Bu məqalədə yalnız ilkin və ya onunla əlaqəli mənbələrdən istifadə olunur. Məlumatlar müstəqil ikinci mənbələrə əsaslanmalıdır, əks halda məqalənin neytrallığı və ya əhəmiyyəti ilə bağlı şübhələr yarana, bunun nəticəsində də silinə bilər. Məqaləyə istinad və mənbələr əlavə etməklə onu təkmilləşdirə bilərsiniz. |
Şərurun səsi — Şərur rayonunda nəşr olunan qəzet.
Şərurun səsi | |
---|---|
Format | A3 |
Baş redaktor | Elman Telmanoğlu |
Dil | Azərbaycan dili |
Ünvan | Şərur |
Tiraj | 600 |
Tarixi
"Şərurun səsi" adlanan Şərur rayon qəzeti 1931-ci ilin oktyabrında ilk sayı ilə oxucularla görüşmüşdür. Qəzetin ilk adı "Pambığa doğru" olmuşdur. Qəzetin nəşrə başladığı ilk vaxtlar Naxçıvan şəhər sakini Qasım Tağıyev redaktor, sədərəkli Qədim Qədimov isə ədəbi işçi idi. Bir neçə nömrə çapdan çıxandan sonra Qasım Tağıyevi rayon partiya komitəsinə şöbə müdiri vəzifəsinə irəli çəkirlər. Boş qalan redaktor vəzifəsinə isə Qarabağlar kəndinin sakini olan Nemət Əhmədov təyin edilir.
Qəzetin birinci nömrəsində "Qəzetin qarşısında duran vəzifələr", "Su kanalı çəkilişi işini sürətləndirməli", "Rayon İcraiyyə Komitəsi sessiyasının qərarı" və başqa sərlövhəli yazılar verilmişdi. Bu yazılar qəzetin məqsəd və vəzifələrini, hansı məsələlərdən daha ətraflı yazacağını çox aydın göstərirdi.
Rayon həyatının elə bir sahəsi yox idi ki, "Pambığa doğru" qəzeti ora yol açmamış olsun. Qəzet sosializm quruculuğundakı müvəffəqiyyətləri işıqlandırmaqla yanaşı israfçılığa, bürokratizmə, bir sözlə bütün mənfi hallara qarşı kəskin mübarizə aparırdı.
Nemət Əhmədovun redaktorluğu dövründə qəzetdə xüsusi canlanma başladı. Qəzetin adı ilə bağlı imiş kimi "pambıq uğrunda mübarizə" qəzetin fəaliyyət mərkəzində dururdu. 1932-ci ildə pambıq tarlalarında mitinq səsləmələri də bunu göstərirdi. Bir çox məqamlar isə daha çox satiranın dili ilə oxuculara çatdırılırdı.
1941-ci il iyunun 22-də alman-faşist işğalçılarının SSRİ–yə hücumundan sonra "Pambığa doğru" qəzetinin də hər bir nömrəsi rayon zəhmətkeşlərini ölüm-dirim mübarizəsinə səslədi.
Müharibədən sonra 1952-ci ilə qədər müxtəlif vaxtlarda qəzetə Həsən Hüseynov, Məhərrəm Xudiyev və Ələşrəf Tahirov kimi qabaqcıl partiya işçiləri redaktorluq etmişlər. O dövrdə mətbuatın qarşısında daha böyük vəzifələr dururdu. Beşillik planın müvəffəqiyyətlə yerinə yetirilməsi uğrundakı mübarizəni durmadan genişləndirmək, zəhmətkeşləri sovet vətənpərvərliyi ruhunda tərbiyə etmək "Pambığa doğru"nun fəaliyyətini və məzmununu təşkil edirdi.
Rayonda pambıqçılıqla yanaşı kənd təsərrüfatının heyvandarlıq, tütün, taxıl, üzüm, qarğıdalı və başqa sahələri də güclü inkişaf etdiyinə görə Azərbaycan KP MK-nin qərarı ilə 1954-cü il yanvar ayının 14-də üçüncü nömrədən başlayaraq "Pambığa doğru" qəzeti "Noraşen kolxozçusu" adı ilə çıxmağa başladı.
Qəzetin fəaliyyət dairəsi getdikcə genişlənir, oxucuların sayı isə artırdı. Əvvəllər həftədə bir dəfə 1000 nüsxə tirajla çıxan qəzet 1952-ci ildə 1100, 1958-ci ilin yanvar ayından isə 2000 nüsxə tirajla həftədə üç dəfə çıxmağa başladı. Qəzetdə "Partiya həyatı", "Sovet quruculuğu", "Komsomol həyatı", "Bizə yazırlar", "Satira guşəsi", "Beynəlxalq icmal", "Redaksiyanın poçtundan", "Rayonumuzda" və sair daimi rubrikalarla yanaşı, "Yüksək məhsul uğrunda", "10 500 ton pambıq uğrunda" rubrikalarına da tez-tez rast gəlmək olar. "Noraşen kolxozçusu" qəzetinin müxtəlif illərdə buraxdığı nömrələrin miqdarı da müxtəlif olmuşdur. 1948-ci ildən 1958-ci ilə qədərki 10 il ərzində qəzet 1000 nüsxə tirajla çapdan çıxmışdır. 1948-ci ildə qəzetin 47 nömrəsi, 1949-cu ildə 52, 1950-ci ildə 58, 1951-ci ildə 50, 1952-ci ildə 82, 1953-cü ildə 94, 1954-cü ildə 108, 1955-ci ildə 98, 1956-cı ildə 100, 1957-ci ildə 99, 1958-ci ildə 101, 1959-cu ildə isə 74 nömrəsi çapdan çıxmışdır.
1952-ci il aprelin 28-i isə "Pambığa doğru" qəzeti üçün daha əlamətdar olmuşdur. Məhz bu tarixdə qəzetin 1000-ci nömrəsi çapdan çıxmışdır. Ancaq təəssüflər olsun ki, bu tarixi günü nə "Pambığa doğru" qəzeti, nə də Naxçıvan Vilayət qəzeti olan "Şərq qapısı" kiçik bir xəbərlə də olsa qeyd etmədilər.
Qəzet 1958-ci ilin yanvarın 1-dən 2000 nüsxə tirajla, 3 gündən bir çıxmağa başladı. Bu vaxt redaksiyanın təşkilat işini canlandırmağı, qəzetin vaxtlı-vaxtında oxunaqlı və maraqlı nəşrinə rəhbərliyi təcrübəli redaktor Hüseyn Əbdülhüseynov edirdi.
Sovet İKP MK 1959-cu il iyulun 31-də "Qəzet və jurnalların zərərlə işləməsinə son qoymaq haqqında" qərar qəbul etdi. Qərarda göstərilir ki, "Azərbaycan, Gürcüstan, Tacikistan və Özbəkistan Kommunist Partiyaları MK-lərinə tapşırılsın ki, muxtar respublikalarda və muxtar vilayətlərdə bundan sonra rayon qəzetlərinin buraxılmasının məqsədəuyğun olub-olmaması məsələsini müzakirə etsinlər və nəzərdə tutsunlar ki, orada nəşr olunan respublika və vilayət qəzetləri rayonların həyatının işıqlandırılmasını tamamilə təmin edə bilər".
Bu qərarla əlaqədar olaraq 1959-cu ilin sentyabr ayında Naxçıvan Muxtar Respublikasının rayonlarında çıxan bütün qəzetlərin, o cümlədən "Noraşen kolxozçusu" qəzetinin nəşri dayandırıldı (həmin dövrdə Muxtar Respublikanın rayonlarında "Noraşen kolxozçusu"ndan başqa üç qəzet nəşr olunurdu. Ordubad rayonunda "Ordubad işçisi", Culfa rayonunda "Sovet Culfası" və Şahbuz rayonunda "Sosializm maldarlığı").
"Partiyamızın ən güclü silahı olan, ölkəmizin bütün zəhmətkeşlərinin həyati mənafeyini ifadə edən sovet mətbuatı tamamilə yeni tipli mətbuatdır. Məhz buna görə Sovet İKP MK Rəyasət heyətinin qərarına əsasən rayon qəzetləri yenidən bərpa olunmuşdur. Həmin qərara əsasən 1966-cı ilin yanvar ayından Naxçıvan Muxtar Respublikasında "Yeni Ordubad" (Ordubad rayonu), "Zəfər" (Culfa rayonu), "Qabaqcıl" (Şahbuz rayonu) və "İşıqlı yol" (Şərur rayonu, o zamankı İliç rayonu) qəzetləri çıxmağa başlamışdır".
1966-cı il yanvarın 27-də Azərbaycan KP İliç Rayon Komitəsi və Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin orqanı olan "İşıqlı yol" qəzeti nəşrə başladı. "İşıqlı yol"un ilk nömrəsinin "İşıqlı məşəl kimi…" adlı baş məqaləsi rayon zəhmətkeşlərinə müraciətlə: "Əziz oxucular!" sözləri ilə başlanır. Həmin baş məqalə bu sözlərlə tamamlanır: "Qoy bu gündən nəşrə başlayan "İşıqlı yol" partiya və hökumətimizin qarşıya qoyduğu əzəmətli vəzifələri yerinə yetirməkdə bizə kömək edən məşəl kimi alışsın, həmişə yolumuza işıq salsın!" .
1966-cı il SSRİ Ali Sovetinə və Millətlər Sovetinə seçkilər dövrü idi. Qəzet bu siyasi kampaniyanı geniş işıqlandırmaq üçün bir sıra tədbirlər görmüşdür. Qəzetin əməkdaşları yerlərdə seçicilərlə görüşür, "Xalq namizədləri", "Bizim namizədlər" rubrikası adı altında vaxtaşırı seçki kampaniyasını işıqlandırırdı.
"İşıqlı yol" qəzeti redaksiyasının müxbir postları üzvlərinin sayı getdikcə artırdı. Maraqlı məqam burasında idi ki, müxbir postları üzvlərinin əksəriyyəti bilavasitə istehsalatda çalışan əmək adamları idi.
1974-cü il yanvarın 22-də "İşıqlı yol" qəzetinin 1000-ci nömrəsi çapdan çıxdı. Bu münasibətlə İliç rayon Partiya Komitəsinin ikinci katibi Rəhim Cavadovun iştirakı ilə təntənəli yığıncaq da keçirilmişdi. Azərbaycan KP İliç Rayon Komitəsinin və rayon Zəhmətkeş Deputatları Sovetinin orqanı olan "İşıqlı yol" qəzetinin 20 yanvar 1974-cü il tarixli 9-cu nömrəsi qəzetinin 1000-ci nömrəsinin çapdan çıxmasına həsr olunmuşdu.
Nəşrinin ilk dövründə həftədə 3 dəfə 3000 nüsxə tirajla çıxan "İşıqlı yol" qəzetinin 1966-cı ildə 95 nömrə, 1967–1968-ci illərdə 128 nömrə, 1969-cu ildə 4000 nüsxə tirajla 121 nömrə, 1970-ci ildə 4200 nüsxə tirajla 120 nömrə, 1971-ci ildə 3700 nüsxə tirajla 133 nömrə, 1972-ci ildə 138 nömrə, 1973-cü ildə isə 3600 nüsxə tirajla 136 nömrəsi çıxmışdır.
"Şərurun səsi" qəzeti üçün ən çətin dövrlər 1988–1993-cü illərdə olmuşdur. Həmin vaxtlar respublikada nəşr olunan bütün mətbu orqanların vəziyyəti, demək olar ki, eyni dərəcədə acınacaqlı idi. Mətbuata dövlət səviyyəsində fikir verilmirdi.
"Şərurun səsi" qəzeti üçün ən əlamətdar tarixlərdən biri 2006-cı ildə oldu. Həmin il qəzetin 75 illik yubileyi geniş şəkildə qeyd olundu. Qəzetin 2006-cı il 2 noyabr sayı yubileyə həsr olunmuşdur. Qəzetin ilk səhifəsində Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovun "Şərurun səsi" qəzetinin kollektivinə təbrik məktubu dərc olunub. Məktubda deyilir: "Azərbaycanın mətbuat tarixində özünəməxsus dəst-xətti və mövqeyi ilə seçilən "Şərurun səsi" qəzeti fəaliyyət göstərdiyi bütün dövrlərdə xalqımızın milli dəyərlərini təbliğ etmiş, Şərur rayonunda gedən quruculuq işlərinin salnaməsinə çevrilmişdir" .
Qəzetin yubiley nömrəsində akademik İsa Həbibbəylinin, Naxçıvan Mətbuat Şurasının sədri Fərəc Fərəcovun təbrik məktubları da yer alıb. Yubileyin keçirildiyi 28 oktyabr tarixinin proqramı da qəzetin məhz bu sayında öz əksini tapmışdı. 2011-ci ildə qəzetin 80 yaşı tamam oldu.
Müxtəlif vaxtlarda qəzetə Yengicə kənd sakinləri Xəlil Məhərrəmov və Novruz Nəcəfov, Nəriman Nəcəfov, Mahmudkənddən olan Hüseynqulu Ağayev və Həsən Hüseynov, çomaxturlu Ələşrəf Tahirov, Yuxarı Daşarx kənd sakini Hüseyn Əbdülhüseynov, Cəlilabad royundan olan və hazırda "Xalq qəzeti"nin əməkdaşı Mikayıl Əliyev redaktorluq etmişdir.
Həftədə bir dəfə A3 formatda, rəngli şəkildə, 600 nüsxə tirajla nəşr olunan "Şərurun səsi" qəzetinə hazırda Azərbaycan Respublikasının Əməkdar jurnalisti Elman Telmanoğlu (Məmmədov) redaktorluq edir.
Həmçinin bax
İstinadlar
- "Şərq qapısı" qəzeti, 5 may 1966
- "İşıqlı yol" qəzeti, № 1, 27 yanvar 1966
- "Şərurun səsi" qəzeti, № 32, 2 noyabr 2006
Mənbə
- Naxçıvan Ensiklopediyası. II cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 217. ISBN .
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqalede yalniz ilkin ve ya onunla elaqeli menbelerden istifade olunur Melumatlar musteqil ikinci menbelere esaslanmalidir eks halda meqalenin neytralligi ve ya ehemiyyeti ile bagli subheler yarana bunun neticesinde de siline biler Meqaleye etibarli istinad ve menbeler elave etmekle onu tekmillesdire bilersiniz Serurun sesi Serur rayonunda nesr olunan qezet Serurun sesiFormat A3Bas redaktor Elman TelmanogluDil Azerbaycan diliUnvan SerurTiraj 600Tarixi Serurun sesi adlanan Serur rayon qezeti 1931 ci ilin oktyabrinda ilk sayi ile oxucularla gorusmusdur Qezetin ilk adi Pambiga dogru olmusdur Qezetin nesre basladigi ilk vaxtlar Naxcivan seher sakini Qasim Tagiyev redaktor sederekli Qedim Qedimov ise edebi isci idi Bir nece nomre capdan cixandan sonra Qasim Tagiyevi rayon partiya komitesine sobe mudiri vezifesine ireli cekirler Bos qalan redaktor vezifesine ise Qarabaglar kendinin sakini olan Nemet Ehmedov teyin edilir Qezetin birinci nomresinde Qezetin qarsisinda duran vezifeler Su kanali cekilisi isini suretlendirmeli Rayon Icraiyye Komitesi sessiyasinin qerari ve basqa serlovheli yazilar verilmisdi Bu yazilar qezetin meqsed ve vezifelerini hansi meselelerden daha etrafli yazacagini cox aydin gosterirdi Rayon heyatinin ele bir sahesi yox idi ki Pambiga dogru qezeti ora yol acmamis olsun Qezet sosializm quruculugundaki muveffeqiyyetleri isiqlandirmaqla yanasi israfciliga burokratizme bir sozle butun menfi hallara qarsi keskin mubarize aparirdi Nemet Ehmedovun redaktorlugu dovrunde qezetde xususi canlanma basladi Qezetin adi ile bagli imis kimi pambiq ugrunda mubarize qezetin fealiyyet merkezinde dururdu 1932 ci ilde pambiq tarlalarinda mitinq seslemeleri de bunu gosterirdi Bir cox meqamlar ise daha cox satiranin dili ile oxuculara catdirilirdi 1941 ci il iyunun 22 de alman fasist isgalcilarinin SSRI ye hucumundan sonra Pambiga dogru qezetinin de her bir nomresi rayon zehmetkeslerini olum dirim mubarizesine sesledi Muharibeden sonra 1952 ci ile qeder muxtelif vaxtlarda qezete Hesen Huseynov Meherrem Xudiyev ve Elesref Tahirov kimi qabaqcil partiya iscileri redaktorluq etmisler O dovrde metbuatin qarsisinda daha boyuk vezifeler dururdu Besillik planin muveffeqiyyetle yerine yetirilmesi ugrundaki mubarizeni durmadan genislendirmek zehmetkesleri sovet vetenperverliyi ruhunda terbiye etmek Pambiga dogru nun fealiyyetini ve mezmununu teskil edirdi Rayonda pambiqciliqla yanasi kend teserrufatinin heyvandarliq tutun taxil uzum qargidali ve basqa saheleri de guclu inkisaf etdiyine gore Azerbaycan KP MK nin qerari ile 1954 cu il yanvar ayinin 14 de ucuncu nomreden baslayaraq Pambiga dogru qezeti Norasen kolxozcusu adi ile cixmaga basladi Qezetin fealiyyet dairesi getdikce genislenir oxucularin sayi ise artirdi Evveller heftede bir defe 1000 nusxe tirajla cixan qezet 1952 ci ilde 1100 1958 ci ilin yanvar ayindan ise 2000 nusxe tirajla heftede uc defe cixmaga basladi Qezetde Partiya heyati Sovet quruculugu Komsomol heyati Bize yazirlar Satira gusesi Beynelxalq icmal Redaksiyanin poctundan Rayonumuzda ve sair daimi rubrikalarla yanasi Yuksek mehsul ugrunda 10 500 ton pambiq ugrunda rubrikalarina da tez tez rast gelmek olar Norasen kolxozcusu qezetinin muxtelif illerde buraxdigi nomrelerin miqdari da muxtelif olmusdur 1948 ci ilden 1958 ci ile qederki 10 il erzinde qezet 1000 nusxe tirajla capdan cixmisdir 1948 ci ilde qezetin 47 nomresi 1949 cu ilde 52 1950 ci ilde 58 1951 ci ilde 50 1952 ci ilde 82 1953 cu ilde 94 1954 cu ilde 108 1955 ci ilde 98 1956 ci ilde 100 1957 ci ilde 99 1958 ci ilde 101 1959 cu ilde ise 74 nomresi capdan cixmisdir 1952 ci il aprelin 28 i ise Pambiga dogru qezeti ucun daha elametdar olmusdur Mehz bu tarixde qezetin 1000 ci nomresi capdan cixmisdir Ancaq teessufler olsun ki bu tarixi gunu ne Pambiga dogru qezeti ne de Naxcivan Vilayet qezeti olan Serq qapisi kicik bir xeberle de olsa qeyd etmediler Qezet 1958 ci ilin yanvarin 1 den 2000 nusxe tirajla 3 gunden bir cixmaga basladi Bu vaxt redaksiyanin teskilat isini canlandirmagi qezetin vaxtli vaxtinda oxunaqli ve maraqli nesrine rehberliyi tecrubeli redaktor Huseyn Ebdulhuseynov edirdi Sovet IKP MK 1959 cu il iyulun 31 de Qezet ve jurnallarin zererle islemesine son qoymaq haqqinda qerar qebul etdi Qerarda gosterilir ki Azerbaycan Gurcustan Tacikistan ve Ozbekistan Kommunist Partiyalari MK lerine tapsirilsin ki muxtar respublikalarda ve muxtar vilayetlerde bundan sonra rayon qezetlerinin buraxilmasinin meqsedeuygun olub olmamasi meselesini muzakire etsinler ve nezerde tutsunlar ki orada nesr olunan respublika ve vilayet qezetleri rayonlarin heyatinin isiqlandirilmasini tamamile temin ede biler Bu qerarla elaqedar olaraq 1959 cu ilin sentyabr ayinda Naxcivan Muxtar Respublikasinin rayonlarinda cixan butun qezetlerin o cumleden Norasen kolxozcusu qezetinin nesri dayandirildi hemin dovrde Muxtar Respublikanin rayonlarinda Norasen kolxozcusu ndan basqa uc qezet nesr olunurdu Ordubad rayonunda Ordubad iscisi Culfa rayonunda Sovet Culfasi ve Sahbuz rayonunda Sosializm maldarligi Partiyamizin en guclu silahi olan olkemizin butun zehmetkeslerinin heyati menafeyini ifade eden sovet metbuati tamamile yeni tipli metbuatdir Mehz buna gore Sovet IKP MK Reyaset heyetinin qerarina esasen rayon qezetleri yeniden berpa olunmusdur Hemin qerara esasen 1966 ci ilin yanvar ayindan Naxcivan Muxtar Respublikasinda Yeni Ordubad Ordubad rayonu Zefer Culfa rayonu Qabaqcil Sahbuz rayonu ve Isiqli yol Serur rayonu o zamanki Ilic rayonu qezetleri cixmaga baslamisdir 1966 ci il yanvarin 27 de Azerbaycan KP Ilic Rayon Komitesi ve Rayon Zehmetkes Deputatlari Soveti Icraiyye Komitesinin orqani olan Isiqli yol qezeti nesre basladi Isiqli yol un ilk nomresinin Isiqli mesel kimi adli bas meqalesi rayon zehmetkeslerine muracietle Eziz oxucular sozleri ile baslanir Hemin bas meqale bu sozlerle tamamlanir Qoy bu gunden nesre baslayan Isiqli yol partiya ve hokumetimizin qarsiya qoydugu ezemetli vezifeleri yerine yetirmekde bize komek eden mesel kimi alissin hemise yolumuza isiq salsin 1966 ci il SSRI Ali Sovetine ve Milletler Sovetine seckiler dovru idi Qezet bu siyasi kampaniyani genis isiqlandirmaq ucun bir sira tedbirler gormusdur Qezetin emekdaslari yerlerde secicilerle gorusur Xalq namizedleri Bizim namizedler rubrikasi adi altinda vaxtasiri secki kampaniyasini isiqlandirirdi Isiqli yol qezeti redaksiyasinin muxbir postlari uzvlerinin sayi getdikce artirdi Maraqli meqam burasinda idi ki muxbir postlari uzvlerinin ekseriyyeti bilavasite istehsalatda calisan emek adamlari idi 1974 cu il yanvarin 22 de Isiqli yol qezetinin 1000 ci nomresi capdan cixdi Bu munasibetle Ilic rayon Partiya Komitesinin ikinci katibi Rehim Cavadovun istiraki ile tenteneli yigincaq da kecirilmisdi Azerbaycan KP Ilic Rayon Komitesinin ve rayon Zehmetkes Deputatlari Sovetinin orqani olan Isiqli yol qezetinin 20 yanvar 1974 cu il tarixli 9 cu nomresi qezetinin 1000 ci nomresinin capdan cixmasina hesr olunmusdu Nesrinin ilk dovrunde heftede 3 defe 3000 nusxe tirajla cixan Isiqli yol qezetinin 1966 ci ilde 95 nomre 1967 1968 ci illerde 128 nomre 1969 cu ilde 4000 nusxe tirajla 121 nomre 1970 ci ilde 4200 nusxe tirajla 120 nomre 1971 ci ilde 3700 nusxe tirajla 133 nomre 1972 ci ilde 138 nomre 1973 cu ilde ise 3600 nusxe tirajla 136 nomresi cixmisdir Serurun sesi qezeti ucun en cetin dovrler 1988 1993 cu illerde olmusdur Hemin vaxtlar respublikada nesr olunan butun metbu orqanlarin veziyyeti demek olar ki eyni derecede acinacaqli idi Metbuata dovlet seviyyesinde fikir verilmirdi Serurun sesi qezeti ucun en elametdar tarixlerden biri 2006 ci ilde oldu Hemin il qezetin 75 illik yubileyi genis sekilde qeyd olundu Qezetin 2006 ci il 2 noyabr sayi yubileye hesr olunmusdur Qezetin ilk sehifesinde Naxcivan MR Ali Meclisinin Sedri Vasif Talibovun Serurun sesi qezetinin kollektivine tebrik mektubu derc olunub Mektubda deyilir Azerbaycanin metbuat tarixinde ozunemexsus dest xetti ve movqeyi ile secilen Serurun sesi qezeti fealiyyet gosterdiyi butun dovrlerde xalqimizin milli deyerlerini teblig etmis Serur rayonunda geden quruculuq islerinin salnamesine cevrilmisdir Qezetin yubiley nomresinde akademik Isa Hebibbeylinin Naxcivan Metbuat Surasinin sedri Ferec Ferecovun tebrik mektublari da yer alib Yubileyin kecirildiyi 28 oktyabr tarixinin proqrami da qezetin mehz bu sayinda oz eksini tapmisdi 2011 ci ilde qezetin 80 yasi tamam oldu Muxtelif vaxtlarda qezete Yengice kend sakinleri Xelil Meherremov ve Novruz Necefov Neriman Necefov Mahmudkendden olan Huseynqulu Agayev ve Hesen Huseynov comaxturlu Elesref Tahirov Yuxari Dasarx kend sakini Huseyn Ebdulhuseynov Celilabad royundan olan ve hazirda Xalq qezeti nin emekdasi Mikayil Eliyev redaktorluq etmisdir Heftede bir defe A3 formatda rengli sekilde 600 nusxe tirajla nesr olunan Serurun sesi qezetine hazirda Azerbaycan Respublikasinin Emekdar jurnalisti Elman Telmanoglu Memmedov redaktorluq edir Hemcinin baxOguz sesiIstinadlar Serq qapisi qezeti 5 may 1966 Isiqli yol qezeti 1 27 yanvar 1966 Serurun sesi qezeti 32 2 noyabr 2006MenbeNaxcivan Ensiklopediyasi II cild Tekmillesdirilmis ve yeniden islenmis ikinci nesr Naxcivan AMEA Naxcivan bolmesi V Y Talibov 2005 seh 217 ISBN 5 8066 1468 9