve robot texnikasi insan huquqlari kontekstinde Insan Huquqlari Institutunun terefdaslari Huquqi dovlet quruculugunda ve vetendas cemiyyetinin mohkemlendirilmesinde vekillik institutunun rolu Elillerin huquqlari cemiyyete adaptasiyasi ve inteqrasiyasi dunya tecrubesi movcud problemler ve helli yollari Boyuk Ipek Yolu Azerbaycan dovletinin geostrateji maraqlari kontekstinde Dovlet informasiya siyaseti KIV timsalinda Islam huququ Tibb huququ Bioetika ve tibbi huquq Sosioloji huquqsunasligin tarixi aspektleri Ozumuzu ve dunyani derketme yolunda Dovlet informasiya siyaseti ve informasiya huququ Azerbaycanda aile Institutunun konstitusiya huquqi statusu kompleks tehlil Azerbaycan Respublikasinin isgal olunmus Dagliq Qarabag erazisinde tarix ve memarliq abidelerinin kataloqu Azerbaycanin isgal olunmus erazilerindeki tarix ve medeniyyet abidelerine vurulan zerer Irevan mekaninda azerbaycanlilara qarsi etnik temizleme tarixi ve huquqi aspektde ve s bir cox nesrleri qeyd etmek olar Kitabxana fondu ve elektron kitabxanaInstitutun kitabxana fonduna 3145 adda kitab daxildir Institutda Birlesmis Milletler Teskilatinin Inkisaf Proqraminin UNDP desteyi ile Azerbaycanda ilk huquq ve insan haqlari indeksinde elektron kitabxananin yardilmasi nezerde tutulub Institutun veb sehifesi uzerinden fealiyyet gosterecek elektron kitabxana uzaq mesafeden umumi istifade ucun oxuculara daha dolgun informasiya verecek Zaman ve mekandan asililiga son qoyan bu xidmet dunyanin istenilen noqtesinde yerlesen qeyri mehdud sayda oxuculara 24 saat erzinde eyni anda xidmet ede bilir Istitutun kitabxana fondunda olan huquq ve insan haqlari kontekstini eks etdiren butun nesrler merkezlesdirilmis formada elektron kitabxanamiz vasitesile odenisli esaslarla fealiyyet gosterecek 250 den artiq muxtelif movzularda gorusler konfranslar teqdimatlar ve seminarlar kecirilib Institutun profil istiqametini eks etdiren 100 den cox Qanun layihelerine rey ve teklifler verilib hemcinin bu sahede ekspertizalar aparilib 2013 2018 ci illerde Institutda Odenissiz huquqi yardim xidmeti haqqinda Qanun layihesi esasinda vetendaslara odenissiz huquqi yardim xidmeti gosterilib Beynelxalq teskilatlarda uzvluyuInstitut beyin merkezlerinin qlobal bazasi olan On Think Tanks OTT platformasina huquq insan haqlari edliyye ve tehsil sahesinde ixtisaslasan beyin merkezi kimi daxil edilib Institutun Beynelxalq terefdaslari Birlesmis Milletler Teskilatinin Inkisaf Proqrami UNDP Avropa Surasi CoE Beynelxalq Miqrasiya Teskilati BmQT Birlesmis Milletler Teskilatinin Insan Huquqlari uzre Ali Komissarligi OHCHR Avropa Tehlukesizlik ve Emekdasliq Teskilati OSCE Hemcinin baxAzerbaycan Milli Elmler AkademiyasiIstinadlar az http huquq org az Archived from the original on 2023 03 09 Istifade tarixi 9 mart 2023 Archived from the original on 2023 03 09 Istifade tarixi 9 mart 2023 az https e qanun az Archived from the original on 2023 03 09 Istifade tarixi 9 mart 2023 Xarici kecidlerhuquq org az Huquq ve Insan Haqlari Institutunun resmi sayti Huquq ve Insan Haqlari Institutu nun Idare Heyetinin sedri vezifesine teyinat olub az https report az 09 03 2023 tarixinde arxivlesdirilib Huquq ve Insan Haqlari Institutu publik huquqi sexse cevrilmekle yeniden teskil edilecek az https www azerbaijan news az 09 03 2023 tarixinde arxivlesdirilib Insan Huquqlari uzre Elmi Tedqiqat Institutu 2010 07 17 at the Wayback Machine